Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 13
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 322
  • Bugünki hit: 56
  • Ümumi hit: 39908

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Təşrif Buyur, Gedək Bağa...

Elçin Efəndi
 

Neçə gündür ki, Aşıq Ələsgərin həmişəki kimi, iddiasız, sadə, təmiz bir misrası, elə bil ki, kitabların səhifəsindən yox, qədim (və doğma!) Göyçə mahalında qoca Ələsgərin sazı sinəsinə sıxıb söylədiyi gəraylıdan-həmin o məqamdan qopub gəlmiş bir misra elə hey fıkrimdə dolaşır: “Təşrif buyur, gedək bağa...”. 

Bu iddiasız bir misra bu dəm mənim üçün Sözün və Sazın sirri-sehri (və heç vaxt açılmayacaq, əbədi bir sirri-sehr!) ilə dolu idi, çünki o bağ təkcə təbiətin xudmani, gözəl bir guşəsi deyildi, o bağ Ələsgər dünyası idi.
 Təşrif buyur, gedək bağa, 

  At zülfunü sola, sağa. 

  Ələsgər sənə sadağa, 

  Üzün məndən niyə döndü? 

Aşıq Ələsgər 105 il ömür sürdü. 

1821-ci ildə Azərbaycan Sözünün, Sazının beşiklərindən biri olan qədim oğuz yurdunda, gözəl Göyçə mahalında (“Adım Ələsgərdi, əslim Göyçəli...”) anadan olub 1926-cı ildə elə orada da haqq dünyasına köçdü və bu iki tarix arasında həmin Sözün və Sazın yaratdığı Ələsgər dünyasında o qədər hiss-həyəcan var, bu hiss-həyəcan o qədər qəribə, adamı mat qoyan və adamın ürəyinin içinə dolan gücə, incəliyə, işığa malikdir, o qədər saya-hesaba gəlməyən rənglərdən ibarətdir ki, həmin Ələsgər dünyasının hətta o uzun ömrün çərçivələrinə sığması da haqqdan gələn verginin nəticəsidir. 

Ələsgər Sözü və Sazı ilə Qarabağdan tutmuş Naxçıvanacan, Gəncədən tutmuş Tiflisəcən el-obanı dolaşdı, Türkiyə mahallarını gəzdi, məclislər apardı, toylar keçirdi və o Sözlə Sazın dediklərini xalqın özünüifadəsinə çevirdi, əvvəlki dövrlərin korifeyləri Yunus İmrə, Qaracaoğlan, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım... kimi aşıq sənətini ən yüksək bədii-estetik me'yarlarla bir daha təsdiq etdi. 

Bütün böyük sənətkarlar kimi, Aşıq Ələsgərin yaradıcılığı da milli hadisədir, milli mədəniyyətin faktıdır. Ancaq böyük sənətkarlarm yaradıcılığı bunu da sübut edib ki, bəşəriyə aparan yol öz başlanğıcını millidən götürür və bu mə'nada Ələsgərin yaradıcılığı da klassik bir nümunədir: o nə qədər millidirsə, bir o qədər də bəşəridir . 

Hələ XIX əsrin ortalarında, cavan yaşlarında ikən Aşıq Ələsgər məşhur rus şairi Yakov Palonski ilə görüşür və bu görüşdən (aşıq yaradıcılığından!) tə'sirlənən Palonski xüsusi bir məqalə yazır. 

Yakov Palonski hara, Aşıq Ələsgər hara? Tamam müxtəlif mühit, müxtəlif psixologiya, müxtəlif təfəkkür tərzi, müxtəlif dünyagörüşü... 

Məsələ həmin milli ilə bəşərinin birliyində, vəhdətindədir. 

Buna görə də o görüşdən 100 il keçdikdən sonra, başqa bir məşhur rus şairi-Konstantin Simonov da yəqin eləcə tə'sirləndiyi üçün, Aşıq Ələsgərin altı qoşmasını və Aşıq Şair Vəli ilə deyişməsini rus dilinə gozəl tərcümə etmişdir. 

Allah vergisi, əlbəttə, millidir, amma o veriləndən sonra nə coğrafı, nə də milli sərhədlər tanıyır. 

Aşıq sənəti Azərbaycan folklorunun əsasını təşkil edir və misal üçün, İsland saqalarından, yaxud rusların “İqor polkunun dastanı”ndan fərqli olaraq, Azərbaycan dastanlarını və ümumiyyətlə, bütün türk dastanlarını yalnız Söz yox, Sözlə bir yerdə həm də Saz yaratmışdır, qədim “Kitabi-Dədə Qorqud”dan tutmuş “Əsli və Kərəm”əcən, “Koroğlu”dan tutmuş Aşıq Ələsgərin özü haqqında yaranmış “Aşıq Ələsgərin Naxçıvan səfəri”, yaxud “Aşıq Ələsgərin Qarabağ səfəri” kimi, Azərbaycan dastanlarının mayası aşıq sənəti ilə yoğrulmuşdur. 

Aşıq sənəti, əslində bir fərdin yaratdığı teatrdır. 

Aşıq-şairdir. Aşıq-yazıçıdır (dastanlar yaradır). Aşıq-dramaturqdur (deyişmələr; dramatik dialoqlar). Aşıq-bəstəkardır (“Dilqəmi”dən tutmuş “Ruhani”yəcən, “Kərəmi”dən tutmuş “Keşişoğlu”nacan yüzlərlə havacatı kim yaradıb? Namə'lum aşıq!). Aşıq-müğənnidir. Aşıq-rəqqasdır. Aşıq-bugünkü ifadə ilə desək, bədii qiraət ustasıdır. Aşıq-instrumental ifaçıdır. Bütün bunların hamısı da bir nəfər, bir fərddir. 

Uzun-uzun əsrlər boyu aşıq sənəti, misal üçün, yaponların “Kabuki”, ya “No” teatrları, yaxud ispanların romanserosu kimi, milli bədii təfəkkürün (indiki halda Azərbaycan milli bədii təfəkkürünün) taktına çevrilib. 

Avropada fransız truveri və trubadurluğu, yaxud alman minnezingerliyi xalqı necə ifadə etmişdirsə, aşıq sənəti də Azərbaycanda həmin işi görmüşdür, ancaq fərq ondan ibarətdir ki, truverlik və trubadurluq da, minnezingerlik də ayrı-ayrı əvvəli və sonu mə'lum dövrlərin, mərhələlərin hadisəsidirsə, aşıq sənəti əvvəli Orxon-Yeniseydən xəbər verən, sonu isə olmayan bir sənətdir, daim qaynayır, daimi dinamikaya malikdir, bütün dövrlərin müasir yaradıcılığıdır. 

Və min il bundan əvvəl olduğu kimi, bu gün də belədir. 

Və Aşıq Ələsgər həmin yaradıcılığın klassikidir. 

Aşıq Ələsgər-filosofdur, estetdir, humanistdir, bədbindir, nikbindir... 

Və s. və i.a. 

Bəli, bütün bunlar belədir, amma mənim üçün Aşıq Ələsgər ilk növbədə Aşiqdir (“Ələsgərəm, gözəllərdi əzbərim...”, yaxud “Canım gözəllərin yol qurbanıdır...”) və Ələsgər poeziyasının yarattdığı (və eyni zamanda həmin poeziyanı yaradan!) o Aşiq, olsun ki, ya zövqünə görə, ya yaşına, ya da gözlərinin rənginə görə Məcnundan fərqlidir, Romeodan seçilir, Kərəmin eyni deyil, amma o da Leylinin, Cüllettanın, Əslinin sevgi dünyasında ən doğmalardan, ən məhrəmlərdən biridir, həmin sevgi dünyasının sakinidir. 

Bu sözləri yazıram və fikirləşirəm: mən nə üçün bunları yazıram? 

Onsuz da Aşıq Ələsgərin Sözü və Sazı nə lazımdırsa, hamısını özü deyir

Bookmark and Share


sizlərdən gələn məktublar
folklor
Avqust 6, 2008 11:45
Baxış sayı: 44

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog