Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 6
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 322
  • Bugünki hit: 90
  • Ümumi hit: 39942

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

DAĞLAR, SİZƏ SÖZ DEMƏYƏ GƏLMİŞƏM”


Azərbaycan aşıq sənətinə, ümumiyyətlə Azərbaycan folkloruna dərin hörmətlə yanaşan “Azersun Holding” MMC Azərbaycan Aşıqlar Birliyinin “Dağlar Sizə Söz Deməyə Gəlmişəm” adlı konsert proqramını “Azərçayın” təşkilati dəstəyi ilə həyata keçirdi.
“Azərçay”ın təşkilatı dəstəyi ilə “Azersun Holding” MMC-nin Mədəniyyət Mərkəzində Aşıq Dəmir və Azərbaycan Aşıqlar Birliyinin digər nümayəndələrinin “Dağlar, Sizə Söz deməyə Gəlmişəm” adlı konsert proqramı təşkil edildi.

 

Azərbaycan aşıq sənətinə, ümu-miyyətlə Azərbaycan folkloruna dərin hörmətlə yanaşan “Azersun Holding” MMC belə bir tədbirə təşkilatı dəstək verməklə bir daha arzu edənlərə bu ölməz xalq sənətinin təbliğatçılarını dinləmək üçün şərait yaratdı.

 

Nazilə Səfərlinin aparıcılığı ilə keçən tədbiri giriş sözü ilə açan professor Elxan Məmmədli aşıq sənətinin tarixindən bu günə kimi keçdiyi yoldan söhbət açaraq bu sənəti qoruduqları üçün həm Azərbaycan Aşıqlar Birliyinə, həm də yaratdığı şəraitə görə “Azersun Holding” MMC-yə minnətdarlığını bildirdi.

 

Daha sonra isə söz, sənət ustala-rına verildi. Saz sənətində öz fəaliyyəti ilə bu sənətin vurğunla-rının ruhunu oxşayan aşıqlardan biri olan aşıq Dəmir Dəlidağlı səhnədə öz yerini tutdu.

 

Aşıq Dəmirin çıxışından sonra aşıq Ədalət Dəlidağlı, Qələndər Zeynalov, Əli Quliyev, Altay Məmmədli, Telli Borçalı xoş ifalarla konsert proqramını daha da rövnəqləndirdilər.

 

Azərbaycan Aşıqlar Birliyi (AAB) 1984-cü il mart ayının 19-da keçirilmiş Aşıqlar IV qurultayında yaradılmışdır.

 

IV qurultayda mərhum xalq şairi Hüseyn Arif birliyin sədri vəzifəsi-nə təyin edilmişdir. Ümumiyyətlə Hüseyn Arif birliyin yaradıcı-larından biri olmuş və birlik onun adı ilə bağlıdır. Sovetlər dövrü üçün belə bir qurumun yaradı-lması olduqca çətin idi. Bu işi görməklə Hüseyn Arif əvəzedi-lməz xidmət etmiş oldu. O vaxtlar Aşıqlar Birliyi Mədəniyyət Na-zirliyinin nəzdində fəaliyyət göstərirdi.

 

Nazirlər Kabinetinin məlum qərarından sonra bütün birliklər ayrılaraq qeyri-hökumət təşki-latları kimi Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. AAB də Mədəniyyət Nazirliyinin tərki-bindən çıxaraq müstəqil bir qeyri-hökumət təşkilatı kimi 1991-ci ilin iyul ayının 19-da Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır.

 

2000-ci il 10 sentyabrda Təşkilat Komitəsinin təşəbbüsü ilə Azərbaycan Aşıqlarının V qurul-tayı çağırıldı. 5-ci qurultayda Zümrüd Əsgər qızı Məmmədova AAB-nin sədri seçildi.

 
Hal-hazırda da birliyə Zümrüd Məmmədova rəhbərlik edir.

Bookmark and Share


sizlərdən gələn məktublar, FOLKLOR NƏDİ?
folklor
Avqust 6, 2008 11:36
Baxış sayı: 64

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog