Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 37
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 267
  • Ümumi hit: 15610

Müxtəlif

Gulsad

XVI-XVII əsrlərdə yaşayıb yaratmış Azərbaycan şairəsidir. *** Göydən ötən bölgü-bölgü durnalar, Bizdən salam olsun Əcəm elinə. Yaşıl geymiş sarı telli durnalar, Bizdən salam olsun Əcəm elinə. Bizi Apardılar tatar xanına Fitvanı verdilər yesir qanına. Bir namə göndərdim Məşhəd kanına Bizdən salam olsun Əcəm elinə. Bizi göndərdilər Şahiseridən, Rum ölkəsi varid oldu yesirdən. Ol Şamü Hələb, şəhri Misirdən Bizdən salam olsun Əcəm elinə. Beş qız idik bir arada, bu yerdə, Ya İlahi, dərman elə bu dərdə! Canım durna, hər vətəndə, hər eldə Bizdən salam olsun Əcəm elinə. Axan çaylar yesirlərin yaşıdır, Ahu0naləm göydə mələk eşidir. Canım durna, çərxi-fələk işidir Bizdən salam olsun Əcəm elinə. Budur gəldi yesirlərin karvanı, Çağıraram, ya mövlana, ya qəni! Qara geydi Əcəm pirü cavanı, Bizdən salam olsun Əcəm elinə. Bizi ayırdılar ata-anadan, Ya rəbbim, sən qurtar bu qəmxanadan! İstanbul şəhrindən, Qostantinadan Bizdən salam olsun Əcəm elinə. Bu sözü söyləyən yanar özündən, Yaş yerinə qan tökülər gözündən. Məlik, gəl qan bu Gülşadın sözündən Bizdən salam olsun Əcəm elinə.


sizlərdən gələn məktublar
folklor
İyun 8, 2008 13:39
Baxış sayı: 47

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com