Reklam verin!
bizimlə əlaqə folklorumuz@mail.ru +99412 39 72 37 +99455 669 50 18 +99455 6268823

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor
105 fm
ƏMƏKDAŞLAR!

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 13
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 200
  • Ümumi hit: 15543

Müxtəlif

Son xeberler

105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI

Məhərrəm Qasımlı «BİZİM MƏDƏNİYYƏTİN AÇARI SAZDIR».

«BİZ FOLKLORA DOĞRUMU GEDİRİK»  Məhərrəm Qasımlı:     «BİZİM MƏDƏNİYYƏTİN AÇARI SAZDIR».         

         Onunla həmsöhbət olmaq, elmi-fəlsəfi-həyati mülahizələrini dinləmək mənə həmişə xoş təsir bağışlayır. Daim onu radioda hazırladığım verilişlərə də dəvət edirəm. Maraqlı, nəzəri və praktiki bilgiləri, səmimi söhbəti, elmi axtarışları istər oxucuların, istərsə də dinləyicilərin daim maraq dairəsindədi. Bu günlərdə isə 50 yaşını qeyd  etdik. Əlli yaşın təəssüratlarını bölmək üçün, onunla zəngləşdim, hal-əhval tutduq, yarızarafatla yayın bu qızmar çağında necə istirahət elədiyini də soruşdum. 50 yaşının ucalığında onunla bir də görüşmək istəyində olduğumu dedim. Cavabı isə həmişəki kimi səmimi oldu. Beləliklə, həmsöhbətim, filologiya elmləri doktoru, professor, folklorumuzun bilicisi, dəyərli alimimiz, Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Məhərrəm Qasımlıdı. Beləcə bir söhbətimiz alındı. 


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
Avqust 19, 2008 12:19
Baxış sayı: 6

Şərhlər(0)

Tanıdıgım tanımadıgım Zəki İslam

Savalan TalİBLİ                  

         Məclislərdə,toylarda ustad aşıqlarımız şair Zəki İslamın sözlərini tez-tez oxuyur.Elə hazırladıgım radio verlişlərində də,aşıqlarımız şairin qoşqularını çox oxuyub

 


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
İyun 22, 2008 16:35
Baxış sayı: 43

Şərhlər(0)

GÜLLÜ YOLOĞLU flologiya elmləri namizədi, tarix elmləri doktoru

ÇƏRŞƏNBƏLƏR – NİYƏ ÇAŞIRIQ?Son illər söhbət çərşənbələrdən düşəndə, demək olar ki, hamımız dərsini yaxşı bilməyən şagird kimi çaşırıq. Biri su çərşənbəsi deyəndə, o birimiz torpaq çərşənbəsi deyirik. İş o yerə çatıb ki, bu çaşqınlıq televiziya kanallarımıza da sirayət edib

 


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
İyun 15, 2008 12:23
Baxış sayı: 37

Şərhlər(0)

Tahir Taliblidan şerlər

Yazı-haqq təala ilə öz arasındakı

məsafəni,vaxtı görə bilməkdi

Ay,Tanrı,məni quş elə

Bagla bir quş qanadına

 Təzədən birdə quş elə

Bir gözəl qız inadına

 

Dünya məni əndirsin qoy,

sonra köntöy dindirsin qoy

sonra,yenə mindirsin qoy,

bir dəlisoy cin atına 

 

Sular dəyə-dəyə gedir,

daşı döyə-dəyə gedir,

hamı gizlənməyə gedir,

bəlkədə torpaq altına 

21.05.2008 


Tahir Talıblı

Enidbi tanrıdan,haqdan

Dərddi yenə bizə gəlir,

Gedən aldanışa gedir,

Gələn hələ duza gəlir.



Mayası qudurub nəfdən

Kefcili bayılıb kefdən,

Əzrayılla hər tərəfdə

Adamlar üz-üzə gəlir



Beləcə dogub törəyib

Qurdu qəmgin,quşu qərib

Bizi yiyəsizmi görüb

Ölüm üstümüzə gəlir

07-08 mart 2008






Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 22, 2008 23:37
Baxış sayı: 74

Şərhlər(2)

Günay Dağlı

  Кимдир  Ъейщун  Щаъыбяйли?                            

         

üç qardaş           

1891-ъи илин   шахталы,  цч  феврал   эцнц  Щаъыбяйлиляр  аилясинин    цчцнъц   дащи  ювлады  Ъейщун  дцнйайа  эюз  ачды.   Санки,   дащилик   зирвяси   бу   аилянин  сой  ады   цчцн  йарамышды.    Онлар  щягигятян  дя  дащи-мцтяфякир  идиляр.    Цзейир  вя  Зцлфцгар   Щаъыбяйлилярдян  фяргли  олараг   Ъейщун   bяyin талещиня  совет  имперiйасıнıн   дцшмяни   олмаг  рясмян   дцшмцшдц.  Онун  ады  совет  дюняминдя  чякилмямиш,   юзц  ися  мцщаъир    щяйаты  йашамаьа   мящкум  едилмишдир.  Кимдир  Ъейщун  Щаъыбяйли?                                                                                              


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 18, 2008 14:26
Baxış sayı: 79

Şərhlər(0)

Bir necə soz

Palıdın kökündən qaynayan,dag yelləriynən oynayan,olacaqları danışmaqdan doymayan,dünyanı dogudan batıya,qüzeydən güneyə, dörd dolanan,böyük köçlə yoldaşlıq eləyən bir söz seli var.


