professor Məhərrəm QASIMLI
Tarix içindəki oğuz-türk mənəvi mədəniyyətin in ana axarlarından biri Dədə (Ata) Qorqud və onun çevrəsindəki mifoloji və tarixi proseslərlə bağlıdır. Babalarımız olan oğuzların mənəvi - ruhani hamisi, yol göstəricisi statusunda çıxış edən "Qorqud" şübhəsiz ki, yüzilliklərin dərinliklərində n gələn müdriklik, öncəkörəmlik, ulusu-etnosu gələcəyə doğru istiqamətləndir mə düşüncəsinin ortaya çıxardığı rəmzi - mifoloji obrazdı. Oğuz-türk tarixinin çeşidli dönəmlərində, xüsusən də taleyüklü məqamlarında ulus-etnos içərisindən çıxmış (zühür etmiş!) qeyri-adi istedad, bilici-görücü keyfiyyətlərinə malik unikal şəxsiyyətlər sözü gedən mənəvi statusu ("qorqudluğu") öz üzərinə götürmüş, bu səbəbdən də "Qorqud" adı ilə çağırılmışlar. Bu baxımdan "Qorqud" tarixi-mifolji statusunun yüzillər boyundakı daşıyıcılarının sayı yəqin ki, onlarladır. Türküstan, Qafqaz və Anadoluda müşahidə olunan çoxsaylı Qorqud qəbirləri də həmin tarixi gerçəkliyin ifadəsidir.
"Qorqudlar" sisiləsi haradan və kimdən başlanır, hansı ardıcıllıqla davam edir, kiminlə qapanır? Bu suallara cavab vermək o qədər də asan deyildir. Hər halda folklor və tarix qaynaqlarından gələn bilgilərin tutuşdurulması belə bir təxmini sonucu söyləməyə imkan verir ki, deyəsən "Kitabi-Dədə Qorqud" eposunda adı keçən "Dədə Qorqud" "Qorqudlar" sisiləsinin sonunclarından biridir. Burada bir məqama qarşı olduqca diqqətli və həssas davranmaq lazım gəlir. "Qorqudlar" silsiləsinə mənsub olan "sələf qorqudlar"ın barəsindəki əksər təsəvvür və düşüncələr, o cümlədən də sakrallıq-müqəddəslik, ilahi aləmə-ruhlar dünyasına bağlılıq və s. kimi mifoloji keyfiyyətlər "xələf qorqudlar"a da ötürülmüşdür. Buna görə də Qorqudlar çevrəsində yüzillər boyunca yaranmış rəvayət və hekayələr, o cümlədən də oğuznamələr hər növbəti Qorqudla yenidən etnik-mənəvi dövriyyəyə daxil olaraq bir az zənginləşmiş və irəliyə daşınmışdır. Dədə Qorqud oğuznamələrində çox fərqli zamanların, bir-birindən kifayət qədər uzaq olan tarixi dövrlərə məxsus relikt-əlamətlərin inikas etməsi də əsasən bu səbəbə söykənir. Qorqudlar sisiləsinin sözügedən səciyyəsi ən əski çağdakı Qorqudla nisbətən yaxın zamandakı Qorqud arasında kəskin ayrıntı yaratmaq imkanı vermir. "Qorqudlar" etnik-mənəvi statusu bir sistem kimi elə qurulmuşdur ki, xələf Qorqud bütün hallarda sələf Qorqudun davamçısı olduğu qədər həm də onun özüdür...
"Kitabi-Dədə Qorqud"un epik yaddaşından Dəmirqapı Dərbəndin adı bir neçə dəfə keçir. Qazan xanın evinin dağıdılması ilə bağlı olan boyda hadisələr Dərbənd və onun yaxınlığında baş verir. Dərbəndin məşhur qapılarından birinin indinin özündə də "Bayat qapı" adlanması Dədə Qorqudun çıxdığı Bayat elinin bu yerlərlə nə qədər sıx bağlı olduğunun daş möhürüdür. Dədə Qorqud qəbirlərində n birinin Dərbənddə olması barədə də çeşidli söyləntilər, hətta tarixi bilgilər də vardır. Qorqud qəbirlərinin say çoxluğu və türk dünyasının müxtəlif bölgələrində müşahidə olunması bir tarixi mənzərə kimi olduqca təbii və qanunauyğundur. Bu barədə bir qədər əvvəl danışmışdıq.
Not: Elmi ictimaiyyət və bütövlükdə xalqımız üçün çox maraqlı olacağını nəzərə alaraq Adam Oliarinin 1638-ci ildə Dərbənd səfərindən aldığı təəssüratın Dədə Qorqudla bağlı məqamlarını Ruhəngiz Məmmədovanın alman dilindən etdiyi tərcümədə yaxın günlərdə "Ədalət"in oxucularına təqdim edəcəyik.
TƏDQİQATLAR
folklor
Avqust 6, 2008 12:01
Baxış sayı: 61
Şərhlər(0)