Reklam verin!
bizimlə əlaqə folklorumuz@mail.ru +99412 39 72 37 +99455 669 50 18 +99455 6268823

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor
105 fm
ƏMƏKDAŞLAR!

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 38
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 260
  • Ümumi hit: 15603

Müxtəlif

Son xeberler

105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI

IRAVAN Çuxuru verilisi efirdedir

 
Xalq yaradiciligi

musiqi

Iravan Çuxuru

musiqi

Veriliş İravan Çuxuru havasiyla verlis baslayir

(Aşiq Rakifin
Ifasında)
 

Davamı...


Verlislerin metnleri
folklor
May 26, 2008 23:09
Baxış sayı: 55

Şərhlər(0)

Aşıq havalari



Laçını
Cəlili
Təcnis


Davamı...


Aşıq havaları
folklor
May 23, 2008 2:20
Baxış sayı: 78

Şərhlər(0)

Tahir Taliblidan şerlər

Yazı-haqq təala ilə öz arasındakı

məsafəni,vaxtı görə bilməkdi

Ay,Tanrı,məni quş elə

Bagla bir quş qanadına

 Təzədən birdə quş elə

Bir gözəl qız inadına

 

Dünya məni əndirsin qoy,

sonra köntöy dindirsin qoy

sonra,yenə mindirsin qoy,

bir dəlisoy cin atına 

 

Sular dəyə-dəyə gedir,

daşı döyə-dəyə gedir,

hamı gizlənməyə gedir,

bəlkədə torpaq altına 

21.05.2008 


Tahir Talıblı

Enidbi tanrıdan,haqdan

Dərddi yenə bizə gəlir,

Gedən aldanışa gedir,

Gələn hələ duza gəlir.



Mayası qudurub nəfdən

Kefcili bayılıb kefdən,

Əzrayılla hər tərəfdə

Adamlar üz-üzə gəlir



Beləcə dogub törəyib

Qurdu qəmgin,quşu qərib

Bizi yiyəsizmi görüb

Ölüm üstümüzə gəlir

07-08 mart 2008






Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 22, 2008 23:37
Baxış sayı: 75

Şərhlər(2)

Ibtidai insanlar

İlk ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir.
Davamı...


sizlərdən gələn məktublar
folklor
May 21, 2008 14:35
Baxış sayı: 52

Şərhlər(0)

Folklorumuz

Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır.
Davamı...


FOLKLOR NƏDİ?
folklor
May 21, 2008 14:34
Baxış sayı: 62

Şərhlər(0)

efirde yurd yeridir

                                            X a l q y a r a d i c i l i g i

                                                      Y u r d y e r i

                                                           musiqi
                                                            sazla


Oglan: Hervaxtiniz xeyir eziz dinleyiceliremiz
Qiz:: xos görduk sizleri,
Oglan: efirde yurd yeri verlisidi
Qiz: studiyada ise men Gunay Dagli,
Oglan: ve men Savalanam


                                        ( K e c i d )



Davamı...


Verlislerin metnleri
folklor
May 19, 2008 23:41
Baxış sayı: 68

Şərhlər(0)

azerbaycan xalq calqi aletleri

Azərbaycan ərazisində ən qədim zamanlarda musiqi alətləri mövcud olub. Qobustandakı qavaldaşı, Mingəçevirdə tapılmış balabanaoxşar musiqi aləti bu fikri təsdiq edir.
Azərbaycan xalqı lap qədim zamanlardan hələ zəngin musiqi mədəniyyətinə malik müxtəlif növ musiqi alətləri yaratmışdır. Azərbaycan xalq çalğı alətlərinin ən qədimi Qobustanda “qaval çalan daş” hesab olunur. Musiqi alətlərinin xüsusi məlumatları Azərbaycan klassiklərinin əsərlərində, Azərbaycan ədəbiyyatında, xalq dastanlarında, eləcə də musiqişünasların əsərlərində cəmləşmişdir.

Davamı...


Mahni ve usaq folkloru
folklor
May 19, 2008 23:26
Baxış sayı: 76

Şərhlər(0)

musiqi tarixi

Azərbaycan xalqı qədim, zəngin və özünəməxsus mədəniyyət yaratmışdır. O, bədii yaradıcılığın ən müxtəlif sahələrində, o cümlədən musiqi yaradıcılığı sahəsində də qiymətli sərvətlər meydana gətirmişdir.
Davamı...


Mahni ve usaq folkloru
folklor
May 19, 2008 23:25
Baxış sayı: 60

Şərhlər(0)

Aşıq Şəmşrin ən çox müraciət etdiyi şe’r nümünələr

Dədə Şəmşrin ailə-əxlaq üzərində qurduğu “Şəmşir və Sənubər” dastanı ustadın yaşadığı acılı-şirinli dünyanın epik-lirik məqamları üzərində qurulan həyat səlnaməsidir. Nədənsə, dastanda bütün obrazları öz adı ilə saxladığı halda, Dədə Şəmşir ömür gün yoldaşı Güllü nənəni “Sənübər” adı ilə bir növ ismi-pünhan obraz kimi dastanın sujetində oxucsuna sevgisində ardıcıl, qayım-qadım, xoş, qədim türk xanımı kimi təqdim edir.
Digər məhəbbət dastanlarındanh fərqli olaraq dastan önü verilmiş üç ustadnaməözünündür.
Bu ustadnamələrdə aşıq dinləyiçilərə mərdlik, xalqa, vətənə məhəbbət, sədaqət kimi insani keyfiyyətlər aşılayır, onları pis əməllərdən uzaq olmağa, hər deyilən sözə inanmamağa, hər adama sir verməməyə çağırır.
Aşıq Şəmşir “Şəmşir və Sənubər” dastanını düzüb qoşarkən üç mərhələli ustadnamədən, bir haqq qapısı divanidən, 30 bəndlik 6 gəraylıdan, 98 bəndlik 28 qoşmadan, çoxlu gəraylı, qoşma, müxəmməs üzərində deyişmə, qıfılbənd və 6 bəndlik toyaxarı duvaqqapmalı xeyir-duadan istifadə etmişdir.

Aşıq Şəmşrin ən çox müraciət etdiyi şe’r nümünələri bunlardır:

Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 23:06
Baxış sayı: 64

Şərhlər(0)

DƏDƏ ŞƏMŞİR

DƏDƏ ŞƏMŞİRİN HƏYAT YOLU

Dəmirçidam kəndi Göyçənin gədiyində yerləşir. O, vaxt ustad - dədə, peşəkar – ifaçı aşıqlarından və el şairlərindən Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Musa, Zodlu Aşıq Abdulla, Aşıq Nəcəf, Aşıq Talıb, Aşıq Bəsti və b.Miskin Abdal ocağının pir nəslindən olan Məşədi Məmmədalı oğlu Ağdabanlı qurbangilə tez-tez gəlib - gedirdilər. Onlar dəmirçidamlıları vüqarlı, ilqarlı oğul-qızlarının xeyir işlərinin “Divani” və “Düvaqqapması”nı oxuyub, onlara qoşa qarımaları üçün xeyir-duva verirdilər.
Dədə Şəmişirin babası Məşədi Məmmədalı kişi Ağdaban kəndinin Çayqovuşan deyilən axar-baxarlı, cənnətməkan bir güşəsində məskunlaşdıqdan sonra sovet hakimiyyəti qurulanədək - 1920-ci ilə kimi Dədə-baba yurdu Dəmirçidam kəndinin Qoşabulaq ərazisinə və söyüdlüçay yaylağına yaylağa çıxarmış

Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 23:04
Baxış sayı: 90

Şərhlər(0)

Nəğmələr

Çəltik

Taxılların başıyam,
Dögülməmiş naşıyam,
Pullunun plovuyam,
Kasıbların aşıyam.

Buğda

Mənə buğda deyərlər,
Çörək yapıb yeyərlər.
Hər gün məni uşaqlar
Halva tək istəyərlər.

Davamı...


Bölməsiz
folklor
May 19, 2008 22:58
Baxış sayı: 85

Şərhlər(0)

Asiq Ələsgər

Aşıq Ələsgər, (1821 - 1926) Azərbaycan el şerinin ən böyük nümayəndələrindən və bu şerin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şerinə misilsiz xidmətlər göstərmişdir.
Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:57
Baxış sayı: 75

Şərhlər(0)

Lirik xalq mahnıları

Lirik xalq mahnıları
Müəllif: Ramazan Qafarlı

Lirik xalq mahnıları - poetik xalq yaradıcılığının sadə və anlaşıqlı dildə yaranan, geniş yayılan ən kütləvi janrlarından biridir ki, onlarda insanların daxili aləmi, hiss və həyəcanları, duyğu və düşüncələri, təəssüratları, əhval-ruhiyyəsi, təbiətdə və cəmiyyətdə baş verən hadisələrə münasibətləri əks olunur. Bu xüsusiyyətlər xalq mahnılarının janr və üslub spesfikliyini şərtləndirir. Başqa sözlə, mərasimlərlə, ayrı-ayrı əmək sahələri ilə, ilkin peşələrlə əlaqəsini itirib, xalqın məişətinə müstəqil yaradıcılıq forması kimi daxil olan Azərbaycan xalq mahnılarının böyük tarixi, mədəni və estetik əhəmiyyəti vardır. Mahnılarda xalq həyatının bütün cəhətləri özünəməxsus şəkildə tərənnüm edilir, kütlələrin ictimai haqsızlığa qarşı e’tiraz səsi ucaldılır, Azərbaycan-türk xarakterinin mə’nəvi siması, tarixi idealları göstərilir. Bu mə’nada mahnılar hər bir xalqın özünəqayıdışıdır, milli mənlik ölçüsüdür, vətəndaşlıq «pasport»udur, ruhunun güzgüsüdür və poetik sisteminə, mövzularına və ifa tərzinə görə başqa lirik folklor janrlarından əsaslı şəkildə seçilir.

Davamı...


Mahni ve usaq folkloru
folklor
May 19, 2008 22:53
Baxış sayı: 89

Şərhlər(0)

Xalq mahnilari

Xalq mahnıları (mətn)
Müəllif: Toplayanı R.Qafarlı

1

Üca dağlar başında
Topa-topa qar idim,
Qar olsam da, var idim,
Uca dağlar başında.
Gün dəydikcə əridim,
Su olsam da, ər idim.
Yad yanında xar oldum.
Sel kimi axar oldum,
Dostun, yarın mən idim,
Uzaqdan baxar oldum.
Qaradır qaşların,
Kirpiyindir almaz.
İstəkli istədiyin
Belə dərdə salmaz.
Gedər bu gözəllik, ay aman,
Sənə də qalmaz.

Davamı...


Mahni ve usaq folkloru
folklor
May 19, 2008 22:52
Baxış sayı: 78

Şərhlər(0)

Dastanlar, nəğmələr, rəvayətlər

Dastanlar, nəğmələr, rəvayətlər nəsildən-nəsilə ötürülür və söyləyənin bacarığından, süjetin təfsilatını, rəngarəng poetik obrazları yaddaşına köçürmək qabiliyyətindən asılı olaraq dəyişikliyə məruz qalır. Şifahi yaradıcılığın qorunub saxlanmasında, onun bədii məziyyətlərinin zənginləşməsində xalqın mənəvi sərvətinin keşiyində duran xalq dastançılarının xidməti böyükdür.



Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:49
Baxış sayı: 75

Şərhlər(0)

İntellektual tapmacalar

Müəllif: Ramazan Qafarlı

Əksər tapmacalarda cavab təkcə yaddaşın deyil, həm də əqlin, zehnin yardımı ilə tapılır. Tədqiqatçılar (Taylor Arçir, Elli Maranda) onları «əsil tapmacalar» hesab edirlər. Azərbaycan xalqının yaratdığı tapmacaların əksəriyyətində məsələlərin qoyuluşu insanın topladığı təcrübə və biliyə əsaslanır.

Suda bitər,
Suda itər. (Buz)

Nə baltadır, nə kərki,
Bütün kəsərdən iti. (Ağıl)

Tut ağacı, üzü pərdə
Barmaq gəzir pərdə-pərdə.
Gah dərində, gah zərində
Ağlar ahu-zar dilində. (Tar)

Davamı...


Tapmacalar
folklor
May 19, 2008 22:46
Baxış sayı: 78

Şərhlər(1)

Tapmacalarin semantik strukturu

Müəllif: Ramazay Qafarlı

Fin alimi Elli Kyenqes-Maranda belə qənaətə gəlir: «Empirikcəsinə tə‘yin olunur ki, tapmacanın nəzəri cəhətdən müəyyənləşməsi janrın daxili identifikasiyası (eyniləşdirilməsi) üçün gərəkli deyil. Doğrudur, Corcis, Dandis və Skott əksinə düşünürlər. Lakin aprior (təcrübədən qabaqkı) nəzəri müəyyənləşmələrin heç biri özünü doğrultmur. Tapmacaları müəyyən mədəniyyətləri öz üzərində daşıyan müxtəlif zümrələr yaratdığından üzə çıxarılması tələb edilən subyektlərə zaman dəyişdikcə fərqli tərəfləndən baxılır. Oxun dəmir ucluğu hələ kəşf edilmədiyi çağlarda tapmacada bu cəhətə işara edilə bilməzdi. Yaxud həmişə dağlarda yaşayanlar üçün arana xas xüsusiyyətlər məlum deyildi.
Tapmacalar başqa janrlardan fərqli olaraq bütün hallarda dialoqludur, başqa sözlə, şifahi şəkildə yaranıb yayılan bədii yaradıcılıq hadisəsinin ifasında iki tərəfin olması vacibdir. Birinci tərəfdə sorğu - bədii mətn dayanır. Ona görə də tapmaca deyəndə, çox zaman ancaq bu tərəf yada düşür. İkinci tərəfdə sadəcə cavab olur.

Davamı...


Tapmacalar
folklor
May 19, 2008 22:45
Baxış sayı: 59

Şərhlər(0)

Bayatılar

Müəllif: Toplayanı Ramazan Qafarlı

1

Axşamlar, ay axşamlar,
Şamlar yanar axşamlar.
evli evinə gedər,
Qərib harda axşamlar.




Davamı...


Bayatilar
folklor
May 19, 2008 22:42
Baxış sayı: 103

Şərhlər(0)

Molla Cuma haqqında rəvayətlər

Molla Cuma haqqında rəvayətlər
Müəllif: Toplayanı R.Qafarlı

MOLLA CUMA VƏ AŞIQ

Özündən çox müştəbeh bir aşıq Molla Cumanı bağlamaq istəyir. Əvvəl, onu sınağa çəkməklə hünərini göstərmək niyyətində olur. Bir nəfərlə aşığa pul və məktub yollayır. Yazır ki:

«Cavabını yola sal:
Bir top ipək parça al.
Nə ağ olsun, nə qara,
Nə ala, nə boz, nə sarı,
Nə qırmızı, zər-xara -
Ancaq xalis ipək al,
Beləsin tap, yola sal.



Bölməsiz
folklor
May 19, 2008 22:12
Baxış sayı: 87

Şərhlər(0)

Molla Cumanın dastanları

Müəllif: Ramazan Qafarlı

Molla Cuma Azərbaycan aşıq poeziyasında forma və məzmununa görə bir-birindən seçilən müxtəlif səpgili lirik şerlərin, yeni poetik qəliblərin, saz havalarının yaradıcısı və fikir müstəqilliyini, eşq azadlığını islam prizmasında «İsmi pünhan»laşdıran, türk ruhunu müqəddəsləşdirən duyğusal el şairi kimi tanınır. O, kökü təsəvvüfə bağlanan qədim xalq sənətini elə bir «İsmi pünhan» zirvəsinə qaldırıb ki, oradan baxanda hər şey sevgi və gözəllik işığına bürünür, böyük Nizaminin dediyi kimi, «dünya məhəbbətdən fırlanır».

Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:10
Baxış sayı: 80

Şərhlər(0)

Yunis İmrə sufi şairdir, yoxsa aşiq?.

Müəllif: Ramazan Qafarlı

Bütün məs‘uliyyəti ilə demək olar ki, sayanın aşıqla birbaşa heç bir əlaqəsi yoxdur. M.Allahmanov öz ustadının səhv fikirlərinə bəraət qazandırmaqdan ötrü dəridən-qabıqdan çıxıraq yazır: «Bu araşdırmaların bir ucunda prof. M.Həkimovun daha inandırıcı və fikrimizcə, daha uğurlu qənaətləri dayanır. Bu da müəllifin sayanı qədim azərbaycanlıların təfəkküründə allah, peyğəmbər, çobanlar ilahəsi (?), məclislər aparan sənətkar aşıq olması(?) qənaətində durmasıdır və bizim fikrimizə müqabil duran da budur» (səh. 37, Ozan, Aşıq və Aşiq). Özümüzü oda-közə vurmasaq da saya nəğmələrinin funksiyası bəllidir. İlkin əmək peşələrindən biri - çobanlıqla bağlı yaranan poetik sənət nümunələridir. Və sayanı müasir aşıqla eyniləşdirənlər aşıq sənətinin spesifikliyini bilmədiklərini nümayiş etdirirlər.

Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:07
Baxış sayı: 71

Şərhlər(0)

Təriqətlər

Müəllif: Ramazan Qafarlı

Dünyanın əsas dinlərindən biri olan islam eramızın VII əsrində yaranaraq yayılmağa başlamışdır. Çoxallahlı dini e'tiqadlardan fərqli olaraq, islam daha mütəşəkkil din sistemi idi və ilk dəfə Məkkədə Məhəmməd peyğəmbər tərəfindən meydana atılmışdır. Müsəlmanlıq Məhəmməd peyğəmbərin sağlığında Şərqdə yüksək nüfuz qazanaraq, geniş bir ərazinin adamlarını öz tə'siri altına almışdır.
Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:04
Baxış sayı: 60

Şərhlər(0)

Aşıq sənəti və təsəvvüf

Aşıq sənəti və təsəvvüf (aşığı meydana gətirən tarixi şərait və amillər)


Müəllif: Ramazan Qafarlı

SUFİZM NƏDİR? Azərbaycan ədəbiyyatı, incəsənəti, fəlsəfəsi və mədəniyyəti tarixinin aktual problemlərindən biri, bəlkə də birincisi İslama sığınan Şərq xalqlarının uzun əsrlər boyu mə‘nəvi aləminin özülündə, mayasında durmuş sufizmdir. Obyektiv və subyektiv səbəblərdən bu məsələ bizdə araşdırılmadığı, ya da ümumi şəkildə toxunulduğu, bə‘zi əlamətləri barədə dərsliklərdə dini mahiyyətli, gərəksiz, əhəmiyyətsiz hərakat, dünyagörüşü kimi danışılıdığı vaxtlarda müsəlman olmayan ölkələrdə təsəvvüfə, tə‘limlərinə, təcürbəsinə böyük maraq göstərilmiş, dünyanın Göte, Bayron kimi sənət korifeylərinin bədii yaradıcılığının əsas ideya istiqamətini müəyyənləşdirən amil, məFəniyyət modellərini, ədəbiyyatın poetik sistemlərini və üslubi füqurlarını formalaşdıran vasitə sayılmışdır. Sufi sənətkarlardan – Həllac Mənsur, Qəzəli, İbn-Arabi, Sənai, Xaqani, Nizami, Sührəverdi, Nasafi, Şəbüstəri, Hafiz, Xəyyam, Dəhləvi, Rumi, Fərabi, Əttar, Nəimi, Nəsimi və Füzulidən yaşamağın, insanlarla davranmağın, varlığı dərk etməyin, sevməyin, həyat bağışlayana vurğunluğun, həyatda öz yerini və amalını tapmaq uğrunda mübarizə aparmağın yollarını öyrənmişlər.


Davamı...


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:02
Baxış sayı: 79

Şərhlər(0)

Keçi mifinin rituallaşması



Keçi mifinin rituallaşması
Müəllif: Ramazan Qafarlı

Qışın Kosa, yazın keçi obrazında mifikləşməsi ulu əcdadlarımızın əkinçilik məşğuliyyətinə başlamasından qabaq olmuşdur. İnsanlar hər şeyi kortəbii şəkildə təbiətdən hazır şəkildə götürürdü. Özlərinin istehsal etmələrindən əvvəl yeməklə, primitiv geyimlə təminatlarını (yaşayış yerlərini belə) təbiət ödəyirdi. Bu zaman yaz, yay, payız aylarının səmərəsini, qışın isə hər şeyi dondurub yoxa çıxardığını görürdülər. Deməli, onların ilkin təsəvvüründə soyuq, şaxta - qış təbiəti yoxsullaşdırdığı, çılpaqlaşdırdığı, kosalaşdırdığı üçün düşmən idi.

Davamı...


Bölməsiz
folklor
May 19, 2008 16:07
Baxış sayı: 66

Şərhlər(0)

Günəş Ata

Günəş Ata
Müəllif: Ramazan Qafarlı

Azərbaycanlıların günqəş tutulması adətləri ilə üst-üstə düşən bir söyləməyə görə, «Güneş varken yağmur yağarsa deyiklerin yavru doğurduğuna, şeytaların dügün yapdığına inanılır». Qədim bir türk inancında deyilir ki, «Ayın güneşle arz arasına girerek neşrine mani olmasına küsüf (güneş tutulması) denir. Ay tutulmasına da hüsüf denir. Eskiden güneş tutulunca bunu allahın bir qəzəbi bilerek camilere koşarlar, gesingeye kadar ibadet ve dualarda bulunarlar. Tutulmuş güneşe bakmak uğurlu sayılmaz; göze zarar veregeine, bakanın akibetininin iyi olmayacağına itikad olunar; bakmak isteyenlere de rengli çıra işikle karartılmış bir cam ardından bakarlar» [344, 182]. Ulu əcdad üçün Günəşin tutulması dünyanın sonu tək xarakterizə edilirdi: insanlar yer üzündə o qədər şər işlər yerinə yetirmişdilər ki, tanrı Günəş Ata onlardan üz döndərmişdi. Böyük, kiçik – hamı evlərin damına, təpələrə qalxıb dizi üstə ourar, əllərini göyə qaldırıb yalvarardılar ki, «Günəş Ata bizi tək qoyma!..»ё

Davamı...


Miflər
folklor
May 19, 2008 16:05
Baxış sayı: 79

Şərhlər(0)

Günəş və Ay haqqında miflər

Günəş və Ay haqqında miflər
Müəllif: Toplayanı Ramazan Qafarlı

1. GÜNƏŞ VƏ AY

Deyirlər, Günəş və Ay bacı-qardaş idilər. Onlar mehriban dolanır, həmişə dünyanı bir yerdə səyahət edirdilər.
Bir gün Günəş və Ayı anaları Göy yanına çağırıb deyir:
-Balalarım,
Davamı...


Miflər
folklor
May 19, 2008 16:03
Baxış sayı: 71

Şərhlər(0)

Tanrı (Tenri, Tenqri)

Tanrı (Tenri, Tenqri)
Müəllif: Ramazan Qafarlı

Qədim türk mifologiyasfında göyün ruhu – sahibinə Tanrı (altaylarda tenqri, tenqeri; şorslarda teqri; tuvinlərdə deer; çuvaşlarda tura; yakutlarda tanqara; monqollarda tenqer; buryatlarda tenqeri, tenqri; kalmıklarda tenqer; xakaslarda ter) deyilir. İlkin təsəvvürlərdə ilahi kişi başlanğıc kimi obrazlaşdırılır və kosmosun, yerin, təbiətin, insanların, xalqların və dövlətlərin taleyini müəyyənləşdirir. Altay, Orta Asiya türklərində və monqollarda Tenqri kultu bir-birindən fərqlənsə də eyni kökə malikdir. Məsələn, monqollarda tenqrilər ailəsi mövcuddur, onlar 17 göydə yaşayıb 33 hökmdarlığı idarə edirlər. Türk xaqanlığı çağlarında Qazağıstan ərazisində qadın başlanğıc sayılın məhsuldarılıq ilahəsi Umayla bir sırada Tenqriyə də daşdan heykəllər yonulurdu.



Davamı...


Miflər
folklor
May 19, 2008 16:02
Baxış sayı: 71

Şərhlər(0)

Avesta: «Coğrafi poema»nın Azərbaycanca mətni və şərhlər

Avesta: «Coğrafi poema»nın Azərbaycanca mətni və şərhlər
Müəllif: Çevirəni və şərhlərin müəllifi Ramazan Qafarlıdır.

Ahur-Mazd Spitam-Zaratuştra dedi:

«Ey Spitam-Zaratuştra, Mən məskunlaşma yerini əbədi dinclik bağışlanan məkana çevirdim, orada sevincin azalmamasına çalışdım. Əgər Mən, ey Spitam-Zaratuştr, məskunlaşma yerini əbədi dinclik bağışlayan etməsəydim, orada sevinc az olduqca, bütün canlı aləm Arian-Vayca istiqamətlənərdi.

Qeyd: İ.S. Braginski «əbədi dinclik bağışlayan»ı «sevincsiz yerin asudə, dinc ölkəyə çevrilməsi» kimi, İ.M.Oranski isə «xoşbəxtlik gətirməyən yer»i d»inc məkan»la əvəzləmiş və «canlı aləmi» «əşyavi aləm» şəklində vermişdir. Bizə elə gəlir ki, atəşpərəstlik inancının asas müddəasından – xeyir-şər qarşılaşmasından «Coğrafi poema»da poetik forma tək istifadə edilir. Yaranışlar, fəaliyyətlər də əks tərəflə müqayisədə təqdim edilir. Ona görə də Ahur-Mazd yaratdığı «sevincsiz», yaxud «xoşbəxtlik gətirməyən» yeri «sevincli»-«xoşbəxt» ölkəyə çevirməyə can atırdı ki, «canlı aləm» sevinc-xoşbəxtlik tapmaq üçün Arian Vayca doğru axışmasın. İ.M.Oranskinin «canlı aləmi» əşyaviləşdirməsi məntiqi cəhətdən «Avesta»dakı strukturlara uyğun deyil. Belə ki, cansız əşyalar («Avesta»da təbiət hadisələri canlandırılsa da, əşyalar cansız təsvir edilir) Arian Vayca necə axışa bilərdi? Çünki Xeyir-şər davasında hər iki tərəfin əhatəsində canlılar toplaşır, cansız varlıqlara – əşyavi qüvvələrə rast gəlmirik.





Davamı...


Miflər
folklor
May 19, 2008 16:01
Baxış sayı: 57

Şərhlər(0)

Avesta: «Coğrafi poema»nın Azərbaycanca mətni və şərhlər

Avesta: «Coğrafi poema»nın Azərbaycanca mətni və şərhlər
Müəllif: Çevirəni və şərhlərin müəllifi Ramazan Qafarlıdır.

Ahur-Mazd Spitam-Zaratuştra dedi:

«Ey Spitam-Zaratuştra, Mən məskunlaşma yerini əbədi dinclik bağışlanan məkana çevirdim, orada sevincin azalmamasına çalışdım. Əgər Mən, ey Spitam-Zaratuştr, məskunlaşma yerini əbədi dinclik bağışlayan etməsəydim, orada sevinc az olduqca, bütün canlı aləm Arian-Vayca istiqamətlənərdi.

Qeyd: İ.S. Braginski «əbədi dinclik bağışlayan»ı «sevincsiz yerin asudə, dinc ölkəyə çevrilməsi» kimi, İ.M.Oranski isə «xoşbəxtlik gətirməyən yer»i d»inc məkan»la əvəzləmiş və «canlı aləmi» «əşyavi aləm» şəklində vermişdir. Bizə elə gəlir ki, atəşpərəstlik inancının asas müddəasından – xeyir-şər qarşılaşmasından «Coğrafi poema»da poetik forma tək istifadə edilir. Yaranışlar, fəaliyyətlər də əks tərəflə müqayisədə təqdim edilir. Ona görə də Ahur-Mazd yaratdığı «sevincsiz», yaxud «xoşbəxtlik gətirməyən» yeri «sevincli»-«xoşbəxt» ölkəyə çevirməyə can atırdı ki, «canlı aləm» sevinc-xoşbəxtlik tapmaq üçün Arian Vayca doğru axışmasın. İ.M.Oranskinin «canlı aləmi» əşyaviləşdirməsi məntiqi cəhətdən «Avesta»dakı strukturlara uyğun deyil. Belə ki, cansız əşyalar («Avesta»da təbiət hadisələri canlandırılsa da, əşyalar cansız təsvir edilir) Arian Vayca necə axışa bilərdi? Çünki Xeyir-şər davasında hər iki tərəfin əhatəsində canlılar toplaşır, cansız varlıqlara – əşyavi qüvvələrə rast gəlmirik.






Davamı...


Bölməsiz
folklor
May 19, 2008 16:00
Baxış sayı: 65

Şərhlər(0)

Ic oquzla Dis oquzun savasinin sebebi

İç Oğuzla Dış Oğuzun savaşının səbəbi (birinci məqalə)

«Dədə Qorqud» eposunda Qafqaz türklərinin vahid dövlət yaratmaq arzuları, onlara məxsus əraziləri düşmən basqınlarından qorumaları, öz içərilərində yetişən xəbis, şər adamların hiyləsinə uymamaları ayrı-ayrı boyların ana xəttində durur və ulu babalarımızın idarəçilik sisteminin strukturları bütün atributları ilə göstərilir.

Davamı...


Miflər
folklor
May 19, 2008 15:57
Baxış sayı: 54

Şərhlər(0)

GoZEL AYULDUZLI AZERBAYCAN CANIMDI

GoZEL AYULDUZLI
AZERBAYCAN CANIMDI

Bozoxlar və Üçoxlar
Müəllif: Ramazan Qafarlı

Qədim oğuz-türk mifologiyasında bu üsulla yaranan başqa say sistemində dünyanın daha dolğun, mükəmməl və tam modelinə rast gəlirik: Vahid başqa biri (Oğuzu) dünyaya gətirir, ondan iki üçlük (toplusu altı edir) doğulur.

Birinci üçlük barədə mətndə deyilir ki, göydən şüa düşür. Oğuz görür ki, Günəşdən işıqlı, Aydan parlaq işığın arasında gözəl bir qız oturmuşdur. Başı qızıl qütb ulduzlu bu qızdan onun üç oğlu olur: Gün, Ay və Ulduz. Üç qardaşın nəsli sonralar Bozoxlar – pozuxlar adı ilə tanınır.


Davamı...


TƏDQİQATLAR
folklor
May 19, 2008 15:49
Baxış sayı: 64

Şərhlər(0)

Günay Dağlı

  Кимдир  Ъейщун  Щаъыбяйли?                            

         

üç qardaş           

1891-ъи илин   шахталы,  цч  феврал   эцнц  Щаъыбяйлиляр  аилясинин    цчцнъц   дащи  ювлады  Ъейщун  дцнйайа  эюз  ачды.   Санки,   дащилик   зирвяси   бу   аилянин  сой  ады   цчцн  йарамышды.    Онлар  щягигятян  дя  дащи-мцтяфякир  идиляр.    Цзейир  вя  Зцлфцгар   Щаъыбяйлилярдян  фяргли  олараг   Ъейщун   bяyin талещиня  совет  имперiйасıнıн   дцшмяни   олмаг  рясмян   дцшмцшдц.  Онун  ады  совет  дюняминдя  чякилмямиш,   юзц  ися  мцщаъир    щяйаты  йашамаьа   мящкум  едилмишдир.  Кимдир  Ъейщун  Щаъыбяйли?                                                                                              


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 18, 2008 14:26
Baxış sayı: 80

Şərhlər(0)

elə şəxs adlarına, familiyalarına, nəsil adları və ləqəblərə rast gəlirik ki

Antroponimlər.

Onomastik vahidlərin xüsusi bir qrupu antroponimik leksikadır. Bu xalqın onomastikasında elə şəxs adlarına, familiyalarına, nəsil adları və ləqəblərə rast gəlirik ki, bunlar özümlü cəhətləri ilə, eləcə də bu xalqın əmələ gəlmə tarixi ilə bağlı formalaşmışdır.
Şəxs adları bir insanı digərindən fərqləndirir. Quruluşuna görə şəxs adlarını iki qrupa bölmək olar:


Davamı...


sizlərdən gələn məktublar
folklor
May 18, 2008 13:40
Baxış sayı: 116

Şərhlər(0)

Bu xalq təbabətə aid yüzlərlə söz-termin

Xalq təbabəti terminləri.

Axısqa türklərinin təbabət tarixi yüzillərin sınağından çıxmış və bu gün də öz elmi-praktik əhəmiyyətini itirməmişdir. Bu xalq təbabətə aid yüzlərlə söz-termin yaratmış və indi də ondan istifadə edir.


Davamı...


sizlərdən gələn məktublar
folklor
May 18, 2008 13:35
Baxış sayı: 94

Şərhlər(0)

Ortaq əlamətləri aşağıdakı kimi göstərmək olar:

Türk və Azərbaycan ədəbi dilləri ilə ortaq olan sözlər

Axısqa türklərinin dilində türk ədəbi dili ilə ortaq olan sözlər də çoxdur. Belə sözlərin bir çoxuna müasir Azərbaycan dilində təsadüf olunmur. Ortaq əlamətləri aşağıdakı kimi göstərmək olar:
Axısqa türklərinin Türk ədəbi Müasir Azərb.
dilində dilində dilində




Davamı...


sizlərdən gələn məktublar
folklor
May 18, 2008 13:34
Baxış sayı: 74

Şərhlər(0)

Bu şivə Türkiyədə Qars sərhədləri daxilində fəaliyyət göstərən Qars yerli ağızlarına daxildir.

Dilin şivələri

Bəzi tədqiqatçılar Axısqa türklərinin dilini dialekt səviyyəsində araşdırmışlar. Bu dili türk dilinin mesxet dialekti adlandırmışlar [113, s. 116-122]. Sabircan cəlilov yazır ki, mesxetskiy dialekt əvləetsə odnim iz krupnıx dialektov tureükoqo əzıka na territorii SSSR [109, 1982, №1, s. 128].
S.cəlilov bu dialektdə aşağıdakı şivələrin varlığını qeyd edir: Zeqan şivəsi, Savaelya şivəsi, Axalsıx şivəsi, Sur-Boqa şivəsi, Aspindz şivəsi, Axalkələk şivəsi, keçid şivələri [109, 1982, №1, s. 128].


 



Davamı...


sizlərdən gələn məktublar
folklor
May 18, 2008 13:32
Baxış sayı: 81

Şərhlər(0)

Lakin qeyd etmək lazımdır ki, axısqalıların dilində ü-səsinin istifadə arealı çox məhduddur.

Tayfa dilinin qalıqları.

ü - dilönü, alveolyar, sürtünən, kar, nəfəsli, affrikatdır. ü-laşma tarixən Gürcüstan ərazisində məskun olmuş xəzərlərin dil xüsusiyyətləri ilə bağlı hadisədir. Axısqa türklərinin samitlər sistemində müşahidə olunan fonetik xüsusiyyətlərdən biri də -ü-laşmadır. Lakin qeyd etmək lazımdır ki, axısqalıların dilində ü-səsinin istifadə arealı çox məhduddur. Hər halda sabir - xəzər ittifaqı türklərinin dil qalıqları [26, s. 91-95] olan bu xüsusiyyətin bu gün axısqalıların dilində qalması maraq doğurmaya bilmir.


Davamı...


sizlərdən gələn məktublar
folklor
May 18, 2008 13:30
Baxış sayı: 65

Şərhlər(0)

Axısqa türkləri digər azsaylı xalqlardan faciəli taleləri, dəfələrlə deportasiyalara məruz qalmaları,

AXISQA TÜRKLƏRİNİN DİL VƏ ETNİK TARİXİNƏ BİR NƏZƏ

Axısqa Gürcüstanın güneyində yerləşən tarixi bölgələrdəndir. Bu bölgə «tayfalar qapısı» adlandırılmış, zaman-zaman bu əraziyə müxtəlif türk tayfalarının axını baş vermişdir. Geostrateji bir bölgə yerləşmiş Axısqa tarixən türk tayfalarının keçid nöqtələrindən olmuşdur. Araşdırıcılar müəyyənləşdirmişlər ki, Axısqa türklərinin yerləşdiyi bölgə qıpçaq boylarının yayılma ərazilərindəndir [209, s. 35, 36].
Axısqa türkləri digər azsaylı xalqlardan faciəli taleləri, dəfələrlə deportasiyalara məruz qalmaları, mübarizə dolu keçmişi ilə fərqlənən etnoslardandır. Axısqa türklərinin dil və etnik tarixi Gürcüstanın türk dünyası ilə uzunmüddətli münasibətləri çərçivəsində araşdırılmalıdır.

Davamı...


sizlərdən gələn məktublar
folklor
May 18, 2008 13:28
Baxış sayı: 68

Şərhlər(0)

Müasir Azərbaycan dilində bu cümlələr

Dədə Qorqud" və Axısqa dil uyğunluqları

Bu gün Axısqa türklərinin dilinin bir çox leksik-qrammatik xüsusiyyətləri "Kitabi-Dədə Qorqud" dastanının dili ilə eyniyyət təşkil edir. Dil uyğunluqlarını aşağıdakı qruplara ayırmaq olar:
a) Leksik uyğunluqlar
b) Morfoloji uyğunluqlar
v) Sintaktik uyğunluqlar


Davamı...


sizlərdən gələn məktublar
folklor
May 18, 2008 13:22
Baxış sayı: 80

Şərhlər(0)

Turk ozani Sefil Selim

SEFİL SELİMÎ VE EZGİLERİ


Yüzyıllardır Orta Asya’dan günümüze kadar süregelen âşıklık geleneği, kültürümüzün can damarlarından biridir. Türk tarihinin derinliklerine inildiğinde, bilinen en eski ozan Dede Korkut’tur. Dede Korkut, dilinde sözü elinde kopuzu ile devletin ulu sesi olmuştur. Hakanın yanında itibar görerek sözünü dinletmiş düzenlenen törenlerin vazgeçilmez siması olmuştur. Bugün kullandığımız Türk halk sazı bağlamanın atası olan kopuz, yıllar yılı âşıklara yarenlik yaparak geleneğimizin bugünlere gelmesinde önemli rol oynamıştır.
Dünyada geniş coğrafik dağılımıyla Asya ve Avrupa’ya yayılan Türklerin bu kıtalara götürdükleri en önemli varlıkları dili ve geleneğidir.


Davamı...


sizlərdən gələn məktublar
folklor
May 18, 2008 2:00
Baxış sayı: 98

Şərhlər(0)

Sen Turku Turk yurtlarini koruu!..

 

Radiomuzu avropadan wwwfolklorumuz.azeriblog.com sayti vasitesiyle izleyen Suat ve Okan bu yazini bize yollayib 

ULU TANRI !.
GUZEL TANRI !.
GOK TANRI !.


Sen Turku Turk yurtlarini koruu!..


Dusman serrinden sakla ! TURK'u yigitlikte daim et ! TURK'u
erlik davas?yla yasat ! TURK'u gercekci yap ! TURK'un gonlune herseyden
once, hatta kursag?na ekmek koymadan evvel TURK'luk sevgisini koy !
TURK'u ideal ile yasat ve ideali hakikat yapmaya cal?ss?nlar ! Torelerini
canlar? gibi saklat ! TURK'e zevk ve rahat verme ! Bilakis zahmete
al?st?r ! Zahmetle yurekleri, bedenleri demir olsun ! Bu sayede onlara
yuksek cal?sma kudreti verirsin ! TURK'u faal, cevval edersin. TURK'e
degismez bir seciye ver ! Zamanla seciyesi degismesin, sade tekemmulle
tadilat gorsun !




Davamı...


sizlərdən gələn məktublar
folklor
May 18, 2008 1:40
Baxış sayı: 65

Şərhlər(0)

Ilk muselman turkler

Suat ve Okandan Azerbaycan radiosuna 

Ilk Musluman Turkler


IX. asrin ortalarindan itibaren gelisen askeri, ticari ve dini
munasebetler neticesinde Turkler buyuk gruplar halinde birbiri arkasindan
Musluman olmaga basladilar. IX. Asrin ikinci yarisinda Samanilerin
hakimiyetine gecmis olan sehirlerin (Talas, Isficab) halkinin cogunlugunun
Musluman oldugunu soyleyebiliriz.
Ancak buyuk rakamlara ulasan din degistirmeler X. asirda
baslamistir. Nasr b. Ahmed'in Talas seferi ve Isficab beglerinin
faaliyetleri sonunda Balasagun'un batisindaki Ordu sehrinde oturan Turkmen meliki
Islam'i kabul etmis ve Isficab beylerine vergi vermeye baslamistir.
Turk boylari arasinda kalabalik bir grup halinde Muslumanligi ilk kabul
edenler, Balasagun ile Talas'in dogusundaki Mirki kasabasinda oturan
Turkmenler olmustur.
Itil Bulgarlari


Davamı...


sizlərdən gələn məktublar
folklor
May 18, 2008 1:38
Baxış sayı: 60

Şərhlər(0)

Bir necə soz

Palıdın kökündən qaynayan,dag yelləriynən oynayan,olacaqları danışmaqdan doymayan,dünyanı dogudan batıya,qüzeydən güneyə, dörd dolanan,böyük köçlə yoldaşlıq eləyən bir söz seli var.


Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 18, 2008 1:10
Baxış sayı: 84

Şərhlər(0)

Qarabağ erməni torpaqları deyil

erməni millətçilərinin uydurma "Qarabağ ermənilərinin öz müqəddaratını təyin etməsi" problemini irəli sürmələri, onların öz dədə-baba yurdları - Qarabağda yaşayan dinc azərbaycanlı əhaliyə qarşı silahlı təcavüzə keçmələri ilə əlaqədar, erməni geosiyasətçilərinin və onların muzdlu vəkillərinin Qarabağın əzəli erməni torpaqları olması haqqında səhv fikiri geniş yayılmışdır. Lakin təkzibolunmaz tarixi faktlar bunun tam əksini sübut edir.
Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədləri mənbələr, habelə xanlığın Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ Xanı İbrahim xanla Rusiya İmperiyasının 1805-ci il mayın 14-də imzaladıqları traktak əyani surətdə göstərir ki, İmperiya sırf Azərbaycan torpaqlarını işğal etmişdir, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb, gətirilmişlər. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında işarə belə yoxdur. Azərbaycan xalqının öz dədə-baba torpaqlarına ayrılmaz hüquqlarını əyani surətdə təsdiq edən bu sənədin çapı tarixi saxtalaşdıran ermənilərə və onların muzdlu havadarlarına layiqli cavabdır.



Davamı...


sizlərdən gələn məktublar
folklor
May 18, 2008 0:57
Baxış sayı: 62

Şərhlər(0)

Yel baba xırmana gəlməmişdən qabaq

Hər ulusun özünə özgün kültür və təməddünü vardır ki bu kültür o ulusun əsas özəlliyi sayılır. Biz azərbaycanlıların da böyük bir kültürü var ki gərəkdir onun dəyərini bilək. Bizim dil, tarix, kültür, və adət ənənələrimiz də bizim ən təməlli varlıqlarımızdan sayılır ki gərəkdir bu varlıqları, ki bizim yaşamımız bunlara bağlıdır, qoruyaq və onların dəyərini bilək. Bizim yurdumuzun iftixarlı tarixi ən əski çağlardan bizim ata-analarımızın çalşığının sonucudur və bizim kültür bəşəriyyətin ən dolğun kültürlərindəndir. Bunlar bunun göstərgəsidir ki bizim ata-babalarımız şərəfli və baş-uca, tarixin irəliləyişi yolunda addımlayıblar.


Davamı...


FOLKLOR NƏDİ?
folklor
May 17, 2008 23:22
Baxış sayı: 59

Şərhlər(0)

«Dədə Qorqud» XI əsrdən əvvəlki oğuzlara aiddir,

«KİTABİ-DƏDƏ QORQUD» ÜMUMXALQ AZƏRBAYCAN DİLİNİN TƏŞƏKKÜL DÖVRÜNÜN ABİDƏSİDİR
Yaranma tarixi

Yeni eranın əvvəllərindən bütün Qafqazda və Yaxın Şərqdə ümumünsiyyət vasitəsinə çevrilmiş Azərbaycan dilinin yeganə, lakin son dərəcə kamil abidəsi olan «Kitabi-Dədə Qorqud»un adı bütövlükdə: «Kitabi-Dədəm Qorqud ala-lisani-taifeyi-oğuzan» şəklindədir. Buradan aydın olur ki, dastanlar daha çox oğuz türklərinə məxsusdur. Lakin bu oğuzlar bir sıra alimlərin iddia etdikləri kimi, səlcuq oğuzları deyildir.
Oğuzlar Azərbaycanda çox qədim dövrlərdən məskunlaşmış türklərdir. «Dədə Qorqud» XI əsrdən əvvəlki oğuzlara aiddir, dastanlarda XI əsrdən əvvəlki oğuzlar təsvir edilmişdir. Bunu dastanların ilk tədqiqatçılarından prof. Ə.Dəmirçizadə də xüsusi qeyd etmişdir: «Kitabi-Dədə Qorqud»dakı dastanlar bu şəkildə X əsrdən qabaq və VIII-IX əsrlərdən sonra Qafqazda, daha doğrusu, Azərbaycanda yaşayıb yaratmış olan dədələr, ozanlar tərəfindən məharətlə qurulub-qoşulub el-oba arasında yayılmışdır.» (24; 9) Zaman imkan verməsə də, professor dastanların səlcuqların gəlişindən əvvələ - əvvəlki oğuzlara aid olduğunu qeyd edə bilmişdir


Davamı...


sizlərdən gələn məktublar
folklor
May 17, 2008 23:20
Baxış sayı: 56

Şərhlər(0)

Cenubi Azerbaycanda turk lehceleri

Cenubi Azerbaycanda turk lehceleri

a- Bölgelerin özellileri

b- Fonetik özellikleri

c- dil qaydalri: (1.umumi dil qaydalri; 2 -ses uyumu) öz çalişmama usta göturmeyime baxmayaraq, aşagidaki xususiyetleri de gözden qaçirmamişam.

1- Dilimizin temiz ve duzgun danisildigi lehceler

2- Dilimizde olan sözlerin baş herfinde işlenmeyen herfler meselesi

Davamı...


sizlərdən gələn məktublar
folklor
May 17, 2008 23:16
Baxış sayı: 78

Şərhlər(0)

Neçə ildir ki, bu yolu gedib gəlirdim.



Bakı...
Nizami metrosu gecə saat on bir...
Nizami metrosu yaxınlıgında bir dostumla görüşəndən sonra evə qayırdım. Metroya sarı gələndə diqqətimi bir lövhə çəkdi. Lövhədə yazılmışdı. “Bu evdə sovet ittifaqi qəhrəmani Mehdi Hüseynzadə yaşamışdı.” Bir neçə dəqiqə lovhəyə baxdım. Neçə ildir ki, bu yolu gedib gəlirdim. Amma nədənsə heç o xatirə lövhəsinə rast gəlməmişdim. Bilmirəm nədən bu lövhə diqqətimi çəkmirdi? Məni ətrafdan seyr edənlər bəlkə də mənə bu şəhərin sakini kimi baxmırdılar. Çünki o xatirə lövhəsini Bakı sakinləri çoxdan görmüşdü. Indi mənim kimi ona diqqətlə baxan təbii ki, yox idi. Şəkilə bəlkə on beş dəqiqəyə qədər baxdim, yenə də doymadim. Şəkilə baxdıqca gözlərimin qarşısında Mehdi Hüseynzadənin xatirəsinə çəkilmiş “uzaq sahillərdə” filmi gəldi. Respublikanın xalq artisti Nodar Şaşıqoğlu zamaının Mixaylosu... Bu insanı yaxından görmüşəm. Bir suyu Mehdiyə həqiqətən oxşayır. Görünür personaj kimi əsl Mehdi roluna o layiq görülübmüş. Filmə hər dəfə baxanda əhsən, min əhsən deyirəm.Mehdiyə Nodar Şaşıqoglununda mehri məhəbbəti yüksək olub. Elə bu səbəbdən də rolu gözəl oynayıb.
Darıxdım bu film ücün,Mixaylo üçün ilahi, ... Dodaqaltıda Ramiz Rövşənin bu misralarını səsləndirdim.


Bulud kimi ölmək –
bir yaz yağışında.
Ümid kimi ölmək –
bir qız baxışında.

Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 17, 2008 22:45
Baxış sayı: 69

Şərhlər(0)

Qaracioghlu asiq Pashanin dediyine gore :

 Qaraçıoğlu Aşıq Paşanın özün dediyinə görə, "Qaraçı" havasını da nəsillikcə aşıqlıq sənətinin daşıyıcıları olan Qaraçıoğlu İbrahim yaradıb

Aşıq yaradıcılığına yaxından bələd olanlar, aşıqsevərlər, saz-söz vurğunları indi gözdən iraq qalsa da, vaxtilə səsi yanar çırağı söndürən Qaraçıoğlu Aşıq Paşa Mehdiyevi yaxşı xatırlayırlar. Bu da həmin Qaraçıoğlu Aşıq Paşa Mehdiyevdir ki, onun babası Qaraçıoğlu İbrahim Azərbaycan aşıq sənəti tarixinə Koroğlu aşığı kimi düşüb.



Davamı...


ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 17, 2008 22:34
Baxış sayı: 69

Şərhlər(0)

Tarix

O dövrdə Azərbaycan Cümhuriyyəti Tiflisdə elan edilmişdi, Bakı isə Stepan Şaumyan başda olmaqla, Kommunanın işğalı altında idi. Gəncəni də, Bakını da, Qubanı da, Qarabağı da Məhəmməd Əmin Rəsulzadənin qurduğu dövlətin ordusu azad etdi.

 


Davamı...


sizlərdən gələn məktublar
folklor
May 17, 2008 22:25
Baxış sayı: 78

Şərhlər(0)


  Yazılar cəmi: 75    Sonrakı səhifə »
bizi 105FM də və ya aztv radiosuyla dinləyin
105FM:::::::::::WWWFOLKLORUMUZ.AZERIBLOG.COM::::::::::::: XALQ YARADICILIGI REDAKSIYASI © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com