Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 6
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 322
  • Bugünki hit: 11
  • Ümumi hit: 39863

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Dəllək Murad

Dəllək Murad (XVIII əsr)XVIII əsr aşıqlarındandır, doğum və ölüm tarixi dəqiq məlum deyil. Bəzi mənbələrdə onun XVII əsrdə yaşadığı qeyd olunur. Əsasən gəraylıları və qoşmaları ilə tanınıb. Qoşmalarında çoxlu sayda nəsiyyətlərə rast gəlmək olar. OLMAZ Dərdü-qəmin ərbabıyam, Dərdlər məndən irad olmaz. Gündə min nün xəyal eylər, Mənim könlüm bir şad olmaz. Göyə çəksə baş tayalar, Fələk onu tez payalar, Hər külüng çapmaz qayalar, Hər igiddən Fərhad olmaz. Dərviş olan baxmaz pusta, Uslu olan olar usta, Güvənmə bivəfa dosta, Bivəfadan imdad olmaz. Səhər bağın əsər badı, Dostundan istə imdadı, Mövlam yaradıb muradı, Heç kəs Dəllək Murad olmaz. EYLƏMƏ Qadir Allah, budu səndən diləyim, Sən mərdi namərdə möhtac eyləmə. Qeybi xəzinəndən yetir ruzisin, Sən mərdi namərdə möhtac eyləmə. Ədalət kanısan, kərəmin çoxdu, Tənəli söz xəncər, nizədi, oxdu, Qardaşın qardaşa vəfası yoxdu, Qardaşı qardaşa möhtac eyləmə. Namərd körpüsündən, ölsəm, keçmərəm, Karvan olsam mənzilinə düşmərəm, Əlindən camını alıb içmərəm, Sağ əli sol ələ möhtac eyləmə. Şair olan deyər sözün arısın, Arısı olması, olsun yarısın, Qoy lap alsın gözlərimin birisin, Bu gözü o gözə möhtac eyləmə. Dəllək Murad deyər sözün zatını, Əl əldən ötkündü işin çətini, Qurda, quşa qismət elə ətini, Atanı oğula möhtac eyləmə. OLMAZ Adəm oğlu, yol ərkanı tanı, bil, Yol, ərkan bilənin yeri dar olmaz. Sirrini söyləmə qəmü-aləmə! Bivəfa dilbərdən sənə yar olmaz. İgid odu tənə oxun atmaya, Halal mayasına haram qatmaya, Bir oğul ki, ata sözün tutmaya, O oğulda qeyrət, namus, ar olmaz. Öz sürümdən qurban verim deyəsən, Öz yunundan yal toxuyub geyəsən, Bəslədiyin bağın barın yeyəsən, Yad bağından sənə heyva, nar olmaz. Dəllək Murad, çəkmə bir bunca qəmi, Burda duran olmaz, gedərlər hamı, Fələk biçinçidi, bu dünya zəmi, Biçilən zəmidə mürgüzar olmaz
Bookmark and Share


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:46
Baxış sayı: 90

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog