Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 8
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 322
  • Bugünki hit: 96
  • Ümumi hit: 39948

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

radio bu gün

Müstəqillik dövrü

1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radio verilişlərində demokratiya ab-havası duyulmağa başlandı, cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meylərini gücləndirən proqramlara üstünlük verildi.
Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün Müdafiə nazirliyinin məlumatlarını yayırdı. Dinləyicilərdə vətənpərvər hissləri gücləndirən «Açıq-aşkar», «Xudafərin», «Sözün düzü», «Baxış bucağı», «Dünya», «Pillə», «Çevrə», «Radio-atmaca», «Molla Nəsrəddin», «Yol», «Yuva», «Vaxt», «Dan yeri» kimi verilişlər hazırlanır, hərbi marşlar səsləndirilirdi.

1993-cü ildə ölkəmizdə baş verən Gəncə hadisələri, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması barədə məlumatlar, Milli Məclis iclaslarından birbaşa yayımlar, 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi» sazişinin imzalanması mərasimi radio ilə bütün dünyaya yayılırdı.
Müstəqillik dövründə özəl radio kanallarının yaranması, onların FM dalğasında fəaliyyətə başlaması Azərbaycan radiosunun da rəqabət şəraitində çalışmasına, dinləyici auditoriyasının parçalanmasına gətirib çıxardı. Lakin özəl radio kanallarının çeviklik, proqram rəngarəngliyi nümayiş etdirməsi fonunda Azərbaycan radiosu mühafizəkar ənənələrin daşıyıcısı kimi görünsə də, onun bu illərdə ədəbi dilimizin qorunmasına və saflığına xidmət etməsi amilini inkar etmək də mümkün deyil. Amma informasiya texnologiyalarının sürətlə inkişaf etməsi istənilən sahədə, o cümlədən Azərbaycan radiosunda da texnoloji, istehsalat və yaradıcılıq dəyişikliklərinin həyata keçirilməsini labüd edir.
hal-hazirda radio fm 105 dalgasindan efirə yayimlanir

Bookmark and Share


Azərbaycan radiosu80
folklor
İyun 22, 2008 17:57
Baxış sayı: 93

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog