Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 6
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 322
  • Bugünki hit: 94
  • Ümumi hit: 39946

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Aşıq Pəri

Aşıq Pəri (1811/Cəbrayıl, Maralyan - 1847/Şuşa)- Azərbaycanın XIX əsr qadın aşıqlarındandır. 1811-ci ildə Cəbrayılın Maralyan kəndində anadan olub. Məktəbi bitirdikdən sonra aşıq şeri ilə maraqlanmağa başlayıb. Qısa zaman içində şan-şöhrəti hər yana yayılıb və öz dövrünün aşıqlarının diqqətini özünə çəkib. Təxminən 1830-cu ildə Şuşaya köçüb və ömrünün sonuna qədər burada yaşayıb. Firudin bəy Köçərli onun bilikli, gözəl bir xanım olduğunu yazır. Aşıq məclislərində böyük hörmətə sahib olub. Şairlər onun gözəlliyini öz şeirlərində vəsf etmişlər. Aşıq Pəri Mirzə Həsən, Kərbəlayı Abdulla Canızadə, Cəfər Gülhan Nəva, Mirzəcan Mədətov və s. aşıqlarla və şairlərlə deyişmişdir. Bu deyişmələrin hamısında uğur qazanmışdır. Əlimizdə əsasən qoşmaları var. Bu qoşmalar sadə və anlaşıqlı bir dillə söylənilmişdir. Aşıq Pəri təxminən 1847-ci ildə Şuşa şəhərində vəfat etmişdir. Zalım Şəcər dad əlindən, Sən ha nahaq qan eylədin. Zülm ilə könlüm şəhrini, Gör necə viran eylədin. Saymadın sultanı, xanı, Eyləyibsən nahaq qanı, Badam kimi novcavanı, Yer ilə yeksan eylədin. Necə qıydın gülzarına, Pünhan keçən iqrarına, Saldın yollar kənarına, Dörd yanı al qan eylədin? Pərinin dərdi tüğyandı, Sakin yeri Maralyandı, Gülüm qönçəsində yandı, Bülbüllər əfqan eylədi. *** (Mirzəcanın vəfatı münasibətilə) Dünya, sənin etibarın yox imiş, Bir xəbər ver, Mirzəcanı neylədin? Neçə bəylər ilə, neçə xan ilə, Göftarı xoş, əhli-canı neylədin? Neçə şəhr üstünə cəng edib savaş, Cari olub sel yerinə qanlı yaş. Fələk, etdin taci-təxtini taraş, Nökər, nayib, xanimanı neylədin? Puç dünya, səndə bir yaranan hanı? Günbəgün artırdın şövkəti, şanı, Tiflisin sağ əli, sərdarın canı, Viran qoyub Dağıstanı, neylədin? O fələkdir göyü, yeri dağlayan, Əzəl şad eyləyib sonra ağlayan, Sinəsində şer kitabı bağlayan Sahibi-huş, gövhər kanı neylədin? *** Mürşidi-kamildən dərsimi aldım, Can götürüb bu meydana gəlmişəm. Mürği-Səməndərin aşinasıyam, Od tutuban yana-yana gəlmişəm. Müxtəsər, nə deyim, naşısan, naşı! Tutubdur yaxanı eşqin ataşı, Bu tərifqər zənənə nə yaraşı, Həqq bilir ki, mən mərdana gəlmişəm. Pünhanıda bir azarım var mənim, Gözlər yolda, intizarım var mənim, O kəlməndən xəridarım var mənim, Sən sərrafsan, mən də kana gəlmişəm. Zənbur olar şanda belə məkanda, Çox ariflər mandə gənci-pünhanda, Bülbül - abadanda, bayqu - viranda, Əndəlibəm, gülüstana gəlmişəm. Pərizadə əl götürməz canından, Dərsin alıb sahibkamal yanından, Külli-işin mərifətin kanından, Bəzm içində mən fəğana gəlmişəm. DİLƏ SƏN Eşitmişdik, qulluğuna yetişdik, Gördük ki, düşmüsən dildən-dilə sən. Unutmayıb müsəlmanlıq şərtini, Matəm tutub bir insafa gələsən. Bu işdə Qədirin varıdır payı, Yetən kəslər ona deyir sevdayı. Aralığa düşüb məhərrəm ayı, Layiq deyil onda deyib-güləsən. Yaxşı yetər imamı fəryadına, Belə işin ləzzəti nə, dadı nə? Adam bildik biz də gəldik adına, Adamlığı qanmayıbsan hələ sən. Ey Pəri, təcil et sualında sən, Nöqsan yetiribsən kəmalında sən, İndi zurna çalmaq xəyalındasan, Onu gərək axirətdə çalasan. *** Şayistədir, ey murşidi-kamilim, Dostlar arasında etibar ola. Şair olan ustadından dərs ala, Ziddü-cinsü rədifdə pərgar ola. Sən ki bizə namə yazdın ibtida, Canı dost yolunda eylədim fəda. Övsafi-aləmdə yektadır, yekta, Mələk hicranında bərqərar ola. Cəvabi-xəttindən olmuşam xoşhal, Ərz eləyim qulluğuna vəsfi-hal, Şən