Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 38
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 275
  • Ümumi hit: 15618

Müxtəlif

Asiq Qərib

Aşıq Qərib - həyatı haqqında dəqiq məlumat yoxdur. XVI əsrin sonu, XVII əsrin əvvəllərində yaşadığı təxmin edilir. Həm Anadoludakı, həm də Azərbaycandakı yazılı qaynaqlarda adı qeyd olunur. Aşıq Qərib şeirlərini 8 və 11 hecalı yaşmışdır. Şeirlərinin əksəriyyəti sevgilisi Sənəmin yolunda başına gələn macəralardan bəhs edir. Aşıq Qərib hekayəsindən belə məlum olur ki, o Hələbdən Anadoluya gəlmiş, burada 7 il aşıqlıq edəndən sonra yenidən Hələbə qayıtmışdır. Aşıq Qərib yaradıcılığı əsasən dastanlar, xalq rəvayətləri antologiyalarında yer almışdır. Bununla belə şeirləri bəzi şeir antologiyalarında da verilmişdir. AĞLARAM Şikayətim vardır, fələk əlindən, Fələk, mənə düşmən oldun, ağlaram. Qorxum budur, həsrət qalam yarıma, Fələk ilə düşmən oldum, ağlaram. Bizim ellər dağdır, daşdır, virandır, Qadir Mövlam, hər mətləbi verəndir, Bayırda qar, çovğun, dolu, borandır, Vətənimdən ayrı düşdüm, ağlaram. İgid odur, öz sinini gizləyə, Ciyərini kabab edib duzliyə, Rəvamıdır, Qərib burda gözləyə, Fələk ilə düşmən oldum, ağlaram. YOX MƏNİM Ayrıldım elimdən, çıxdım qürbətə, Ağlaram, sızlaram, kimsəm yox mənim. Qərib deyilib düşdüm dildən dillərə, Ağlaram, sizlaram, kimsəm yox mənim. Gənc yaşımda tərk eylədim vətənim, Qürbət ellər oldu mənim məskənim, Gözü yaşlı, gözü yolda Sənəmin, Ağlaram, sızlaram, kimsəm yox mənim. Aşıq Qərib, yanıq-yanıq söyləsin, Enib eşqin dəryasını boylasın, Hər səni dünyada namlar eyləsin, Ağlaram, sızlaram, kimsəm yox mənim. YOXUMUŞ Xaraba qalasan, Tiflis şəhəri, Heç səndə oynayıb-gülən yoxumuş. Bülbül susub, bağ pozulub, gül solub, Yad bağların etibarı yoxumuş. Mən gedirdim, dostum çıxdı qabaqdan, Acı sözün salmaz, məni damaqdan, Bizim güldən, yad güllərə qonmaqdan, Yad sonanın etibarı yoxumuş. Aşıq Qərib gəlməyinnən yad oldu, Sınıq könlüm məlul oldu, şad oldu, İstəkli dilbərim bizdən yad oldu, Yad sonanın etibarı yoxumuş.


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:40
Baxış sayı: 53

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com