Aşıq Aydın
Aşıq Aydın (1825-1915) XIX əsr aşıqlarındandır. 1825-ci ildə Göyçə mahalının Şişqayalı kəndində dünyaya gəlmişdir. Gənc yaşlarından aşıqlığa başlayan Aydının bütün ömrü sürgündə keçmişdir.
Gəraylıları ilə tanınan aşıq XIX əsrin ən məşhur aşığı Ələsgərin müasirlərindən sayılır. Şeirlərində təbiət, sevgili, ayrılıq kimi mövzular üstünlük təşkil edir.
Aşıq Aydın 1915-ci ildə dünyasını dəyişmişdir.
YARALIDI
İki dostun arasından,
Keçən bir cüt maral ıdı.
Biri eşqin havasından,
Biri yardan yaralıdı.
Xına vurub əllərinə,
Şana vurub tellərinə,
Gümüş kəmər bellərinə,
Heyif məndən aralıdı,
Əsmə badı-səba, əsmə,
Yarın meylin məndən kəsmə,
Biri Dursun, biri Məsmə,
Aydın deyər haralıdı?
DÜŞDÜ
Ay ağalar, gəlin sizə söyləyim,
Yaxşı dostlar bizdən aralı düşdü.
Aylar naçağlıydım, illər xəstəsi,
Bayqu kimi sinəm yaralı düşdü.
Bəsləyirdi sinəsində, döşündə,
Oyandırdı kirpiyində, qaşında,
Səhər-səhər, sər çeşmələr başında,
Yadıma dağların maralı düşdü.
Bizim dağlar zəmistandı, qarlıdı,
Dostun bağı heyvalıdı, narlıdı,
Yazıq Aydın, könlün nə qübarlıdı,
Bizim bağlar bu il goralı düşmüş.
Göyçə aşıq mühiti
folklor
İyun 8, 2008 13:59
Baxış sayı: 89
Şərhlər(0)
Göyçə aşıq mühiti
folklor
İyun 8, 2008 13:59
Baxış sayı: 89
Şərhlər(0)