ilə şövkətin olsun bizaval, Gərək xidmətində xidmətkar ola. Mayiləm hüsnünün xoş irənginə, Yetə bilmən təcnisimin dənginə. Sallam səni məhşərin cəhənginə, Arif bu yerlərdən xəbərdar ola. Pəri idim eşq içində aşikar, Aralıqda yaxşı olur səbəbkar, Bu cəng meydanında eylərəm şikar, Əgər Məhəmməd tək səd həzar ola. OYNAŞIR Katiblərin şahı dəftər içində Qələm ilə nazik əllər oynaşır. Fitnəli, fellisən, nazü-qəmzəli, Dəhanında şirin dillər oynaşır. Eşqinin əlindən gedərəm bada, Dərdim olur gündən-günə ziyada, Şivəyi-rəftarın düşəndə yada Bağrımın başında millər oynaşır. Dad elərəm, haray naşı əlindən, Yandı cigər eşq ataşı əlindən, Mən nə deyim gözüm yaşı əlindən, Üzüşür sonalar, göllər oynaşır. Adam var dolanır məkrin içində, Adam var dolanır zikrin içində, Sənin kamalında, fikrin içində Əcaib-qəraib hallar oynaşır. Pəriyəm, xəlq ara olmuşam bacı, Kimsənin kimsəyə yox ehtiyacı, Bəlxü Buxaranın, Hindin xəracı Zənəxdanda siyəh xallar oynaşır. *** Nə yatıbsan ləhaf bəstər içində, Bimarmısan, nədir bəs halın sənin? Eşqin mərəzinin mən təbibiyəm Bəyan eylə mənə əhvalın sənin. İsmi-şərifiniz dada yetişsin, Mətləb alıb hər murada yetişsin. Xaliq özü bir imdada yetişsin. Hifzində saxlasın zavalın sənin. Bar ilahım gülzarına qıymasın, Xəstə olan bimarına qıymasın, Şirin-şirin göftarına qıymasın, Bağışlasın qaşi-hilalın sənin. Bir məsəldir: Bağban olan bar çəkər, Əndəlibin həm meyli gülzar çəkər, Allahına bəndə ahü zar çəkər, Qəm çəkmə, kamildir kamalın sənin. Mən Pəriyəm, eşqə zaram neyləyim, Dərdi-dildən xəbərdaram, neyləyim, Burdan ora intizaram, neyləyim, Şəfalansın nuri-vüsalın sənin. *** Çanaqçı mülkündən səfər elədik, Mənə qənim oldu yollar, ağlaram. Şəcər gəldi, urdu, şikar eylədi, Tökər didələrim sellər, ağlaram. Nagahandan böylə düşdüm dərdə mən, Necə çəkim eşq üzünə pərdə mən? Gözü yaşlı gəldim Tağaverdə mən, Pərişan olubdur tellər, ağlaram. Bir şahandaz şahbarım gedibdir, Kəsilibdir ixtiyarım, gedibdir. Köksü dağlı bir tavarım gedibdir, Quruyub lal olub dillər, ağlaram. Bir Pəri dil aramında qan ağlar, Çəkilib sinəmə dügünlü dağlar, Ölübdür bülbülüm, lal olub bağlar, Saralıb-sovulub güllər, ağlaram. BAXTIM Nə müddətdir bu qəflətdən, Oyanmırsan, qara baxtım. Çəkdirdiyin əziyyətdən, Usanmırsan, qara baxtım. Atmısan ümmani-qəmə, Gülünə etmisən aləmə, Məni dərdə salıb yenə, Dayanmırsan, qara baxtım. Axıtdın sel tək qanımı, Üzmüsən cavan canımı, Almısan adü-sanımı, Utanmırsan, qara baxtım? Yaşayıram zəhmət ilə, Çətinliklə, zillət ilə, Sən Pəriyə hörmət ilə, Dolanmırsan, qara baxtım. MİRZƏCAN İLƏ AŞIQ PƏRİNİN DEYİŞMƏSİ Mirzəcan: Mən ki öldüm, həsrətindən ey Pəri Canım alıb, o məstanə gözlərin. Yanında qəmzəsi, işvəsi, nazı, Hər dəm baxıb, afətanə gözlərin. Aşıq Pəri: Hər nə ki danışsan əfsanədəndir, Batacaqdır məkri-qanə gözlərin. Sən mənə rəqibsən, həmi naməhrəm, Sataşmasın zənəxdanə gözlərin. Mirzəcan: İstəmənəm seyraqəbin ülfətin, Çox çəkirəm sənin çünki möhnətin, Çünkü bilmiş ağlamağın ləzzətin, Qoy ağlasın, yana-yana gözlərin. Aşıq Pəri: Təbib olan, yarə bağlamaq ilə, Eşq oduna cigər bağlamaq ilə, Kim vayə çatıbdır ağlamag ilə, Bicay yerdə doydu cana gözlərin. Mirzəcan: Əqlimi itirib, zayil olmuşam, Dərdindən başlayıb, sayil olmuşam, Aləm bilir sənə mayil olmuşam, Od salıbdır Maralyana gözlərin. Aşıq Pəri: Eşqin məstliyinden ayıl deyiləm, Hər nə ki danışsan, qayıl deyiləm, Leyli sifət, sənə mayil deyiləm, Məcnun kimi, nə divanə gözlərin.
Bookmark and Share


Qarabag aşıq mühiti
folklor
İyun 8, 2008 13:54
Baxış sayı: 84

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog