Qurbani
XVI əsrdə yaşayıb-yaratmış Qurbani indiki Cəbrayıl rayonunun Dirili kəndində anadan olmuşdur. Azərbaycanın bizə məlum olan ən qədim şair-aşıqlarındandır. Şah İsmayıl Xətainin müasiri olan Qurbaninin adına sonralar bir xalq dastanı da qoşulmuşdur.
Başına döndüyüm ay gözəl pəri,
Adətdir, dərərlər yaz bənövşəni!
Ağ nazik əlinlə bir dəstə bağla,
Tər buxaq altına düz bənövşəni.
Tanrı səni xoş camala yetirmiş,
Səni görən aşıq əqlin itirmiş,
Mələklərmi dərmiş, göydən gətirmiş,
Heyif ki, dəriblər az bənövşəni.
Başına döndüyüm, bağa gəl, bağa,
O gözəl hüsnündən bağa nur yağa.
Dəstə-dəstə dərib taxar buxağa,
Bənövşə qız iylər, qız bənövşəni.
Səhər olcaq şeyda bülbül oxuşdu,
Hökm olundu, süleymanlar yerişdi,
Sərt qış gəldi, gülün vaxtı sovuşdu,
Daha iyləmərik biz bənövşəni.
Qurbani der: könlüm bundan sayrıdı,
Nə etmişəm yarım məndən ayrıdı?
Ayrılıqmı çəkib boynu əyridi,
Heç yerdə görmədim düz bənövşəni.
Qarabag aşıq mühiti
folklor
İyun 8, 2008 13:34
Baxış sayı: 62
Şərhlər(0)
Qarabag aşıq mühiti
folklor
İyun 8, 2008 13:34
Baxış sayı: 62
Şərhlər(0)
