Reklam verin!
bizimlə əlaqə folklorumuz@mail.ru +99412 39 72 37 +99455 669 50 18 +99455 6268823

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor
105 fm
ƏMƏKDAŞLAR!

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 19
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 207
  • Ümumi hit: 15550

Müxtəlif

Son xeberler

105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI

azərbaycan radiosuna «Araz»ın gəlişi

Araz»ın gəlişi

1964-cü il oktyabrın 15-də Azərbaycan radiosunun «Araz» xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. «Araz»ın çağırış musiqisi Fikrət Əmirovun idi. «Araz» əvvəlki dövrdə dinləyicilərə 12 saatlıq veriliş təqdim edirdi. Müəyyən müddətdən sonra isə radionun I proqramı ilə yayımlanan bəzi verilişlər «Araz» vasitəsilə təkrar olunurdu


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:58
Baxış sayı: 42

Şərhlər(0)

radio bu gün

Müstəqillik dövrü

1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radio verilişlərində demokratiya ab-havası duyulmağa başlandı, cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meylərini gücləndirən proqramlara üstünlük verildi.
Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən «Açıq-aşkar», «Xudafərin», «Sözün düzü», «Baxış bucağı», «Dünya», «Pillə», «Çevrə», «Radio-atmaca», «Molla Nəsrəddin», «Yol», «Yuva», «Vaxt», «Dan yeri» kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi.


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:57
Baxış sayı: 48

Şərhlər(0)

1988-ci ildə başlanan təlatüm

1988-ci ildə başlanan təlatüm

1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio da televiziya kimi Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi.
Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan radiosunu susdurmağa cəhd edir. Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, Azərbaycan radiosunun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatları ötürülürdü.


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:56
Baxış sayı: 35

Şərhlər(0)

azərbaycan radiosu----«Qızıl fond»


Qızıl fond»

Radionun «Qızıl fond»unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır.
1968-ci ildə radionun fonotekasında 24 minə qədər, 1980-ci ildə 40 mindən çox musiqi və digər sənət incilərinin lent yazısı var idi. Hazırda onların sayı 100 minə çatıb


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:55
Baxış sayı: 50

Şərhlər(0)

azərbaycan radiosu Müharibədən sonrakı dövr (1945-1970)

Müharibədən sonra radio verilişlərinin forma və məzmununda müəyyən dəyişikliklər baş verdi. 1949-cu ildən elektromaqnit səsyazma texnikasının radioda tətbiqi imkanların genişlənməsinə, verilişlərin keyfiyyətinin yüksəlməsinə yardım etdi.
1949-cu ildə Azərbaycan radiosunda futbol reportajlarının təməli qoyuldu. Birinci reportajı məşhur idman şərhçisi Aleksandr Qnezdov aparırdı. Yalnız 7 ildən sonra – 1956-cı ildə Respublika stadionundan futbol oyunu ilk dəfə radionun diktoru Sabutay Quliyev tərəfindən Azərbaycan dilində şərh olundu.



Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:53
Baxış sayı: 43

Şərhlər(0)

azərbaycan radiosunun beynəlxalq fəaliyyəti

1941-ci ildə SSRI hökuməti radio təbliğatını Türkiyə və Iranda yaymağı məqsədəuyğun hesab edir. Həmin ilin iyulunda Azərbaycan radiosu türk və fars dillərində verilişlər hazırlayan iki redaksiya yaradır. Türk dilində verilişlər redaksiyasına Adil Əfəndiyev, fars dilində verilişlər redaksiyasına isə qısa dövr ərzində Qulam Məmmədli rəhbərlik edir.
1941-ci il iyulun 20-də «Burası Bakı», «Inco Baku» ifadələri ilk dəfə Azərbaycan radiosu ilə verilən sınaq verilişlərində səsləndirilir. Həmin verilişlər 1941-ci il avqustun 18-dən müntəzəm olaraq «Bakının səsi» çağırışı altında dünya efirinə çıxır.


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:52
Baxış sayı: 29

Şərhlər(0)

Müharibə dövründə azərbaycan radiosu

Bakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu II Dünya müharibəsi zamanı gərgin, fövqəladə şəraitdə fəaliyyət göstərməli oldu. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verdi.
Azərbaycan radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirdilər: radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır, montaj edilirdi.


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:51
Baxış sayı: 40

Şərhlər(0)

azərbaycan radiosu 30-cu illərdə

30-cu illər…

1932-ci ildə radioda qəzet məqalələrinin oxunması ləğv edilir və bunun əvəzində efirə «Son xəbərlər» proqramı çıxır. Həmin ilin oktyabrında Informasiya redaksiyası da yaradılır.
1935-ci ildə struktur dəyişikliklərindən sonra radioda «Ədəbi dram», «Kolxozçu radiosu», «Qızıl əsgər» və «Gənclər» redaksiyaları fəaliyyət göstərirdi.


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:51
Baxış sayı: 39

Şərhlər(0)

«Radioteatr»

1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi «Radioteatr» yaradıldı. Azərbaycan teatr sənətinin radioya uyğunlaşdırılması prosesi aktyorların fəaliyyət imkanlarının genişlənməsinə səbəb oldu. Istedadlı səhnə ustalarından Abbas Mirzə Şərifzadənin, Mirzağa Əliyevin, Kazım Ziyanın, Ülvi Rəcəbin, Mərziyə Davudovanın, Fatma Qədrinin, Sidqi Ruhullanın, Mustafa Mərdanovun çıxışları dinləyiciləri valeh edirdi.



Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:50
Baxış sayı: 36

Şərhlər(0)

radionun Müslim Maqomayev mərhələsi

Müslim Maqomayev mərhələsi


1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olunur. Həmin dövrdə Azərbaycan radiosunun verilişləri Müslüm Maqomayevin bəstələdiyi «RV-8» radio marşı ilə açılırdı. Bu məşhur əsər 1929-cu ilin sonunda işə salınmış RV radiostansiyasına həsr edilmişdi. Marş ilk dəfə elə həmin studiyada ifa olunmuşdu.

 


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:49
Baxış sayı: 39

Şərhlər(0)

Radio və Məmməd Səid Ordubadi

Ədəbi verilişlər redaksiyasına rəhbərlik edən M.S.Ordubadi radio üçün şer, hekayə, felyetonlarla yanaşı tamaşalar da yazırdı. Hamının böyük məhəbbətlə «Mirzə» deyə müraciət etdiyi istedadlı ədib aktyorların və diktorların ifa edəcəkləri rolları qabaqcadan müəyyən edirdi.


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:49
Baxış sayı: 32

Şərhlər(0)

azərbaycan radiosu


Ilk cığırdaşlar

Əvvəlcə Bakı studiyası öz verilişlərini bir saat ərzində yayırdı. Bir aydan sonra bu verilişlərin həcmi 3 saata çatmışdı.
Verilişlər və konsertlər Azərbaycan, rus və erməni dillərində yayımlanırdı. Gündəlik proqramı radionun ilk müdiri olan Verle özü tərtib edirdi

Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:48
Baxış sayı: 39

Şərhlər(0)

Ilk azərbaycanlı diktorlarımız

Ilk azərbaycanlı diktorlarımız

Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi Ismayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya Imanzadə olurlar


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:48
Baxış sayı: 39

Şərhlər(0)

azərbaycan radiosunda verlisler

RV–47-dən beynəlxalq yayımadək

Proqramlar zəif sayılan RV-47 stansiyası vasitəsi ilə yayımlanırdı. Studiyadan kənar 1 saatlıq veriliş yaymaq üçün 3 gün hazırlıq görülürdü.
1929-cu ildə radiostansiya Bakı Baş Poçt-Teleqraf binasına köçdüyü üçün radio əməkdaşlarının iş şəraiti yaxşılaşır, efirdə patefondan istifadə edilməyə başlanılır, mikrofonlar, gücləndirici aparatlar təkmilləşdirilir.


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:44
Baxış sayı: 37

Şərhlər(0)

Radionun statusu

Radionun statusu

1925-ci il aprelin 22-də Azərbaycan Xalq Komissarları Soveti Bakıda əhatə dairəsi 600 klometr olan geniş yayımlı radio verilişləri stansiyası tikməyi qərara aldı.
1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Soveti radionun Əsasnaməsini təsdiq etdi


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:43
Baxış sayı: 34

Şərhlər(0)

Azərbahcan radiosunun fəaliyyəti

Azərbahcan radiosunun fəaliyyətini iki mərhələyə bölmək olar:
müstəqilliyə qədərki və sonrakı dövrlər.

Başlanğıc

Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da yaradılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər.


Davamı...


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:42
Baxış sayı: 38

Şərhlər(0)

Zəki İslamın şerləri

 

 Göyçə

Zəki İslam

Ata-baba məskənimsən,
Ana yurdum, elim, Göyçə!
Ünvanımı soruşanda,
Tez-tez deyir dilim “Göyçə”!

Hər mahalın bir adı var,
Ana yurdun öz dadı var,
Qonaqpərvər övladı var,
Uzanıqlı əlim, Göyçə!

Qazax, Tovuz, Şəmkir, Gəncə,
Qarabağdan dost gəlincə,
Obalarda incə-incə
Açılıbdı gülüm, Göyçə!

 


Davamı...


Bölməsiz
folklor
İyun 22, 2008 17:06
Baxış sayı: 29

Şərhlər(0)

Tanıdıgım tanımadıgım Zəki İslam

Savalan TalİBLİ                  

         Məclislərdə,toylarda ustad aşıqlarımız şair Zəki İslamın sözlərini tez-tez oxuyur.Elə hazırladıgım radio verlişlərində də,aşıqlarımız şairin qoşqularını çox oxuyub

 


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
İyun 22, 2008 16:35
Baxış sayı: 43

Şərhlər(0)

GÜLLÜ YOLOĞLU flologiya elmləri namizədi, tarix elmləri doktoru

ÇƏRŞƏNBƏLƏR – NİYƏ ÇAŞIRIQ?Son illər söhbət çərşənbələrdən düşəndə, demək olar ki, hamımız dərsini yaxşı bilməyən şagird kimi çaşırıq. Biri su çərşənbəsi deyəndə, o birimiz torpaq çərşənbəsi deyirik. İş o yerə çatıb ki, bu çaşqınlıq televiziya kanallarımıza da sirayət edib

 


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
İyun 15, 2008 12:23
Baxış sayı: 37

Şərhlər(0)

Yurd yeri

 
Xalq yaradiciligi
 
KECID
 
 MUSIQI 
          Hervaxtiniz xeyir olsun eziz dinleyicilerimiz,vaxtin vedenin tamaminda her heftenin cersenbe gunu oldugu kimi yenede gorusunuzdeyik. Bugun ki gorusunuze ise filologiya elmleri doktoru,pfrofessor, milli elmler akademiyasinin nizami adina inustutunun direktor muavini, gozel tedqiqatcimiz folklorcu alim Meherrem Qasimliyla gelmisik
 
 
 (kecid)  
        Meherrem muellim xos gorduk sizii, stdiyamizda geldiyiniz ucun minnetdarliqimi bildirirem.Sizi verlismizde gormeyime sadam.Ve mene cox xosdur ki bugun musahibim sizsiniz,ve maraqli bir movzuya munasibetiniizi bildirecekssiniz.Siz azerbaycan asiq senetini izahli genis arasdiran alimsiniz.Ayri ayriliqda butun bolgelerin.asiq muhitlerini derinden oyrnenmisiniz.Bugun sizin tedqiqatlariniz neinki azerbaycan auditoriyasina,butun turk dunyasina bir tohvedir.Isterdim sohbetimizide bu sepgide quraq.Ilk olaraq bele bir suala sizden cavab almaq isteyirem.Ozandan asiqa transformasiya,ozanin asiqin kecdiyi yol..siz bu barede ozan asiq seneti kitabinida genis melumat vermisiniz.Dinleyicilerimizede bir daha bu barede melumat vermenizi isterdim 

Davamı...


Verlislerin metnleri
folklor
İyun 11, 2008 15:27
Baxış sayı: 56

Şərhlər(0)

Dayandur Sevgin


Dayandur SEVGİN


Dayandur Sevgin (Tağıyev Dayandur Mikayıl oğlu) İmişli rayonunda anadan olub. İxtisasca jurnalistdir. "Kaspi" qəzetində ədəbiyyat bölümünə rəhbərlik edir. "Boyuma biçilən dərd""Mən bilmirəm ayrılmağın yolunu" adlı şeir kitabları işıq üzü görüb.
 

 

İlahi, nə imiş dünya dediyin,
Didib, parcalayır adam, adamı.
Öz adı adam var, göylə əlləşir,
Yerisə yandırır adam, adamı.

Tac əhli olmayan bil, taca çatmaz,
Min bir hikmət söylə söz aca çatmaz,
Hər saya gələnlər sayğaca çatmaz,
Var çeviz adamı, badam adamı.




Davamı...


sizlərdən gələn məktublar
folklor
İyun 9, 2008 19:11
Baxış sayı: 45

Şərhlər(0)

Aşıq Aydın

Aşıq Aydın (1825-1915) XIX əsr aşıqlarındandır. 1825-ci ildə Göyçə mahalının Şişqayalı kəndində dünyaya gəlmişdir. Gənc yaşlarından aşıqlığa başlayan Aydının bütün ömrü sürgündə keçmişdir.
Davamı...


Göyçə aşıq mühiti
folklor
İyun 8, 2008 13:59
Baxış sayı: 50

Şərhlər(0)

Aşıq Ələsgər

Aşıq Ələsgər, (1821 - 1926) Azərbaycan el şerinin ən böyük nümayəndələrindən və bu şerin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şerinə misilsiz xidmətlər göstərmişdir
Davamı...


Göyçə aşıq mühiti
folklor
İyun 8, 2008 13:57
Baxış sayı: 48

Şərhlər(0)

Aşıq Pəri

Aşıq Pəri (1811/Cəbrayıl, Maralyan - 1847/Şuşa)- Azərbaycanın XIX əsr qadın aşıqlarındandır. 1811-ci ildə Cəbrayılın Maralyan kəndində anadan olub. Məktəbi bitirdikdən sonra aşıq şeri ilə maraqlanmağa başlayıb. Qısa zaman içində şan-şöhrəti hər yana yayılıb və öz dövrünün aşıqlarının diqqətini özünə çəkib. Təxminən 1830-cu ildə Şuşaya köçüb və ömrünün sonuna qədər burada yaşayıb.
Davamı...


Qarabag aşıq mühiti
folklor
İyun 8, 2008 13:54
Baxış sayı: 46

Şərhlər(0)

asiq Huseyn Şəmkirli

Qafil könul, bir məclisə varanda, Ver qadağa acı dilə, danışma. Hərcayı söyləmə, Hərcayı demə, Laf eyləyib gülə-gülə danışma. Aşıq gərək hər məclisdə sayılsın, Sözünü eşidən qansın ayılsın, Kəlmə çıxar, şirin cana yayılsın, Qaldırıb səsini zilə, danışma. Sözün uca tutma azğın, axmağın, Xoşlanılmaz aralıqdan çıxmağın. Layıq deyil başa qaxınc qaxmağın, Öz eybini bilə-bilə, danışma. Yazıq Hüseyn, əhdin yetər yerinə, Könül bağla aşiqlərin pirinə. Çək sözünü həqiqətə, dərinə, Hər qədir bilməzlə belə danışma.


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:53
Baxış sayı: 47

Şərhlər(0)

Aşıq Alı

Aşıq Alı (1801-1911) - XIX əsr Azərbaycan aşıq şerinin ustadlarındandır. 1801-ci ildə Göyçə mahalının Qızılvənk kəndində dünyaya gəlib. 16-17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb.
Davamı...


Göyçə aşıq mühiti
folklor
İyun 8, 2008 13:52
Baxış sayı: 44

Şərhlər(0)

MəmmədHüseyn

XIX əsrin görkımli el şairlərindəndir.Bəzi mənbələrdə XIX əsrin ilk yarısında yaşayıb-yaratdığı qeyd olunur. Göyçə mahalının Daşkənd kəndində anadan olan Məmmədhüseynin doğum və ölüm tarixi bəzi mənbələrdə isə 1800-1880 olaraq göstərilir. Onun məşhur "Məhəbbət dastanı"ndan başqa gəraylı, qoşma, təcnis, müxəmməs və divani şeir növündə yazılmış yüzlərlə şeri vardır.
Davamı...


Göyçə aşıq mühiti
folklor
İyun 8, 2008 13:50
Baxış sayı: 45

Şərhlər(0)

Xəstə Qasım

DƏLI KÖNÜL, MƏNDƏN SƏNƏ ƏMANƏT Dəli könül, məndən sənə əmanət, Demə bu dünyada qalım yaxşıdı. Bir gün olar, qohum, qardaş yad olar Demə ulusum var, elim yaxşıdı. Bir məclisə varsan özünü öymə, Şeytana bac verib, kimsəyə söymə, Qüvvətli olsan da yoxsulu döymə, Demə ki, zorluyam, qolum yaxşıdı.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:48
Baxış sayı: 50

Şərhlər(0)

Dəllək Murad

Dəllək Murad (XVIII əsr)XVIII əsr aşıqlarındandır, doğum və ölüm tarixi dəqiq məlum deyil. Bəzi mənbələrdə onun XVII əsrdə yaşadığı qeyd olunur. Əsasən gəraylıları və qoşmaları ilə tanınıb. Qoşmalarında çoxlu sayda nəsiyyətlərə rast gəlmək olar.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:46
Baxış sayı: 49

Şərhlər(0)

Sarı Aşıq

XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşığın doğum və ölüm tarixi dəqiq məlum deyil. Aşığın qəbri Qarabağın Zəngəzur mahalının Güləbürd kəndinin, Həkəri çayının yaxınlığındadır. Qəbrin baş daşına onun xəyali şəkli də həkk olunmuşdur. Arxeoloqlar 1927-ci ildə qəbri açaraq onun XVII əsrdə yaşadığını sübut etmişlər.
Davamı...


Asiq yaradiciligi, Qarabag aşıq mühiti
folklor
İyun 8, 2008 13:45
Baxış sayı: 49

Şərhlər(0)

Qaracaoğlan

Qaracaoğlan - XVII əsrdə yaşamış aşıqlardandır. Aşıqlar sazlarını sinələrindən asıb kənd-kənd dolaşır, kahvelerde, meydanlarda, düğünlerde şiir söylerlerdi. Onun için bunlara halk şairi denirdi. Karacaoğlan da Güney illerinden çıkma bir halk şairidir.1606 yılında Adana'nın Fersak köyünde doğmuştur. Sailoğullarındandır. Bu aile o yörede hâlâ yaşar. Küçük yaşta saz çalıp şiir söylemeye başladı. Yeniçeri Ocağı'na girdi. Savaşlara katıldı. Dîvân’ı vardır.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:43
Baxış sayı: 53

Şərhlər(0)

Aşıq Abdulla

Doğum və ölüm tarixi dəqiq bilinməyən Aşıq Abdulla XVII əsr aşıqlarındandır. Haqqında yalnız xalq rəvayətlərindən və günümüzə gəlib çatan "Cahan və Abdulla" dastanından məlumat əldə etmək mümkündür. Əsasən 8 və 11 hecalı şeirlər yazan Abdullanın bizə bir neçə gəraylısı və qoşması məlumdur. O, bu şeirlərində fələkdən, taledən, sevgilisindən şikayət edir. Aşıq haqqında olan və onun həyatından bəhs edən "Cahan və Abdulla" dastanı Türkiyənin Qars, İqdır kimi bölgələrində də geniş yayılmışdır.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:42
Baxış sayı: 49

Şərhlər(0)

Asiq Abbas Tufarqanli

Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVİ əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı "Abbas-Gülgəz" dastanı da folklorumuzun qiymətli örnəklərindəndir. Xalqı təmsil edən ozan sənətinin səfəvizmlə qarşı-qarşıya gəldiyini bir neçə örnəklərdə müşahidə etmək mümkündür. Lakin ən açıq örnək Aşıq Abbas Tufarqanlının Şah Abbas Səfəviyə qarşı qətiyətli mübarizəsidir. Xalqın Səfəvi kimliyinə qarşı nifrəti Aşıq Abbas Tufarqanlının timsalında ortaya çıxar. Bu tarixi gerçək hadisəni dastanlaşdıran ozan sənəti bir daha göstərmişdir ki, millətin yazqısı ilə irtibatda olan olaylara münasibətsiz qalmamışdır.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:41
Baxış sayı: 47

Şərhlər(0)

Asiq Qərib

Aşıq Qərib - həyatı haqqında dəqiq məlumat yoxdur. XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı təxmin edilir. Həm Anadoludakı, həm də Azərbaycandakı yazılı qaynaqlarda adı qeyd olunur. Aşıq Qərib şeirlərini 8 və 11 hecalı yaşmışdır. Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan bəhs edir.
Davamı...


