Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 9
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 196
  • Ümumi hit: 15539

Müxtəlif

Aşıq Abdulla

Doğum və ölüm tarixi dəqiq bilinməyən Aşıq Abdulla XVII əsr aşıqlarındandır. Haqqında yalnız xalq rəvayətlərindən və günümüzə gəlib çatan "Cahan və Abdulla" dastanından məlumat əldə etmək mümkündür. Əsasən 8 və 11 hecalı şeirlər yazan Abdullanın bizə bir neçə gəraylısı və qoşması məlumdur. O, bu şeirlərində fələkdən, taledən, sevgilisindən şikayət edir. Aşıq haqqında olan və onun həyatından bəhs edən "Cahan və Abdulla" dastanı Türkiyənin Qars, İqdır kimi bölgələrində də geniş yayılmışdır. DAD FƏLƏK Dad fələk sənin əlindən Axır gətdin zara məni, Əldən aldın nazlı yarı, Qıldın bəxti qara məni. Lələm məni qoyub getməz, Yanaram tütünüm tütməz, Uzaq düşüb əlim yetməz, Həsrət qoyma yara məni. Abdulla, çağır Sübhanı, O zalımda mürvət hanı? Yar özün eylə fərmanı, İncidir bu yara məni. DİLBƏR Sallanıban gedən dilbər, Dedi: get sən, gəlirəm mən. Dedim: gözəl, dərdim çoxdur, Dedi: dərman bilirəm mən. Göldən uçurdum sonanı, Bu yerdə qoyduq binanı, Gündə gördüyüm cananı, Görməyəndə ölürəm mən. Vəfası olmaz yalanın, Ağlı olmaz çox gülənin, Abdullayam, dərd bilənin, Yüz il keçsə quluyam mən. GEYİNİBDİR Bülbüllər qonub budağa, Gül qırmızı geyinibdir. Sevdiyim başdan ayağa, Al-qırmızı geyinibdir. Öyün, öyün, könül öyün, Sinəmə çəkilib düyün, Sonalar çiməcək bu gün, Göl qırmızı geyinibdir. Əzəldən mən gəldim sizə, Mayıl oldum ala gözə, Yar qonaq gələcək bizə, Yol qırmızı geyinibdir. Haşa sevdiciyim haşa, Deyilənlər gəldi başa, Ağ üzündə qoşa-qoşa, Xal qırmızı geyinibdir. Cahan tökər qanlı yaşın, Yandırdı bağrımın başın, Çəkdin Abdullanın dişin, Dil qırmızı geyinibdir. GÜL, CAHAN Səhər-səhər qəfil çıxdın qarşıma, Sandım sənsən bağçalarda gül, Cahan, Kəklik kimi sən qəhqəhə çalanda, Xoşa gəlir o səndəki dil, Cahan. Fatmanın gözləri, Zöhrənin qaşı, Vurubdur sinəmə yanar atəşi, Leylinin vədəsi, çeşmənin başı, Məcnun tək gözlərəm mən də il, Cahan. Canım qoydum yar yolunda sadağa, Bal bulaşıb dilə, dişə, dodağa, Gəl köçək, gəl köçək sərin yaylağa, Sənə qurban olsun bizim el, Cahan. Bahar olcaq enək gedək bağlara, Sağ gəzəni sağ yetirər çağlara, Mən çoxdan heyranam sən tək ağlara, Ağ qabağda əsər sonra tel, Cahan. Abdullayam, eşg oduna qalannam, Malım tökər, dost yolunda talannam, İzin versən mən kölgəndə dolannam, İl uzunu ollam sənə qul, Cahan. GƏL-GƏL Çəkərəm qılıncı, girrəm meydana, Gəlirsən meydana, gəl, indi gəl-gəl. Bəzərəm meydanı zərafşan qana, Gəlirsən meydana, gəl indi gəl-gəl. Şəki, Şirvan, qətli fərman ya mənim, Əzbərimdir qırxlar piri ya mənim, Cahan Xanım ya sənindir, ya mənim, Gəlirsən meydana, gəl indi gəl-gəl. Abdulla qızıban şirivar oynar, Qalxan gumbuldayar, şəmşirdar oynar, Baş kəsilər, meydan, qızıl qan oynar, Gəlirsən meydana, gəl indi gəl-gəl. OLSUN Mötəbər gözəldir, ilqarı bütün, Olur onun kimi gözəl yar olsun, Ayrılmazdım onun gül camalından, Yamanların evi tarimar olsun. Bir alma göndərdim mən sənə, nigar, Gözüm yollardadır, könlüm intizar, Dərdi-qəmi varsa, məhəbbəti var, Bir nişana göndər yadigar olsun. Bizi ayrı salan çərxi-fələkdir, Şirin canım yar yolunda hələkdir, Atma Abdullanı, sənə gərəkdir, Sirr sözün yadlara, aşikar olsun. CAHAN DƏRDİDİR Başına döndüyüm gül üzlü ana, Ana, mənim dərdim Cahan dərdidir. Dərdindən olmuşam dəli-divana, Ana, mənim dərdim Cahan dərdidir. Farağat-farağat otduğum yerdə, Oxuyub dərsimə çatdığım yerdə, Şirin hab içində yatdığım yerdə, Ana, mənim dərdim Cahan dərdidir. Abdulla uymadı dünya malına, Zibasına, qumaşına, alına, Hər quş uçdu qondu dallı dalına, Ana, mənim dərdim Cahan dərdidir. BƏLLİDİR Sallana-sallana gələn salatın, Kəklik kimi yerişindən bəllidir, Yel atdı rübəndin göründü üzü, Canım alan baxışından bəllidir. Sinən bənzər Savalanın qarına, Dəyişməm dünyanın külli varına, Yumruluqda oxşar Kürdaş narına, Dik məmələr, duruşundan bəllidir. Həsrətini çəkir Hələb, Bağdad, Çin, Camalı bir günəş, özü göyərçin, Ağ üzündə siyah zülfü çinbəçin, Tərlan ovun alışından bəllidir. O görünən zənahdanda nə haldi? Qaşların qarası canımı aldı, Öldürsən də qanım sənə halaldı, Müjganların vuruşundan bəllidir. Abdullanın ağlın sən aldın əldən, Siyah tel içinə cumubdu gərdən, Var ilahım, özün saxla nəzərdən, Bir ay doğub, doğuşundan bəllidir.


Asiq yaradiciligi
folklor
İyun 8, 2008 13:42
Baxış sayı: 48

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com