Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 31
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 219
  • Ümumi hit: 15562

Müxtəlif

Asiq Abbas Tufarqanli

Şeirlərində "Qul", "Şikəstə", "Bikəs" təxəllüslərini işlədən Abbas Tufarqanlı XVİ əsrin sonları - XVII əsrin əvvəllərində Güney Azərbaycanda yaşayıb yaratmış görkəmli şair-aşıqlardandır. Onun adıyla bağlı "Abbas-Gülgəz" dastanı da folklorumuzun qiymətli örnəklərindəndir. Xalqı təmsil edən ozan sənətinin səfəvizmlə qarşı-qarşıya gəldiyini bir neçə örnəklərdə müşahidə etmək mümkündür. Lakin ən açıq örnək Aşıq Abbas Tufarqanlının Şah Abbas Səfəviyə qarşı qətiyətli mübarizəsidir. Xalqın Səfəvi kimliyinə qarşı nifrəti Aşıq Abbas Tufarqanlının timsalında ortaya çıxar. Bu tarixi gerçək hadisəni dastanlaşdıran ozan sənəti bir daha göstərmişdir ki, millətin yazqısı ilə irtibatda olan olaylara münasibətsiz qalmamışdır. Hadisə bu şəkildə baş vermişdir: Şah Abbas, İsfahana daşınırkən köçü seyr edən Tufarqanlı Abbasın arvadı Gülgəz xanıma gözu sataşar, dünya gözəli olan Gülgəz xanımdan xoşlanar və onu zorla İsfahana aparıb özünə arvad etmək istər. Gülgəzi şahın əmri ilə aparırlar. Aşıq Abbas Tufarqanlının mübarizəsi bundan sonra başlar. Bu ədalətsizliyə qarşı və öz halal arvadını əldə etmək üçün heç nədən çəkinmədən İsfahana yola düşər. İsfahanda Tufarqanlı Aşıq Abbası tutuqlayıb bir quyuda zindana salırlar. Bu hadisədən xəbərdar olan Gülgəz bir neçə kənizlə bir yerdə gəlib quyunun başından, dərinlərdə olan Aşıq Abbas Tufarqanlını görmək istər, lakin quyu çox dərindir və heç bir şey görünmür. Gülgəz kiçik bir daş atar quyuya ki, gəldiyini bildirmiş olsun. Bunu hiss edən Tufarqanlı Abbas bu ünlü qoşmasını o qaranlıq quyuda söylər: Yaşa, sevdicəyim, yaşa Yazılanlar gələr başa Bir yandan özün bas daşa Bir yandan el car eyləsin. Quyuda həbs olunmasına baxmayaraq hədəfindən də vaz keçməyəcini ordaca vurğular, ilqarından dönəni Tanrıya həvalə edər: Abbas ağlar zarı-zarı Getməz könlünün qübarı İlqarından dönən yarı Tanrı tez bazar eyləsin. Burada anası da Mazəndəranlı fars olan Şah Abbas, türk düşməni olan bir yabancı, Gülgəz, fars mahalına daşınan Azərbaycanın cəvahiri, Tufarqanlı Aşıq Abbas isə Azərbaycan-türk kimliyinin və zənginliyinin qoruyucusu kimi ortaya çıxmaqdadır. Tufarqanlı Abbas özəl və milli həyatındaki bütün bu fəlakətlərə rəğmən, tarixi bir insan tipi kimi böyük səbr və təmkinlə öz mübarizəsini yalnız maddi planda deyil, əxlaq və mənəviyat planında da sürdürməkdədir. Şübhəsiz ki, başkəndin Təbrizdən İsfahana daşınması Osmanlının Təbrizə girməsi üzündən deyildi. Bu hadisə Çaldıran savaşından sonra baş vermişdi. Şah Abbas zamanında fars dili və fars gizlin planı yönətimi ələ keçirmiş, qızılbaşlıq da ləğv edilmişdir. Ozanlıq, sənət olaraq daima türk kimliyini təmsil etmişdir. Tufarqanlı Abbasın İsfahanda həbs edilməsi türk dilinə, kimliyinə tətbiq edilən zorakılıq kimi görünməkdədir. Bəd övladı əzəl başdan tanıram, Çör-çöp yığar, yad ocağın yandırar. Səhər durar ar-namusun gözləməz, Suyu tökər, öz ocağın söndürər. Ulğun cuşa gəlsə, köpük yağ olmaz, Söyüd bar gətirsə, bağça, bar olmaz, Zibil təpə olsa, güllük dar olmaz, Yel əsəndə alçaqlara endirər. Abbas bu sözləri deyər sərindən, Arxı vurun, suyu gəlsin dərindən, El bir olsa, dağ oynadar yerindən, Söz bir olsa, zərbi kərən sındırar. BAR OLMAZ Özündən kiçiyi işə buyurma, Sözün yerə duşər, heç miqdar olmaz. Hər nə ki, kar görsən öz əlinlə gör, İnsan öz işində cəfakar olmaz. Özündən böyüyün saxla yolunu, Düşən yerdə soruş ərzi-halını, Amanat, amanat qonşu malını, Qonşu yox istəyən, özü var olmaz. Soruşun, qul Abbas, halın necədir? Gündüzlərim, ay qaranlıq gecədir, Sərv ağacı hər ağacdan ucadır, Əsli qıtdır, budağında bar olmaz. *** Ay hazarat, bir zamana gəlibdir, Ala qarğa şux tərlanı bəyənməz. Oğullar atanı, qızlar ananı, Gəlinlər da qaynananı bəyənməz. Adam var ki, ketməyəsən işinə, Adam var ki, dolanasan başına, Adam var ki, ayran tapmır aşına, Dindirərsən, yağlı nanı bəyənməz. Adam var, dağları gəzər sərsəri, Adam var, geyinər pustinən1 dəri, Adam var, mərfətdən yoxdur xəbəri, Adam var, soltanı, xanı bəyənməz. Adam var, dolanar səhranı, düzü, Adam var, döşürər gülü-nərgizi, Adam var, geyməyə tapammaz bezi, Adam var, al geyər, şalı bəyənməz. Adam var, çox işlər eylər irada, Adam var ki, yetə bilməz murada, Adam var ki, çörək tapmaz dünyada, Adam var, yağ yeyər, balı bəyənməz. Adam var ki, adamların naxşıdı, Adam var ki, anlamazdı, naşıdı, Adam var ki, heyvan ondan yaxşıdı, Dindirərsən, heç insanı bəyənməz. Adam var dəstinə verərsən güllər, Adam var, gözünə çəkəsən millər, Tufarqanlı Abbas, başına güllər, Nə günə qalmısan, qarı bəyənməz.


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:41
Baxış sayı: 47

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com