Məhərrəm QASIMLI
Bu yaxınlarda Urmiyada "Səfəvilər dövrü Azərbaycan ədəbiyyatı" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Sözügedən konfransda azərbaycanlı alimlər - filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı və filologiya elmləri namizədi Asif Rüstəmli də iştirak edib. Bir müddət öncə səfərdən dönən alimlərimiz konfransla bağlı öz fikirlərini bölüşdüklərində n bu mövzuya toxunmayacağıq. Bizim məqsədimiz sözügedən səfər zamanı baş verən və ədəbiyyatım ız üçün son dərəcə böyük əhəmiyyət kəsb edən bir hadisənin üzərində dayanmaqdır. Belə ki, alimlərimiz qədim türk abidəsi olan "Kitabi Dədə Qorqud"un tarixi mənbələrdəki qeydlərinə əsaslanaraq , Urmiya qalasında yerləşən Burla xatun məqbərəsini tapıblar. Bu haqda mətbuatda müəyyən informasiyalar dərc edilsə də, "Kitabi Dədə Qorqud" obrazlarının tarixi şəxsiyyət olmasına dair, eləcə də onların Azərbaycanla sıx bağlılığı, nəhayət, tarixi izlərinin, daha dəqiq desək, qəbirlərinin axtarılması ilə uzun illər məşğul olan professor Məhərrəm Qasımlıdan daha geniş məlumat almağa ehtiyac duyduq. Yeri gəlmişkən, bu, professorun bu sahədə apardığı tədqiqatla bağlı ən uğurlu tapıntıdır. İndi isə filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlının özünü dinləyək.
- Burla xatun məqbərəsinin tapılması bir daha göstərdi ki, "Kitabi Dədə Qorqud" Azərbaycanla sıx bağlıdır və burada qeyd edilənlər tarixi olay olaraq Azərbaycanda baş verib. "Kitabi Dədə Qorqud"un qəhrəmanları nın Təbrizdə, Dərbənddə, Urmiyada olan qəbirləri bir daha təsdiqlədi ki, bu, epik düşüncə materiallarında n əlavə, həm də tarixi hadisələrin ifadəsidir.
- Axtarış zamanı tarixi mənbələrdəki hansı qeydlərə əsaslanmısı nız? Və bu qeydlər kimlərə məxsusdur?
- Dədə Qorqud qəhrəmanları nın qəbirləri ilə bağlı qeydlər məşhur səyyah Adam Oleariyə və türk səyyahı Övliya Çələbiyə məxsusdur. İlk dəfə Adam Oleari Dədə Qorqudun, Qazan xanın və Burla xatunun qəbirləri barədə qeydlər aparıb. Belə ki, 1638-ci ildə bu ərazilərə səfər edən səyyah göstərib ki, Dədə Qorqudun məzarı Dərbənddə, Qazan xanın qəbri Təbrizdə Acıdərə çayının sahilində, Burla xatunun qəbri isə Urmiya qalasındıdır. 11 il sonra bu yerlərə səfər edən türk səyyahı Övliya Çələbi də adı çəkilən qəbirləri gördüyünü qeyd edib. Və o da eyni təsvirləri göstərib.
- İndi isə Burla xatunun məqbərəsi barədə məlumat verərdiniz.
- Burla xatunun məqbərəsi tarixi mənbələrdə göstərildiyi kimi, qədim Urmiya qalasında yerləşib. Gildən tikilən bu qala, demək olar ki, uçuq-dağınıq vəziyyətdədi r. Qəbir qalanın dibində yerləşir. Qəbirüstü daş da, demək olar ki, pis vəziyyətdədi r. Adam Oleari hələ 1638-ci ildə göstərirdi ki, 5-6 metr hündürlüyü olan qəbirüstü daşın yarısı uçub. Yeri gəlmişkən, bir neçə il əvvəl Adam Olearinin təsvirinə əsasən, Dədə Qorqudun Dərbənddə yerləşən qəbrini axtardım. Adam Oleari göstərirdi ki, onun qəbri qayalıqda mağaranın içində yerləşir. Həmin yeri axtarıb tapdım. Təəssüf ki, qaya uçub mağarının girişini bağlamışdı. Buna görə də qəbri görə bilmədim.
- Dədə Qorqud eposunun tarixi izlərinin tədqiqi ilə nə vaxtdan məşğulsunuz?
- Təxminən, 20 il olar. Bir qədər mübaliğəli səslənsə də, 20 il olar ki, Dədə Qorquda doğru gedirəm. Məndən qabaq da çoxları bu istiqamətə doğru gedib. Ancaq Dədə Qorquda çatmaq çox müşkül və ağır məsələdir. Qorqud dədəyə doğru getmək, özünə, soyuna, kökünə doğru getməkdir.
- Həmin yerlərə yaxın ərazilərdə yaşayan insanların bu qəbirlərin kimə məxsus olması barədə məlumatları varmı?
- Təsəvvür edin ki, onların bu qəbirlərdən xəbərləri yoxdur. Eyni vəziyyətlə mən Dərbənddə də qarşılaşmışam. Dərbənddə Dədə Qorqudun qəbri ilə bağlı yerli əhalinin heç bir təsəvvürü yox idi. Bu, onu göstərir ki, qəbirlərlə bağlı informasiyanın nəsildən nəsilə ötürülməsi hardasa qırılıb və bundan sonra unudulma baş verib.
- Dədə Qorqud eposunun qəhrəmanları nın qəbirlərinin tapılması onun tədqiqatına dair hansı ehtimalların irəli sürülməsinə rəvac verəcək?
- Ümumiyyətlə, Dədə Qorqud eposunun Azərbaycanla tarixi bağlılığı fikri elmi ictimaiyyətdə həmişə mövcud olub. Sadəcə, mülahizələr formasında. İndiki halda qəbirlərin ortalığa çıxması isə məsələni kifayət qədər ciddiləşdirib. Hesab edirəm ki, vaxtı itirmədən Burla xatun məqbərəsində n bir qədər aralıda - Acıdərə sahilində yerləşən Qazan xanın qəbrində, eləcə də Dərbənddə arxeoloji qazıntı aparıb, qəbrin yerini müəyyənləşdirmə k lazımdır.
- Ortaq türk abidəsi sayılan eposun Azərbaycanla sıx bağlılığı digər türk tədqiqatçıla rı tərəfindən necə qarşılanır?
- Bilirsiniz, "Dədə Qorqud" eposu uzun bir yol gəlib. Sibir Altaylarından Türküstana, Türküstandan Qafqaza, Qafqazdan Anadoluya doğru. Adını çəkdiyim yerlərdə bu eposun boyları danışılıb. Və danışıldığı bölgədən asılı olaraq, epos həmin bölgənin müəyyən cizgilərini, hadisələrini özününküləşdiri b.
Mən hesab edirəm ki, Dərbənddəki Dədə Qorqud Qorqudlar silsiləsinin ən son nümayəndələrind ən birdir. Yəqin bu Qorquda qədər yüzlərlə Qorqud olub. Qorqud mənəvi status olub. Etnosun mənəviyyatın ı istiqamətləndir ən uzaqgörən, aqil insanlar zühur edəndə ona Qorqud deyiblər. Buna görə də Özbəkistanda da, Anadoluda da Qorqud qəbri var. Bu, Qorqudlar silsiləsindən olan insanların son mənzilləridi r. Ancaq Dərbənddə olan Qorqud qəbrinin Qazan xanla bağlılığı, onunla bir adı çəkilməyi eposdakı Dədə Qorqudun bu Qorqud olduğunu deməyə əsas verir. Ən böyük türk tədqiqatçısı Fuad Köprülü deyir ki, Dədə Qorqud eposu azəri türklərinə aiddir. Sizə adi bir fakt deyim. "Acığı tutdu" sözü bizdən başqa heç bir türk xalqının dilində yoxdur. Fikir versəniz, görəcəksiniz ki, "Dədə Qorqud" dastanında bu ifadəyə dönə-dönə rast gəlinir.
- Bildiyimizə gərə, Dədə Qorqud eposunun tarixi izlərinin araşdırılması məsələsini MEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi şurası qarşısında qaldırmısınız. Bu məsələ necə qarşılandı?
- Çox yüksək səviyyədə qarşılandı. İnstitutumuzun elmi şurası bu istiqamətdə fəaliyyətin davam etdirilməsini və dəqiqləşmə işlərinin aparılmasını məsləhət gördü. Yaz və payız aylarında Dərbəndə elmi səfərlərin təşkil olunması nəzərdə tutulub.
- Yeri gəlmişkən, Urmiyaya səfəriniz zamanı Cənubi Azərbaycanın ədəbi mühiti ilə tanış olmusunuz. Cənubi Azərbaycandak ı ədəbi proses barədə fikirlərinizi bölüşərdiniz...
- Cənubi Azərbaycandak ı ədəbi proses davamlıdır. Onu da deyim ki, bu proses mühitlər çərçivəsindədir . Məsələn, Təbrizdə bir, Urmiyada başqa bir, Ərdəbildə isə tamam ayrı ədəbi həyat var. O cümlədən, Tehranda, Marağada, Zəncanda. Cənubi Azərbaycanda gedən ədəbi proses folklor və klassik ənənələrə söykənməklə yanaşı yeni şer axtarşıyla da özünü büruzə verir. Yeni şer axtarşı barədə danışarkən bir məqamı vurğulamaq istərdim: bu gün Bakıda mövcud olan ədəbi həyatın orada inikası var. Məsələn, Urmiyada Bəhram Əsədi adlı şairin şerləri ilə tanış oldum. Bakıda yaşayan müasir şairlərimizin şerlərindən heç nə ilə fərqlənmirdi . Elə bil Bakı ədəbi mühitində yaranan şer nümunəsi ilə tanış oldum. Görünür, burada gedən ədəbi proses Cənubun ədəbi mühitinə təsir göstərir. Onu da deyim ki, Cənubun ədəbi mühitində əsas meyl yeni şer axtarışına doğrudur. Bəhram Əsədinin rəhbərlik etdiyi qurum müasir dövrün yüz şairinin şerlərindən ibarət antologiya çap etdirib. Bu antologiya söylədiklərimiz ə sübutdur. Folklora, klassik ənənələrə istinad və yeni şer axtarışı bu antologiyada toplanan şerlərdə öz əksini tapıb.
- Cənubi Azərbaycanda yaranan ədəbi nümunələrin işıqlandırılmas ı hansı səviyyədədir ?
- Bu ədəbi nümunələr əsasən qəzetlərin Azərbaycan dilində çıxan səhifələrind ə işıq üzü görür. Bundan başqa, öz vəsaitləri hesabına çap olunurlar. Eləcə də müxtəlif antologiyalar hazırlayırlar. Orada "Varlıq" adlı jurnal işıq üzü görür. Ədəbi həyatı qaynar saxlamaq üçün müəyyən işlər görülür. Həmçinin ədəbi məclislər də keçirilir. Hər şəhərdə adətən bir, bəzilərində hətta iki-üç ədəbi məclis var. Bu ədəbi məclislər çox gur keçir. Həmin şəhərdə yaşayan şairlərin cəm olduğu ədəbi məclisdə hər kəs özünün yeni şerini oxuyur, ədəbi müzakirələr gedir.
- Ümumiyyətlə, Azərbaycan ədəbiyyatın ı Şimal və Cənub qolu arasında fərqli və ortaq cəhətlər hansılardır?
- Azərbaycan ədəbiyyatın ın Cənub və Şimal qolunu müqayisə edərkən, ilk növbədə qeyd edim ki, onlar arasında ortaq cəhətlər daha çoxdur. Çünki eyni etnosun bədii düşüncəsinin ifadəsidir. Nə qədər üslub fərqləri olsa da, bədii düşüncədə poetik kodların eyniliyi daha çox nəzərə çarpır. Bu baxımdan Şimal və Cənub qolu arasında fərq 10 faizdə özünü göstərə bilər, 90 faizdə isə eynidir. Səməd Vurğunun poetik düşüncəsinin kodları ilə Şəhriyarın poetik düşüncəsinin kodları arasında heç bir fərq yoxdur. Onların yaradıcılığında fərq yalnız fərdi yaradıcılıq üslubunda özünü göstərir. İndi də belədir. Bu gün Bakıda yaşayan gənc şairlə Təbrizdə yaşayan gənc şairin poetik düşüncə modeli eynidir. Fərq barədə danışarkən isə ilk növbədə qeyd edim ki, Şimalda folklor ənənəsinə, Cənubda isə klassik Şərq ənənəsinə bağlılıq daha qabarıqdır. Bu mənada, hər halda, Şimaldakı ədəbiyyatla Cənubdakı ədəbiyyat arasında spesifik fərq özünü göstərir.
- Məhərrəm müəllim, bəs mövzu baxımından nə demək olar?
- Cənubdakı ədəbiyyatda dil, vətən, torpaq hissləri ilə bağlı ədəbi nümunələr daha çoxdur.
Sevinc RƏHİMOVA
TƏDQİQATLAR
folklor
Avqust 6, 2008 12:03
Baxış sayı: 45
Şərhlər(0)