Reklam verin!
bizimlə əlaqə folklorumuz@mail.ru +99412 39 72 37 +99455 669 50 18 +99455 6268823

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor
105 fm
ƏMƏKDAŞLAR!

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 39
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 229
  • Ümumi hit: 15572

Müxtəlif

Son xeberler

105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI

asiq Huseyn Şəmkirli

Qafil könul, bir məclisə varanda, Ver qadağa acı dilə, danışma. Hərcayı söyləmə, Hərcayı demə, Laf eyləyib gülə-gülə danışma. Aşıq gərək hər məclisdə sayılsın, Sözünü eşidən qansın ayılsın, Kəlmə çıxar, şirin cana yayılsın, Qaldırıb səsini zilə, danışma. Sözün uca tutma azğın, axmağın, Xoşlanılmaz aralıqdan çıxmağın. Layıq deyil başa qaxınc qaxmağın, Öz eybini bilə-bilə, danışma. Yazıq Hüseyn, əhdin yetər yerinə, Könül bağla aşiqlərin pirinə. Çək sözünü həqiqətə, dərinə, Hər qədir bilməzlə belə danışma.


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:53
Baxış sayı: 47

Şərhlər(0)

Xəstə Qasım

DƏLI KÖNÜL, MƏNDƏN SƏNƏ ƏMANƏT Dəli könül, məndən sənə əmanət, Demə bu dünyada qalım yaxşıdı. Bir gün olar, qohum, qardaş yad olar Demə ulusum var, elim yaxşıdı. Bir məclisə varsan özünü öymə, Şeytana bac verib, kimsəyə söymə, Qüvvətli olsan da yoxsulu döymə, Demə ki, zorluyam, qolum yaxşıdı.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:48
Baxış sayı: 50

Şərhlər(0)

Dəllək Murad

Dəllək Murad (XVIII əsr)XVIII əsr aşıqlarındandır, doğum və ölüm tarixi dəqiq məlum deyil. Bəzi mənbələrdə onun XVII əsrdə yaşadığı qeyd olunur. Əsasən gəraylıları və qoşmaları ilə tanınıb. Qoşmalarında çoxlu sayda nəsiyyətlərə rast gəlmək olar.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:46
Baxış sayı: 49

Şərhlər(0)

Sarı Aşıq

XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Aşığın qəbri Qarabağın Zəngəzur mahalının Güləbürd kəndinin, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur. Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut etmişlər.
Davamı...


Asiq yaradiciligi, Qarabag aşıq mühiti
folklor
İyun 8, 2008 13:45
Baxış sayı: 49

Şərhlər(0)

Qaracaoğlan

Qaracaoğlan - XVII əsrdə yaşamış aşıqlardandır. Aşıqlar sazlarını sinələrindən asıb kənd-kənd dolaşır, kahvelerde, meydanlarda, düğünlerde şiir söylerlerdi. Onun için bunlara halk şairi denirdi. Karacaoğlan da Güney illerinden çıkma bir halk şairidir.1606 yılında Adana'nın Fersak köyünde doğmuştur. Sailoğullarındandır. Bu aile o yörede hâlâ yaşar. Küçük yaşta saz çalıp şiir söylemeye başladı. Yeniçeri Ocağı'na girdi. Savaşlara katıldı. Dîvân’ı vardır.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:43
Baxış sayı: 53

Şərhlər(0)

Aşıq Abdulla

Doğum və ölüm tarixi dəqiq bilinməyən Aşıq Abdulla XVII əsr aşıqlarındandır. Haqqında yalnız xalq rəvayətlərindən və günümüzə gəlib çatan "Cahan və Abdulla" dastanından məlumat əldə etmək mümkündür. Əsasən 8 və 11 hecalı şeirlər yazan Abdullanın bizə bir neçə gəraylısı və qoşması məlumdur. O, bu şeirlərində fələkdən, taledən, sevgilisindən şikayət edir. Aşıq haqqında olan və onun həyatından bəhs edən "Cahan və Abdulla" dastanı Türkiyənin Qars, İqdır kimi bölgələrində də geniş yayılmışdır.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:42
Baxış sayı: 49

Şərhlər(0)

Asiq Abbas Tufarqanli

Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVİ əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı "Abbas-Gülgəz" dastanı da folklorumuzun qiymətli örnəklərindəndir. Xalqı təmsil edən ozan sənətinin səfəvizmlə qarşı-qarşıya gəldiyini bir neçə örnəklərdə müşahidə etmək mümkündür. Lakin ən açıq örnək Aşıq Abbas Tufarqanlının Şah Abbas Səfəviyə qarşı qətiyətli mübarizəsidir. Xalqın Səfəvi kimliyinə qarşı nifrəti Aşıq Abbas Tufarqanlının timsalında ortaya çıxar. Bu tarixi gerçək hadisəni dastanlaşdıran ozan sənəti bir daha göstərmişdir ki, millətin yazqısı ilə irtibatda olan olaylara münasibətsiz qalmamışdır.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:41
Baxış sayı: 48

Şərhlər(0)

Asiq Qərib

Aşıq Qərib - həyatı haqqında dəqiq məlumat yoxdur. XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı təxmin edilir. Həm Anadoludakı, həm də Azərbaycandakı yazılı qaynaqlarda adı qeyd olunur. Aşıq Qərib şeirlərini 8 və 11 hecalı yaşmışdır. Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan bəhs edir.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:40
Baxış sayı: 53

Şərhlər(0)

Aşıq Şəmşrin ən çox müraciət etdiyi şe’r nümünələr

Dədə Şəmşrin ailə-əxlaq üzərində qurduğu “Şəmşir və Sənubər” dastanı ustadın yaşadığı acılı-şirinli dünyanın epik-lirik məqamları üzərində qurulan həyat səlnaməsidir. Nədənsə, dastanda bütün obrazları öz adı ilə saxladığı halda, Dədə Şəmşir ömür gün yoldaşı Güllü nənəni “Sənübər” adı ilə bir növ ismi-pünhan obraz kimi dastanın sujetində oxucsuna sevgisində ardıcıl, qayım-qadım, xoş, qədim türk xanımı kimi təqdim edir.
Digər məhəbbət dastanlarındanh fərqli olaraq dastan önü verilmiş üç ustadnaməözünündür.
Bu ustadnamələrdə aşıq dinləyiçilərə mərdlik, xalqa, vətənə məhəbbət, sədaqət kimi insani keyfiyyətlər aşılayır, onları pis əməllərdən uzaq olmağa, hər deyilən sözə inanmamağa, hər adama sir verməməyə çağırır.
Aşıq Şəmşir “Şəmşir və Sənubər” dastanını düzüb qoşarkən üç mərhələli ustadnamədən, bir haqq qapısı divanidən, 30 bəndlik 6 gəraylıdan, 98 bəndlik 28 qoşmadan, çoxlu gəraylı, qoşma, müxəmməs üzərində deyişmə, qıfılbənd və 6 bəndlik toyaxarı duvaqqapmalı xeyir-duadan istifadə etmişdir.

Aşıq Şəmşrin ən çox müraciət etdiyi şe’r nümünələri bunlardır:

Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 23:06
Baxış sayı: 64

Şərhlər(0)

DƏDƏ ŞƏMŞİR

DƏDƏ ŞƏMŞİRİN HƏYAT YOLU

Dəmirçidam kəndi Göyçənin gədiyində yerləşir. O, vaxt ustad - dədə, peşəkar – ifaçı aşıqlarından və el şairlərindən Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Musa, Zodlu Aşıq Abdulla, Aşıq Nəcəf, Aşıq Talıb, Aşıq Bəsti və b.Miskin Abdal ocağının pir nəslindən olan Məşədi Məmmədalı oğlu Ağdabanlı qurbangilə tez-tez gəlib - gedirdilər. Onlar dəmirçidamlıları vüqarlı, ilqarlı oğul-qızlarının xeyir işlərinin “Divani” və “Düvaqqapması”nı oxuyub, onlara qoşa qarımaları üçün xeyir-duva verirdilər.
Dədə Şəmişirin babası Məşədi Məmmədalı kişi Ağdaban kəndinin Çayqovuşan deyilən axar-baxarlı, cənnətməkan bir güşəsində məskunlaşdıqdan sonra sovet hakimiyyəti qurulanədək - 1920-ci ilə kimi Dədə-baba yurdu Dəmirçidam kəndinin Qoşabulaq ərazisinə və söyüdlüçay yaylağına yaylağa çıxarmış

Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 23:04
Baxış sayı: 90

Şərhlər(0)

Asiq Ələsgər

Aşıq Ələsgər, (1821 - 1926) Azərbaycan el şerinin ən böyük nümayəndələrindən və bu şerin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şerinə misilsiz xidmətlər göstərmişdir.
Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:57
Baxış sayı: 75

Şərhlər(0)

Dastanlar, nəğmələr, rəvayətlər

Dastanlar, nəğmələr, rəvayətlər nəsildən-nəsilə ötürülür və söyləyənin bacarığından, süjetin təfsilatını, rəngarəng poetik obrazları yaddaşına köçürmək qabiliyyətindən asılı olaraq dəyişikliyə məruz qalır. Şifahi yaradıcılığın qorunub saxlanmasında, onun bədii məziyyətlərinin zənginləşməsində xalqın mənəvi sərvətinin keşiyində duran xalq dastançılarının xidməti böyükdür.



Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:49
Baxış sayı: 74

Şərhlər(0)

Molla Cumanın dastanları

Müəllif: Ramazan Qafarlı

Molla Cuma Azərbaycan aşıq poeziyasında forma və məzmununa görə bir-birindən seçilən müxtəlif səpgili lirik şerlərin, yeni poetik qəliblərin, saz havalarının yaradıcısı və fikir müstəqilliyini, eşq azadlığını islam prizmasında «İsmi pünhan»laşdıran, türk ruhunu müqəddəsləşdirən duyğusal el şairi kimi tanınır. O, kökü təsəvvüfə bağlanan qədim xalq sənətini elə bir «İsmi pünhan» zirvəsinə qaldırıb ki, oradan baxanda hər şey sevgi və gözəllik işığına bürünür, böyük Nizaminin dediyi kimi, «dünya məhəbbətdən fırlanır».

Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:10
Baxış sayı: 80

Şərhlər(0)

Yunis İmrə sufi şairdir, yoxsa aşiq?.

Müəllif: Ramazan Qafarlı

Bütün məs‘uliyyəti ilə demək olar ki, sayanın aşıqla birbaşa heç bir əlaqəsi yoxdur. M.Allahmanov öz ustadının səhv fikirlərinə bəraət qazandırmaqdan ötrü dəridən-qabıqdan çıxıraq yazır: «Bu araşdırmaların bir ucunda prof. M.Həkimovun daha inandırıcı və fikrimizcə, daha uğurlu qənaətləri dayanır. Bu da müəllifin sayanı qədim azərbaycanlıların təfəkküründə allah, peyğəmbər, çobanlar ilahəsi (?), məclislər aparan sənətkar aşıq olması(?) qənaətində durmasıdır və bizim fikrimizə müqabil duran da budur» (səh. 37, Ozan, Aşıq və Aşiq). Özümüzü oda-közə vurmasaq da saya nəğmələrinin funksiyası bəllidir. İlkin əmək peşələrindən biri - çobanlıqla bağlı yaranan poetik sənət nümunələridir. Və sayanı müasir aşıqla eyniləşdirənlər aşıq sənətinin spesifikliyini bilmədiklərini nümayiş etdirirlər.

Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:07
Baxış sayı: 71

Şərhlər(0)

Təriqətlər

Müəllif: Ramazan Qafarlı

Dünyanın əsas dinlərindən biri olan islam eramızın VII əsrində yaranaraq yayılmağa başlamışdır. Çoxallahlı dini e'tiqadlardan fərqli olaraq, islam daha mütəşəkkil din sistemi idi və ilk dəfə Məkkədə Məhəmməd peyğəmbər tərəfindən meydana atılmışdır. Müsəlmanlıq Məhəmməd peyğəmbərin sağlığında Şərqdə yüksək nüfuz qazanaraq, geniş bir ərazinin adamlarını öz tə'siri altına almışdır.
Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:04
Baxış sayı: 59

Şərhlər(0)

Aşıq sənəti və təsəvvüf

Aşıq sənəti və təsəvvüf (aşığı meydana gətirən tarixi şərait və amillər)


Müəllif: Ramazan Qafarlı

SUFİZM NƏDİR? Azərbaycan ədəbiyyatı, incəsənəti, fəlsəfəsi və mədəniyyəti tarixinin aktual problemlərindən biri, bəlkə də birincisi İslama sığınan Şərq xalqlarının uzun əsrlər boyu mə‘nəvi aləminin özülündə, mayasında durmuş sufizmdir. Obyektiv və subyektiv səbəblərdən bu məsələ bizdə araşdırılmadığı, ya da ümumi şəkildə toxunulduğu, bə‘zi əlamətləri barədə dərsliklərdə dini mahiyyətli, gərəksiz, əhəmiyyətsiz hərakat, dünyagörüşü kimi danışılıdığı vaxtlarda müsəlman olmayan ölkələrdə təsəvvüfə, tə‘limlərinə, təcürbəsinə böyük maraq göstərilmiş, dünyanın Göte, Bayron kimi sənət korifeylərinin bədii yaradıcılığının əsas ideya istiqamətini müəyyənləşdirən amil, məFəniyyət modellərini, ədəbiyyatın poetik sistemlərini və üslubi füqurlarını formalaşdıran vasitə sayılmışdır. Sufi sənətkarlardan – Həllac Mənsur, Qəzəli, İbn-Arabi, Sənai, Xaqani, Nizami, Sührəverdi, Nasafi, Şəbüstəri, Hafiz, Xəyyam, Dəhləvi, Rumi, Fərabi, Əttar, Nəimi, Nəsimi və Füzulidən yaşamağın, insanlarla davranmağın, varlığı dərk etməyin, sevməyin, həyat bağışlayana vurğunluğun, həyatda öz yerini və amalını tapmaq uğrunda mübarizə aparmağın yollarını öyrənmişlər.


Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:02
Baxış sayı: 78

Şərhlər(0)


  Yazılar cəmi: 16   
bizi 105FM də və ya aztv radiosuyla dinləyin
105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com