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 18, 2008 1:10
Baxış sayı: 84

Şərhlər(0)

Neçə ildir ki, bu yolu gedib gəlirdim.



Bakı...
Nizami metrosu gecə saat on bir...
Nizami metrosu yaxınlıgında bir dostumla görüşəndən sonra evə qayırdım. Metroya sarı gələndə diqqətimi bir lövhə çəkdi. Lövhədə yazılmışdı. “Bu evdə sovet ittifaqi qəhrəmani Mehdi Hüseynzadə yaşamışdı.” Bir neçə dəqiqə lovhəyə baxdım. Neçə ildir ki, bu yolu gedib gəlirdim. Amma nədənsə heç o xatirə lövhəsinə rast gəlməmişdim. Bilmirəm nədən bu lövhə diqqətimi çəkmirdi? Məni ətrafdan seyr edənlər bəlkə də mənə bu şəhərin sakini kimi baxmırdılar. Çünki o xatirə lövhəsini Bakı sakinləri çoxdan görmüşdü. Indi mənim kimi ona diqqətlə baxan təbii ki, yox idi. Şəkilə bəlkə on beş dəqiqəyə qədər baxdim, yenə də doymadim. Şəkilə baxdıqca gözlərimin qarşısında Mehdi Hüseynzadənin xatirəsinə çəkilmiş “uzaq sahillərdə” filmi gəldi. Respublikanın xalq artisti Nodar Şaşıqoğlu zamaının Mixaylosu... Bu insanı yaxından görmüşəm. Bir suyu Mehdiyə həqiqətən oxşayır. Görünür personaj kimi əsl Mehdi roluna o layiq görülübmüş. Filmə hər dəfə baxanda əhsən, min əhsən deyirəm.Mehdiyə Nodar Şaşıqoglununda mehri məhəbbəti yüksək olub. Elə bu səbəbdən də rolu gözəl oynayıb.
Darıxdım bu film ücün,Mixaylo üçün ilahi, ... Dodaqaltıda Ramiz Rövşənin bu misralarını səsləndirdim.


Bulud kimi ölmək –
bir yaz yağışında.
Ümid kimi ölmək –
bir qız baxışında.

Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 17, 2008 22:45
Baxış sayı: 69

Şərhlər(0)

Qaracioghlu asiq Pashanin dediyine gore :

 Qaraçıoğlu Aşıq Paşanın özün dediyinə görə, "Qaraçı" havasını da nəsillikcə aşıqlıq sənətinin daşıyıcıları olan Qaraçıoğlu İbrahim yaradıb

Aşıq yaradıcılığına yaxından bələd olanlar, aşıqsevərlər, saz-söz vurğunları indi gözdən iraq qalsa da, vaxtilə səsi yanar çırağı söndürən Qaraçıoğlu Aşıq Paşa Mehdiyevi yaxşı xatırlayırlar. Bu da həmin Qaraçıoğlu Aşıq Paşa Mehdiyevdir ki, onun babası Qaraçıoğlu İbrahim Azərbaycan aşıq sənəti tarixinə Koroğlu aşığı kimi düşüb.



Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 17, 2008 22:34
Baxış sayı: 69

Şərhlər(0)

Savalan Talıblı

Bir daha İrəvan toponiminin tarixi haqda

Bu gün hayların yaşadığı coğrafi ərazi heç vaxt erməniyə aid olmayıb. Bu ərazilər tarix boyu türk yurdu kimi tanınıb və qəbul edilib. Bunu deməklə əslində kiməsə tarix dərsi keçmək fikrində deyiləm. Sadəcə olaraq tarix bunu sübut edir, edib, edəcək. İrəvanın tarixi və bölgədəki yer-yurd adları, bu yerlərin aborigen əhalisi azər, türk boyları ərazinin erməniyə heç bir aidiyyatı olmadığını sübut edir. İrəvan -indi olub Yerevan, bütün qədim türkün yaşadığı ərazi də Ermənistan. Dənizdən-dənizə böyük Ermənistan xülyasına düşən erməni bəlkə də böyük türkün şanlı tarixindən xəbərsiz deyil. Amma erməni məkri, hiyləsi artıq uzun müddətdir ki, torpaqlarımızın erməniləşdirilməsi siyasətini özünə məqsəd tutub. Zaman-zaman


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI, TƏDQİQATLAR
folklor
May 17, 2008 21:57
Baxış sayı: 58

Şərhlər(0)

Savalan Talıblı

"Sazı urvatdan salmaq olmaz"


Fəxrəddin Salim saza Allahla ünsiyyət vasitəsi kimi baxır
Zaman keçdikcə aşıq sənəti, hava-havacat daha çox durulaşmaqdadı. Söz var deyirlər: su axa-axa durular. İnsan daha çox bu duruluq içində özünü tapır, özünə qayıdır.

Aşıqlığımız böyük intibah yolu keçmiş, tarixi gələnəkləri götürüb gələn böyük sənətkarlıq və həyat məktəbidir.

Tanınmış, adlı-sanlı aşıqlarımız bütün dövrlərdə zəmanənin seçdiklərindən olub. Tarixi, böyük yol keçən aşıqlarımız, zaman-zaman zəngin hava-havacat yaratmış, geniş bir repertuarla bu günümüzə çata biliblər.


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 17, 2008 17:02
Baxış sayı: 44

Şərhlər(0)

TAHIR TALIBLi

Derbend again.

And.

To (the) sword from (the) sword.

There is/are considerable new your meantime journey to (the) Derbend then. Authority our period (time) fourteen of April. Good vakhtdy. Nature shook full aghirrighindan of the winter, he (she, it) has gone out (climbed). What there is/are the most in the world, muraz all top. Trees leafed happily, he (she, it) has blossomed. Nature himself (herself, itself) revival top. 75 annual jubilees of one (of) poet Kalantar Kalantarly connected with principal causes this journey. Collective of the Derbend state Lezghin theatre has invited (the) poet to (the) meeting. Azerbaijan State has GSJ chairman sage teleradio transmissions Aly to special tasks. Copying (moving) (the) historical and ancient places of (the) Derbend connected with family, root (carrot) to (the) ribbon in our national television, task of to do (make) transmission being (was/were) kept in mind interestingly (fine) journey joining hand comrade. Enough experienced inch teles operatordu in spite of being young.


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 9, 2008 23:58
Baxış sayı: 682

Şərhlər(0)

TAHİR TALIBLI

 

 

YENƏ DƏ DƏRBƏND

VƏ YAXUD

ŞƏMŞİRDƏN ŞƏMŞİRƏ

 

 

Xeyli aradan sonra Dərbəndə yeni səfərimiz var. Ezamiyyə vaxtımız aprelin on dördünnəndi. Yaxşı vaxtdı. Təbiət qışın ağırrığından tam silkinib, çıxıb. Dünyada ənni-cinni nə var, hamısı muraz üstədi. Ağaclar xoşbəxt-xoşbəxt yarpaqlayıb, çiçəkləyib. Təbiət özü bir dirçəliş üstədi. Bu səfərimizin əsas səbəblərinnən biri şair Kələntər Kələntərlinin 75 illik yubileyi ilə bağlıdı. Dərbənd Dövlət ləzgi teatrının kollektivi şairi görüşə dəvət eləyib. Azərbaycan Dövlət Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanovun xüsusi tapşırıqları var. Dərbəndin soyumuzla, kökümüzlə bağlı tarixi və qədim yerlərini lentə köçürüb milli televiziyamızda, maraqlı, yadda qalan veriliş eləmək tapşırığı Vüsal Əliyev səfər yoldaşımızdı. Gənc olmasına baxmayaraq kifayət qədər təcrübəli, duyumlu bir tele operatordu.


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 9, 2008 22:18
Baxış sayı: 67

Şərhlər(0)

Günay DAĞLI

             Xoxan” 

 

 

“Xoxan” gəldi” dedilər gözləri bərəldi, rəngi göyərdi, susdu körpə. “Xoxanı” gözlədi “xoxan” gəlmədi. Bir də xuxuldadılar “ay bala “xoxan” gəlir dinc ol” dedilər. Dincəlmədi, dinclik bilməzdi balaca.

Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 7, 2008 19:10
Baxış sayı: 50

Şərhlər(1)

Günel Natiq

 

Yaşın və sözün ağrısı

 



O, poeziyaya 70-ci illərdə gəlib. İlk mətbu şeiri o zamankı APİ-nin "Gənc müəllim" qəzetində dərc edilib. Elə tələbə ikən imzası dövrü mətbuatda görünməyə başlayıb. Söhrab Tahirin gənc şairə "Uğurlu yol" yazması da təsadüfi deyildi, belə ki, o, bu gəncdə yaxşı düşünə bilmək, düşündüklərini sözə çevirə bilmək istedadını görmüşdü.


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 4, 2008 0:12
Baxış sayı: 63

Şərhlər(1)


  Yazılar cəmi: 14   
bizi 105FM də və ya aztv radiosuyla dinləyin
105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com