Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 171
  • Bugünki hit: 313
  • Ümumi hit: 39843

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

“Ar-ar-at” burdan açıq-aşkar görürük ki, “Ararat” sözünün indiki, ermənilərə, yəni indiki haylara heç bir aidiyyəti yoxdur

Demək belə, mən kişiyəm, mən ərəm, mən igidəm terminləri olan yerdə indiki özlərini erməni adlandıran haylara aid heç nə yoxdur, ola da bilməz. Mənfur haylar adımızı özəlləşdirdikdən, XVIII əsrin sonlarından, başlayaraq yəni Qafqaza ayaq açdıqdan sonra Ermənistanın (Qərbi Azərbaycanın) əksər yer adlarını dəyişməyə müyəssər olmuşlar. Lakin dəyişdikləri adları başqası ilə əvəz edərkən, çətinliklərlə üzləşdiklərindən, yenidən bu yerlərə daha qədim türk adlarını verək məcburiyyətində qalıblar. Məsələn, “Ar-ar-at” burdan açıq-aşkar görürük ki, “Ararat” sözünün indiki, ermənilərə, yəni indiki haylara heç bir aidiyyəti yoxdur. Çünki Ararat sözünü təkhecalı sözlərlə oxuduqda görürük ki, “ər-ər-at” igidin ərən atı mənasını verir Daha doğrusu, “ər ata minən ər”. “Ərənin ərən atı”. Digər özəlləşdirilmiş adlarından daha biri Artaşatdır. Buradan da görürük ki, üç hecalı sözdən ibarət “Artaşat” sözüdə tərtəmiz Türk sözüdür. Ər-ərən igidi; taş-daş; at- isə məlumdur. Türklərin dünyaya bəxş etdiyi müasir sivilizasiyanın inkişafının təməlini qoyan “at” sözüdür. Əcəba sual oluna bilər ki, bu hayların heç öz dillərində ad qoymaq üçün sözləri yoxdur. Əlbəttə ki, yox, çünki müasir “haylar” hamısı erməniləşib, yəni bizdən dönmə olub. Onun üçün hansı tərəfə fırlansalar da, hansı adı qoysalar da bu adın kökü türk sözü olmalıdır. Təbii ki, hayları da qınamaq olmur. Axı dünyanın hər köşəsinə öz adlarını qoymuş, möhürünü vurmuş Türklərin torpağına başqalarının ad qoyması absurddur. Bu yerdə yenidən İslama dönüb, Türklərin İslama bəxş etdikləri müqəddəs kitabımız sayılan Quranın nə demək olduğuna nəzər salaq. “Quran” - bu sözü yəqin ki, açmağa və hecalara ayırmağa ehtiyac yoxdur, çünki “Quran” - elə qurmaq, yaratmaq, təməl deməkdir ki, Quranda islamı quran, yaradan onun “anayasası ”-dır. Əlbəttə qurana ad verən Qureşilər müqəddəs kitaba başqa ad verə bilməzdilər, çünki onlar özləri türk mənşəli olduqlarından öz tayfalarının adını müqəddəs Qurana vermişlər. Qureşilər – yəni iş quranlar, təməl qoyanlar, başqa cür də edə bilməzdilər. Onlar öz müqəddəs kitablarına onun layiqli adını verərək Quran- yəni yardan, təməl, kök, tikən, kimi asan anlamlı ad qoymuşlar. Beləliklə, Azər (s.ə.s) Peyğəmbərin başladığı Təkallahlılıq ideyası, Quranın nazil olması ilə tam qələbəsini qazandı. Vəhşi halında həyət tərzi sürən ərəbləri haqq, ədalət, insanlıq, mədəniyyət, elm kimi sivil dəyərlərə qovuşdurdu. Hal-hazırda dünyanın az qala yarısının sevə-sevə qəbul etdiyi, bəşəriyyətin ən mütərəqqi dini sayılan islam türklərin insanlara bəxş etdiyi ən böyük nemət sayılır. İslam və Türk - bunlar bir-birinə ayrılmaz tellərlə bağlı vahid candır, desək yanılmarıq. Bu gün bir çoxlarının (dilimizdən anlamayanlar) iddia etdiyi kimi dilimizə yanaşsaq, onda deyilənlərin tam əksini görmüş oluruq. Belə ki, az qala Azəri türkcəsinin yarıdan çoxunun alınma sözlərdən ibarət olduğunu deyənlərə sübut edirik ki, əksinə, bizdən alınıb sonradan bizə qaytarılan sözlər heç də dilimizə gəlmə deyil, elə öz doğma sözlərimizdir. Əgər bu gün “Quran” sözünün dilimizə keçmə olmasını söyləyənlər varsa, demək onlar dilimizdən xəbərsizdilər. Ötən yazılarımızda türkün məkanının Alyaskadan başlayaraq Qərbi Avropada bitdiyini qeyd etmişik. Belə olan halda nəhəng millətin digər dillərdən sözlər qəbul etməsi ən azından ağıla sığmazdır. Əksinə, bizimlə yaxın və uzaq qonşular, o cümlədən əsarətimizdə yaşayan digər xalqlar dilimizdən bəhrələnib sözlərimizi özəlləşdirərək sonradan bizim sözlərə sahib çıxmışlar. Kimin kimdən sözlər mənimsədiyi göz qabağındadır. Burada bir incə məqamı qeyd etmək yerinə düşərdi. Tarixlər yaratmış Türklər hardan-hara getməsindən asılı olmayaraq, zəbt etdikləri yerlərdə xalqların mədəniyyətinə, dilinə və dininə müdaxilə etməmişlər. Əksinə, Türklər bütün xalqların millətlərin dilinə və dininə sayğı və hörmətlə yanaşmış, onların milli heysiyyatlarına toxunmamışlar. Bu gün, hal-hazırda qərbin bizdən oğurlayıb bizə sırımaq istədiyi “millətlərin öz müqəddəratının təyini”, “milli duyğulara hörmət” “demokratik azad fikir” və “tolerantlıq” biz Türklərdən dünya üçün yadigardır. Məhz Türklər böyük alicənablığa qadir idilər və bu gün də qadirdirlər. Buna bariz sübut üçün bir neçə misal gətirək və bugünkü, “Qərb demokratiyası” tolerantlığı ilə Türklərin vaxtı ilə etdiyi, bu gün də davam etdirdiyi dəstixəttə nəzər salaq. Ani olaraq Şimali və Cənubi Amerikaya xəyalı səyahət edək. Vaxtı ilə ingilislərin, ispanların, fransızların, portuqalların işğala məruz qoyduqları ölkələrə bir daha nəzər salaq. Yuxarıda adları çəkilən ölkələr haranı işğal ediblərsə orada onların dili və dini yerli xalqlara məcburi sürətdə qəbul etdirilib və bu proses bu gün də davam etməkdədir. Baxmayaraq ki, adları çəkilən ölkələrin yaxın və uzaq tarixdə işğala məruz qoyduqları ölkələrdə artıq yerli xalqlardan əsər-əlamət belə yoxdur. Varsa da yox olmaq üzrədir. Ancaq bunu Türklərə aid etmək olmaz. Heç uzağa belə getmədən, yaxın ətrafımıza nəzər yetirək. Bütövlükdə Qafqaz regionu daima Türklərin nəzarəti altında olmuş, bu yerlərin köklü xalqı olaraq, çoxluq təşkil etməklərinə baxmayaraq, Qafqazda məskunlaşmış heç bir xalqın, heç bir millətin nə dilinə, nə də ki, dininə toxunmamışlar. Əksinə, bu yerlərə pənah gətirmiş, yerli türklərə sığınmış xalqlara, türklər bacardıqları qədər köməklik etmiş, onları öz ağuşuna alaraq bu xalqlara hamilik etmişlər. Belə bir türk humanistliyi sayəsində həmin xalqlar günü bu gün də öz dillərində danışır, öz dinlərinə sitayiş edirlər. Bax budur türk mədəniyyəti, bax buna deyərlər humanizm. Yoxsa bəşəri dəyərləri bəhanə gətirərək, öz işğalçı siyasətlərini davam etdirən, xalqların milli mənəvi dəyərlərini məhv edib özünün və ya özününküləşdirmiş saxta humanizmi, tolerantlığı, demokratiya kimi “bəşəri” dəyərlərini özgələrə sırımaq kimə və nəyə lazımdır? Yazdıqlarımızın bir çoxu mövzumuzdan uzaq olsa da bu məsələlərə toxunmadan əsl həqiqətləri ortaya çıxarmaq olmur. Baxmayaraq ki, “sonunda həqiqət qələbə çalır”, “minlərlə əyrini, bir düz kəsir”, ancaq müasir dövr tələb edir ki, sən haqlı olsan da ədalət və həqiqət sənin tərəfində olsa da, bunları sübut etmək məcburiyyətindəsən. Bəşər yarandığı gündən ilk əvvəl Şərqdən (Qədim Şumerlər) qərbə hərəkət edərək Sakit okean sahillərinə qədər gedib çıxan türklər, sonradan geriyə dönmüş, öz qədimi torpaqlarına qayıtmışlar. Bəşəriyyətə əvəzsiz töhfələr verərək özlərindən törəmə xalqlara daima hörmət və sayğı ilə yanaşmışlar. Hal-hazırda böyük Türk xalqı bu humanisliyini çətin də olsa davam etdir, böyüklüyünü qoruyur. Dünya sivilizasiyasının banisi türklərdir. Bu, danılmaz və inkar edilməzdir. Tanrı türkü və ondan törəyib bunu unutmayanları qorusun!!! Məhərrəm ZAMAN İdeal DEMOKRATİYA QƏZETİNİN BAŞ REDAKTORU
Bookmark and Share


sizlərdən gələn məktublar
folklor
Noyabr 30, 2008 1:52
Baxış sayı: 2

Şərhlər(0)

İbrahim Peyğəmbər (s.ə.s) əslən türkdür

Dünyaya əvəzolunmaz, dəyərli töhfələr verən türk xalqı var olduqları hər zaman dünyada söz sahibi olmuş və bu gün də olmaqda davam edir. Baxmayaraq ki, qocaman dünyanın görünən və görünməyən, özünəməxsus qanunları bu xalqı parçalamış, ayırmış və nəhəngliyini azaltmışdır. Dünya yarandığı gündən Amerika qitəsindən başlayaraq Uzaq və yaxın Şərqdə, Qərbi Avropada hegemonluq etmiş türklər olduqları yerlərdə istər coğrafi yer adlarına, istərsə də xalqların, qəbilələrin, kəndlərin, şəhərlərin adlarına layiq olduqları adları vermişlər. Yəni türklər heç vaxt ötəri, səthi, özünü tamamlamayan adlar verməmişlər. Onların adlandırdıqları istər yer adları olsun, istərsə də bütöv millətin adı, bu adlar öz tərifini tam əks etdirmişdir. Bu adlar içərisində təbii olaraq adının mənası və yaranması ilə daim mübahisələrə səbəb olmuş Azərbaycan adıdır. Bir çox elm adamları ölkəmizin adını gah yunan mənbələrində, gah da ki, ərəb mənbələrində axtarırlar. Ancaq nədənsə bu adı öz dilimizdə axtaran yoxdur. Qəribədir, dünyanın az qala özünə ad verən türklər öz məmləkətlərinə ad verməmiş və ya vermişlər, lakin sadəcə olaraq bu adı araşdıranlar nə yazıq ki, başqaları və yadlar olmuş və onlar özlərinə sərf edən formada ölkəmizin adına dilimizə yad mənada ad vermişlər. Gəlin birlikdə bunun nə qədər məntiqli olub olmadığına nəzər salaq. Azərbaycanın adı haqqında verilən şərhlərdə və izahlarda son məqamda ölkəmizin adının Odlar ölkəsi olduğu qeyd edilir. İstər ərəb dilində, istəsə də yunan dilində Azərbaycan – “Odlar yurdu” mənasını verir və bu hal sanki bizi qane edir və biz böyük məmnuniyyətlə bununla razılaşırıq. Böyük qürurla “Odlar ölkəsi” olmağımızla fəxr edirik. Əlbəttə ki, məntiqi baxımdan bizə verilən bu adda hər hansı qeyri-adilik yoxdur. Çünki həqiqətdə də Azərbaycan Odlar ölkəsidir. Hətta vaxtilə bu ölkənin sakinləri odu Allah kimi qəbul etmiş və ona sitayiş etmişlər. Burda qeyri-adilik axtarmaq və bu amilin həqiqətdən uzaq olduğunu demək olmaz və bu həqiqətən də belə olub. Çünki neçə yüz illər bundan əvvəl Azərbaycanda yaşayan türklər və digər xalqlar islamı qəbul edib təkallahlılığı birmənalı qəbul etsələr də, günü bu gün də oda bəslədikləri sevgini, məhəbbəti itirmirlər və ona olan inamlarını saxlayırlar. Hətta oda and içmək, odu müqəddəs saymaq da dəbdən düşməyib. Məhz bu amilləri nəzərə alıb bu ölkədə yaşayanların “Odlar yurdu” nun övladı olduğuna şübhə ilə yanaşmaq ən azından ədalətsizlik olar. Lakin yuxarıda qeyd etdiyimiz kimi hamıya, hər yerə adları biz verdiyimiz halda necə olub ki, öz adımızı bizə başqaları verib. Bəs nədən biz özümüz dilimizdə çox gözəl səslənən “Odlar yurdu” adını Azərbaycanla əvəzləmişik və başqalarına bu ada müdaxilə etməyə imkan vermişik? Axı dünyanın heç bir yerində belə məntiqsiz ad vermək “mərasimi” baş verməyib. Bu yerdə kiçik haşiyəyə çıxaraq qeyd edək ki, bəzi bizi sevməyən, varlığımızı qəbul etməyib, hətta öz millətinin adlarını dilimizdən götürən yaxın və uzaq düşmənlərimiz iddia edirdilər ki, dilimizin az qala 70%-i özgə dillərdən keçmə sözlərdən təşkil olunub. Əlbəttə ki, hal-hazırda məqsədimiz bu nankorlara dilimiz haqqında danışdıqları və yazdıqları sərsəri fikirlərə cavab vermək deyil, mətləb başqadır. Məhz bizi sevməyənlər və onlarla yanaşı özümüzün “dilçilərimiz” tam əminliklə deyirlər ki, dilimizdəki saylar, fellər, bir hecalı sözlər bizim özümüzə məxsusdur. Bu isə bizə kifayət edir ki, bir hecalı sözlərimizdən istifadə edib, doğma Azərbaycan adının nə demək olduğunu isbat edək. Yəni Azərbaycan sözünü öz doğma dilimizdə çox hecalıdan tək hecalıya çevirək. Beləliklə bütöv yazılmış Azərbaycanı hecalara ayıraq. Az...ər...bay...can. Gördüyümüz kimi Azərbaycan sözü dörd hecalıdır və dörd sözdən ibarətdir. Əlbəttə ki, zaman keçdikcə dilimizdə baş vermiş təbii dəyişikliklər müəyyən mənada tələffüz dəyişikliyinə məruz qalıb, deyiliş formasını bəlkə də dəyişib, ancaq istənilən halda məna baxımından köklü dəyişikliyin baş verdiyinə inanmaq olmur. Beləliklə dörd hecalı sözdən nə alındı? “Az” və ya “As”, istənilən halda hər iki söz bizə doğmadır. Lakin biz daha doğmaya nəzər salıb, bu gün dilimizdə öz mənasını tam saxlayan “az” sözü üzərində duracağıq. “Az” yəni çox olmayan, “ər” sözünün isə izaha ehtiyacı olduğuna inanmaq mümkün deyil və bu hər iki sözün sırf türk sözü olduğuna da kiminsə etirazı olacağını düşünmək olmaz. Yəqin ki, hər kəs bu yanaşma ilə tam razı olacaq. İndi keçək ikinci iki hecaya “Bay-Bəy”. Təbii ki, “bəy” sözünün yalnız və yalnız türklərə aid olduğuna da kiminsə şübhəsi ola bilməz. Qaldı “can” sözünə bunun heç şərhə ehtiyacı yoxdur. Beləliklə aksiomun sübuta ehtiyacı olmadığı kimi Az - ər - bay - can sözünün də hansı dildə və nə məna verməsinin sübuta ehtiyacı yoxdur. Demək, ölkəmizə yabançılar ad verməyib. Adı özümüz-özümüzə vermişik və ölkəmizə təşrif buyuranlar, qonağımız olanlar öz vətənlərinə dönərkən burda gördüklərini və eşitdiklərini dillərinə yatan qaydada, onlara sərf edən formada yazmış və izahlarını vermişlər. Hər halda dilçilərimiz bir məsələyə diqqət etsələr daha yaxşı olar. Belə ki, Azərbaycanımızı iki yerə bölən Arazımız da ölkəmizin adı ilə tərs də olsa mütənasibdir. “Ar – az” - burdan da görürük ki, türklər ad verərkən nə səhvə yol verirlər, nə də ki, qəribəliyə. Araz – Ar - az, Az - ər hecaların yeri dəyişsə də bu iki sözdə və iki hecada məna dəyişməyib. Bəlkə də yuxarıda qeyd edilənlər təkcə ölkəmizin adı ilə bitsəydi bu halda bəlanın yarısından qayıtmış olardıq, ancaq nə yazıq ki, bu belə deyil. Çünki Azərbaycandan sonra növbə indi deyilişi və yazılışı, öz adı ilə uyğun gəlməyən Naxçıvanındır. Nədir Naxçıvan, nə deməkdir, haradan qaynaqlanır bu ad? Bir çoxları hətta Naxçıvanın indiki adından da çox rişxənd doğuran digər adının Nəxşicahan adı olduğunu iddia edirlər. Bunun məhz belə olduğunu sübuta yetirməyə çalışırlar. Necə deyərlər bu məmləkətin adını yağışdan çıxarıb yağmura soxurlar. Heç Nəxşicahan sözünün nəinki mənasında, az qala hərflərində də bizimlə, dilimizlə bağlı heç nə yoxdur. Bu söz və ad təmiz fars dilində bizə sırınmış hətta fərziyədən də uzaq fikirdir. Yenə də qayıdaq girişdəki fikrimizə. Dünyanın hər yerinə özünə layiq adlar vermiş türklərin öz yaşadıqları məmləkətlərinə özgə, yad dillərdə ad vermələri ağılkəsən görünmür. Bu ola da bilməz və bu belə deyil. Gəlin indi də birlikdə Naxçıvan sözünə öz ana dilimizdə nəzər salaq, təmiz Azərbaycan dilində. Təbii ki, bu gün səsləndirdiyimiz Naxçıvan formasında yox, yerli naxçıvanlıların özlərinin ifadə etdikləri formada. Əgər Naxçıvanda istənilən yaşlı adamdan soruşsan ki, sən haralısan, cavab qəribə də olsa başqa cür səslənir:- “Nafçıxanlı”. Naxçıvanlı yox ha, Nafçıxanlı. Bax indi mətləb yavaş-yavaş açılır. Nədən yerli naxçıvanlıların əksəriyyəti əsasən də yaşlı nəsil Naxçıvana Nafçıxan deyir? Bəlkə yerli sakinlər yaşadıqları yerin adını tələffüz etməkdə çətinlik çəkirlər? Bəlkə onlar özləri də nə dediklərinin fərqinə varmırlar? Təbii ki, bu mümkün deyil və bu belə ola bilməz. Bu ən azından övladına ad vermiş ana və atanın sonralar öz övladının adı dillərinə yatmadığından onun adını başqa cür tələffüz etmələrini və həmişə də səhv demələrini xatırladır. Yəqin ki, hər kəs bunun mümkünsüzlüyünü bir mənalı təsdiq edər. Çünki istənilən valideyn övladına ad verərkən ilk növbədə məhz bu amilləri önə çəkir və övladına ona yaraşan və dilə yatımlı ad verirlər. Bəs onda nədən naxçıvanlılar bu məsələdə yanlışlığa yol verib, özlərinə elə ad veriblər ki, zaman keçdikcə dillərinə yatmayan ada çevrilib. Xeyr. Bu belə deyil. Naxçıvanlılar özlərinə verdiyi adı dəyişməyiblər. Bu adı da ölkəmizin adı kimi dəyişən maraqlı qüvvələr olub və onlar bu gün də var. Ancaq bunlar başqa bir mövzunun araşdırmasıdır. Hal-hazırda isə söhbət naxçıvanlıların özlərinə nə ad verməsindən gedir və biz də mətləbdən uzaqlaşmadan Naxçıvanın, bu yerin sakinlərinin dilində səslənən “Nafçıxan” sözü üzərində dayanıb, onu analiz edəcəyik. Azərbaycan sözünü “xırdaladığımız” kimi, “Nafçıxan” sözünə də hecaların köməkliyi ilə araşdıraq. Naf - Nəf - Nov – bu üç hecanın ikisində məna eynidir. “Nəf” və “naf” tələffüzə görə dəyişir və həqiqət mənasını verir, “çı”-nın şəkilçi olduğunu bildiyimizdən onun üzərində dayanmayıb xan sözünə keçək. Yəqin ki, “xan” sözünün hansı məna daşıdığını bilməyən yoxdur. Burdan belə bir nəticəyə gəlmək olur ki, “Nafçıxan” “həqiqət xanı” mənasını verir və bu bir mənalıdır. Burda təbii ki, başqa variantlar da mövcuddur. Belə ki, “Naf - çı – xan” la yanaşı Naf – çıxan variantı da ağıla batan və inandırıcı görünən faktdır. Belə ki, ta qədimdən Nafçıxanlılara düz danışan, həqiqəti deyən kimi müraciət edirlər və bu yerin sakinləri ölkənin istənilən yerində bu adın “müasir” forması ilə indinin özündə də rastlaşırlar və belə çağrılırlar(həqiqəti deyənlər). Təbii ki, Nafçıxan sözü elə-belə göydən düşmə deyil. Belə ki, Nafçıxan məmləkəti nəinki təkcə Azərbaycanın hətta dünyanın ən qədim insan məskənlərindəndir və bunu da kimsənin inkar etməyə cürəti çatmaz. Artıq bu öz təsdiqini tapmış məsələdir və Nafçıxanlılar arasında bu faktı təsdiq edən, həqiqəti əks etdirən minlərlə tarixi faktlar mövcuddur. Nəfçıxanda indi əfsanə kimi adlanan Gəmiqaya var. Bu əfsanəyə (həqiqətə) inansaq Nuhun gəmisi məhz burada dayanmış və dünya ikinci dəfə burdan öz qaynağını götürmüşdür. Necə deyərlər hər yalanın bir hissəsi həqiqətdir. Çünki nə yalanlar, nə də əfsanələr öz özlüyündən yaranmır. Onların kökündə həqiqətlər durur. Təbii ki, müəyyən şişirtmələr və uydurmalarla, lakin Nafçıxanda Gəmiqaya olduğuna yalan demək mümkün deyil. Çünki Gəmiqaya bu gün də oradadır və Gəmiqayadakı daşlar üzərində dünyanın ilk insanlarının çəkdikləri rəsmlər də günü bu günə kimi Gəmiqaya dağında qalmaqdadır. Bu da faktdır və kimsə bunuda inkar edə bilməz. Bu da faktdır ki, Nuhun gəmisi Nafçıxanda Gəmiqaya deyilən ərazidə lövbər salıb, dünyadakı selin (su daşqınının) çəkilməsini gözlədikdən sonra geri dönüb və qəribə də olsa özü ilə Azərbaycandan “töhfə” də aparıb. Bəlkə də yox!... Bu töhfə nədir? Nədən bu töhfədir? Çünki bu da öz təsdiqini tapıb bilər ki, Nuhun törəmələrindən biri Azər olub və onun oğlu islamın təməlini qoyanlarda biri İbrahimdir ki, onu tanımayan yoxdur. Yəqin ki, bunu da inkar edən olmayacaq. Demək Naxçıvandan geri Ərəbistana dönən Nuh əlbəttə ki, Araz çayından istifadə edib və Azərbaycanın ərazisindən keçib. Bəlkə də bu yerlərin gözəlliyi, insanlarının qonaqpərvərliyi onu məcbur edib ki, özü ilə bu məmləkətin insanlarından aparsın və qədim Şumerlərin yaxın Şərqdə yaranmasının səbəbkarı olsun. Niyə də yox!... İdMəhərrəm Zaman Ideal Demokratiy qəzetinin baş redaktoru
Bookmark and Share


sizlərdən gələn məktublar
folklor
Noyabr 30, 2008 1:49
Baxış sayı: 2

Şərhlər(0)

Məhərrəm Zamandan şeirlər

Lap nağıllarda olduğu kimi

Sonsuz nağıla bənzədi, bizim sevgimiz
«Min bir gecə» də olduğu kimi .
Sən danışdın mən dinlədim.
Sən yönəltdin, mən yönəldim
Lap nağıllarda, olduğu kimi.

 

Məqamı çatsa da, vaxtı yetsə də 
Vüsala çatmağın, eşqi dadmağın.
Sən söylədin, mən dinlədim
Sən gözlətdin, mən gözlədim
Lap nağıllarda olduğu kimi.

Bitmədi nağılın, bitmədi sözün
«Min bir gecə» də olduğu kimi.
Şəfəqə dikilib, qaldı gözlərim
Gecəni keçirib sübhü gözlədim
Lap nağıllarda olduğu kimi.


Qırıldı eşqimdə, sazımın simi,
«Min bir gecə» də olduğu kimi.
Ahımdan dağlar əridi getdi 
Tükəndi səbrim tükəndi bitdi
Lap nağıllarda olduğu kimi.

İndi səhərimi gözləyirəm mən
«Min bir gecə» də olduğu kimi
Çıxarıb divi bağlı şüşədən
Canını almaq istəyirəm mən
Vüsalıma yetmək istəyirəm mən
Lap nağıllarda olduğu kimi

Əzəldən belədir sonu sevginin
Aşiqlər sevgidən saralıb solub
Ya yox olub, əriyib gedib
Ya əlcatmaz olub əbədi qalıb

* * * * *
Sevgi sevindirər, sevgi ağladar
Hərdən düz çıxar, hərdən də aldadar
Ayrılıq olanda yandırar yaxar
Bilinməz səmti, çəkib aparar.

* * * * *
Bilən yox səbəbin, bilən yox sirin
Vüsal düşməndir əsil sevginin
Məcnun sevgisin, Kərəm eşginin
Vüsalı olmayıb yaşarır bu gün.

* * * * *
Alışaq bir yanaq səninlə birgə 
Qoy yansın bizimlə özü sevginin
Oynadaq sevgini, eşqlə birlikdə
Məhv olsun düşməni dərdi sevginin.

* * * * *
Gəl tutaq əl-ələ yansın, tökülsün
Bu hissi bilməyən sınıb-sökülsün
İtsin yoxsa çıxsın ayrılıq gözü
Ağlasın ayrılıq kor olsun gözü

* * * * *
Alım ağuşuna biz qucaqlaşaq
Sevgi tərafətindən qısqansın bahar 
Sədası duyulsun onun cənnətdən
Eşqi azad edək bütün sədlərdən.

* * * * *
Aşiqlərə söz havası gərəkdi
Dərd-qəmini kənar etsin özündən
Sevdalısa mahir ovcu gərəkdi
Öz ovunu vura bilsin özündən

* * * * *
Yar-yarına sevgi varsa gərəkdi
Məlhəm qoya alovlanmış qəlbinə 
Sevgi varsa odu-közü gərəkdi
Yana-yana daxil ola köksünə

* * * * *
Məhərrəm mənə həmdəm gərəkdr
Əsli ola, Leyl iola odlana
Sevgim üçün fəda olan gərəkdir
Mən yandıqca ətrafıma fırlana.

* * * * *
Dil açdı köksümdə dil açdı ürək
İstədi söyləsin sevirəm səni
Ürəkdən gələnlər ilişdi dildə
Tərpəndi dodaqlar heç nə demədi.

* * * * *
Dil açdı köksümdə , dil açdı ürək
Dilimə güc gəldi o,tərpənmədi
Ancaq əllərim əsdi, dodağım əsdi
Dodaqlar tərpəndi sözlər gəlmədi
.
* * * * *
Dil acdı köksümdə dil acdı ürək
İstədi nə varsa qəlbimdə desin
Parladı baxışlar, qurudu dodaq
Qızardı üzündə qızardı yanaq.
dodaqlar tərpəndi sözlər gəlmədi.

Açıq ürək!

Ürəyim bir açıq qapı,
Açarı var məndə deyil. 
Bu qapını özüm açdım,
Açarını sənə atdım.

Açıq qapı ürəyimi,
İndi hara aparırsan?
Dərə, təpə, əyri yolda, 
Məni nədən azdırırsan?

Açıq qalmış ürəyimdə,
Atəş böyük, sevgi böyük,
Sakit yatmış ürəyimdə, 
Qalayırsan odu böyük.

Ürəyimi əldən verib,
Gəzirəm mən veyl-veyl.
Tapdım açar mənim deyil.
Ürəyim bir açıq qapı.
 




Bookmark and Share


sizlərdən gələn məktublar
folklor
Noyabr 8, 2008 18:00
Baxış sayı: 27

Şərhlər(0)

Göyçəli (Ağkilsəli) Aşıq Ələsgər və onun yetirmələri

Göyçəli (Ağkilsəli) Aşıq Ələsgər" adlanan olay Azərbaycan mədəniyyəti tarixində tayı-bərabəri olmayanlardan biri, bəlkə də ən dəyərlisidir. Və bəlkə də bu olayı ancaq "Üzeyir Hacıbəyov" olayı ilə tutuşdurmaq olar və ancaq bu dəmdə yerinə düşərdi. Mənim olay sözünü, - anlamını işlətməkdə məqsədim onunla bağlıdır ki, Aşıq Ələsgər təkcə Böyük Şəxsiyyət yaxud Böyük Ğstad kimi dəyərləndirilə bilməz, bu yanlış olardı. Aşıq Ələsgər olayını dünyanın ən böyük və sayımlı, yüzillik ənənələri olan və özündə özümlü, çoxşaxəli sənət növləri və yönlərini - tədris fakultələri və elmi araşdırma mərkəzlərini, Konservatoriya və musiqi kollecini, teatr tədrisi və teatrın özünü birləşdirən, öz özəl rabitə sistemi-qurumları olan Ğniversitetlə tutuşdurmaq və ancaq bu sonucda dəyərləndirmək olar. Başqa yolu yoxdur!  Aşıq Ələsgər sənəti BÜTÖV MƏNƏVİYYATDIR və bu bütövlük, bu mənəviyyat minilliklərin süzgəcindən keçən və bu uzun yol boyu bircə ləkə belə götürməmiş Azərbaycan mənəviyyatının göz bəbəyi kimi qorunan güzgüsü və əksidir. Və qan yaddaşıdır. Lap minilliklər öncə də, bizim günlərdə də Azərbaycanlının ən önəmli cizgiləri, ən yüksək, ən qanadlı arzu və istəkləri Böyük Ğstadın bizlərə yadigar qoyub getdiyi saxlanc və yatırlarda öz əksini tapıb. 

Sual oluna bilər; "saxlanclar, yatırlar" dedikdə nələri nəzərdə tutmalı, bunları necə yozmalıyıq?

Bəri başdan vurğulamalıyıq ki, Aşıq Ələsgərin şəxsiyyəti və şer-dastan yaradıcılığı, az-çox, araşdırılıb. Kifayət qədər yüksək, yəni semiotik səviyyədə olmasa da. Başqa ustadların yaradıcılığı ilə bağlı tutuşdurduqda da. 1999-cu ildə Azərbaycan Dövlət nəşriyyatı tərəfindən buraxılan İslam Ələsgərin "Haqq Aşığı Ələsgər" kitabının "Ədəbiyyat" bölməsində, - 248-262-ci səhifələrdə verilən biblioqrafik bilginin tutumu, sanbalı sevindirməyə bilməz. Lakin Böyük Ğstadın ancaq son dövrdə bizə açıqlanan tam külliyyatı və onun misilsiz dəyəri baxımından həmin biblioqrafik bilginin cılızlığı göz qabağındadır. Aşıq Ələsgəri dəyərləndirən təkcə onunla bağlı araşdırmalar deyil, həm də aşıq şeri ənənələrini yaşadanların yaradıcılığıdır. Və mən, yuxarıda verilən Alçalı Aşıq Məhərrəmin divanısının II bəndindən, daha doğrusu, "Heç dünyada ustad olmaz Aşıq Ələsgər kimi" (doğrudan da, belədir! - müəllif) misrasından sonra, Şair Hacı Zəki İslamın "Ələsgər" şerini bütövlükdə oxucunun nəzərinə çatdırıram 28:

Azəri yurdunda, Göyçə elində
Göz açdı dünyaya gəldi Ələsgər. 
Göyçə gözəlləşdi, Göycə tanındı, 
Obadı, Mahaldı, Eldi Ələsgər. 
Alimdi, ustaddı, böyük müəllimdi,
Mükəmməl dilçidi, ana dilimdi. 
Düşünən beynimdi, yazan əlimdi. 
Sənətdə zirvədi, zildi Ələsgər. 
Dedi: "dərs almışam Şahlar Şahından, 
Peyğəmbər kamallı Qibləgahımdan".
Dahi Fizulinin xoş sabahından
Hər yerdə gövhərdi, ləldi Ələsgər. 
Təcnis, dodaqdəyməz, müxəmməs şirin, 
Qıfılbənd tarixçi, kamalı dərin. 
Gözəllər gözündə, pünhan sirrlərin
Dərdini aşkara bildi Ələsgər. 

Savadsız deməkdə günahdı, vallah,
Ona qüdrətindən dərs verib Allah!
Zəki İslam qəbul eylər, inşallah,
Zərgərə zər verən əldi Ələsgər!

Mən bu gözəl şerə bircə onu artırardım ki, "zərgərə zər verən" "Ələsgər əli" dedikdə, Ələsgər məktəbi, - daha doğrusu alilərdən də Ali Ələsgər universiteti nəzərdə tutulmalıdır. Məhz həmin Ali Ələsgər məktəbinin sayəsində xalqımız üçün ləl-cavahiratdan daha önəmli dastan, hekayət, şer və qaravəlli yatırları, büllur kimi saf havacat saxlancı, toy ənənələri və sair və i. a., astanasında durduğumuz III minilliyədək öz yaşamını, - yaxşı, yaxud pis də olsa, - yaşayıb və yəqin ki, yaşayacaqdır. Bütün bunlar Ələsgər öncəgörməsinin sonucudur.

Bu gün bizlər dahi Üzeyirin xalqımız üçün gördüyü böyük işləri, onun sayəsində istedadlı, gələcəkli gəncdən böyük ustad səviyyəsinədək yüksələn Qara Qarayev, Fikrət Əmirov və daha yüzlərlə bəstəkar, ifaçı, nəzəriyyəçi, dirijor və musiqi müəllimlərini sadaladıqca heyrətlənirik. 

Lakin unutmamalıyıq ki, milli özünüanlama və milli fədakarlıq tariximizdə, millətin gələcəyini düşünmə tarixində ilk özəl və bəlkə də ən çətin addımı məhz Aşıq Ələsgər atmışdır. Birincilik isə nə qədər şərəfli olsa da, ən çətinidir. 

Aşıq Ələsgərin saz-söz və yaşam məktəbi haqqında yazmağın özü mənim anlamımda ucsuz-bucaqsız məsuliyyət yüküdür. Araşdırıcının qarşısında duran çətinliklərdən ən birincisi, arxiv materiallarının azlığı-yoxluğu ilə yanaşı, indiyədək, özü də filoloq və ədəbiyyatçı-jurnalistlər tərəfindən yazılıb bol-bol çap olunanların, - kitab və məqalələrdəki bilgilərin qarışıqlığı və qeyri-dəqiqliyidir. Deyilənlərə tutalğac kimi yuxarıda vurğulanan Ağ Aşığın soykökü məsələsini göstərə bilərəm. İkinci ən böyük çətinlik işin mənəvi məsuliyyət tərəfidir. Bir sənətşünas kimi tam yəqinliklə deyə bilərəm ki, Aşıq Ələsgər məktəbi mahiyyətinin tam, bütövlükdə açımı təkcə milli filologiya və musiqişünaslıq deyil, fəlsəfə, psixologiya və pedaqogika çevrələrində, - ümumiyyətlə, milli mədəniyyətşünaslıqda nəzərə çarpan irəliləyişlərə gətirib çıxara bilər. Lakin bunun böyük zaman kəsiminə və ən özüllü, məqsədyönlü, - jurnalist deyil, əsl araşdırıcı araşdırmalarına böyük ehtiyacı var. 

