Reklam verin!
Yuma Ailə Jurnalı

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 5
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 322
  • Bugünki hit: 5
  • Ümumi hit: 39857

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Aşıq Kamandar

Kamandar Əfəndi dünyaya gələndə artıq Borçalı mahalının bütün məntəqələrində quruculuq və yaradıcılıq işləri gedirdi. Demək olar ki, bütün təsərrüfatlar kollektivçiliyə girişib Borçalının ən ucqar duzən və dağ kəndlərində belə kolxoz quruculuğu sisteminə keçmişdi. Gələcəyin ustad aşığı 1932-ci ildə Borçalının-indiki Marneuli rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Borçalıda aşıq sənətinin əlçatmaz zirvəyə çatan vaxtı balaca Kamandar artıq Alget və Kür çayının şırıltısından simli sazın ahəngini yavaş-yavaş ayırmağa başladı. Bir müddətdən sonra Kamandar ustad aşıqlardan Sadıq, Məhəmməd Şıxlı, Şah Əmrah və b. təkidi sayəsində aşıq-ozan sənətinin sirlərinə daxil olmağa daha bir uğurlu addım atır Ömrünün erkən yaşlarından saz çalıb, oxumağa hədsiz maraq göstərən Kamandar Həmid oğlu Moskva (1959) görüşlərinin fəal iştirakçısı, Bakıya (1984) Azərbaycan aşıqlarının IV qurultayının Borçalıdan elçisi olmuşdur.

Kamandar Əfəndinin mahirliyi ondadır ki, o, həmişə yorulmadan öz üzərində işləmiş, aşıq sənətinin ən incə sahələrinə yaradıcı bir "tədqiqatçı" kimi yollar axtarmışdır. Böyük zəhmətdən sonra Kamandar Həmid oğlu ozan-aşıq sənətində yaradıcı aşıq-şair kimi püxtələşməyə başladı. Onun dillər əzbəri olan qoşma və gəraylıları, divani və təcnisləri və muxəmməsləri qalaq-qalaqdır. Əsrimizin 70-ci illərindən başlayaraq, Aşıq Kamandarın bu qoşma və təcnisləri Gürcüstan radiosu ilə yanaşı, Azərbaycan radio və televiziya verilişlərində də səslənməyə başladı. Onun şan-şöhrətinin coğrafi miqyası günü-gündən genişləndi.

Aşıq Kamandar bir universal el sənətkarı və şairi kimi daha da məşhurlaşdı, 1989-cu ildə Bakıdakı "Yazıçı" nəşriyyatı tərəfindən onun ilk "Borçalı laylası" adlı şerlər kitabı işıq üzü gördü.

Aşıq-el sənətinə bütün varlığı qədər bağlı olan, Azərbaycan xalqının iyirminci əsrdə görkəmli filosoflarından əslən Borçalıdan olan mudrik alimimiz Camal Mustafayev bu kitaba ön söz yazmışdır. "Kamandarın zəngin sənətində saz, səs, söz vəhdət" təşkil edir. Bu kəlam ustadın "Borçalı laylası"nı oxuyanda bir daha yəqin edirsən ki, o, Borçalı yaylaqlarının bulağından su içib bəhrələnmişdir. Bu, dağ bulağının saflığını və sağlamlığını öz şer misralarına hopdura bilmişdir. Ustad aşığın yazmış olduğu şerlərin hamısından xalq ruhu, xalq nəfəsi və ozan-aşıq sənətkarlığı duyulur.

Mərd olan düşər zəhmətə, 
Namərd yetişməz ziynətə, 
Çörək itirən müxənnətə, 
Haqq özü "qənim" olaydı!

Şair Kamandarın şerlərinin dadlı və duzlu olması, Azərbaycan poeziyasının məğrurluğundan, dilə yatımlığından şairin xəbərdar olduğunu və "Saz-aşıq-söz" dünyamızın inkişafında Borçalı aşıq, saz-söz məktəbinin rolunu bir daha təsdiqləyir.

Regional el-oba ədəbiyyatımızın, milli musiqimizin ustad bilicisi, aşıq sənətinin korifeylərindən olan Kamandar Həmid oğlu öz sənətində bu sahələri dolğunluğu ilə birləşdirən istedad sahibidir.

Kamandar sənəti böyük bir məktəbdir, qaynayıb-coşan, tükənməz bir bulaqdır. Onun qoşmalarında qartal vüqarlı Azərbaycanımızın tarixi-ədəbi irsi, poeziyası, xalq sənəti və eləcə də ozan-aşıq xalq yaradıcılığı tərənnüm olunub, 

Aşıq Kamandaram, dedim hər zaman, 
Sazın hikmətini nadandı danan. 
Gecələr yüxüsü gözündə yanan, 
Analar laylası telli sazdadı.

İstər Gürcüstanda, Borçalıda və istərsə də Azərbaycanda və eləcə də Turkiyə və İranda Kamandar sənətinin vurğunlarının sayı-hesabı yoxdur!... Onun ölməz yaradıcılığı haqqında alimlər, sənətşunaslar, pedaqoqlar, müğənni və xanəndələr, musiqiçi və heykəltəraşlar ürək açan sözlər demişlər

Bookmark and Share


Borçalı aşıq mühiti
folklor
Avqust 6, 2008 12:23
Baxış sayı: 69

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog