Xındı Məmməd
Xındı Məmməd
Məmməd Gülabı oğlu Qəniyev 1896-cı ildə Borçalı nümayəndəliyinin (Marneuli rayonu) böyük Muğanlı (Qaş Muqanlı) kəndində kəndli ailəsində anadan olmuş və çətin uşaqlıq dövrü keçirmişdir. Çox gözəl, qeyri-adi məlahətli səsə malik olduğunu görən dayısı Hüseyn Qoca oğlu 1914-cü ildə onu məşhur el şairi, geniş savad dairəsinə malik olan şair Ağacanın yanına şəyirdliyə verir.
Məmməd şair Ağacanın yanında Azərbaycan, Şərq və xüsusilə islam tarixini tam mənada öyrənir, şer, sənət dünyasının sirlərinə dərindən bələd olmaqla, Nizamidən üzü bu yana Azərbaycanın yazılı və şifahi ədəbiyyatını dərindən araşdırmaqla, Qurbani, Xəstə Qasım, Ələskər və s. şair-aşıqların yaradıcılıqlarını da mənimsəyir
Tale daha sonra Məmmədi Borçalıda o zamanlar məşhur aşıq kimi tanınan Bayazidli Məsimlə qoşalaşdırır və bu da onun nadir ifaçı kimi püxtələşməsində əvəzsiz rol oynayır. Qeyri-adi zil, məlahətli səsə malik olan Məmməd aşıqlıq sənətinə dərindən yiyələnib Borçalının ustad aşığı kimi formalaşır və sonralar Xındı Məmməd təxəllüsü ilə gözəl aşıq şerləri yazmağa başlayır, sazı-sözü ilə böyük şöhrət qazanır.
Xındı Məmməd çox gözəl dastan danışan, ifaçı sənətkar, hazırcavab, bağlama və qaravəllilərin gözəl bilicisi kimi əvəzsiz olmuşdur. Onun ifasında ana laylasının həzinliyi, Kərəm yanğısının göynərtisi, ağsaqqal müdrikliyi, bir də Koroğlu zənguləsi var idi. Tək-tək sənətkar bu 4 xüsusiyyəti özündə birləşdirə bilir. Onun ifasında "Yanıq Kərəmi", "Mənsuri"," "Yurd yeri", "Zarıncı", "Dol hicranı", "Sultanı" və s. incə, ağır havacatlarla yanaşı, "Misri", "Atüstü", "Cəngi" kimi qəhrəmanlıq havaçatları çox məharətlə və əvəzedilməz ahənglə səslənərdi. Bu qəhrəmanlıq havaçatları oxuyanda onun 1930-cu illərdə otuzluq lampaları söndürməyinin şahidləri hazırda Borçalıda yaşayırlar.
Ustadlardan dərs alan Xındı Məmməd özü sonralar geniş yaradıcılıq yoluna qədəm qoymuş və çoxlu sayda "Divani", "Təcnis", "Təxmis", "Gəraylı" "Müxəmməs" və s. üstündə qoşmalar və ustadnamələr yazmış və bununla da özü ustadlar sırasına daxil olmuşdur. Onun hazırda 200-dən çox şeri məlumdur. O, bir çox ustad aşıqların şerlərinə eyni rədiflə qabaq-raytarmalar yazmış, neçələri ilə deyişmişdir. Şair Ağacan, Şair Nəbi, Bayazidli Məsim, Təhlə Novruz və başqaları ilə şerləşmişdir. Şerlərində ustadı Aqacanı dərin minnətdarlıqla yad edir.
Onun şerlərində təbiət və insan gözəlliyi, aşıq sənətinə bağlılıq, vətənə məhəbbət tərənnüm edilməklə yanaşı islam dini mövzusu özünə məxsus xüsusiyyəti ilə büruzə verilir. Onun şerlərində islam dininin müqəddəsliyi, aliliyi çox gözəl tərənnüm edilir, islam dini tarixi-elmi baxımdan təsvir edilir.
1941-1945-ci illər İkinci dünya müharibəsində iştirak edən Xındı Məmməd cəbhəyə yola düşəndə öz telli sazını "Cənki" üstündə kökləyib divardan asmışdı.
Xındı Məmmədi azərbaycanlılarla yanaşı, başqa millətlərin nümayəndələri və xüsusilə gürcülər çox sevir və onun sənətinə yüksək qiymət verirdilər. Heç də təsadüfi deyil ki, 30-cu illərin qara yelləri əsib, sapı özümüzdən olan baltaların fitvası sayəsində pantürkist damğası ilə Tiflisin Narın qalasına (Metex qalası) salınan Xındı Məmmədi ölümün pəncəsindən məhz dustaqxana rəisi, milliyyətcə gürcü olan Ancavadze xilas etmişdi.
Xındı Məmməd neçə-neçə şəyirdlərin yetişməsində xüsusi xidmət göstərib. Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar, Aşıq Ziyəddin, Aşıq Seyfi və b. onun yetirmələridir. Onun yetirmələri sırasında oğlu Gülabını xüsusi qeyd etmək lazımdır. Xındı Məmmədin səsində, nəfəsində olan güllər, xallar tam mənada Gulabının barmaqlarına keçmişdir.
Xındı Məmmədin yaratdığı şerlərin bir qismi "Yeni Marneuli", "Gürcüstan" qəzetlərində, "Çeşmə" ədəbi almanaxında, "Sazım, Sözüm" toplusunda (Yazıçı, 1978), "Azərbaycan aşıqları və el şairləri" kitabında çap edilmişdir. 1986-cı ildə onun anadan olmasının 90 illiyi Borçalıda əsl sənət bayramına çevrilmişdi.
Xındı Məmməd 1968-ci il 28 avqustda vəfat etmiş və Böyük Muğanlı kənd qəbiristanlığında dəfn edilmişdir
Borçalı aşıq mühiti
folklor
Avqust 6, 2008 12:21
Baxış sayı: 62
Şərhlər(1)

Cox saqolun bu yaziya gore ,menim qoca Babamdir
Noyabr 9, 2008 0:10