Əgər Aşıq Ələsgərin şagirdləri haqqında indiyədək yazılanları və sayımlı şəxslərin dediklərini əsas götürsək, bir ustad ömrü, - hətta 105 yaşlı sənət azmanı üçün də tamamilə fantastik rəqəm alınar, bəlkə də 100-ü keçər... Əlbəttə, özünü yaxud öz ustadlarını, hətta ulularını Böyük Ğstada bağlamaq istəyi ancaq Müqəddəs Sənət və Mənəviyyat Ocağına - Pirə tapınmaq istəyi kimi yozula bilər. Lakin Bu Ocağın istisinə qızınmaq istəyənlərin saysızlığında biz yalnız sənət pərvanələrindən söhbət açacağıq. 

Deyirlər ki, ustad oğlunun şagirdliyə ehtiyacı yoxdur. Doğrudan da, Aşıq Ələsgər ocağının Azərbaycan mədəniyyəti tarixi və yaşamı üçün indiyədək misli görünməmiş sayda şəxsiyyətlər yetişdirdiyi danılmazdır. Və əgər həmin yetirmələrlə Böyük Ğstada şəxsən "qulluq etmiş" ustadları bir yerə toplasaq, ancaq milli bəstəkarlıq məktəbinin Qara Qarayev qolu ilə qarşılaşdırıla biləcək cizgi-mənzərə alınar (söykök cizgisi 3-ə bax).

İndi isə cizgidə göstərilən sənətkarlar haqqında əldə olunan bilgilərə keçək, - o bilgilərə ki, onların aşkarlanmasında hazırda dünyalarını dəyişmiş Zərzibilli Aşıq Əli və Şair İsmixanın (hər ikisi Növrəs İmanın bacısı oğlanlarıdır və Allah onlara min rəhmət eləsin!) və, ən nəhayət, Aşıq Talıb Ələsgəroğlunun böyük oğlu İslam Ələsgərin, eləcə də adı çəkilən Aşıq Əlinin qardaşı Səfiyarın və dostu Zərzibilli Həbib Səmədin (Allah hər birinə 100 il yaşam versin!) əvəzsiz köməkləri olub. 

1. Hüseynquluağalı Aşıq İsa Aşıq Ələsgərin doğma bacısı oğluymuş. Ğstada ölənədək qulluq edib, lakin az yaşayıb. 1917-ci ildə 35-ə yaxın yaşında dünyasını dəyişib. Deyilənlərə görə, çox güclü sənətkarıymış. 

2. Qızılvəngli yaxud Alçalı Aşıq Yusif Böyük Ustadın ilk şagirdlərindən biri olub. 1915-ci ildə 60-a yaxın, yaxud bir neçə il artıq yaşında dünyasını dəyişib. Aşıq Ələsgərin hekayətlərində onun adına rast gəlirik. Məsələn, Şəmkirli Aşıq Hüseynlə bağlı hekayətdə kəndin koxası təyin olunmuş Aşıq Ələsgər Yusufu çağırıb deyir ki, "ay oğul, gəl bu Söyün əmini bir az elatda gəzdir! "Deyilənə görə, Böyük Ğstadın yaşı o zaman 70-i haqlamışdı. "Həcər xanımla deyişmə"də Aşıq Yusufun adına rast gəlirik 29. 

3. Torpaqqalalı (Dərəçiçəkli) Aşıq Alı vaxtı ilə çox tanınmış, adlı-sanlı Aşıq Sadığın (Sultanov, 1893-1965) doğmaca dayısı və ustadı olub. Aşıq Alının Faxralı Şair Nəbi, Aşıq Ağacan, Aşıq Məşədi Hüseyn, gənc Aşıq Sadıq və qardaşı Aşıq Məhəmməd, cavan Quşçulu Aşıq İrvahamla (Hüseyn Saraclının gələcək ustadı) və bir sıra Borçalı saz-söz sənətkarları 30 ilə 1926-cı ildə çəkilən fotoşəkli var. Həmin fotoşəkildə Aşıq Alıya 70-ə yaxın yaş vermək olar. Xatırlamalıyıq ki, Dərəçiçəyin bir çox kəndləri kimi Torpaqqala da 1905-ci ildə ermənilər tərəfindən dağıdılıb, camaatının çoxu isə Borçalıya köçməli olub. 

4. Böyük Məzrəli Aşıq Qiyas çox gözəl və şıdırğı saz çalmağı ilə bütün Göyçə aşıqlarından seçilərmiş. İnəkdağlı Aşıq Nurəddinin (1918-1996) söylədiklərinə görə, onu 10 yaşında kənddə toy məclisində görüb və yaşı 50-yə yaxın olarmış. İslam Ələsgərin dediyinə görə isə, 1930-cu illərin axırı Aşıq Qiyası onlara qonaq gələn görüb və bu zaman yaşı 60-ı keçibmiş. Və, ən nəhayət, Zərzibilli Aşıq Əlinin söyləməsinə görə, onu 1948-ci ildə Bala Məzrəli Aşıq Hüseynlə toy məclisi keçirən görüb və onun fikirincə, Aşıq Qiyas 1955 yaxud 56-da öz doğma kəndlərində dünyadan köçüb. 

5. Kəsəmənli Aşıq Nağı, Zərzibilli Aşıq Əlidən alınan bilgiyə görə, 1963-cü ildə Gəncədə dünyasını dəyişib. İnəkdağlı Aşıq Nurəddin söyləyərdi ki, çox yetkin, bütöv ustad idi, Gəncənin Bağbanlar qəsəbəsində el ağsaqqalı kimi tanınardı, çox qocalmışdı və yaşı 90-ı keçmişdi. 

Kəsəmənli Hacı ilə bağlı maraqlı bir söhbət var. Deyilənə görə, Böyük Ğstadla Kəlbəcərdən qayıdarkən bir qaya parçası uçub yolu kəsibmiş. Aşıq Ələsgər bulaq başında dəstəmaz alıb namaz qılır, sonra isə "Ya Əli!" sözləri ilə Koroğlu tək nərə çəkərək qayanı yerindən oynadıb uçuruma salır. Daha sonra Nağıya Qurana and içdirir ki, ustadı dünyadan köçənədək gördüklərini heç kəsə deməyəcək. Nağı da şərt qoyur ki, "ustad silləsi" yesə, dilindən söz çıxmaz". Aşıq Ələsgər kəndə qayıdanda hamının gözü qarşısında şagirdinə "yağlı" bir sillə çəkir. Amma buna baxmayaraq, Kəsəmənli Aşıq Nağının "əli ustadın ətəyində imiş" və heç zaman onun sözünü iki eləməzmiş. 

Sarıyaqublu Aşıq Məmmədəli - (6) və Sarıyaqublu Aşıq Paşa - (7) haqqında bilgilər, demək olar ki, azdan da azdır. Adları ara-sıra çəkilsə də, Ələsgər ocağından bircə onu öyrəndim ki, Böyük Ğstadın ilk şagirdləri imişlər. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayı ilə bağlı hər bir ustad haqqında buraxılan ayrıca bilgilərdən birindən, - Bala Məzrəli Aşıq Qara (Mövlayev) haqqında bilgidən aydın olur ki, həmin aşıq 1918-1925-ci illərdə Sarıyaqublu Aşıq Məmmədəliyə şagirdlik edib. Zərzibilli Aşıq Əli isə Aşıq Məhəmmədəlinin öncədən hansısa ustada qulluq edib, ancaq sonra Aşıq Ələsgərin yanında yetkinləşdiyini vurğulayırdı. Hər halda, dünyasını dəyişməsi, çox guman, 1925-ə düşür. 

O ki, qaldı Aşıq Paşaya, İnəkdağlı Aşıq Nurəddin onu 1930-cu illərdə görüb və çox bəyənibmiş. Deyirdi ki, II dünya savaşına getdi və qayıtmadı. 

(ardı var)


BİBLİOQRAFİYA VƏ AÇIQLAMA

21. "Ustad aşıqlar", s. 58

22. Vaxtı ilə Qərbi Azərbaycanda geniş yayılmış "Duraxanı" saz havasını onun adı ilə bağlayırlar. 

23. a) H. Arif. "Aşıq Alını axtarıram". "Elm və həyat" jurnalı. Bakı, 1968, ¹2, s 12.

b) H. Arif. "Aşıq Alı". "Azərbaycan" jurnalı. Bakı, 1969, ¹9, s. 199-203. 

24. a) "Aşıq Alı". Şerlər. Bakı, Yazıçı, 1982. 

b) "Sazlı-sözlü Göyçə". "Bakı, Azərnəşr, 1999, s. 16-27.

25. a) Aşıq Alının soydaşları, Məşədi Salehin tayfasından olan Qaytaran İsmayıl oğlu və Mikayıl Əli oğlun (Orucov)-dan alınan bilgiyə görə, bu soykök cizgisi Kosa Məmmədin nəticəsi Nəcəf Kərbəlayi Əsgər oğlunun arxivi əsasında quraşdırılıb. Nəcəf Kərbəlayi Əsgər oğlu olduqca savadlı olub, riyaziyyat və astronomiyanı çox gözəl bilirmiş. Aşıq Alının külliyyatının ilk toplayıcısı o olub. Onun davamçısı, qardaşı oğlu Qaytaran saz-söz sənətinin gözəl bilicisidir. Bu fikri ilk dəfə mənə söyləyən Növrəs İman bacısı oğlu, "İman Əlisi" adı ilə tanınmış əvəzsiz ustad Aşıq Əli (İmanquliyev, 1926-1990) olmuşdur (Allah ona min rəhmət eləsin!)

b) Aşıq Alının atası-Mirzə, anası - Zeynəb, həyat yoldaşı - Bəsti imiş. Qayınatası Niftalı və qayınanası - Gözəl Qızılvəngdən 5 km aralı Çamırlı kəndindən imişlər. 

26. "Sazlı-sözlü Göyçə". Bakı, Azərnəşr, 1999, s. 56. Şəxsən mənə bu divanı və başqa bilgiləri 1987-ci ildə Göyçənin Cil kəndində Abbas Vəfadağlı (Əli oğlu Mazanov) verib. 

27. "Sazlı-sözlü Göyçə", s. 143-146. 

28. Şer 1999-cu ildə Aşıq Ələsgərin 175 illiyinə yazılıb və ilk dəfə çap olunur. 

29. "Aşıq Ələsgər". 2-ci kitab. Bakı, "Elm", 1972, s. 152-190, 259-273. 

30. Tinatin İsabalı qızı. "Borçalı aşıq mühiti" Bakı, Elm, 1999, s. 159-167.


Bookmark and Share


Göyçə aşıq mühiti
folklor
Noyabr 7, 2008 20:57
Baxış sayı: 26

Şərhlər(0)

Qızılvəngli Aşıq Alı (1801-1911)

Aşıq Alı milli mədəniyyətimiz tarixində Aşıq Ələsgərin ustadı kimi tanınsa da, onun lap özü də çox azman ruhlu, coşqun təbli sənət fədaisi imiş. Ğstadı Aşıq Allahverdi də onu bütün şagirdlərindən daha artıq, öz oğlu kimi sevirmiş və bir şerində onun haqqında belə deyib 21:

Mahalımın şah tavarı, 
Alqış sənə, Aşıq Alı.
Saldın kəməndə Yığvalı,
Alqış sənə, Aşıq Alı. 

Ustadıyın üzü ağdı, 
Zəkiyə çəkdiyin dağdı.
Oğul, müjdəm xub soraqdı, -
Alqış sənə, Aşıq Alı. 

Duraxan da gəldi dada,
Əsməri də saldın oda.
Ağ Aşığın bu dünyada
Şöhrətisən Aşıq Alı,
Alqış sənə, Aşıq Alı. 

Burada Alının Türkiyə (Şərqi Anadolu) səfəri nəzərdə tutulur ki, həmin səfərdə o, Yığval (İqbal) və Zəki kimi tanınmış saz-söz sənətkarları ilə deyişərək, onları bağlayıb. Qayıdarkən səfər yoldaşı, ustad Aşıq Duraxandan 22 ayrılan Aşıq Alı Qorçu Əsədlə Quldar Baydar adlı kəndə gəlir və orada Əsmər xanımla deyişib, onu da bağlayır. Əsmər xanım Alıya "güclü nəmər" (pul və hədiyyə) verərək onunla evlənməyi təklif edir. Lakin Aşıq Alı ilqarından dönmür. 

Aşıq Alı da öz ustadı kimi, el-obaları gəzməyə çox həvəsliymiş, yaxşı at sürürmüş. Tez-tez Qazax bölgəsinə səfər edər, Cildə və Ardanışda gecələyərmiş. Aşıq Alının dövrü Qazax səfərləri bir sıra jurnalist və ədəbiyyatçıları, o cümlədən uzun zaman Azərbaycan aşıqlar birliyinə sədrlik etmiş şair Hüseyn Arifi (Hüseynzadə), onun əslən qazaxlı olduğunu iddia etməyə 23 şirnikləndirmişdi. Lakin çoxillik və çoxyönlü araşdırmalar Aşıq Alının köklü Göyçəli olduğunu dəfələrlə aşkarlayıb. 

Digər tərəfdən, sovet imperiyasının dağılması ilə sonuclanan bədnam "aşkarlıq və yenidənqurma" illərində, - həmin illər Ğlu Göyçə üçün "yenidənqırma" illəri sayılır! - Aşıq Allahverdi, Aşıq Alı və hətta, Aşıq Ələsgərin kürd əsilli olduqlarını iddia etməklə Azərbaycan mədəniyyətinə, soykökümüzə qarşı hücumlar başlandı. Əlbəttə, həmin hücumlar kortəbii deyil, yaxşı ölçülüb-biçilmiş, çoxşəbəkəli, güclü maliyyə dayaqlı və başçılarının adı indiyədək açıqlanmayan böyük qurmanın ilk işartıları idi ki, onu gələcəkdə (Allah qoysa!) əks-kəşfiyyat və başqa qoruyucu qurumlar araşdırmalıdır və araşdıracaq. Lakin bu hücumlarda Əli Əmirov və Şamil Əsgərovun "böyük xidmətlərini" vurğulamaq olar və lazımdır. 1999-cu ildə "Azərnəşr"in buraxdığı qondarma "Aşıq Alı. Cinaslar" kitabı da həmin məkrli qurmalar zəncirinin bir halqasıdır.