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:40
Baxış sayı: 53

Şərhlər(0)

Gulsad

XVI-XVII əsrlərdə yaşayıb yaratmış Azərbaycan şairəsidir. *** Göydən ötən bölgü-bölgü durnalar, Bizdən salam olsun Əcəm elinə. Yaşıl geymiş sarı telli durnalar, Bizdən salam olsun Əcəm elinə.
Davamı...


sizlərdən gələn məktublar
folklor
İyun 8, 2008 13:39
Baxış sayı: 47

Şərhlər(0)

Koroglu

Koroğlu - yarımistik xalq qəhrəmanı (təqribən XVI əsrin II yarısı). Cəlalilər hərəkatının başçılarından biri. XVI əsrin ortaları - XVII əsrdə Türkiyə şəhərlərini, Azərbaycan və s. əraziləri kəndli hərəkatı bürümüşdü. Azərbaycandakı cəlali dəstələrindən birinə Koroğlu başçılıq edirdi. Rəvayətə görə Koroğlunun əsl adı Rövşən olmuşdur. Koroğlu və silahdaşları haqqında yazılı mənbələrdə məlumat çox azdır. Tədqiqatçıların bəziləri Koroğlunun Xorasanda, digərləri Anadoluda, əksəriyyəti isə Azərbaycan ərazisində fəaliyyət göstərdiyini qeyd edirlər.
Davamı...


Miflər
folklor
İyun 8, 2008 13:38
Baxış sayı: 55

Şərhlər(0)

Miskin Abdal

BAŞIN Namərd ilə yoldaş olma, Uzun ağrı çəkər başın. Halal ilə ərsəyə çat, Daş qalalar sökər başın. Xain baxma yaradana, Qibləgahdı ata, ana, Arxalanma, bəyə, xana, Qoy sağ olsun nökər başın.
Davamı...


Göyçə aşıq mühiti
folklor
İyun 8, 2008 13:37
Baxış sayı: 61

Şərhlər(0)

Zodlu Usta Abdullah

Zodlu Usta Abdullah (Göyçe, 1865 -1943) 1865 yılında Göyçe bölgesinin Zod köyünde dünyaya gelmiştir. Abdullah Rehimoğlu (Na-mazov) adıyla tanınmıştır. 1943 yılında vefat et-miştir. El (halk) şairi olarak bilinen Abdullah, ge-rayh, koşma, tecnis., muhammes ve divani şekillerinde yazdığı şiirleri ile tanınmaktadır.
Davamı...


Göyçə aşıq mühiti
folklor
İyun 8, 2008 13:35
Baxış sayı: 53

Şərhlər(0)

Qurbani

XVI əsrdə yaşayıb-yaratmış Qurbani indiki Cəbrayıl rayonunun Dirili kəndində anadan olmuşdur. Azərbaycanın bizə məlum olan ən qədim şair-aşıqlarındandır. Şah İsmayıl Xətainin müasiri olan Qurbaninin adına sonralar bir xalq dastanı da qoşulmuşdur.
Davamı...


Qarabag aşıq mühiti
folklor
İyun 8, 2008 13:34
Baxış sayı: 63

Şərhlər(0)

Iravan Çuxuru verlişinin 4 iyun qonaqi Ramazan QafarLıdır

 

XALQ YARADICILIQI 

(Musiqi)

IREVAN CUXURU

 

(Musiqi)

        Her vaxtiniz xeyir olsun deyerli dinleyiciliremiz,xos gorduk sizleri.Vaxtin vedenin tamaminda yenede gorusunuze geldik.Qarsidaki yarim saat erzinde sizlerle men Savalan olacam oz maraqli musahibimle.                                          

    (kecid)


Davamı...


Verlislerin metnleri
folklor
İyun 3, 2008 21:53
Baxış sayı: 65

Şərhlər(0)


  Yazılar cəmi: 40   
bizi 105FM də və ya aztv radiosuyla dinləyin
105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com