Reklam verin!
bizimlə əlaqə folklorumuz@mail.ru +99412 39 72 37 +99455 669 50 18 +99455 6268823

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor
105 fm
ƏMƏKDAŞLAR!

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 44
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 244
  • Ümumi hit: 15587

Müxtəlif

Son xeberler

105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI

İntellektual tapmacalar

Müəllif: Ramazan Qafarlı

Əksər tapmacalarda cavab təkcə yaddaşın deyil, həm də əqlin, zehnin yardımı ilə tapılır. Tədqiqatçılar (Taylor Arçir, Elli Maranda) onları «əsil tapmacalar» hesab edirlər. Azərbaycan xalqının yaratdığı tapmacaların əksəriyyətində məsələlərin qoyuluşu insanın topladığı təcrübə və biliyə əsaslanır.

Suda bitər,
Suda itər. (Buz)

Nə baltadır, nə kərki,
Bütün kəsərdən iti. (Ağıl)

Tut ağacı, üzü pərdə
Barmaq gəzir pərdə-pərdə.
Gah dərində, gah zərində
Ağlar ahu-zar dilində. (Tar)

Davamı...


Tapmacalar
folklor
May 19, 2008 22:46
Baxış sayı: 78

Şərhlər(1)

Tapmacalarin semantik strukturu

Müəllif: Ramazay Qafarlı

Fin alimi Elli Kyenqes-Maranda belə qənaətə gəlir: «Empirikcəsinə tə‘yin olunur ki, tapmacanın nəzəri cəhətdən müəyyənləşməsi janrın daxili identifikasiyası (eyniləşdirilməsi) üçün gərəkli deyil. Doğrudur, Corcis, Dandis və Skott əksinə düşünürlər. Lakin aprior (təcrübədən qabaqkı) nəzəri müəyyənləşmələrin heç biri özünü doğrultmur. Tapmacaları müəyyən mədəniyyətləri öz üzərində daşıyan müxtəlif zümrələr yaratdığından üzə çıxarılması tələb edilən subyektlərə zaman dəyişdikcə fərqli tərəfləndən baxılır. Oxun dəmir ucluğu hələ kəşf edilmədiyi çağlarda tapmacada bu cəhətə işara edilə bilməzdi. Yaxud həmişə dağlarda yaşayanlar üçün arana xas xüsusiyyətlər məlum deyildi.
Tapmacalar başqa janrlardan fərqli olaraq bütün hallarda dialoqludur, başqa sözlə, şifahi şəkildə yaranıb yayılan bədii yaradıcılıq hadisəsinin ifasında iki tərəfin olması vacibdir. Birinci tərəfdə sorğu - bədii mətn dayanır. Ona görə də tapmaca deyəndə, çox zaman ancaq bu tərəf yada düşür. İkinci tərəfdə sadəcə cavab olur.

Davamı...


Tapmacalar
folklor
May 19, 2008 22:45
Baxış sayı: 59

Şərhlər(0)


  Yazılar cəmi: 2   
bizi 105FM də və ya aztv radiosuyla dinləyin
105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com