Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 13
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 322
  • Bugünki hit: 57
  • Ümumi hit: 39909

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Azerbaycan erazisinde ilk insan meskenlerinin meydana çıxmasına gedib çatır

Azerbaycan xalqının şifahi poetik yaradıcılığı kimi menalandırdığımız folklorun tarixi Azerbaycan erazisinde ilk insan meskenlerinin meydana çıxmasına gedib çatır. Azerbaycan dünyanın en zengin folklor servetlerinden birine sahibdir. 

Azerbaycan edebiyyatının qaynağında zengin ve derin mezmunlu Azerbaycan folkloru durmaqdadır. Mifoloji-bedii dünyagörüşün izleri folklorda ve klassik edebiyyatda indi de özünü büruze vermekdedir. Azerbaycan mifologiyası Qedim hind, Qedim yunan mifologiyası qeder sistemli ve bütöv xarakter daşımır
Ancaq Azerbaycan folklorunqda Azerbaycan mifologiyasının izlerini aşkar etmek mümkündür. Bunlar daha çox kosmoqonik ve mövsümi, elece de etnoqonik miflerin müeyyen detallarını özünde daşımaqdadır. İnsan cemiyyetinin ilkin formalaşma dövrünün bedii tefekkür mehsulları olan bu mifik ünsürlerde kosmosla xaos, yeni dünya düzeni ile qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzeninin bu nizamsızlıqdan yaranması ve eyni münasibetlerin insan cemiyyetinde eks olunması özüne yer tapmışdır. Mifik dünyagörüşünde insan cemiyyetinde kosmos, yeni ekser insanlar terefinden qebul edilmiş qayda-qanunlar toplusu esas etibarile cemiyyetin aparıcı nizamını - aile, meişet, insanla tebiet arasında qarşılıqlı anlaşma proseslerini ehate edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürleri indiye qeder folklorun ovsun, alqış, qarğış, revayet, qodu ve sayaçı merasimi ile ilgili metnlerde qorunub saxlanmışdır. Azerbaycan mifoloji metnlerinin ekseriyyetinde qedim türk mifoloji düşüncesi aparıcı motiv kimi çıxış edir. Bunu ister dünyanın yaranması ile bağlı olan kosmoqonik miflerde, ister etnosun menşeyi ile bağlı olan etnoqonik miflerde, isterse de mövsümi proseslerle elaqedar olan teqvim miflerinde görmek mümkündür. Mifoloji metnlerin yaranması ve onların folklor metnlerinde ünsürler şeklinde qorunub saxlanması ibtidai insanın tebiete ve tebiet qüvvelerine baxışı ile sıx elaqedardır. Söz, hereket ve oyun vasitesile tebiet qüvvelerine tesir göstermek arzusu ibtidai insanda mifoloi metnleri yaratmaq ve ifa etmek ehtiyacı doğurmuşdur. Bunların sırasında "Kosa-Kosa", "Qodu-Qodu", "Novruz", "Xıdır Nebi" ve b. merasim neğmelerini ve bunları müşayiet eden reqsleri göstermek olar.

Azerbaycan folklorunun özelliklerinden birini - onun başqa türk xalqlarının folkloru ile ortaq cehetlere malik olması teşkil edir. Bu xalqların şifahi söz senetinde bir çox metnlerin üst-üste düşmesi hemin örneklerin vahid etnocoğrafi mekanda meydana gelmesini gösterir. Ortaq türk folkloruna aid olan dastanlar arasında "Oğuzname"ler xüsusi bir silsile teşkil edir. "Köç", "Ergenekon", "Şu", "Qayıdış" kimi dastanlarda ise bütöv şekilde prototürklerin mühüm problemleri öz bedii-mifoloji eksini tapmışdır. Hemin dastanların çoxu xülase şeklinde XI yüzillikde yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun "Divanu lüğet-it-türk" ("Türk dilinin divanı") eserinde öz eksini tapmışdır. Bu dastanlar xalqların böyük hicreti dövrünün bedii-mifik dünyagörüşünü özünde saxlamaqdadır.

Azərbaycan folkloru janr zənginliyinə malikdir. Epik folklor janrlarından nağıl və dastanlar, xalq müdrikliyinin ifadəsi olan atalar sözləri və zərbi-məsəllər tarix boyu qonşu xalqların folklor və klassik ədəbiyyatına güclü təsir göstərmişdir. Lirik janrlardan bayatılarda xalq həyatının və məişətinin müxtəlif tərəfləri bədii-emosional şəkildə əks olunmuşdur. Qədim türk xalqlarının özünəməxsus poeziyası olmuş və bu poeziya türklərin milli vəzni olan heca və ya "barmaq" vəznində yaradılmışdır. Müxtəlif şeir şəkillərində heacaların sayı müxtəlif olsa da, epik süjetli uzun şeirlər və dastanlar əsas etibarilə yeddihecalıq formada yaradılmışdır. Bu cür şeirlər insanın yaddaşında daha yaxşı qorunub saxlanır. Azərbaycan folklorunun ən zəngin janrlarından olan bayatıların da hər misrası yeddi hecadan ibarət olur.

Folklor janrları arxaik və çağdaş janrlar kimi iki yerə bölünür. Arxaik folklor janrlarında sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar geniş yer tutur. Ancaq bu bölgü şərtidir; belə ki, folklor yaranma prosesi bütün tarix boyu getdiyindən, bu janrlara da müntəzəm olaraq yeni-yeni örnəklər əlavə olunur. 

Bağlı olduğu hadisə və ya proses baxımından mərasim folkloru, əmək nəğmələri ayırd edilir. Mərasim folklorunun özü də mövsüm mərasimlərini, müxtəlif təbiət hadisələri ilə bağlı olan mərasimləri, məişət mərasimini, o sıradan toy və yas mərasimlərini əhatə edir.

Azərbaycan folklorunun ən zəngin janlarından birini bayatılar təşkil edir. Bayatılar əsasən insanın lirik-fəlsəfi duyğularını yığcam poetik şəkildə ifadə etməyə xidmət göstərir. Bu poetik formanın məzmun növləri arasında layla, nazlama, ağı, sayaçı sözü, holavar, vəsfi-hal və s. örnəklər vardır. Bundan başqa, bayatı-bağlama, bayatı-deyişmə, bayatı-tapmaca kimi örnəklər də bu poetik formanın daxilində özünə yer tutur. Bayatılar dörd misradan, hər misra yeddi hecadan ibarət olur. Qafiyələnmə sistemi əsasən a-a-b-a şəklindədir. Tarixən türkdilli poeziyada cinasa çox fikir verildiyindən, qafiyələri cinas təşkil edən bayatı örnəkləri də çoxdur. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.

Geniş yayılmış lirik folklor janrlarından birini də xalq mahnıları təşkil edir. Bunlar konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərdir. "Aman nənə", "Ay lolo", "Sona bülbüllər", "Süsən sünbül" və s. xalq mahnıları indi də müğənnilərin repertuarında qalmaqdadır. İfa tərzinə görə xalq mahnıları arasında solo, xor və deyişmə-mahnılar seçilir.

Xronoloji baxımdan epik folklor janrlarından əfsanələr ilk öncə nəzərdən keçirilir. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət - onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehirli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Təsvir etdiyi obyekt və hadisənin məzmununa görə Azərbaycan folklorunda əfsanələr kosmoqonik, zoonimik, toponimik, etnoqrafik, dini, tarixi, qəhrəmanlıq və s. xarakteri daşıyır. Ən qədim əfsanələr kainat, dünya və səma cisimlərinin yaranması ilə bağlı olan örnəklərdir.

Azərbaycan folklorunun janrları arasında əfsanə və rəvayətlərdən sonra nağıllar epik növün ən geniş yayılmış örnəklərini təşkil edir

Atalar sözü və məsəllər də Azərbaycan folklorunun epik janrları arasında geniş yayılmışdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin "Divanu lüğət-it-türk", "Kitabi-Dədə Qorqud" kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları - "Oğuznamə"lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.

Azərbaycan folklorunun dramatik janrları xalq oyunları və meydan tamaşaları ilə təmsil edilmişdir. Bunların ən səcyyəvi örnəyi kimi "Kosa-Kosa" dramını göstərmək olar. İslamın qəbulundan sonra peyğəmbər ailəsinə məxsus müqəddəslərin faciəsi mövzusunda xalq arasında geniş yayılmış şəbihlər də xalq dramlarına daxildir.

Azərbaycan folklor nümunələrinin böyük bir qrupu xüsusi olaraq uşaqlar üçün yaradılmışdır. Bunlar həm lirik, həm epik, həm də dramatik növlərə məxsus örnəklərdir. Lirik növə aid janrlar: layla, oxşama, nazlama, uşaq mahnıları; epik növə: tapmaca, yanıltmac, qaravəlli, uşaq nağılları; dramatik növə isə uşaq oyunları və tamaşalar daxildir.

Azərbaycan folklorunun inkişaf mərhələləri arasında orta əsrlərin xüsusi yeri vardır. Bu dövrdə - XVI-XVIII yüzilliklərdə dastan janrı xüsusilə geniş inkişaf etmiş, Qurbani, Tufarqanlı Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi qüdrətli sənətkarlar ərsəyə gəlmişdi. Əsasən irfanla bağlı olan orta əsr məhəbbət dastanları - "Qurbani", "Aşıq Qərib-Şahsənəm", "Əsli-Kərəm", "Abbas-Gülgəz", "Şah İsmayıl-Gülzar", "Tahir-Zöhrə", "Alıxan-Pəri", "Arzu-Qəmbər", qəhrəmanlıq dastanı "Koroğlu" bu dövrün məhsuludur. Məhəbbət dastanlarından fərqli olaraq, "Koroğlu" müxtəlif qolların toplusu olmaqla "Dədə Qorqud" dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. "Koroğlu" eposunun süjetində konkret tarixi hadisə - XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.

Folklor örnəkləri əsas etibarilə anonim - müəllifsiz olduğundan, konkret müəllifi olan aşıq ədəbiyyatının Azərbaycan folklorunda xüsusi yeri vardır. XVI yüzillikdə əsası qoyulan və dövrümüzə qədər davam edən aşıq sənətinin ən böyük nümyaəndələri "ustad aşıqlar" termini ilə ifadə edilir. Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Qurbani Şah İsmayıl Xətaidən (1487-1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və "Qurbani" dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür. 

Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821-1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdır.

Azərbaycan şifahi xalq yaradıcılığı, xüsusən aşıq sənəti qonşu xalqların ədəbiyyatlarına da dərin təsir göstərmiş, bir sıra gürcü və erməni şairləri türk dilində yazıb-yaratmışlar. XVIII əsr erməni şairi Sayat Nova şeirlərinin əksəriyyətini indi onun nəvələrinin bəyənmədiyi türk (Azərbaycan) dilində qələmə almışdı. 

Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun "Tarix" əsərində (E.Ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar - qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr "Astiyaq", "Tomris" və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. "Tomris" əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi - qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, yeriklədiyi qandan "doyunca içsin..."

"Astiaq" əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu - Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.

Azərbaycan folklorunun yazılı halda bizə gəlib çatmış ən böyük abidəsi "Kitabi-Dədə Qorqud" eposudur. Bu eposun müxtəlif obraz və motivləri sonrakı Azərbaycan folkloruna və klassik ədəbiyyatına təsir göstərsə də, bütövlükdə şifahi ənənədə qorunub saxlanmamışdır. Buna görə də, "Dədə Qorqud" dastanları yazılı ədəbiyyat örnəyi kimi də tədqiqata cəlb edilir. Bu məqalədə də həmin prinsip gözlənilmişdir.
Nargiz:
Şəngül, Şüngül, Məngül
(nağıl) 
  
Biri varmış, biri yoxmuş, 
Məzlumların dərdi çoxmuş. 
Saqqalı bir keçi varmış, 
Gəzdiyi yer qayalarmış. 
Dağdan-dağa atlanaraq, 
Hər zəhmətə qatlanaraq 
Yaşarmış öz əməyilə, 
Başqasının köməyilə 
Dolanmaqdan utanarmış, 
Onun üç yavrusu varmış: 
Biri Şəngül, biri Şüngül, 
Biri də balaca Məngül. 

Şəngülün gözləri qara, 
Bənzəyirdi ceyranlara. 
Şəvə tükü buruq-buruq, 
İncə baldır, qısa quyruq. 
Yeni çıxmış buynuzları, 
Buxağında qotazları. 
Bir yaşında maral çəpiş, 
Bacaqları bir dal çəpiş 
Şüngülün gözləri nərgiz, 
Sanki dünyadan xəbərsiz. 
Gecə-gündüz oynaqlardı, 
Anasını qucaqlardı 
Yuxa tükü bəyaz, yumşaq, 
Qulaqları sanki zanbaq. 
Alnındakı qaşqa gözəl, 
Yoxdu bundan başqa gözəl. 
Hələ bircə Məngülə bax, 
Ayağında səkilə bax. 
Yoxdur böylə gözəl çəpiş 
Nazlı çəpiş, təpəl çəpiş. 
Yumşaq tükü ala-bula, 
Tamamilə başa bəla! 

Hər sabah, gün doğar-doğmaz, 
Qaranlığı boğar-boğmaz, 
Keçi yatağından durub, 
Şəngülün halını sorub, 
Şüngülə nəzər salardı, 
Məgüldən öpüş alardı. 
Qapıları gülə-gülə 
Bağlayıb çıxardı çölə. 
Yamaclarda otlayaraq, 
Qayalardan atlayaraq, 
Dərələrdən su içərdi, 
Yoxdu qəmi, yoxdu dərdi. 
Otlamaqdan qayıdarkən, 
Çağırardı keçi birdən: 
-Şəngülüm, Şüngülüm, Məngülüm, 
Açınız qapını mən gəlim. 
Ağzımda su gətirmişəm, 
Döşümdə süd gətirmişəm, 
Buynumuzda ot gətirmişəm. 
Bu sözləri eşidincə, 
Mələşərdi incə-incə, 
Yalnız qalan bu çəpişlərə. 
Hər üçü sevinər, gülər, 
Tez qapını açardılar, 
Qanadlanıb uçardılar. 
Anaları süd gətirmiş, 
Buynuzunda ot gətirmiş. 
Yeyərdilər, içərdilər, 
Bilməzdilər qüssə, kədər. 
Çəpişlərin anaları, 
Öpüb xırda balaları. 
Qapıları gülə-gülə 
Bağlayıb çıxardı çölə. 
Bu dağ mənim, o dağ sənin, 
Yem toplardı yeyin-yeyin. 
Döşlərinə süd yığardı, 
Buynuzuna ot yığardı. 
Qış getmişdi, yaz olmuşdu, 
Elin kefi saz olmuşdu. 
Bəzənmişdi, dağlar, daşlar, 
Gecə-gündüz uçan quşlar, 
Göy üzünü dolanırdı, 
Daşqın çaylar bulanırdı. 
Ala qarlı uca dağlar, 
Qış dərdini çəkən bağlar. 
Geyinmişdi yaşıl köynək, 
Hər yan güldü, hər yan çiçək. 

Ana keçi, hallı keçi, 
Məmələri ballı keçi, 
O dağlardan, bu dağlardan, 
Durna gözlü bulaqlardan, 
Yeib, içib ətə dolur, 
Məmələri südə dolur. 
Ana keçi, ana keçi, 
Qurban olum sana, keçi! 
Səni gözlər Şəngül, Şüngül, 
Yuxa tüklü gözəl Məngül, 
Səni gözlər çəpişlərin, 
Sular axır sərin-sərin, 
Şirin otlar dalğalanır, 
İnsan baxır, havalanır. 
Dərəyə en, dağlara çıx, 
Yerlər açıq, göylər açıq. 
Fəqət bir gün hər tərəf çən, 
Görünməzdi gəlib keçən. 
Girəvə düşmüşdü qurda, 
Dolaşırdı orda-burda. 
El içində bir məsəl var: 
“Qurd dumanlı gün axtarar”. 
Qurd çox gəzdi, çox dolaşdı, 
Dərələr, təpələr aşdı, 
Xatırladı Şəngül, Şüngül, 
Yuxa tüklü gözəl Məngül 
Yataqda yalnızdır, çapdı, 
Gəldi çəpişləri tapdı. 
Yazın bu çənli günündə 
Durdu yatağın önündə. 
Bir az duruxdu yerində, 
Od parladı gözlərində. 
Səsini dəyişdirərək, 
Qurddur, tanımasın gərək, 
Dedi: - Şəngülüm, Şüngülüm! 
Ey ceyran gözlü Məngülüm! 
Ağzımda su gətirmişəm, 
Döşümdə süd gətirmişəm, 
Başımda ot gətirmişəm. 
Tez olun açın qapını, - 
Çəpişlər eşitdi bunu. 

Yazıq çəpişlər sevincək 
Anaları zənn edərək 
Gəlib qapını açdılar, 
Qurdu görüncə çaşdılar. 
Ah, bu zalım, ağzı qara, 
Hücum etdi yazıqlara, 
Şəngülü, Şüngülü yedi, 
Məngülü tapa bilmədi. 
Kefi duru, damağı çağ, 
Qapını açıq qoyaraq. 
Çıxdı qaçdı bu qaniçən, 
Bürümüşdü ətrafı çən. 

Ana keçi dağda-daşda, 
Gah o başda, gah bu başda, 
Gah dərədə, gah ormanda, 
Gah o yanda, gah bu yanda, 
Sıldırım dağlar başında, 
Qayaların dik qaşında, 
Doyunca ot yedi gəldi, 
“Balalarım” – dedi gəldi. 

Gəldi yatağın yanına, 
Titrəmə düşdü canına. 
Görüncə qapını açıq, 
Yerində duruxdu yazıq. 
Durmayıb içəri girdi, 
Ətrafına göz gəzdirdi. 
- Şəngül, Şüngül, hardasınız?! – 
Gördü bir bucaqda yalnız 
Məngül qısılıb oturmuş, 
Yazıqca boynunu burmuş. 

Anasını görən kimi 
Dəyişdi halı, görkəmi. 
Tez ayağa qalxdı Məngül, 
Anasına baxdı Məngül, 
Dedi: -Ana, səndən sonra 
Bir duyğusuz, ağzı qara 
Gəldi girdi evimizə, 
Yamanca toy tutdu bizə. 
Şəngülü, Şüngülü yedi, 
Mənisə tapa bilmədi. 

Keçinin ürəyi yandı, 
Öz-özünə acıqlandı. 
Ansızın çıxdı bayıra, 
Bilmədi ki, getsin hara, 
Çünki fikri dağınıqdı. 
Gəzdi, gəzdi, gəldi çıxdı 
Dovşan damının üstünə. 
Söydü ona dönə-dönə. 
Bacasından bir daş atdı, 
Ayağını tappıldatdı. 

Dovşan qalxıb, çıxdı dama, 
-Neçin söyürsən adama? 
Deyə ona verdi sual, 
Ana keçi çoşdu dərhal: 
-Şəngülümü, Şüngülümü, 
Ah, sən yemisən, böyləmi? 
Dovşan dedi: -Bağırma çox, 
Mənim bundan xəbərim yox! 
Haydı, get tülküdən soruş, 
  Get onunla dalaş, vuruş. 


Keçinin ürəyi yandı, 
Öz-özünə acıqlandı. 
Yumruğunu, sıxdı, sıxdı, 
Gəzdi, gəzdi, gəldi çıxdı 
Tülkü damının üstünə. 
Söydü ona dönə-dönə. 
Bacasından bir daş atdı, 
Ayağını tappıldatdı. 

Tülkü çıxdı, qalxdı dama, 
-Neçin söyürsən adama? – 
Deyə ona verdi sual. 
Ana keçi coşdu dərhal: 
- Şəngülümü, Şüngülümü, 
Ah, sən yemisən, öyləmi? 
Tülkü dedi: - Bağırma çox, 
Mənim bundan xəbərim yox! 
Gedib canavardan soruş, 
Get onunla dalaş, vuruş. 

Keçinin ürəyi yandı, 
Öz-özünə acıqlandı. 
Yumruğunu sıxdı, sıxdı, 
Gəzdi, gəzdi, gəldi çıxdı 
Canavar damı üstünə. 
Söydü ona dönə-dönə, 
Bacasından bir daş atdı. 
Ayağını tappıldatdı. 
Qurd asmışdı südlü aş, 
Daş gəldi düşdü birbaş 
Qazançanın içinə. 

Canavar dedi: - Bu nə? 
Kimdir məni dolaşdıran? 
Qazançanı bulaşdıran? 
Dam üstündə gəzən kimdir? 
Ürəyimi üzən kimdir? 
Kimdir dəng edən başımı? 
Kimdir tozlayan aşımı? 

Keçi dedi: - Coşan mənəm, 
Dam üstündə qoşan mənəm. 
Buynuzlarım qoşa-qoşa, 
Hünərin var, çıx savaşa. 

Öz-özünə dedi: “Nə var?!” 
Çölə çıxdı tez canavar. 
Ana keçi coşdu dərhal. 
Canavara verdi sual: 
- Şəngülümü, Şüngülümü, 
Ah, sən yemisən, öyləmi? 
Qurd keçini aldatmaq, 
İşi boynundan atmaq, 
İstədisə, olmadı, 
Zülm yerdə qalmadı. 
Söz qoydular, gedəlim, 
İşi ayırd edəlim. 

Qaş yenicə qaralırdı, 
Günəş solur, saralırdı. 
Şövqü düşürdü dağlara, 
Çəkilirdi uzaqlara. 
Ağ buludlar dəstə-dəstə 
Göy üzündən dağlar üstə 
Yüngül kölgə salırdılar, 
Parçalanıb qalırdılar. 
Obanın da mal-qarası 
Heç kəsilmədən arası 
Dönürdülər kəndə sarı. 
Obanın gözəl qızları 
Əllərində badya, qazan, 
Nə qədər varsa süd sağan 
Gözləyirdilər naxırı, 
Deyil sözümün axırı. 

Az getdilər, üz getdilər, 
Dərə, təpə, düz getdilər. 
Yaxında bir qazı vardı, 
İnsafsız və tamahkardı. 
Ana keçi dala qaldı, 
Canavar bir quzu aldı. 
Gəldi qazının yanına, 
Başladı öz yalanına. 
Sovqat qazıya xoş gəldi, 
Keçisə əliboş gəldi. 

Qazı dedi: - Nə var, keçi? 
Doğru yoldan kənar keçi... 
Yenə nə var, nə deyirsən? 
Qazıdan nə istəyirsən?.. 
Keçi dedi: - Dərdim çoxdur, 
Heç halıma yanan yoxdur. 
Bunu aydın bilir hamı, 
Qurd yemiş iki balamı. 

Qazı dedi: - Yalan demə, 
Özgəsinə böhtan demə... 
Sən özün çox tərs keçisən, 
Keçilərin ən bicisən. 
Sən allahı unutmusan, 
Bambaşqa bir yol tutmusan. 
Verməyirsən xüms-zəkat, 
Hanı gətirdiyin sovqat? 
Hər şey aydınlaşdı tamam: 
“Mən sovqatsız işə baxmam!” 
Keçi dedi: - Ey canavar, 
Yaxında bir dəmirçi var, 
Onun yanına gedəlim, 
İşləri ayırd edəlim. 
Az getdilər, üz getdilər, 
Dərə, təpə, düz getdilər. 
Dəmirçiyə çatdı onlar. 
Dəmirçi soruşdu: - Nə var? 
Keçi dedi: - Bilir hamı, 
Mənim ikicə balamı 
Zülümkar canavar imiş, 
Hər kəsə bəllidir bu iş. 
Qardaş dəmirçi yaxşı bil, 
Yalnız mənimkini deyil, 
Obanın qoyunlarını, 
Kəndin gözəl davarını 
Parçalayan, yeyən budur, 
“Mənəm-mənəm!” deyən budur. 
Bunun hər bir işi qandır, 
Bizimlə köhnə düşmandır. 

Dəmirçi çox acıqlandı, 
Qurdun hiyləsini qandı. 
Dedi: - Gərək indi siz 
Vuruşub döyüşəsiniz – 
Buraxdı öz işlərini, 
Dedi: - Ay qurd, dişlərini 
İtiləyim sənin gərək! 
Qurd dedi: - Tez elə görək. 
Dəmirçi bir mıxçıxaran 
Kəlbətin alaraq haman 
Buraxıb öz işlərini, 
Çəkdi qurdun dişlərini. 

Nağılçılar bilir bunu, - 
Keçininsə buynuzunu 
Yaxşı-yaxşı itilədi, 
- Haydı, vuruşunuz! – dedi. 

Keçi qızğın, qurd əsəbi, 
Parıldadı şəvə kibi 
Keçinin də buynuzları. 
Qurd gəldi keçiyə sarı. 
Keçi gəlmişdi cana, 
Qurd atıldı meydana. 
Vuruşdular doyunca, 
Keçi kəllə vurunca 
Qurd başladı al qana. 
- Aman, aman, qursağım! 
Cırıldı bağırsağım! 
Aman, aman, aman, vay! 
Öldüm, öldüm, ay haray! 
Keçi güldü qurda bir az, 
Dedi: -Zülüm yerdə qalmaz. 
Balalarımı yeməyəydin, 
Vay qursağım deməyəydin! 
Nargiz:
Qam– şaman və ondan əvvəlki dünyagörüşləri ilə bağlı olan Xızır türk mifoloji təfəkkürünün məhsuludur. Bizə gəlib çatan qədim dövr xalq yaradıcılığı məhsullarından olan altay–türk dastanı “Manas”, azərbaycanlıların “Dədə Qorqud”, özbəklərin “Alpamiş” və digər xalqların şifahi dilində Xızır peyğəmbər özünəməxsus funksiyalari ilə çıxış etməkdə və yaşamaqdadır. Burada onu da nəzərdən qaçirmaq olmaz ki, bir sıra xalqların folklorunda da Xızır kultu öz ənənəvi funksiyaları ilə görünməkdədir. Sadəcə, öz folklorunda Xızıra yer verən xalqların şifahi dilində onun müxtəlif variantlarının işlənilməsi regionun dialektindən və tarixi dövrlərdən asılı olaraq dəyişikliklərə məruz qalmışdır.
Aparılan tədqiqat nəticəsində belə fikrə gəlmək olar ki, Xızırın hansı regionda, hansı adla tanınmasından asılı olmayaraq onun təsnifləşdirilməsi eyni funksiyani yerinə yetirən Xızır, Xıdır, Xıdırelləz, İlyasın eyni şəxs olduğunu. təsdiq edir
Tədqiqatın məqsədi: Folklorşunaslığın müxtəlif janrlarında əks olunmuş Xızırın mənşəyini araşdırmaq, onun tarixi, və regional özünəməxsusluğunu şərh etmək, funksiyalarını sistemləşdirmək, onun Azərbaycan folkloru və türk xalqları folklorundakı yerini və mövqeyini göstərmək, müxtəlif, bir–birinə yaxın adlarla əks olunan Xızırı təsnifləşdirmək.
Tədqiqatın əhəmiyyəti: Xızır ümumtürk konteksində, türk dünyasının folklor qəhrəmanı kimi tədqiqatçıların ixtiyarına veriləcəkdir.
Açar sözlər: Xızır İlyas, Manas, Alpamiş, Dədə–Qorqud, Qam–şaman.

Giriş

Türk xalqları qədim dövrlərdən başlayaraq müxtəlif məzmunlu əsatirlər yaratmışdır. Mifoloji süjetlər turklərin çox qədim etiqadları, dünyagörüşləri ilə bağlı olmuşdur. Əsrlər boyu mifoloji obraz və süjetlər xalqın yaddaşına həkk olunmuş və nəsldən-nəslə ötürülmüşdür. Qədim tarixi fakt və hadisələr üzərində nəşət tapan mif və əfsanələrdə, həmçinin bir çox həqiqətlər gizlənmişdir. Tütk mifologiyasinda özünəməxsus yer tutan obrazlardan biri də Xızır obrazıdır. Xızırla bağlı folklor nümunələri şifahi xalq ədəbiyyatının bütün janrlarına nüfuz etmişdir. Araşdırmalardan aydın olur ki, onunla bağlı örnəklər milli bədii yaradıcılıq tariximizi daha dərindən araşdırmağa imkan verir.
Xızır türk mifologiyasının məhsulu kimi

Xızır kimdir? Necə insandır? Neçənci əsrdə yaşayıb? Vəzifəsi nədir? Nə üçün folklorda bu qədər çoxşaxəli əks olunub? Ona “verilən” hansi elmdir?
Xızır – əslən əl-Hadır (bütün qaynaqlarda bu ad deyil) ləqəb olaraq dəyərləndirilmişdir. Bəzi qaynaqlarda əl Hadr, əl Hidr şəklində görünsə də doğrusunun əl Hadır olduğu qəbul edilir. Bu kəlmə türklərdə Hızır, nadir hallarda Hidır, (Levend, 1980: 25; Diyarbəkri, 1302: 120), iranlılarda Khezz, Azərbaycanda Xızır şəklində istifadə edilir (Yaşar, 1985: 59; Nimetullah, 1982: 135; Teberi, tarixsiz: 20).
Onun kimliyinə, əsl-nəcabətinə gəldikdə isə Xızırın anasının Rum, babasının fars olduğu, Musa peyğəmbərin qardaşı Harun Əleyhissalam nəslindən gəldiyi bir neçə rəvayətlərdə söylənilir. İlk silsilədə Xızırın soyu Nuh peyğəmbərə, digərində İbrahim peyğəmbərə gedib şıxır. Bir başqasında isə Adəm peyğəmbərin nəvəsi kimi göstərilir (Yaşar, 1985: 63). Böyük əksəriyyət Xızırın əsl adınınn Belya olduğunu güman edir (Teberi, tarixsiz: 135). İbn kəsr Belyanın əslində İlyadan dönmə olduğuna diqqət yetirir.
Xızırın kimliyi də elmdə ən çox mübahisə doğuran məsələlərdəndir. Burda yenə ilahiyyat qaynaqlarına əsaslanaraq söyləmək olar ki, Xızır Allah-Təala tərəfindən qeybə dair biliklər verilmiş peyğəmbərdir.
Onun yaşadığı dövr haqqında da müxtəlif fikirlər var. Xızırın İbrahum dövründə yaşayıb, onunla birlikdə Babildən köç etdiyini (Yılmaz,1949: 543; Nimetullah, 1982: 135), Yaxud Süleyman dövründə yaşadığını söyləyən rəvayətlər var (Diyarbəkri, 1302: 121). Lakin böyük çoxluq onun Musadan əvvəl İran hökmdarı Evlidin Evliyan dövründə həyatda olduğunu, Zülqərneynin öncü qüvvələrini yönəltdiyini, Musa dövründə də yaşadığını söyləyirlər (Yılmaz,1949: 543-544; Yaşar, 1985: 66). 
Bir çox mütəxəssislər isə fikirləşir ki, qam-şaman və bəlkə də ondan əvvəlki dünyagörüşləri ilə bağlı olan Xızır türk mifoloji təfəkkürünün məhsuludur. Bu kultu dərindən və hərtərəfli tədqiq edən Mirəli Seyidov Azərbaycanın özünəməxsus, orijinal Xızırını Öləng, Qorqud, Ural Batır və digərləri ilə müqayisəli, oxşar və fərqli tərəflərini dərindən araşdıraraq çox sanballı bir elmi əsər ortaya qoymuşdur.O Xızıın əbədi yaşayış fikrini türkdilli xalqların digər ölməzlik axtaran qəhrəmanları – qorqudlar, gilqamışlar, dəli domrullar, ural batirlar, İsgəndər obrazları ilə birgə işləmişdir.
Bu məsələ “Ural Batır” dastanında icməli su problemi kimi qoyulur. Dastanda göstərilir ki, Ural Batır dirilik bulağının suyundan özü içmir, dağlara, yamaçlara, düzlərə səpir, onlara əbədi həyat verir, yaşıllaşdırır (Seyidov, 1983: 125).
İsgəndərin tapa bilmədiyi zülmət dünyasında olan dirilik suyu, Anadolu əfsanələrinə görə Bingöl dağında abi-həyat və digər nümunələrdə ölməzlik verən su əsas atributlardan birini təşkil edir. Lakin onu da diqqətdən qaçırmayaq ki, əfsanələrin əksəriyyətində dirilik suyundan içmək ancaq Xızır peyğəmbərə nəsib olduğu da maraqlı məqamlardandır. Beləki, Ural Batır, Gilqamış, Dəli Domrul kimi el qəhrəmanları ölməzliyin sirrini öyrənmək üçün “dəridən, qabiqdan çixsalar da” onların heç biri ölümsüzlüyə qovuşa bilmir. Məsələn, Ural Batir təbiətə, çiçəklərə, ağaclara, Koroğlu Qırata dirilik suyundan verməklə onlara ölməzlik verir. İnsanlar arasında isə abi-həyatdan içmək ancaq Xızıra nəsib olub.
Mirəli Seyidov Xızırı ərəb Xıdırından tamamilə fərqləndirərək Azərbaycan xalqının Xızır haqqında yaratdıqları mərasim nəğmələrinə və Xızır sözünün etimologiyasına diqqət yetirir. Sözün fonetik təhlilini verərək Xıdırla Xızırın olsa-olsa tarixi bir qarşılaşmada olduğunu, yəni ərəb mifolojisinin ölkəmizə ayaq basdıqdan sonra Xıdır variantının işlədildiyini sübuta yetirməyə çalışır. Həqiqətən də xız sözünün Azərbaycan toponimiyasında varlığı sübut edir ki, bu söz vaxtilə türk dilində işlənmiş, mənası od, atəş, istilik, ır/uq isə gələcək feli zaman şəkilçisi olaraq yanir, qızır deməkdir. Digər mülahizələrə görə isə -ır-ın həm də -ar, -ər fonetik variantı da var ki, bu da kişi, ər, müqəddəs, ilahi mənalarını verir. Azərbaycan mərasim nəğmələrində, Novruz bayramı ərəfəsində xalqın oxuduğu 
Xızır, Xızır xız gətir
Var dərədən od gətir –
parçasi deyilənlərə bir daha sübutdur (Seyidov,1978: 27).
Eyni zamanda, ərəb Xıdırı dedikdə onu dini obraz kimi digər xalqların folklorunda olan Xızırdan bütövlükdə ayırmaq olmaz. Ola bilər ki, ərəblərdə, ərəb folklorunda onun funksiyalari bir qədər məhduddur. Mirəli Seyidovun yazdığına görə ərəblərdə Xıdır yaşıllıq, dirilik suyu, itmişlərə yardımçı kimi 3 mifoloji səciyyəsi olan obrazdır. Ərəb dilində “Xıdır” və bu sözün iştirakı ilə yaranan sözlər yaşıllığı və onunla bağlı mənaları bildirir. Məsələn:
Əl xüzür – yaşıl rəng
Əl Xüzrət – yaşıllıq
Əlxəzir – təzə ot
Xuzarət – yaşıl
Xüzari – yaşıl rəngli quş (Seyidov, 1978: 128)
Bəlkə elə bunun nəticəsidir ki, bəzən Xızır yaşıl don geyinmiş kimi təsvir edilir. Bəziləri dara düşəndə onun gözünə ağ, yaxud boz at üstündə yaşıl don geyinmiş bir şəxs göründüyünü söyləyir. Lakin Azərbaycan folklorunda onun funksiyaları daha çoxdur. Xüsusən variantlarından biri olan İlyasın Xızırın yanına qoşulması onun funksiyalarının su ilə bağlılığını artırır.

Dastan yaradıcılığında Xızırın funksiyaları

