Reklam verin!
bizimlə əlaqə folklorumuz@mail.ru +99412 39 72 37 +99455 669 50 18 +99455 6268823

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor
105 fm
ƏMƏKDAŞLAR!

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 43
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 241
  • Ümumi hit: 15584

Müxtəlif

Son xeberler

105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI

Aşıq Əmrah Gülməmmədov

Aşıq Əmrah Gülməmmədov

Əmrah Paşa oğlu Gulməmmədov 1914-cü ildə axarlı-baxarlı Borçalının Araplı (Ərəbli) kəndində dünyaya göz açmışdır. Məktəb yaşlarına çatanda atası Paşa kişidən saz çalmağı öyrənmişdir. Həddi-büluğa çatan vaxt atası onu dövrünün ən seçilib-sayılan və igid-qəhrəman nəslindən olan ustad aşıq Məsimin (Yadigarov) yanına şəyirdliyə qoyur.

Əmrah Gülməmmədov Aşıq Məsim Yadigarovun yanında nəinki qəmli və yanğılı aşıq-el havalarının mahir ifaçısına, eyni zamanda yanğılı oxuyub qoşma deməyə yiyələnir. Beləliklə, o, püxtələşdikcə aşıq sənətinin dərin məzmunlu sirlərinə daha yaxından bələd olmaqla yanaşı, həm də sənəti inkişaf etdirərək onu yüksək zirvəyə qaldırmağa cəhd edir.

Şah Əmrahın 1930-cu illərdən Borçalının ən böyük bölgələrinin konsert salonlarında səsləndirdiyi hava və mahnıları 50-ci illərdə Bakının radio dalğalarında və konsert salonlarında səslənərd

Davamı...


Borçalı aşıq mühiti
folklor
Avqust 6, 2008 12:24
Baxış sayı: 9

Şərhlər(0)

Aşıq Kamandar

Kamandar Əfəndi dünyaya gələndə artıq Borçalı mahalının bütün məntəqələrində quruculuq və yaradıcılıq işləri gedirdi. Demək olar ki, bütün təsərrüfatlar kollektivçiliyə girişib Borçalının ən ucqar duzən və dağ kəndlərində belə kolxoz quruculuğu sisteminə keçmişdi. Gələcəyin ustad aşığı 1932-ci ildə Borçalının-indiki Marneuli rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Borçalıda aşıq sənətinin əlçatmaz zirvəyə çatan vaxtı balaca Kamandar artıq Alget və Kür çayının şırıltısından simli sazın ahəngini yavaş-yavaş ayırmağa başladı. Bir müddətdən sonra Kamandar ustad aşıqlardan Sadıq, Məhəmməd Şıxlı, Şah Əmrah və b. təkidi sayəsində aşıq-ozan sənətinin sirlərinə daxil olmağa daha bir uğurlu addım atır
Davamı...


Borçalı aşıq mühiti
folklor
Avqust 6, 2008 12:23
Baxış sayı: 10

Şərhlər(0)

Xındı Məmməd

Xındı Məmməd

Məmməd Gülabı oğlu Qəniyev 1896-cı ildə Borçalı nümayəndəliyinin (Marneuli rayonu) böyük Muğanlı (Qaş Muqanlı) kəndində kəndli ailəsində anadan olmuş və çətin uşaqlıq dövrü keçirmişdir. Çox gözəl, qeyri-adi məlahətli səsə malik olduğunu görən dayısı Hüseyn Qoca oğlu 1914-cü ildə onu məşhur el şairi, geniş savad dairəsinə malik olan şair Ağacanın yanına şəyirdliyə verir.

Məmməd şair Ağacanın yanında Azərbaycan, Şərq və xüsusilə islam tarixini tam mənada öyrənir, şer, sənət dünyasının sirlərinə dərindən bələd olmaqla, Nizamidən üzü bu yana Azərbaycanın yazılı və şifahi ədəbiyyatını dərindən araşdırmaqla, Qurbani, Xəstə Qasım, Ələskər və s. şair-aşıqların yaradıcılıqlarını da mənimsəyir

Davamı...


Borçalı aşıq mühiti
folklor
Avqust 6, 2008 12:21
Baxış sayı: 9

Şərhlər(0)

AŞIQ HÜSEYN SARACLI

Onun dastan dünyası haradasa əjdahaya qalib gələn Məlikməmməd var. haradasa Qara Keşişin fitnə fəsadında yanan Kərəm var. haradasa bəylərin, xanların, paşaların zülmünə dözməyib, Çənlibelə çəkilən Koroğlu var. Qırat var, Dürat var. haradasa, ağ qoç, qara qoç var. haradasa «Ana, mən Qəribəm, Qərib» deyən var. haradasa Dədə Ələsgər, Tavar saz, bulqurlu saz var. haradasa, Qurbani, Tufarqanlı Abbas, Şəmşir, Əmrah, Xındı Məmməd, Kamandar sevgisi, yanğısı var. Və haradasa, haradasa Hüseyn Saraçlı dünyası, Hüseyn Saraçlı dərinliyi var. Hüseyn Saraçlı ləngəri, məhəbbəti var. haradasa «Müxəmməs», «Dilqəmi», «Baş divani», «Zarıncı», «Cığalı təcnis», «Şeşəngi», «Balsayad», «Yurd yeri», «Sürütmə Koroğlu», «Gözəlləmə», «Yanıq Kərəmi», «Ovşarı», «Göyçə Gözəlləməsi», «Mansırı», «Borçalı gözəlləməsi», «Sarı tel», «Orta sarı tel», «Paşa köçdü», «İrəvan çuxuru», «Sallama Kərəmi», «Başxanım», «Çuxur oba», «İstanbul bozuğun» iniltisi, hayqırtısı, nərəsi, sevgisi, oba yurd həsrəti, qələbəsi var.
Davamı...


Borçalı aşıq mühiti
folklor
Avqust 6, 2008 12:20
Baxış sayı: 9

Şərhlər(0)


  Yazılar cəmi: 4   
bizi 105FM də və ya aztv radiosuyla dinləyin
105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com