Yer adlı ümmanın yosunuyam mən,
Mənim üstüm başım yapyaşıl aləm.
İnsana oxşarllığımı itirmişəm,
Yenə müəllimə pul gətirmişəm.
Davamı...
Bir günün sabahı gəldin dünyaya,
Məni də sabah üçün doğdunmu, ana?
Sabahlar sabahı açıldı bu gün,
Yenə sən sabahı düşünürsən, ana.
Bəs haçan olacaq sabahın özü?
Davamı...
Gözü baxmağa kiprik qoymadı,
Dili dinməyə dodaq qoymadı,
Məni gəlməyə ayaq qoymadı,
Niyə günahkar mən oldum yenə?
Davamı...
Dilsuz MUSTAFAYEVƏ itihav
Söndü bu dünyanın ışığı söndü,
Döndü ağ üzü qaraya döndü.
Küsübdü məndən bir insan könlü,
Dindirsəm dinməzmi görəsən dili?
Davamı...
Babamın ruhu gəldi bir gün yanıma. Mən yaxınlaşdım ona. Qorxudan janım uşudu bir an. Elə hava da soyuq idi o zaman. Soyudan qanım da dondu damarlarında. Babam xeyirxax qalmışdı xəyallarımda. «Bəs niyə mən üşüyürəm indi»? deyə-deyə irəliləyib sarılmaq istədim babama. Bajarmadım amma. Yox-yox o babam deyildi O mənim babamin ruhu idi don geymişdi əyninə. Oynayırdı yenə. Yanına gəlib oturdum, onula danışdım da. Bir az dərdləşdik də…
Davamı...
“Qardaş” bir qarında daş deməkdi. Qardaş elə bir sözdür ki, onu məsuliyyətsiz dilə gətirmək insanı məsuliyyətsiz damğasına sahib edə bilər. Deməli qüdrəti var bu sözün. Qüdrətli sözdür bu söz. Bəs onu kimə deyəsən ki, səni bu cəmiyyət məsuliyyətsiz, küt-beyin adlandirmasin. Yasadiğimiz hər günün özündə dilimizə gətirdiyimiz min-min sözlə bərabər qardaş sözünü də dilimizə gətirir, onu istəmədən-dərhal dərk etmədən mənasizlaşdırırıq. Hə əzizlərim, məyər hər kəsə qardaş deməy olar? Məyər hər kəslə bir qarında qardaş kimi yollaşıb yol getməy olar? Mən qardaş dediyim insanın öncə daxilin kəşf edər, (bəlkə də bu kəşviyyat on beş dəqiqə, bəlkədə illərlə çəkə bilər) sonra ona qardaş deyərəm. Bilmirəm nə qədər düz edirəm ya yox. Amma bu mənim dərk etdiyim həqiqətdi ki, qardaş dediyin insanin iç dünyası sənə bu sözü dedizdirməlidir. Insanın mühütü bir ana qarını kimi isti olmalıdı ki, sən utanmadan, çəkinmədən o mühütdə qarşında duran, səninlə çiyinbəçiyinə çalışan-mənəviyyat dünyasında zirvələrə can atan, mənəviyyat aşiqinə qardaş deyəsən. Şəxsən mən belə bir mühütü bu yaxınlarda Kredo qəzetinin redaksiyasında özüm-özüm üçün kəşf etdim. Insanlardan qardaşım Ramin Qurban demişkən mən də qorxuram. Çünkü bəzi adamlar nəinki adam yeyən ondan da betər və əntərdirlər. Belə bir cəmiyyətdə səmimiyətlə dolu bir ana-ata qucagı tapmaq və orada kiminləsə qardaşlaşmaq çox çətindir. Nəhayyətdə ömrümün iyirmi ikinci ilində mən bu kəşfi Kredo qəretinin redaksiyasında-Əlirza Xələflinin mühütündə etdim. Gənc şair Ramin Qurban və gəncliydən gəncliyə yol gedən, üç yaşlı gənc qiz atası Vüsal Nuru mənim kəşfimin məsuludurlar. Indi mən məsuldar həyatın məsuldar alimi kimi həyat məktəbində qardaş dediyim bu şəxsiyyətlərlə fəxir edir, onlara elə bir qarında bəslənmiş qardaşlarım kimi baxıram. Əlirza Xələflinin qurduğu ailə-Kredodan bu qardaşlıq yolu yol alib gedir. Bu yolçulardan biri mənim əziz qardaşım Vusal Nuru bir neçə gün bundan əvvəl mənə zəng edib: “ay qardaşım dur gəl evimiz Kredoya kitabim çixib” deyəndə mən qanad aldım-yollara iz saldım. Vusalın “Yağış damlasıyam” mənim əlimə ilk sevincək aldığım kitab oldu. Yadıma dərhal ustadımız- ilk dadımıza çatan imdadçımız Əlirza Xələflinin sözləri düşdü. O hələ kitabın üzərində işləyərkən deyirdi: “Vüsalın kitabı mənim daha bir övladımın dünyaya gələcəyi qədər məni karıxdırır.” Daim istedad axtarışında olan Xələfli bu sözləri boşuna demirdi. Çünkü “Yağış damlasıyam” Vüsal Nurunun yaradıcılığının məsulu, Əlirza Xələflinin tapıntısıdır. Dünyada itirmək asand, xifətin çəkməy çətindirsə, tapmaq da cətin, ləzətin çəkməy bir o qədər ləzizdir. Indi Vüsaldan çox Kredoda tapdığı dostları və ustadı Əlirza Xələfli ləzət cəkəcək. Çünkü Vüsal tənqidə məruz qalacaq qələm sahibidi. Təbii ki, bu hər bir qələm sahibinə gərəkdi. Hər bir qələm sahibinə məxsus olmayan Vüsal üçün yoldu-məsləkdi. Səflərlə düzlərə gedən yol. Hə qardaşım Vusal, sən indi tənqiddən qorxmamalı, çəkinməməlisən. Ondan nəticə çıxatmalısan ucalmağ uğrunda. Çünkü biz və bizim kimi ədəbiyyat aləminə gələnlər də gedənlər də səflərinə minnətdardırlar. Səflərimiz bizim ən yaxın-yaxşılığmızı istəyən dostlarımızdır. Sən çaliş səf adlı dostuna tən gəlməyəsən, səfinin üstünə səf gətirməyəsən ki, axırımız dəhşət olmasın. Sənə uğurlar, əziz dostum-qardaşım. Mənim və Ramin Qurbanın qardaşı. Qardaşların qardaşı.
Tələbələr "biz onu yeməyə məcburuq" deyir
Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlıqlarına baxmayaraq, dönərxanalar fəaliyyətlərini əvvəlki şəkildə davam etdirirlər. Apardığımız müşahidələr zamanı məlum oldu ki, Gigiyena və Epidemiologiya Mərkəzinin xəbərdarlıqları dönər yeyənlərin sayına da heç bir təsir göstərməyib.
Maraqlıdır, dönər alıcıları aldıqları məhsulun mənşəyi ilə bağlı nə dərəcədə məlumatlıdırlar? Şəhər əhalisinin sıx yerləşdiyi yerlərdən birində, metronun "Elmlər Akademiyası" stansiyası ətrafında bu mövzuda sorğu aparmaq çox maraqlı oldu. Əsasən, tələbələrin sıx olduğu bu ərazidə bir neçə dönərçi də var ki, elə tələbələrə xidmətdədir.
Fikrini öyrəndiyimiz tələbələr "Biz dönər yeməyə məcburuq" dedilər. Bu mövzu ilə əlaqədar bir neçə dönər ustasını da sorğumuza cəlb etdik. "Dönərin əti haradan alınır" sualına dərhal "bazardan" cavabı aldıq. Bu da bəllidir ki, bazarda 1 kq ətin qiyməti dörd, beş manat civarında dəyişir. Hazırda şəhərdə ən çox şöhrət qazanmış, alınan türk dönəridir. Elə bu səbəbdən də türk dönəri ustalarından biri Yusuf usta ilə həmsöhbət oldum. Usta "Biz dönərin ətini özümüz kəsdiyimiz maldan alırıq" dedi. Ümumiyyətlə, Yusuf usta dönər əti ilə bu qədər narahatçılığı yalnız Azərbaycanda gördüyünü bildirdi. Ustanın fikrincə, 1 kq ətdən 12 dönər alınırsa, niyə də 5 manatlıq ətdən istifadə olunmasın? Bəli, bizim dönərlər tam halaldır. Təbii ki, bu ərazidə bütün dönər satıcıları dönərin halal ətdən hazırlandığını iddia etdilər. Amma atalarımızın da belə bir sözü var "od olmasa, tüstü çıxmaz". Görəsən, şəhərə yayılan dönərlə əlaqəli xəbər dolu tüstü hansı oddan çıxır? Qayıdıram yenidən həmsöhbətim Yusuf ustaya. Usta 1 manata satdığı dönərin qiymətindən də, alıcısından da razıdı. Bəli, satan da var, alan da. Alan almağa məcburam deyir, satan da aydan arı, sudan duruyam deyir. Bəs Gigiyena və Epidemiologiya Mərkəzinin dedikləri?
Yenə karvan yoldadı, yenə yağacaq yağış. Qışdan soraq gətirən payızım gəlir. Ruhun da məndən gedir, bir də qayıdıb mənə gəlir. Xəzan olur duyğular sarı yarpaqlar kimi. Təbiyyətin sözlü, söhbətli payız tilsimi-teli tarımın sarı simi sizladacaq ilhamımı yenə. Zaman keçəcək mən dinə-dinə. Mən dinəcəm-deyinəcəm. Sonra təbiyyət bütün bunları görüb ar edəcək, məni deyindirməkdən utanacaq dəyişəcək simasın bir də utancaq-utancaq. Qış qaçacaq, yaz yaya yol açacaq. Soyunmuş ağaclar geyinəcək, geyinmiş ağılı başlar soyunacaq. Yenə karvan gedəcək aram-aram. Mənim olanlar var idi, indi mən varam, mənbdən olanlar da olacaq. O günlər, bu günlər ömür tarixinə yol alıb, gedir. Ey bəşər övladı, daha zaman da köhnəlib-qocalıb. Indi bizik onu idarə edən. Soyundurub geyindirən. Ona “qocalama” deyib müasirləşdirən. Bizik, biz...
Adəm sevincindən göz yaşı töktü, sən gəldin dünyaya gözəl, bənövşə. Allahın əhvindən yaranan, çiçək, niyə belin belə bükük, bənövşə?Sən oldun dünyanın yaz ətirlisi, sən oldun məhəbbət əfsanəsi.Sən-sən dərdlilərin dərdindən xəbər, verirsən gözəlim, gülüm, bənövşə. Səninlə kimisi bəzənir, gülüm. Sənə bənzəmək istəyənlər də var. Sən də bar verdiycə başın aşağı, əyən sadəlöv gözəlsən-gözəl, bənövşə. Sənin ləcəklərin cənnət pərdəsi-belinin büküklüyü ibadətindi. O gözəl gözünün qara giləsi sənin sevilmək səadətindi.Sevincin adı ilə gəldin dünyaya, dərd bükdü belini bu dünyada.Qaldın o gündən bu günə, bu gündən sabaha-zamanın gərdişlərinə sən baxa-baxa.Vəsfinə min-min əhsən dedilər.Sən uymadın. Sənə “gözəlim” dedilər yenə uymadın. Sən gözəli gözəllərə bənzətdilər sən dinmədin.Hardandı səndə bu səbir, hardan de görüm? De mən də o qara gözlərinlə həyatımı görüm.Sənin kimi olmaq, sənə bənzəmək, ay gözəl çiçək, arzumdu Vallah.Ümüdüm qalmayib bil ki, sabaha gəl indi de sirrini. Qıraq bədbinliyin tilsimini.Daha bədbin olmayaq, gülüm bənövşə.
Biri var idi, biri yox idi bir baba, bircə dənə də nəvə var idi. Nəvə babasına oğul idi. Bir zamanlar babanın babası var idisə indi baba var idi, sabah da nəvə olacaqdı karvana yolçu. Keçən zamanlarında babalarından, nənələrindən “cırtdan”-ın nağılını eşidən baba indi nəvəsinə necə axı ““cırtdan” nağılını danışım” deyə özü-özünü qınayırdı. Baba yaxşı bilir ki, cırtdanı təbliğ etməy, onu uşağa qəhraman kimi göstərmək düzgün deyil. “Bu xalqın Cavanşirləri, Babəkləri olub”, deyə-deyə babalrının ruhu ilə danışırdı-dalaşırdı baba. O nəvəsini nə babaları onu “ürəyi rəhimli” tərbiyə etdiyi kimi, nə də vəhşi kimi tərbiyələndirmək istəyirdi. Amma... Babasının balası balasına “cırtdan”-ın nağıllın danısmağa başlar-başlamaz uşaq dindi: “onu nənəm danışıb”. Kişi övladının yaddaşına heyran olub: “əhsən sənə, oğul dedi. Biri var idi, biri yox idi, bir keçəl var idi. Babanın körpə hesab etdiyi uşaq (bəlkə də yeni-yetmə) dinmədi səssiz-səssiz dinlədi babasını. Baba bu nağılları eşidə-eşidə böyümüşdü. Elə oğlunu da bu nağıllarla böyüdmüşdü. Qenetik təsirdən idi, ya nədən idisə indi də nəvənin gələcəy talehi həll olunacaqdı. Olundumu? Birdən baba özünü yuxuda imiş kimi hiss etdi. Gözlərini qırpıb açdı, özü də inanmadı özünə. Oyandı yuxudan illərin əzabini görmüş insan. Qəfildən dəlli çılğınlığı ilə keçəldən erməniyə keçdi. Yeni bir nağıl danışmağ, onu bir tək övladına deyil elə əsrlərə də, nəsillərə də nəqil etməyə başladı. Nağılın səyfələrində erməni vəhşiliyi səhnəsəşdirildi. “Oğul erməni vəhşidir dedi” baba. Babasının qeyriinsani səhnələr tesvir etdiyini görən nəvə onun yalançı olduğunu zənd etdi. Sonra baba bütün vəhşi heyvanlarla “erməni iti” müqaisəyə gətirdi. Nəvəsinin ona hansı baxışlarla baxdığı da elə indicə kişinin diqqətin çəkdi. -“Nədi, ay oğul, inanmırsan”? Bütün bunları ifadə edən bir söz çıxdı demokratit ölkənin babaca vətəndaşının dilindən: -“Baba, sən məgər yalançısan”? Sakit və təmkinlə... -“Oğul, niyə ki”? -“Bilirsən, baba, mənə məktəbdə, ondan da öncə baxçada bütün heyvanları tanıdıblar. Axı, erməni adlı vəhşi tanıdığlarımın sırasında yox idi”? -“Ay, bala, körpə balarımızı doğrayıb, hamilə qadınlarımızı süngüdən keçirib, türkün qanını “ən şirin qan” deyə dilinə çəkib o vəhşi”. -“Heç inana bilmirəm”. -“İnan oğlum, inan, bunu sənə doğma baban deyir, axı. -“Baba, sən danışdıqca gözüm önününə “Fəryad” filimindəki erməni qızının azərbaycanlı əsrinə su içirməyi gəlir. Axı, o qızın babası neçə vəhşilik edə bilər”? -“Ay, oğul, bəs Xocalının soyqırımı necə keçmir gözün önündən, görmürsən o vəhşiliyi sən, yoxsa görmək istəmirsən”? -“Baba, əvvəllər balaca idim baxmağa qoymurdular, indi isə atam köhnəlmiş lentlərdi deyib, televizoru söndürür. Bir də bilirsən, baba, dünən dərsdə müəlliməm Ağayeva Roza xanım dedi ki, biz bir xalq olaraq bucür günləri unutmaliyiq. Müəlliməm onu da dedi ki, biz və siz nəsil unutqanlıq hadisəsini tezliklə həyata keçirməsək gələcəy nəsillər bundan da dəhşətlisi ilə rastlaşacaq”. “Unudmalısınız” sözü ilə barmaq silkəliyən müəllimənin siması gəlib durdu babanın gözləri önündə. Birdən babanın yadına tarix düşdü. O məktəbli olarkən tarix dərsini adı bir dərs kimi deyil elm kimi çox yaxşı öyrənirmiş, bir zamanlar tarixçi olmaq da babanın arzusu olmuşdur. O məktəbdə sovet tarixini ən yaxşı bilən şagir idi. Məktəb, hətta, ölkə birincisi hesab edilirdi. Sovet tarixin beyninə həkk etdirmiş baba, sovetlərin dağılması tarixinin canlı şahidi oldu. Sonralar papaq altında yatan alimlərin dilindən və tədqiqat əsərlərindən türk-ün tarixin yaddaşına köçürdü. Azəri türklərinin talehin öyrənə-öyrənə sovet tarixinin saxta və yalanlar üzərində qurulduğunun şahidi oldu. Artıq çox gec idi. Artıq 1905-ci il təkrarlanmışdı. Amma o özünü və xalqını heç bağışlaya bilmirdi. Bilirsiz niyə. Ona görə ki, biz Cəfər Cabbarlının “1905-ci il” adlı əsərini yazıçı təxəyülünün məsulu kimi qiymətləndirirdik. Baba hər dəfə o əsəri vaxtında, zamanında diqqətlə oxumadığına görə özü-özünə qəzəblənirdi. Babasının gözlərində kin, küdürəti ilk dəfə görən nəvə müəlliməsinin fizika müəllimi olduğunu xatırlatdı. “Baba, müəlliməm deyir ki, “təsir hər sahədə əkis təsirə cavab verər, elə hərbidə də”. Bir də ay, baba, müəlliməm deyir ki, “bizim ermənini günahlandırmağa haqqımız yoxdu. Cünkü erməninin soyqırım tarixi bütün dünyaya bəlidi. Axı bizim babalarımız onları niyə qırırdı ki, indi onlar da bizi qırırlar”. O bizə böyük Ermənistan ordusundan da danışır. Deyir ki, onların əsgərləri vandam kimi güclüdürlər. Vandam kimi ha...Həri , oğul, sənin müəllimən nə deyirsə düz deyir. Sonuncu dediyi “vandam” sözü də onun elə erməni olduğuna sübutdur. Çünkü dünyaya “vandalizim”-i də elə onlar türkün qanını içə-içə, yurdunu firan qoya-qoya nümaiş etdiriblər. “Deyirəm də, baba, müəlliməm fizika müəllimi olsa da tarixi çox yaxşı bilir. O bizə tarix dərsin də desə lap yaxşı olar. Eh onsuzda bizi tarixdən nə maraqlandırırsa elə Roza müəllimə bizim dadımıza çatır da... bütün tarixi günləri də elə o bizim yadımıza salır, mahiyyətin də elə o bizə anladır”. “Bəs siz necə onun yadına 1905-ci ili salmırsınız? Demirsinizmi ki, biz tarixi boyu sizi bağışlamış, siz isə vəhş gəlib, elə vəhşi də gedirsiniz”. “Bilirsən, baba, biz tarixi Roza xanımdan öyrənirik. Bunun da çox adı bir səbəbi var: tarix müəllimiz yaxşi dərs keçmir, deyir ki, “humanitar elimləri on birinci sinifdə ripittor yanına gedib öyrənərsiniz””. Indi de görüm mən xıranalogiyanı bilmədən necə, axı, misal çəkim, həm də tarixi güclü bilən bir kəsin qarşısında. Yaxşı, mənim ağıllı balam, 1905-i bilmirsən, elə 1992-inidəki baxmağa qoymurlar bilmirsən, heç olmasa soyqırım nədir bilirsən? -Sözü tərkib hissələrə ayırıb, onu deyə bilərəm ki, hansısa millətin soyunun qırılmasından bəhs edir. -“Əhsən sənə, oğul. Bunu da müəllimən öyrədib”? -“Yox ay, baba, dil-ədəbiyyat müəllimimin sayəsində sözün mənasın tapdım. Mən, axı, ədəbiyyatı sevirəm. Insan ədəbiyyat oxuduuqca zənginləşir, insanlığın nə olduğunu mənə ədəbiyyat öyrədir”. -“Ay, babanın balası, sənin indi tarixini öyrənən vaxtındı. Sən, axı, bu millətin soyunun dəfələrlə qırıldığını bilməlisən ki, sənin də başın bəla çəkməsin, sən də süngə alınmayasan. Oxu, bala, millətin tarixin oxu”.Hə, babacan, sən “millət” demişgən yadıma müəlliməmin daha bir sözü düşdü. “O deyir ki, biz millət deyil, sadəcə çoxsaylı xalqlardan biri kimi Azərbaycan ərazisində yerləşmişik. Ümümiyyətlə azərbaycanlıların babaları kimdi? Bu da tarixə bəlli deyil”. Nəvəsinin dilindən çıxan sözlər babanın halını yamanlaşdırdı, sonra ürək tutması, sonra ölüm oldu alına yazılan yazı. Indi Roza müəllimənin şagirləri çaşıb qalmışdılar. Şagirdlərin nənə və babaları da nağılın sonunda göydən üç alama deyil ölüm gözləyirlər, erməni vəhşiliyi qismətləri olmasın deyənə.
Aman, Allah, gəldi yenə o dəli. Yenə vurub yaracaqdı başımı. Ruhuma girib qaraldacaq qanımı-çatladacaq qaşımı. Sonra da vurub yaracaq başımı. Vuracaq, vuracaq qoymayın. Indi bu dəqiqə axacaq qan. Qanına bələnəcək bir cavan. Qoymayın, ay insanlar-dəli şeytanın varlığına inanananlar, qoymayın. Qoyma onu, yer-göy, qoyma nə olar. Yalvarıram alın əlindən qənbəri-daşı, qoymayın yarsın bu yazıq başı. Yarsa axacaq yenə də qanım-qızınacaq canım-dolacaq gözlərim qan ilə, yol alıb gedəcəyəm mən də dəli şeytan ilə. Dolacaq əvvəl-əvvəl gözlər, sonra deyəcək dil acı-tikanlı sözlər, sonra daha nələr-nələr məni məhv edəcək, yer üzü şeytanlarla dolub, dolacaq-məhv doğru gedəcək. Qoymayın... Analar şeytan balalar üçün başın yolub, ağlasın. Alın məni əlindən. Gəlin pozaq qisməti. Anama yazılan qəm, qüssə, zilləti. Qoymayın ki, məni də alıb anamın əlindən övlad etsin özünə. Qoymayın amandı mənim qismətimi qismət etsin sizə də. Bu gün mənəm sabah sən ola bilərsən-övladın olar hədəfi. Bu gün mənədi sabah sənə ola bilər böyük məhəbbəti. Qoyma amandı məni hədəf etsin özünə. Məndən sənə səndən də ta gələcəyimizə yol alıb getsin o cin, şeytan, əcinə. Qoyma qır qıçını, al canını-azad et canımı.
Günlər günləri yola saldı, aylar qarşıladı ayları, kainat fəsildən fəsilə keçdi-simasını dəyişdi.Dağlara qar düşdü, ümanlarda dalğalar döyüşdü-sahillərlə döyüşdü, göylər yerə baxıb bulud gözləri ilə ağladı-başına qara bağladı göylər.Göyüm göyüm göyüldədilər, ilim-ilim göy üzünü dələyənlər, məni də qöynədənlər.Mən arzuladığım qarı yağdırmadı göy üzünü didib, deşib, dələyənlər.Mən onu uşağkən xəyalımda canlandırmışdım.O ağapağ idi.O yağıb, mənim dünyamda yeri göyü ağardacaqdı.Bəs, niyə o yağmadı.Dağ başında qar gördüm.Oralara yağmışdı, oralarda qışdı.Bəs bura?..Uzaqdan bəyaz idi dağların başı.Bənzəmək istədim o dağlara mən.Daş, heykəl oldum ki, bənzəyim, mənim də qar olsun baş tacım, bəzəyim-arzuma çatım.Yenə çatmadım...“Niyə yağmadı qar”? dedim xəyallar məni dalğalandırdı-alıb, apardı.Hər çatdığım insana da sual verdim “axı, niyə yağmadı qar”?Bir gün mənə göstərdilər qarı.“Budur arzuladığın qar” dedilər.Mən ona yenə də baxdım o qar deyildi.Mən gözlədiyim qarın hər zərəsi mələk teli olmalı idi, olacaqdı-yağacaqdı sonra da yer üzərinə yığılacaqdı. Nəhayyətdə, göydən gələn insan olacaqdı.Mələk gələcəkdi, peyğənbər gətirəcəkdi telər üstündə, tellər yığılacaqdı üst-üstə.Olmadı...Mənə göstərilən qar yerdən göyə buxarlanmış, göydən yerə yaxan çirkab idi.Nə olsun ki, zahiri ağ idi.Mən onu görüb məni itirdim, mənimi itirdim-mənim olacaq mənimi itirdim.Mənim xəyalımda canlandırdığım Allahın yanıdanmı gəlirdi o?Bəs əyninə niyə geymişdi vic-vicəli iblis donu?Birdən başımı tutub qişqirdim: “aman, Allah, gəldi dünyanın sonu”.Elə indicə küləyin fiyiltisin da mən “sur”-un səsi kimi eşitdim.Lənətlədim qışın gəlişini.Bir daha qış gəlməsin-olmasın dedim.Birdə məni məndən, səni məndən almasın dedim.Cünkü sən mənim xəyallar qəhramanı, canlandırdığım o bəyaz qarın özü idin.O qar sənin bədəninin sərələri idi.Dünyamız adlanan ana qucağında, torpağ üstündə sən dünyaya gələcəkdin.Mən səni özüm, öz əllərimlə yaradacağdım, elə qar da yağacaqdı, sən də mənim qar adamım olacağdın.Heç şüpəsiz ki, ömrün qısa olacaqdı.Mən də səndən doymayacaqdım, hər il qışın gəlişin gözləyəcəkdim, qarı-səni gözləyəcəkdim.Təssüff yağmadı qar, çin olmadı arzular.Mənim ömrümə gəldi qış, getdi bahar.Yağmadı ki, qar...
Ruhlar doluşub göyün üzünə, Qara kəfən geyiblər əyinlərinə.Ulduzlar ələnib kəfən üstünə,Soraq gətiriblər günahdan-tamahdan,Kəfənə bəzək vurub tamahkar insan.Qaralıb kəfənin ağı da... Mənim də ruhum libas geyib günahlarımdan qalxır göylərə.Torpaqdan yaranan torpaq vucudum isə yerlərdə qalır. Ağ kəfənimə günahlarım qara xallar salır.Mən gəlirəm, İlahi.Burada nələr var imiş, İlahi.Burada sən varsan bir də mən.Sənin dərgahına min günahımla gəlmişəm.Sənə hədiyə gətirmişəm günahlarımı.Min günaha min sual ver,Al məndən bilmirəm cavabını.Bilmirəm niyə gəlmişdim yer üzünə,Bilmirəm niyə gəlmişəm göy üzünə.Bu bilmədiylərimin birincisi,O biri də minincisi.Mənəm yer üzündəki Allahımın elçisi,Mənəm yer üzündə sənin elçin.Ruhuma ruh qatmısan,Məni də günəşin dövrəsinə atmısan.Dolanıram başına yer kimi,Dolaşıram yerlərdə-torpaq üstündə yel kimi.Bu nə sehir, bu nə tilsim?Bir gün yaratdın məni, o biri gün də öldürdün.Bir gün ruhumu əbədi etdin, o biri gün də bədənimi. Ruhuma anam təki qara geydirib göylərə qaldırdın.Bədnimə ağ kəfən büləyib yerə endirdin-torpağa çevirdin. Bir zaman mən babalarımı tapdayırdım,Bir zaman mən onları torpaq bədənimlə təkrarlayırdım.Indi mən qəbirdəyəm, qəbir əzabımı çəkirəm.Indi mən cəhənnəmlik, yoxsa cənnətlikəm?Dillən, Tanrım, dillən.Mən sənin dərgahına ağ üzlə gələ bilmədim,Məni əf etməyindi son arzum, diləyim-səndən istəyim.Məni əf et...