Folklor janrlarının içərisində dastanlar yeganə janrdir ki, burada Xızırın demək olar bütün funksiyaları iştirak edir. Onların bəzilərində Xızırın adı birbaşa çəkilir, bəzilərində isə sadəcə dərviş, nurani kişi və digər adlarla eyni funksiyaları yerinə yetirir. Məsələn, krim türklərinin “Tahir və Zöhrə” dastanının krım-tatar variantlarının birində ağ saqqallı qoca, ikincisində isə dərviş sonsuz padşahla vəzirin hər birinə bir alma verir, onlar övlad sahibi olurlar. Krım türklərinin “Əsli və Kərəm” dastanında da nurani kişi padşahla vəzirin arvadlarının hərəsinə bir alma verib onları övlad sahibi edir, türklərin “Hurilqa və Həmra” dastanında qəhrəmana kömək edir. “Aşıq Qərib” dastanının krim və türkmən variantlarını müqayisəli təhlilə cəlb etsək görərik ki, variantların hamısında Qəribi vətənə yetirən Xıdırdir. Xıdırın atının ayağının altından götürülən palçıq /krım-tatar variantında dal ayağının/ Qəribin anasının, türkmən variantında həm də bacısının kor olmuş gözlərini açır. Xıdırın Qəribə eşq badəsi içirtməsi və xüsusilə buta yuxusu motivi dastanın yalniz Azərbaycan variantında var. Bütün bunlar sübut edir ki, eyni obraz – Xıdır Nəbi obrazı – Azərbaycan məhəbbət dastanlarında özünəməxsus formada işlənmişdir.
“Azərbaycan məhəbbət dastanlarının bədii özünəməxsusluğu” mövzusunda namizədlik dissertasiyası müdafiə edən Ruziyə Quliyevanın yazdığına görə sonsuz qocalar aşağıda göstərilən şərtlərdən birinə və ya bir neçəsinə əməl etməklə övlad sahibi olurlar:
1.Nəzir-niyaz paylamaq
2.Dərviş verən sehrli almanı yemək
3.Söz vermək, əhd eləmək
4.Yuxu görmək (yuxuda gördüklərinə əməl etmək) (Quliyeva, 1993: 16).
Yuxarıda göstərilən 4 şərtdən son üçü Xızır peyğəmbərlə bu və ya digər şəkildə bağlıdır. Birinci şərt kimi göstərilən nəzir-niyaz paylamaqla övlad sahibi olmaq motivində də dərviş iştirak edir. Buna əsaslanaraq demək olar ki, bu şərtlərin dördündə də Xızır birbaşa və ya dolayı yolla nüfuz edir. Məsələn, “Lətif şah” dastanının motivindən aydın olur ki, sonsuz şah vəzirin məsləhəti ilə “yeddi yol ayrıcında bir ocaq tikdirir, gələnə gedənə çörək, aş yedirdir. Yalnız bundan sonra dərdli şahın gözünə nurani dərviş görünür və ona bir alma verib deyir: “Al bu almanı, ortadan düz ikiyə böl, yarısını özün ye, yarısını xanımına ver. Xudanın izni ilə sizin oğlunuz olar. Amma mən gəlməmiş nəbadə ona ad qoyasan!”” (Azərbaycan dastanları, 1965: 72).
Elə bu şərtin özündən də görunur ki, nurani dərviş hadisələrin sonrakı axarında və süjetin inkişafında həlledici rol oynayacaq.
Diqqət yetirsək görərik ki, məhəbbət dastanlarımızdakı buta verən dərviş elə sonsuz ata-analara sehrli alma verən nurani dərvişdir. “Lətif şah” dastanında həmin bu dərviş bayaq dediyimiz kimi iki vəzifəni yerinə yetirir: həm ata-anaya sehrli alma verir, həm də Lətif şaha buta verir. 
Orta Asiya türklərinin folklorunda Xızır peyğəmbərin adı tez-tez çəkilir. Altay–türk dastanlarından olan “Manas” dastanında Xızır hələ Manas dünyaya gələn andan əsərdə görünür və yeni döğulmuş uşaq üçün dua edir (Hilmi, 2000: 507; Şükri, 1980: 104-106).
Özbək xalqının yaratdığı “Alpamış” dastanında Alpamış doğulduğu vaxt Xızır peyğəmbər Alpamışın babası Baybörünün yanına gələrək deyir: “Oğlunun adını Molla Hakim qoydum, ləqəbi Alpamış olsun; yenilməz pəhləvan olsun; qılınc kəsməsin; xəncər dəlib keçməsin; yüz doqquz il yaşasın”. Baysarının qızı doğulanda da Xızır ixtiyar cildində gələrək körpənin adını Molla Barçın qoyur.
Digər orta Asiya dastanlarında da Xızırın adına tez-tez rast gəlinir. Yeri gəlmişkən qeyd edək ki, burda Xızırın digər və daha az rast gəlinən funksiyası meydana çıxır. Bu, Azərbaycan folklorunda daha çox Dədə Qorquda xas olan ad qoyma funksiyasıdır.
Dədə Qorqud dastanında da Xızır obrazı özünəməxsus çalarlarla təsvir olunur. Əsərdə Xızırın Buğacı ölümdən xilas etməsi onu xeyirxah ruh kimi səciyyələndirir. Tədqiqatçı Samirə Babayeva Xızırın bu funksiyalarını əski inamlarla bağlayır. O, Orisis haqda bəzi mifik məqamların və “Buğac xan boyunun” epizodlarının mahiyyət baxımından eynilik təşkil etdiyini bildirir. Beləki, Dirsə xanın xatununun oğlunun cəsədini axtarması, Isidanın Orisisin cəsədini axtarması ilə, Buğacın yenidən möcüzəli şəkildə həyata qaytarılması, Orisisin Isidanın duası ilə dirilməsi ilə, Buğacın anası tərəfindən insanlardan gizlədilməsi ilə, Qorun Isida tərəfindən gizlədilməsi və s. ilə səsləşir. Hətta, burda maraqlı cəhətlərdən biri də odur ki, hər iki əsərdə xatun və Isida öz övladlarına ana südü vasitəsilə sahib çıxırlar. Samirə Babayeva Kitabi-Dədə Qorqudda Xızır obrazının speysfik cəhətlərini araşdırarkən bunu məşhur şumer-akkad ədəbiyyatının təxminən eramızdan əvvəl VI-II minilliklərdə yaradılmış ən sanballı, kamil nümunələrdən olan “Bilqamıs” dastanı ilə səsləşdiyini yazır.
“Koroğlu” dastanının bir neçə variantını incələyən P.N.Borativin dediklərinə əsasən Urfa rəvayətində Koroğlunun oğlu Hasan beğ eşkiyarlığa gedərkən Xoca Xızırla rastlaşır. Xızır onun kürəyinə əlini çəkir və ona güc verir. Başqa bir vaxtda atdan düşərkən onu ölümdən qurtarır; Çinə gedəndə yolun üstünə çıxıb xeyir-dua verir. Digər bir variantda – özbək variantında Koroğlu 30 yaşında ikən Xoca Xızır tərəfindən ziyarət edilir. Xızır onu hər fəlakətdən qoruyacağını vəd edir. 40 yaşında yenidən Xızırla görüşən Koroğlu peyğəmbərdən uzun ömür və şöhrət diləyir. Onun arzusu yerinə yetir (Borativ, 1931: 89).
Yuxarıda misal gətirilən dastanlar vasitəsilə aparılan incələmələr nəticəsində demək olar ki, dastan yaradıcılığında ustadlarımız Xızır motivindən ustalıqla istifadə etmişlər. Bu dastanlarda Xızır peyğəmbərin demək olar ki, mövcud olan bütün funksiyalarından istifadə edilmişdir. Eyni adlı dastanların müxtəlif variantlarında da Xızırın xilaskarlıq, aşiqlərə kömək və digər funksiyalarından istifadə göstərir ki, Xızır obrazı bütün türk xalqlarının şifahi xalq ədəbiyyatına nüfuz etmişdir.

Xızır Nəbi bayramı

Dədə babadan qaydadır ki, hər il qış yarı olanda Böyük Çilləylə Kiçik Çillə arasında Xıdır bayramı keçirilərdi. Bəzi yerlərdə Xızır Nəbi, bəzi yerlərdə isə Xıdır Ilyas adı ilə tanınan bu el bayramı ötən əyyamlarda böyük təmtəraqla qeyd olunardi. Köhnə kişilərin hesabına görə Kiçik Çillənin əvvəlində, indiki vaxtla götürdükdə təqribən fevralın 1-ci ongünlüyü ərzində axşam şər qarışandan sonra uşaqlar, cavanlar bir yerə toplaşar, dəstələnib Xıdır nəğməsi oxuya-oxuya qapıları döyər, Xıdır adına pay yığardılar.
Başqa mənbələrdə isə həmin gecənin Ikinci Çillənin qurtarmasına 2-5 gün qalmış keçirildiyi bildirilir. Və həmin bu mərasim “Xıdır Nəbi” bayramı adlandırılır.
Kiçik Çillənin çıxması münasibətilə keçirilən Xıdır Nəbi bayramı həm də qədim əkinçilik görüşləri ilə əlaqədardır. Üç gündən ibarət olan Xıdır Nəbi bayramının birinci günü torpaq tərif olunardı. Torpağın üstündə od qalanardı ki, torpağın nəfəsi qızınsın. Bağlar təmizlənər, çör-çöp, xəzəl yığılıb yandırılardı. Bayramın ikinci günü evdəki hər öküzün adına üç düzsüz kömbə bişirilib öküzlərin qarnının altından diyirləyər və oxuyardılar:
Xıdır Nəbi, Xıdır Ilyas
Bitdi çiçək, oldu yaz!
Bayramın üçüncü günü cütcü və əkinçinin şəxsində torpağı becərən, şum şumlayan, əkin əkən əməkçilər tərif olunardı. Boz at üzərində gələcək Xıdır Nəbinin əlində od olacağı güman edilərdi. Onun torpağı isidən, odla yanaşı günəş və su, adamlara sağlamlıq gətirəcəyi düşünülərdi. Mərasimdə əkinçi, cütçü və sayaçı nəğmələri oxunar, “Xıdır Nəbi”yə nəğmələr, şerlər qoşulardı. Bayramın hər üç günündə cavanlar əkin yerlərindən keçib Xıdır Nəbini axtarmağa gedərdi. Onlara “Xıdırçı” deyərmişlər. Xıdırçılar hava işıqlanmazdan əvvəl əllərində şam Xızırın dalınca gedər və nəğmələr oxuyardılar.
Bu bayram demək olar ki, bütün türk xalqlarında keçirilir. Daha çox Xıdırelləz, Hıdırelləz bayramı adı ilə tanınır. Hıdırelləz böyük çoxluqla Anadolu və Balkan türkləri arasında qeyd edilməkdədir. Qədimdən Ruzi-Hızır (Xızır günü), yəni Xıdırelləz xalq arasındakı inama görə Xızırla Ilyasın bir araya gəlməsi xatirinə keçirilir. Bu bayram yeni təqvimə görə hər il 6 mayda qeyd olunur. Julyen təqviminə görə isə 23 aprelə düşür. Türkiyədə qədim təqvimə görə il ikiyə bölünür. 23 Nisandan (6 may) 28 Ekimə (8 Kazım) qədər 186 gün Hızır günləri adıyla yaz mərasimi, bu tarixdən təkrar 23 Nisana (6 may) qədər davam edən 179 gün də Kasım günləri adıyla qış mövsümü meydana girir. Başqa bir fikrə görə Xızır Nəbi bayramı iranlıların Novruzundan beş həftə əvvəl, yəni Şubat ayının ortalarına təsadüf edir. Bunun qədim on iki heyvanlı Türk Təqvimindəki ilbaşı ilə eyni olduğunu, dolayısı ilə bu bayramın əslində qədim türklərin yeni il bayramı hesab edildiyini göstərən mənbələr var (Ahundov, 1978: 433).
Bu bayram Azərbaycanda Xızır Nəbi bayramı, Iranda Əhli-haqq zümrələri arasında Zati Mutlaq (HZ. Ali) şərəfinə Əli-Heydər adıyla, Təbriz ətrafındakı Qızılbaşlar zümrəsində isə yenə də Xızır Nəbi bayramı adı ilə tanınır (Meltkof, 1971: 60-61).
Yuxarıda deyilənlərdən də göründüyü kimi həmin bayramın keçirilməsi, qeyd olunma tarixi səbəblərində müxtəliflik olsa da nəticədə keçirilən mərasimlər, icra olunan adətlər sonda birləşir.
Xızır Nəbi bayramının nə vaxtdan bəri keçirildiyi tam məlum olmasa da onun türk xalqları arasında geniş yayıldığına şübhə yoxdur. Xızır Nəbi bayramı yuxarıda dediyimiz kimi Novruz bayramından əvvəl keçirilir. Əslində isə bütün Novruz bayramı ərəfəsi çərşənbələrlə birlikdə Xızır peyğəmbərin adı ilə bağlıdır. Xızırın yazın gəlişi – 4 üssür: su, od, torpaq, hava ilə bağlılığına inanan xalq onu o qədər ilahiləşdirmişdir ki, həyatın başlanğıcı kimi götürülən ünsürləri məhz onun adı ilə bağlayır.
Xalqın Xızır peyğəmbərə olan inamı o həddə malikdir ki, bu ad insanların and yerinə çevrilmişdir. “Xızır Ilyas haqqı”, “Xızıra and olsun”, “Xıdır Zindi babaya and olsun” və bu səpkili digər andlar xalqın məhəbbət və inamından doğmuşdur. Bəzi alqışlar da məhz Xızır peyğəmbərin adı ilə bağlıdır. Məsələn, “Xıdırın diləyi üstündə olsun”, “Xıdır Nəbi köməyin olsun”, “Xıdır Nəbi hayına yetsin”, “Xıdır Nəbi kömək əlini üstündən əskik eləməsin”, “Xızır köməyinə yetsin”, “Xızır səni dardan qurtarsın”, “Xızır səni yolda qoymasın”, “Xızıra rast gələsən”, “Xızır payını versin”, “Xıdırzində diləyini qəbul etsin”, “Xıdırzində diləyini xeyirə yazsın”, “Xıdırzindəyə apardığın qurban sənin arzunu versin” (Mərasimlər, adətlər, alqışlar, 1993: 160).
Azərbaycan folklorunda Xızırla bağlı inamlar da sayca üstünlük təşkil edir. Eyni zamanda həmin inamları çoxşaxəli də adlandırmaq olar. Məsələn, “Tut ağacını qurumamış kəsmək günahdır”. Deyilənə görə bu ağacı Xızır peyğəmbər ehsanlıq üçün əkib (El düzgüləri, elat söyləmələri,1993: 176). Yaxud “Xızır gecəsi” peyğəmbər hansı qapıdan öz buğda payını apararsa, həmin il o evin ruzisi artar, bin-bərəkəti olar. 
Berqama, Balıkəsir və Təkirdağı bölgələrində Xıdırelləz günü tarladan toplanan çiçəkləri qaynadaraq suyundan içmək xəstələrə şəfa sayılır. Bu sudan 40 gün boyunca günəş çıxmamışdan əvvəl gözə sürtmənin gənclik, gözəllik və uzunömürlülük verəcəyinə inanırlar (Rumi, 1612: 181; Nevevi, 1283: 8314). Bundan başqa çəmənlikdən toplanan yeyilə bilən otlarla çörək və bazlamaların bişirilməsinin də dərdə dəva olduğuna, Xıdırelləz gecəsində bütün sulara nur yayıldığı üçün bu gecə suya girənlərin xəstəliyinin aradan qalxacağına inanılır (Ögel, 1989: 52).
Türkiyədə Xızırın mal, mülk və sərvət gətirəcəyi, tale açmaq bacarığı kimi inamlar da yaşamaqdadır. Xıdır peyğəmbərlə bağlı başqa inanclar da mövcüddür. Ahmet Yaşar OCAK bunları aşağıdakı kimi qruplaşdırır:
1. Xıdırelləz günü və gecəsi havada bulud olmaz.
2. Xıdırelləz günü günəş çıxmazdan əvvəl yataqdan qalxmayanın işləri düz getməz, yaxud xəstələnər.
3. Xıdırelləz günü işə getməzlər – uğursuzluq gətirər.
4. Xıdırelləz günü yellənçəkdə yellənməyənin beli ağrıyar.
5. Xıdırelləz günü dəmir tutmaq uğursuzluq gətirər.
6. Xıdırelləz günü meyvə verməyən ağaclar kəsiləcəyi ilə qorxudularsa, meyvə verər.
7. Xıdırelləz günü ev işi görən hamilə qadının uşağı şikəst olar (Yaşar, 1985: 153).
Ofsunlar içərisində də Xızır peyğəmbərə ünvanlanıb ondan çətinliyə əlac gözləyənlərin sayı xeylidir. Məsələn, Şirvan torpağında mamaçalar çətin doğan hamilə qadını su kənarına aparıb belə bir ofsun oxuyardılar:
Xızır Nəbi, Xızır Ilyas
Bəndəni bənddən et xilas.
Belə qadın körpəsini yüngüllüklə dünyaya gətirərmiş. Su kənarı yaxın deyilsə, hamilə qadının qənşərinə mis qırx-açar çamında su gətirər və yuxarıdakı ayini icra edərlərmiş (Paşayev, 1983: 128).

Folklorda Xızırın təsnifləşdirilməsi

Xızır şifahi xalq ədəbiyyatında müxtəlif adlarla tanınır. Məsələn, professor S. Paşayev Xızırı üç formada – Xıdır Nəbi, Xıdır Ilyas və Xıdır Zində (Paşayev, 1983: 128), M. Seyidov isə Xıdır Nəbi, Xıdır Ilyas və Xıdır Elləz kimi təsnifləşdirir. Xızırın bu cür müxtəlif variantlılığı həm də regional xarakter daşıyır. Məsələn, Azərbaycanda Xıdır Zində ilə bağlı örnəklərə daha çox Siyəzən, Dəvəçi, Quba, Xaçmaz bölgələrində, Xıdır Elləzlə bağlı nümunələrə isə Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy bölgələrində rast gəlinir. Xıdır Ilyas və Xıdır Nəbi isə daha geniş yayılmışdır.
Bu variantların içərisində yeganə ad Xıdır Zindədir ki, ona ancaq Azərbaycan folklorunda rast gəlinir. Hətta, Siyəzən rayonunda Xıdır Zində dağı günü bu gün də ziyarət yerinə çevrilib. Rəsmi mənbələrdə Beşbarmaq adı ilə məhşur olan bu dağ el arasında Xıdır Zində dağı kimi tanınır. Indi də övladsızlar, ürəyində arzuları olanlar istəyinə çatmaq üçün Xıdır Zində babanı – Piri ziyarət edir, ondan arzularına çatmağı diləyirlər. Hər il may ayının 6-sında Siyəzən, Dəvəçi rayonlarında Xızır peyğəmbərin doğum günü qeyd olunur. Nuh peyğəmbərin beşinci nəslindən olduğu güman edilən Xızır peyğəmbərin 2007-cı ildə 5475 yaşı tamam olur. Burada bir məsələ də diqqəti cəlb edir. Nə üçün bu dağ Xıdır Zində dağı adlanır? Bunu Qurani-Kərimin 18-ci Əl-Kəhf (Mağara) surəsinə yazılanlara əsaslanaraq belə adlandırdıqları güman edilə bilər. Beləki, həmin surənin 60-61- ci ayələrində deyilir ki, Musa peyğəmbər gənc dostu Yuşə-Ibn Nuna deyir ki, Xızırla görüşmək üçün iki dənizin qovuşduğu yerə çatmayınca geri qayıtmayacaq. Deməli, Xızırla görüşmək üçün Musa iki dənizin qovuşduğu yerə getməlidir. Digər tərəfdən həmin ayədə daha bir məsələ də göstərilir: “Onlar iki dənizin qovuşduğu yerə çatdıqda yeməyə götürdükləri balığı unutmuşdular. Balıq isə dirilib suya atılmış, dənizdə bir yarğana tərəf üz tutmuşdu” (Qurani-Kərim, 1992: 270).
Göstərilən misalda Xızırın məkanı təsvir olunur. Sonrakı ayədə isə onların görüşmələrinə işarə olunur. Musa balığın dirildiyini: “Elə istədiyimiz də (axtardığımız da) budur dedi və ləpirlərin izi ilə gəldikləri yolla geri (iki dənizin qovuşduğu yerə) qayıtdılar” (Qurani-Kərim, 1992: 271). Bəzi inaclar və deyimlərdə həmin iki dərya arası, balığın dirildiyi və Musa ilə Xızırın görüşdüyü yerin məhz indi Xıdır Zində baba dağı adlandırılan dağ olduğu söylənilir.

Xızırla bağlı fərziyyələrdən həqiqətə

Qurandan əvvəlki Səmavi kitablarda Xızırın adına rast gəlmirik. Həmin kitablarda anaq Ilyasdan söhbət gedir. Bibliyada Ilyas və onun həyatı ilə bağlı bir neçə əhvalatlar verilir. Bibliyanın istər Əhdi-Ətiq, istərsə də Əhdi-Cədid hissəsində Ilyasdan bəhs edilir. Allahın kainatı yaratması, insanın günaha batması, Allahın seçdiyi Israil xalqının tarixi, peyğəmbərlər və peyğəmbərlikdən bəhs edən Əhdi-Ətiqdə Ilyas bir neçə məziyyətə malik peğəmbər kimi təsvir olunur. Birincisini Ilyasın Azərbaycan folklorunda mövcud olan su məbudu olması ilə bağlamaq olar. “Ilyas peyğəmbər” adlanan rəvayətdə deyilir:
“Üç il yarım ərzində Israil torpağında yağış olmadı. Qorxunc quraqlıq oldu. Rəbb Ilyasa buyurdu ki, xəlvət bir yerdə bir çayın yanında Ahavda gizlənsin. Allah quzğunlara əmr etdi ki, hər səhər və axşam peyğəmbərə çörək və ət gətirsinlər. Çayın suyundan isə peyğəmbər susuzluğunu yatırırdı” (Uşaq bibliyası, 1995: 192).
Onun ardınca gələn “Dul qadının oğlunun dirilməsi” əhvalatında da göstərilir ki, Ilyasın su içdiyi çay quruyur. Onda Allah ona Sidom yaxınlığındakı Sarefat şəhərinə getməyi və orda bir dul qadının evinə düşməyi buyurur. Ilyas həmin evə gəlib qadından su və çörək istədikdə o, sonuncu bir ovuc unundan və tuluqdakı azacıq yağdan başqa heç nəyi olmadığını deyir. Belə olan halda Ilyas qadına: “qorxma torpağa yağış verən günə qədər küpdəki un tükənməz, tuluqdakı yağ əskilməz”. Rəbb möcüzə yaratdı; onlar hər gün çörək bişirsələr də Ilyasın əvvəlcədən söylədiyi kimi nə yağ, nə də un azalmadı.
Görünür, Azərbaycan folklorunda Ilyasın suyun məbudu kimi götürülməsi elə bu rəvayətlə bağlıdır. Burada nə yağ, nə də un qurtarır - yazılır. Deməli, Ilyasın - Xızırın ayağı ruzuludur. Deməli, mərasim nəğmələrində xalqın Xızır Ilyasdan istilik, bol məhsul istəməsi, onun şərəfinə nəğmələr qoşması, Novruz mərasimində keçirilən torpaq, su, yel çərşənbələrində peyğəmbərə qoşulan nəğmələr peyğəmbərin bu xüsusiyyətlərindən irəli gəlir. Yenə Bibliyada olan digər bir bölməyə nəzər salaq. “Ilyas və Baalın peyğəmbərləri” əhvalatında göstərilir: “Ilyas 12 daş götürdü. Və onlardan qurbangah tikdi. Oraya odun yığıb öküzü kəsdi və odunun üçtünə qoydu. Sonra o əmr etdi ki, qurbangaha hər dəfə 4 vedrə olmaqla 3 dəfə su töksünlər. Qurbangahın ətrafında qazılmış xəndək su ilə dolsun. Sonra Ilyas dua etməyə başladı: “Ibrahimin, Ishaqın və Israilin Allahı və Rəbbi! Bu gün dərk etsinlər ki, sən Israildə yeganə Allahsan. Mən sənin qulunam. Hər şeyi sənin sözünə əsasən etmişəm. Mənə cavab ver, ya Rəbb, cavab ver mənə! Qoy bu xalq dərk etsin ki, sən, ya Rəbb, Allahsan və sən onların qəlbini yenə özünə döndərirsən”. Rəbb öz peyğəmbərinin duasını eşitdi və göydən od töküb, qurbanlığı, odunu, hətta ətrafdakı daşları yandırdı. Bunu görcək hamı üzü üstə düşüb dedilər: “Rəbb – Allahdır, Rəbb - Allahdır!”.
Rəbb beləcə hamıya göstərdi ki, o yeganə həqiqi Allahdır, büt Baalın peyğəmbərləri isə yalançı çıxdılar” (Uşaq bibliyası, 1995: 196).
Deməli, Ilyasın od əmələ gətirmə xüsusiyyəti də var. Bu folklorumuzda Xızır Ilyasın odla, od çərşənbəsi ilə bağlılığı ilə üst-üstə düşür. Od çərşənbəsində ocaq qalamaq, od üstündən atlayıb ağırlıq və xəstəliklərin ötən ildə qalmasını diləmək mərasimləri ilə səsləşir.
Bundan başqa folklorda Xızırın funksiyalarından danışarkən onun ölüləri diriltmə bacarığının olmasından da bəhs etmişdik. Düzdür, bu funksiya Azərbaycan folkloruna doğma deyil. Lakin digər türk xalqlarında bu funksiyadan geniş olmasa da istifadə olunub. Yenə Bibliyada “Dul qadının oğlunun dirilməsi” bölməsində Ilyasın evində qaldığı dul qadının oğlunu diriltdiyinin şahidi oluruq.
Bundan başqa Isa Məsihin doğulması və həyatı, onun təlimi, günahkar insanların xilası naminə ölməsi və dirilməsi, ilk məsihçilərin həyatı haqqında danışılan Əhdi-Cədiddə də Ilyas xilaskar bir peyğəmbər kimi göstərilir. Hətta, Isa çarmıxa çəkilərkən də onu Ilyasın xilas etdiyi söylənilir. “Incil”in 27-ci fəslində yazılır ki, Isa son anda “Allahım! Allahım! Sən məni nə üçün tərk etdin?!” - deyə qışqırdıqda orada duranların bəziləri bunu eşitdilər və “Bu adam Ilyası çağırır” - dedilər. Başqaları isə dedilər: “Qoy görək Ilyas onu xilas etməyə gələcəkmi?” (Uşaq bibliyası, 1995: 611).
Burada söylənilənlərdən haqqında söhbət açdığımız Xızır peyğəmbərin Xızırdan əvvəl Ilyas adı ilə tanındığı aydın olur. Və eyni xüsusiyyətlərə malik olan Ilyas və Xızırın eyni bir şəxs olduğuna şübhə qalmır. Lakin onların adının sonradan dəyişmə səbəbi isə qaranlıq olaraq qalır. Burada ancaq bir ehtimal irəli sürülə bilər. Ilyas peyğəmbərin su məbudu olması, bəzi məsəllərdə göstərildiyi kimi əlini vurduğu quru ağacın çiçəkləməsi və quru torpaqların yaşıllığa çevrilməsi kimi möcüzələr onun yaşıllıq, yaşıl, yaşıllaşdıran kimi mənalar verən yeni bir adının, daha doğrusu ləqəbinin meydana çıxmasına səbəb olmuşdur. Elə buna görə də Qurani–Kərimdə peyğəmbər ərəb dilinə tərcümədə yaşıl, yaşıllıq mənasını verən Xızır kimi təqdim edilir.
&ldqu
Bookmark and Share


sizlərdən gələn məktublar
folklor
Avqust 6, 2008 11:47
Baxış sayı: 71

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog