Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 7
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 322
  • Bugünki hit: 65
  • Ümumi hit: 39917

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Aşıq Alı

Aşıq Alı (1801-1911) - XIX əsr Azərbaycan aşıq şerinin ustadlarındandır. 1801-ci ildə Göyçə mahalının Qızılvənk kəndində dünyaya gəlib. 16-17 yaşlarından aşıqlıq etməyə başlayıb və qısa zaman içində məşhurlaşıb. Aşıq Alının çoxlu sayda şagirdi olub. Onlardan ən tanınmışı XIX əsr Azərbaycan aşıq şerinin böyük ustadlarından biri aşıq Ələsgərdir. Rəvayətə görə müəllim-tələbə günlərin bir günü bir məclisdə deyişmişlər və aşıq Alı Ələsgərə məğlub olmuşdur. Bir başqa rəvayətə görə aşıq Alı sazını tələbəsinə hədiyyə etmək üçün qəsdən Ələsgərə yenilmiş, Ələsgər isə sazı götürməyib "Bir şəyird ki ustadına kəm baxar, Onun gözlərinə ağ damar, damar" demişdir. Alı milli mədəniyyətimiz tarixində Aşıq Ələsgərin ustadı kimi tanınsa da, onun özü də çox azman ruhlu, coşqun təbli sənət fədaisi imiş. Ustadı Aşıq Allahverdi də onu bütün şagirdlərindən daha artıq, öz oğlu kimi sevirmiş və bir şerində onun haqqında belə deyib: Mahalımın şah tavarı, Alqış sənə, Aşıq Alı. Saldın kəməndə Yığvalı, Alqış sənə, Aşıq Alı. Ustadıyın üzü ağdı, Zəkiyə çəkdiyin dağdı. Oğul, müjdəm xub soraqdı,- Alqış sənə, Aşıq Alı. Duraxan da gəldi dada, Əsməri də saldın oda. Ağ Aşığın bu dünyada Şöhrətisən Aşıq Alı, Alqış sənə, Aşıq Alı. Burada Alının Türkiyə (Şərqi Anadolu) səfəri nəzərdə tutulur ki, həmin səfərdə o, Yığval (İqbal) və Zəki kimi tanınmış saz-söz sənətkarları ilə deyişərək, onları bağlayıb. Qayıdarkən səfər yoldaşı, ustad Aşıq Duraxandan ayrılan Aşıq Alı Qorçu Əsədlə Quldar Baydar adlı kəndə gəlir və orada Əsmər xanımla deyişib, onu da bağlayır. Əsmər xanım Alıya "böyük nəmər" (pul və hədiyyə) verərək onunla evlənməyi təklif edir. Lakin Aşıq Alı ilqarından dönmür. Aşıq Alının Türkiyə səfəri, bu səfər zamanı oradakı aşıqlarla deyişməsi "Aşıq Alının Türkiyə səfəri", Əsmər xanımla münasibətləri isə "Aşıq Alı və Əsmər" adlı xalq hekayələrində öz əksini tapıb. Aşıq Alının bütün şeirləri külliyyat halında hələ də çap olunmayıb, ancaq ayrı-ayrı şeirləri işıq üzü görüb. Onun soykökü ilə bağlı məsələlərdə də fikir ayrılığı mövcuddur. Amma o özünün şeirlərinin birində öz söykökü haqda bunları deyir: "Xəlləqul-aləmin budur qərarı, Qış olmasa, bahar dolana bilməz. Ər kişi vətəndən düşsə aralı, Ah çəkib saralar, dolana bilməz. Dost bağında qönçə kimi bitməyən, Gül üstündə bülbül kimi ötməyən, Vədə verib, ilqarına yetməyən, Vədəsiz qocalar, dolana bilməz. Alının başını alıb dumanlar, Alçalın, siz Allah, əyilin, dağlar! Müddətdir, yolumu gözləyənim var, Heç iyit biilqar dolana bilməz. Mərdlərin biriynən tutmuşam bəhsi, Xudam, iltimasa çəkmə heç kəsi! Alı-türki-zəban, Əli şiəsi, Dərgahından kənar dolana bilməz! Alı gəraylı, qoşma, təcnis, divani, müxəmməs kimi şeir növlərində şeirlər yazmışdır. O, 1911-ci ildə elə anadan olduğu kənddə dünyasını dəyişmişdir. YALAN OLDU Yar yanında günahkaram, Doğru sözüm yalan oldu. Yeriş etdi qəm ləşkəri, Könlüm şəhri-talan oldu. Bax bu qaşa, bax bu gözə, Yandı bağrım döndü közə, Keçən sözü çəkmə üzə, Keçən keçdi, olan oldu. Aşıq Alı sənə qurban, Gəl eylə dərdimə dərman, Uçdu getdi tülək tərlan, Sar da kəklik alan oldu. GEDİRƏM Çox-çox salam dua qohum qardaşa, Biləsiniz Alı-Osmana gedirəm. Bir dilək dilədim şahlar şahından, Sığınmışam o sübhana gedirəm. Alışır sinəmdə qəmli atəşim, Düşəndə yadıma dostum, sırdaşım, Gözləsin yolumu yarım, yoldaşım, Sizə verib bir nişana gedirəm. Aşıq Alı gəzər İrani-Turan, Uğruma açıqdı tamam hər bir yan. Mənə qardaş oldu Aşıq Duraxan, Yoldaş olub gövhərkana gedirəm. NƏ QALDI? Gəşt elədim, bu dünyanı dolandım, Əllini keçirdim, yüzə nə qaldı? Ayaq getdi, əl gətirdi, diş yedi, Baxmaqdan savayı gözə nə qaldı? Ölüm haqdı, çıxmaq olmaz əmirdən, İpək tora həlqə salma dəmirdən, Aydı, gündü, gəlib keçir ömürdən, Tələsirdik, görək yaza nə qaldı? Hər yana baxıram hava məxşuşdu, Gəzdiyim oylaqlar yadıma düşdü, Eşidərsiz Aşıq Alı da köçdü, Sındı telli sazı, təzə nə qaldı? DEDİ Bir nişan istədim gül üzlü yardan, Dirsəyin göstərdi: Al sana, dedi. Dedim: Ay qız, küsdüm səndən, əl çəkdim, Həlbət bir yadına salarsan, dedi. Dedim: Ay bəxtəvər, bu nə büsatdı? Dedi: Nəzər eylə, gör nə sifətdi? Dedim: Çeşmim yaşı yeri islatdı, Verrəm dəsmalımı, silərsən, dedi. Dedim: Ay qız, qəmdən dəftər bağlaram, Dedi: Baxma, nişanını saxlaram. Dedim: Həsrətindən inan, ağlaram, Qorxma, yaxın vaxtda gülərsən, dedi. Dedim: Ay qız, nə gözəldi şamama, Dedi: Dəymə, ömrün yetər tamama. Dedim: Ay qız, əl uzadım məmənə, Özünü nüfuzdan salarsan, dedi. Dedim: Xəstələrin can dərmanısan, Dedi: Aşıqların kərəm kanısan. Dedim: Ay qız, mənim adım tanısan? İrəldən tanıram, Alısan, dedi. AĞRI DAĞI Havalanıb ərş üzünə qalxıbsan, Dağların sərdarı, nər Ağrı Dağı. Payızın, baharın olur zimistan, Səndən əskik olmaz qar, Ağrı Dağı. Ətəyinə xan atdanır, xun düşür, Böyük adın mahallara ün düşür, Hər dağdan irəli sənə gün düşür, Nə vaxtı açılar dar, Ağrı Dağı. Səkkizi rizvandı Cənnətin bağı, Neçə hanası var, neçə otağı, Nuh gəmisi, Peyğəmbərin bulağı, Səndə çox nişana var, Ağrı Dağı. Göstərdin cahanı necə sirr idi, Tozun qalxdı, İrəvanı bürüdü, Axşam üstü hər tərəfdən yeridi, Batırdı ölkəni Pir, Ağrı Dağı. Əvvəl səndə olub Rüstəm pəhlivan, Gəzib şahi-mərdan nişanbanişan, Aşıq Alı təəccübdü hər zaman, Yarın qardı, yarın nar, Ağrı Dağı. DÜNYA Ərbabı sultanı dolandırırsan, Dolanır karı da, koru da dünya. Bir sirli qüdrətsən kuyində sənin, Gördük zəhməti də, zoru da dünya. İşindən halıyam, deyiləm naşı, Əskilmir üzümnən gözümün yaşı, Qorxudur cismimi məhşər ataşı, Bizə çox görürsən goru da dünya. Bir gün yaranmışlar köçəcək bir gün, Can torpaq altına olacaq sürgün, Tapdaqdan, dannaqdan qalan ömür, gün, Çətin ki, Alını yarıda dünya. QALDI Canım cida düşdü, gedir vətəndən, Məkanım, məskənim, virana qaldı. Sanki ayrılıbdı güldən, çəməndən, Bülbülün əlacı fəğana qaldı. Yeni gül əkmişdim, mən baxtı qara, Bulunmaz dərdimə kim eylər çara, Xoryat əhli dəydi heyvaya, nara, Sinəmdə dağların nişana qaldı. Alı, aşiq olmuş, bir əhli-dilə, Təbibim Mövladı, dərdimi bilə, Bir tərəhhüm eylə, sən də aqilə, Çünki, səndən getdi, divana qaldı. DOLANDIRIR Ay ağalar, gəlin sizə söyləyim, Dövlətli malını, əl dolandırır. Kəsilibdi hörmət, yoxdu məhəbbət, Yəqin bu dünyanı pul dolandırır. Bu dünyanın şərabından içməyən, Karvan olub, Haqq yolundan keçməyən, Evdə arvadına sözü keçməyən, İndi koxa olub, el dolandırır. Aşıq Alı deyər, halım pərişan, Ağ üzündə qoşa xallar hər nişan, Binamus qohumdan, namuslu düşman, Öldürsə, qəbrimə gül dolandırır. BƏNZƏRSƏN Süsənli, sünbüllü, tər bənövşəli, Yaylaq, bizim yaylaqlara bənzərsən. İçən olmaz abi-kövsər suyunu, Bulaq, bizim bulaqlara bənzərsən. Cənnət olub bizim yerin bu çağı, Ağ lavaşı, kərə yağı, qaymağı, Qızlar dəstələnib gəzər oylağı, Oylaq, bizim oylaqlara bənzərsən. Ket Dağı, Əyricə, Daşkənd baxarı, Ağ sürülər, Sarıyaldan yuxarı, Var bizim suların əcəb axarı, Çaylaq, bizim çaylaqlara bənzərsən. Alının gəzdiyi üç gözəl dərə, Şeqaiq, Çiçəkli, xoş Cözəldərə, Şahdağdan görünür Başgözəldərə, Uç dağ bizim, o dağlara bənzərsən, BU GÜN Dərs alanlar gəlib məndən dərs alsın, Sinəmin dəftərin açıram bu gün. Bir quş kimi, qalmış idim yuvada, Dövr edib havada uçuram bu gün. Necə oldu atam, nec oldu anam, Dağıldı hasarım, pozuldu binam, Yüklənibdi qəflə, qatır, barxanam, Bu yurddan o yurda köçürəm bu gün. Aşıg Alı mindi seçərdən atı, Oxudu üzünə əcəl baratı, Qıldan çox nazikdi, qilıncdan iti, Sirat körpüsündən keçirəm bu gün. SÖZ OLDU Fələk mənə cövr eylədi dünyada, Yaxşı günüm yaman gündən az oldu. Bəydən nəmər aldım, ağadan ənam, Müxtəsəri, qazandığım bez oldu. Mən xabı-qəflətdə yatıb qalmadım, Nakəs adamlarla ülfət qılmadım, Mülkə, mala zərrə tamah salmadım, Çox gördüm zər-ziba bir gün toz oldu. Cavanlığım qeybə çıxdı əlimdən, Həlqə, oldu gündən günə belimdən, Yaxın-uzaq incimədi dilimdən, Şükür Haqqu əmməllərim düz oldu. Bir mürgü tək leyü nahar hey uçdum, Bilənlərdən bilmədiyim soruşdum, Müxənnətnən, bimürvətnən vuruşdum, Nakəslərin dərdi artıb yüz oldu. Gəlib gedir yaxşılar da yaman da, Qu tükündə, saman üstə yatanda, Aşıq Alı, nə qazandın cahanda? Səndən qalan qatar-qatar söz oldu. CAN CANDAN AYRI Eşqin fərağından cismim kül oldu, Əzabı hiss etməz can candan ayrı. Şəmsi qiyafəndən təcrid eyləmə, Zalım, yaşayarmı can candan ayrı. Dəhşət olar bir də alsa yara nar, Üz bağçadan, peşkəş eylə yara nar, Qiyamətlər qopar, məhşər yaranar, Həmgiryan yaşasa can candan ayrı. Alı piran oldu, şahanə qaldı, Bir kəfəndən qeyri şahə nə qaldı? Heyif ki, bilinirsən şahə nə qaldı Ucbatından düşdü can candan ayrı. DAĞLAR Keçdim İstanbuldan, İzmirdən, Qarsdan, Gəlmişəm dolana-dolana dağlar, Duman çən libasın qaldır səmaya, Aman ver müsafir dolana dağlar. Meylim olmaz el malında, qoynunda Yaz iqbahın, bir təşdid də qoynunda, Yar firqəti qoymaz qalam qoynunda, Hicrandan kədərlən, dol ana dağlar. Aşiqin Alıyam boylu, busatdı, Bir dürriydim, həcər deyə bu satdı, Üç ay dolanarsan toylu, büsatdı, Xəzanda boş, yazda dolan, a dağlar. AŞIQ ALI İLƏ AŞIQ İQBALIN DEYİŞMƏSİ Aşıq İqbal O nədi ki, otuzunda cavandı? On beşində çox böyükdü, uludu? O nədi ki, dili iki, sirri bir, Hansı dərya hər dəryadan doludu? Aşıq Alı O aydı ki, otuzunda cavandı, On beşində ululardan uludu. O qələmdi, dili iki, sirri bir, Elm dəryası hər dəryadan doludu. Aşıq İqbal O nədi ki, üç ay dağlar bürünür? O nədi ki, əl dəyməmiş hörünür? O nədi ki, əmanətnən verilir? O nədi ki, o da onun gülüdü? Aşıq Alı O qardı ki, üç ay dağlar bürünür, O könüldü, əl dəyməmiş hörünür. O uruhdu, əmanətnən verilir, İlqar, iman diriliyin gülüdür. Aşıq Iqbal O nədi ki, haqq yanında nahaqdı? O nədi ki, yerə-göyə dayaqdı? O kimdi ki, yatmayıbdı, oyaqdı? Aşıq İqbal hər elmdən halıdı. Aşiq Alı O böhtandı, haqq yanında nahaqdı, Haqq nəzəri yerə, göyə dayaqdı. Haqq özüdü, yatmayıbdı, oyaqdı, Bu sözləri açan Aşıq Alıdı. YÜKÜM Üstadımdan dərs almışam, ağlı kamallı yüküm, Dürrü mərcan cəm etmişəm, yaşıldı, aldı yüküm, Bax bazarım calalına doğru-dürüst cavab ver, Üç yüz altmış qol qanadım, eldi, mahaldı yüküm. Aşıq, şair heç saymaram, hündür uçan səsim var, Sualıma tez cavab ver, sənnən əhli-bəsim var, Həm ölməyə, öldürməyə mənim çox həvəsim var, Al sazını, gir meydana, tam qeyliqaldı yüküm. Adımdı Aşıq Alı, həmişə baş meydandayam, Mərdi mərdanə durmuşam, qoç oğlu qoç meydandayam, Zahirdəki, bir nəfərəm, sayırlar beş meydandayam, Aç gözünü diqqət elə, cahi-cəlaldı yüküm
Bookmark and Share


Göyçə aşıq mühiti
folklor
İyun 8, 2008 13:52
Baxış sayı: 77

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog