Reklam verin!
Salam yurdcanli şair

         Tez-tez məclislərdə,toylarda ustad aşıqlarımızın şair Zəki İslamın sözlərini oxumasına rast gəlirdim.Elə verlişlərimdə də,aşıqlarımız şairin qoşqularını çox oxuyub.Amma Zəki müəllimlə bugünə kimi şəxsi tanışlıgım yox idi.Hər dəfə aşıqlarımızdan Zəki müəllimə salam söyləyin deyə,salamımı ünvanlayardım.Elə arabir atamla telefonla danışanda da,ay ata Zəki müəllimə salam söylə deyərdim.

Davamı...
Baxış sayı:43     İyun 5, 2008 14:29 tarixində, talibli tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(2)

      Bakı... Nizami metrosu gecə saat on bir... Nizami metrosu yaxınlıgında bir dostumla görüşəndən sonra evə qayırdım. Metroya sarı gələndə diqqətimi bir lövhə çəkdi. Lövhədə yazılmışdı. “Bu evdə sovet ittifaqi qəhrəmani Mehdi Hüseynzadə yaşamışdı.” Bir neçə dəqiqə lovhəyə baxdım. Neçə ildir ki, bu yolu gedib gəlirdim,amma nədənsə heç o xatirə lövhəsinə rast gəlməmişdim. Bilmirəm nədən bu lövhə diqqətimi çəkmirdi? Məni ətrafdan seyr edənlər bəlkə də mənə bu şəhərin sakini kimi baxmırdılar.

Davamı...
Baxış sayı:24     İyun 5, 2008 14:26 tarixində, talibli tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(0)

      Vüsal mənim qonşumdur.Onun 4 yaşı var.Dili də təzə açılıb,nə isə güc-bəlaylada olsa qarşındakına çatdırır. Bir neçə gün bundan öncə,düşdüm məhləyə ki,biraz balaca Vüsalla söhbət eləyim.Vüsal söhbətə keçid almazdan öncə mənimlə şərt kəsdi,dediki eeeee, telefonunu mənə ver,yada şəklimi çək dost olaq.Məndə razılaşdım,telefonunun kamerasıyla şəklini çəkdim,baxim baxim deyə çəklişdən sonra kəsdirdi yanıimı. Görünür xoşuna gəlir şəkil çəkdirmək.Oturdu yanımda.Soruşdum ki Vüsal böyüyəndə kim olmaq istəyirsən? dedi poyis.Dedim niyə?dediki poyis olub indi məni döyən uşaqları böyüyəndə tutmaq.Dedim uşaqsanda, uşaq döyərdə,döyülərdə.

          Sonra başladı bir nəfəsə danışmaga.Mənim atamın “cipi” var,eee yox eeee “hammeri”.Mənim atam türmələrin böyüyüdü.Mənim atam var aaaaa,həmdə çoxlu dükanları var,mənim atam oyuncaqda satır.Mənim atamın telefonuda var.Bir nəfəsə o qədər iş sadaladıki ondan növbəti sualı soruşa bilmədim. Sonra başladıki sən harda isləyirsən “cipin” var mənim atam kimi?dedim yox,ay Vüsal.Mən sadə maşla dolanan jurnalistəm,”cipi” belə maşla 20ilə ala bilərəm.Dedi “jurnalist” nədi,qaldim belə,buna necə başa salımki cavabım bunu qane eləsin.Əvəzində güldüm, Sonra mənə dediki sabah (sabah deyəndə yeqin dünəni nəzərdə tutur) samalyot varıydı,özüm gördüm,o samalyotdan kosmosa oxşayan adamlar düşdü o dey o,zibilliyin yanına.İndi vallah bu ne dedise başa düşmədim.Zibillik deyəndə,məhlədəki zibilliyi deyir,kosmos nədi,samalyot nədi başa düşmədim. Əvvəl elə bilıdim ki,zibillikdə eşələnən “bomjlardan” danışır,dedim Vüsal zibilliyə girənləri görmüsən?,dedi yox,yox,yox,.kosmosa oxşayanları. Qaldım necə deyərlər,mat-məəttəl.Fikirləşdim ki,bu balaca Vüsal bütün günü öz tay-tuşlarıiyla həyətdə oynayır.Bəlkə dogrudanda o nə isə yad planetlərdən gələni görüb,sadəcə olaraq gördüklərini heç kimə izah edə bilmir. Əslində bu uşaqın atasının heç nəyi yoxdur.Dörd otaqlı mənzilindən,ali təhsilindən,gözəl ixtisasından,və gözəl ailəsindən başqa.Balaca Vüsalın danışdıqları isə sadəcə beynində qurdugu xəyallarıdı.Bu uşaq zamanı qabaqlamaq istəyir.Addım-addım böyüsədə arzuları özündən tez böyüyür.Dünyanın işini bilmək olmaz,kim bilir bəlkə elə dogurdanda bu körpə həyatda atasının yiyələnə bilmədiyi evlərə,maşınlara,vəzifələrə özü yiyələnəcək.Şair demişkən padşah qızı alır bəzən keçəldə.Aminlər olsun Qaldıkı yad planetlərdən gələnlər haqqında deməsi?bax burda mənim heç bir fantaziyam yoxdur.Uşaqin öz dedikləridi,mənimdə eşitdiklərim.İnanmaq olar, Vüsalın diliylə desək kosmosa oxsayan adamları indiyənə kimi görənlər çox olub. SaVaLaN


Baxış sayı:22     İyun 5, 2008 14:21 tarixində, talibli tərəfindən, Bölməsiz bölməsində yazılib.   Şərhlər(0)

 

 DILI qorumaq hər bir kəsin borcudur,dil namusdur,qeyrətdir,dili dövlətdə qorumalidir çunki dil dovlətin atributudur.....

         Dil ünsiyyət vasitəsidir.Azərbaycan dili dünya xalqlarının dilləri arasında özünəməxsus yeri və mövqeyi olan bir dildir.Ən çətin fikirləri ifadə etmək gücünə malikdir.Azərbaycan dili öz tarixi inkişaf yolunda bir çox mərhələlərdən keçib.Bugün müstəqil Azərbaycanımızın dövlət dili azərbaycan dilidir.Sevindirici bir hal kimi qeyd etmək istərdim ki,ölkəmizdə fəaliyyət göstərən səfirliklərin səfirlərinin bir çoxu ana dilimizdə sərbəst danışırlar.Burada maraqlısı odurki,əcnəbililər,avropalılar bizim dilimizi öyrənməkdə maraqlıdırlar,amma biz öz tarixi keçmişimizi, dogma dilimizi yaşatmaqda yox.

Davamı...
Baxış sayı:31     May 3, 2008 1:00 tarixində, talibli tərəfindən, MARAQLI MUSAHIBLER bölməsində yazılib.   Şərhlər(0)
"Səhər-səhər meh də dəyir xətrimə"

Koroğlu aşığının nəvəsi Aşıq Paşayla üz-üzə

     Aşıq yaradıcılığına yaxından bələd olanlar, aşıqsevərlər, saz-söz vurğunları indi gözdən iraq qalsa da, vaxtilə səsi yanar çırağı söndürən Qaraçıoğlu Aşıq Paşa Mehdiyevi yaxşı xatırlayırlar. Bu da həmin Qaraçıoğlu Aşıq Paşa Mehdiyevdir ki, onun babası Qaraçıoğlu İbrahim Azərbaycan aşıq sənəti tarixinə Koroğlu aşığı kimi düşüb.


Davamı...
Baxış sayı:39     May 3, 2008 0:50 tarixində, talibli tərəfindən, MƏQALƏLƏR, MARAQLI MUSAHIBLER bölməsində yazılib.   Şərhlər(1)
Aşıq sənətinin canlı tarixi


Aşıq Məhəmməd Çovdaroğlunun sinəsində çox xatirələr yatır


Vaxtilə ustad aşıqlar kimi tanınan, indilərdə müəyyən səbəblərdən radio, televiziya efirlərində səslənməyən, mətbuat səhifələrində görünməyən, belə demək mümkünsə, unudulmaqda olan sənətkarların axtarışındayam. Od külün altında gizləndiyi kimi, bölgələrimizdə, ucqar rayonlarımızda onlarca ustad aşığımız yaşayır. Onlar xalqımızın böyük potensial gücünü öz yaradıcılıqlarında qoruyur, yaşadır.





 






Davamı...
Baxış sayı:39     Aprel 12, 2008 23:53 tarixində, talibli tərəfindən, MARAQLI MUSAHIBLER bölməsində yazılib.   Şərhlər(0)

 

         Bir daha İrəvan toponiminin tarixi haqda Bu gün hayların yaşadığı coğrafi ərazi heç vaxt erməniyə aid olmayıb. Bu ərazilər tarix boyu türk yurdu kimi tanınıb və qəbul edilib. Bunu deməklə əslində kiməsə tarix dərsi keçmək fikrində deyiləm. Sadəcə olaraq tarix bunu sübut edir, edib, edəcək.

 

Davamı...
Baxış sayı:35     Aprel 12, 2008 23:48 tarixində, talibli tərəfindən, MARAQLI MUSAHIBLER bölməsində yazılib.   Şərhlər(0)
 

Fəxrəddin Salim saza Allahla ünsiyyət vasitəsi kimi baxır
Zaman keçdikcə aşıq sənəti, hava-havacat daha çox durulaşmaqdadı.

         Aşıqlığımız böyük intibah yolu keçmiş, tarixi gələnəkləri götürüb gələn böyük sənətkarlıq və həyat məktəbidir.
Tanınmış, adlı-sanlı aşıqlarımız bütün dövrlərdə zəmanənin seçdiklərindən olub. Tarixi, böyük yol keçən aşıqlarımız, zaman-zaman zəngin hava-havacat yaratmış, geniş bir repertuarla bu günümüzə çata biliblər. Aşıq repertuarında diqqəti daha çox çəkən qədim havalarımızdı. Çünki bu havalar konkret bir tarixlə bağlıdır. Təəssüflər olsun ki, bu gün unudulmaqda olan qədim havalarımız da az deyil. Çalışıram ki, aparıcısı olduğum "Yurd yeri", "İrəvan çuxuru" verilişlərdə ustad aşıqlarımızı daha çox dəvət edim. Dəfələrlə bir çox ustad aşıqlarımızla dövlət radiosunun "Xalq yaradıcılığı" redaksiyasının efirindən yayımlanan verilişlərdə söhbətlərim olub.




Davamı...
Baxış sayı:48     Aprel 12, 2008 23:43 tarixində, talibli tərəfindən, MARAQLI MUSAHIBLER bölməsində yazılib.   Şərhlər(0)

  Yazılar cəmi: 8