Aşıq Alının qoşduğu sözlərin tam toplumu indiyədək yox dərəcəsindədir: ancaq ayrı-ayrı şerləri işıq üzü görüb 24. Bununla yanaşı Aşıq Alının soykökü ilə bağlı iki bilgini oxucuların nəzərinə çatdırmaq istərdim. Onlardan birincisi araşdırıcı Elxan Məmmədli (Gözəldağlı) tərəfindən bizə verilən və ustadın qeyrətli soydaşları, hazırda Gədəbəyin Saratovka kəndində yaşayan Qaytaran İsmayıl oğlu və Orucov Mikayıl Əli oğlunun biçimləyib çəkdiyi soykök cizgisidir (şəklə bax və "Biblioqrafiya və açıqlama"da oxu: 25). Digər, ikinci bilgimiz isə hazırda dünyasını dəyişmiş gözəl insan, alovlu elsevər, oxşarsız və coşqun ilhamlı Şair İsmixanın (1930-1996) 1988-ci ildə mənə verdiyi (və lentə alınan!) Aşıq Alının bir şeridir, həmin şerdə o öz soyunu da, məzhəbini də öz dililə açıqlayıb:

"Xəlləqul-aləmin budur qərarı,
Qış olmasa, bahar dolana bilməz. 
Ər kişi vətəndən düşsə aralı, 
Ah çəkib saralar, dolana bilməz. 
Dost bağında qönçə kimi bitməyən, 
Gül üstündə bülbül kimi ötməyən,
Vədə verib, ilqarına yetməyən, 
Vədəsiz qocalar, dolana bilməz. 
Alının başını alıb dumanlar,
Alçalın, siz Allah, əyilin, dağlar!
Müddətdir, yolumu gözləyənim var,
Heç iyit biilqar dolana bilməz. 
Mərdlərin biriynən tutmuşam bəhsi, 
Xudam, iltimasa çəkmə heç kəsi!
Alı-türki-zəban, Əli şiəsi,
Dərgahından kənar dolana bilməz!

Aşıq Alı ustadına 11 il"qulluq" edərək, "ustad silləsi" yeyib və daha sonra özü ustadlığa başlayıb. Çox güman ki, onun ilk şagirdi elə Aşıq Ələsgərin özü imiş. Digər şagirdləri haqqında bilgilər tam deyil, qarışıqdır. Aşıq Ələsgərlə aralarındakı inciklikdən sonra Aşıq Alı Kəlbəcərə köçdükdə, deyilənlərə görə və çox güman ki, orada da "şagird yetişdirirmiş". Bununla yanaşı araşdırmalarımız üçün çox dəyərli və gərəkli adları sadalaya bilərik: 

1. Çaxırlı Aşıq Alışan çox gözəl çalıb-çağırmağı ilə tanınıbmış. XX yüzilliyin ilk illərində Tovuz, Qazax və Borçalı ellərində Göyçəli saz-söz sənətkarlarından ən geniş çıxışları ilə ad qazanmış məhz Aşıq Alışan olub, çünki digər "göyçəlilər", adətən, yazı və yayı təsərrüfatda çalışar, ancaq payız-qış səfərə çıxıb məclis keçirərmişlər. Aşıq Alışan 1928-ci ildə 65-ə yaxın (+5 il) yaşda dünyasını dəyişib. Onun 1905-ci ildə anadan olmuş oğlu Aşıq İbrahim də dolu sənətkarıymış və o da 1970-ci illərin sonunda dünyadan köçüb. Gədəbəy bölgəsində uzun illər ustadlıq etmiş Yarpızlı Aşıq Oruc (Aşıq Vəli oğlu, Əhmədov) da məhz Aşıq İbrahim Alışanoğlunun yetirməsi olub (onun haqqında daha sonra danışacağıq!)

2. Alıçalı (yaxud Alıncalı) Aşıq Məhərrəm daha sonralar çox tanınmış Bala Məzrəli Aşıq Qaranın (Mövlayev) ilk ustadı olub və 1917-1918-ci illərdə dünyasını dəyişib. Onun dünyaya gəlişi illərini dəqiqləşdirə bilməsəm də, 1845-ə yaxın güman olunur. Aşıq Məhərrəm həm çox dolu sənətkar, ustad aşıqlığı ilə yanaşı, söz qoşurmuş. Çox sayımlı şəxsiyyət imiş; Aşıq Ələsgərlə aralarında dostluq və qarşılıqlı hörmət varıymış. Məsələn, 1911-ci ildə Bozalqanlı Aşıq Hüseyn başda olmaqla tovuzluların (yaxud şəmşədillilərin) Göyçəyə qonaq sifətində səfəri zamanı Aşıq Ələsgər və Aşıq Musa ilə yanaşı məclisə Aşıq Məhərrəm də ağsaqqallıq edirmiş. Bizə gəlib çatan divanısının orta bəndində o belə deyib 26:

"Düşdü eşqin ataşına, yandı səməndər kimi,
Söz sinədə cuşa gəldi, cəm oldu dəftər kimi.
Heç dünyada ustad yoxdu Aşıq Ələsgər kimi,
Yüz yerdən qətrə oynadı, belə ümman gəlmədi"

Yeri gəlmişkən, vurğulamaq istərdim ki, 1999-cu ildə Azərnəşr tərəfindən buraxılan "Sazlı-sözlü Göyçə" kitab-toplumda Alçalı Aşıq Məhərrəmin orada göstərilən yaşadığı illəri ciddi qəbul etmək olmaz. Toplayıcı və tərtibçi İslam Ələsgəroğluna bəslədiyim hörmət və ehtirama baxmayaraq, deməliyəm ki, aşığın dünyaya gəlişi ili ilə, çox çətinliklə olsa da, bəlkə də razılaşardım. Lakin 1961-ci ildə aşıqlar qurultayı ilə bağlı buraxılan və Aşıq Qara Mövlayevə aid bilgi vərəqindən açıq-aydın öyrəndik ki, Aşıq Məhərrəm məhz göstərdiyim zaman dünyasını dəyişib. 

3. Ğzun zaman Qızılvəngli Aşıq Qulunun dünyadan köçdüyü 1935-ci il güman olunurdu. Lakin Ağbulaqlı Aşıq Məhərrəm və bir sıra başqaları bu tarixi 1944-cü ilə aparıb çıxarırlar. Hər halda 1933-cü ildə İrəvanda keçirilən aşıqlar qurultayında o, Çoban Məhəmməd (Aşıq Ələsgərin ən kiçik qardaşı, 1857-1937), Aşıq Talıb Ələsgəroğlu, Zərzibilli Aşıq Nəcəf, Aşıq Mehralı, Ağkilsəli Aşıq Musa, Zodlu Aşıq Ağayar, Cilli Aşıq Yunus, Ardanışlı Aşıq Niftalı, Cilli Aşıq Museyiblə bir sırada imiş. 

Öz ustadının yaxın qohumu olan Qızılvəngli Aşıq Qulu çox yetkin sənətkar və savadlı bir şəxsiyyət idi. Göyçənin Ardanış, Cil, Babacan və Ağbulaq kəndlərində saz-söz sənətkarları hazırlığında o, əvəzsiz xidmətlər göstərmişdir ki, hekayətimizin sonrakı bölmələrində bu haqda, qısaca da olsa, danışacağıq. Ğstadı Aşıq Alının qocalığına düşən Qanlılı Aşıq Mehdi də məhz Aşıq Qulunun sayəsində böyük ustad səviyyəsinə qalxa bilmişdir. Qızılvəngli Qulunun dünyaya gəlişi 1855 -1860 illər arası güman olunur. 

4. Qanlılı Aşıq Mehdi 1880-ci ilə yaxın və yaxud ondan bir neçə il öncə dünyaya göz açıb və 1968-ci ildə dünyasını dəyişib. Lap gənc ikən Kəlbəcərdə Aşıq Alıya, daha sonra isə Aşıq Quluya qulluq edən Qanlılı Mehdinin nəinki Göyçə, eləcə də Borçalı bölgəsinin saz-söz sənətində əvəzsiz yeri var. Onun şagirdləri arasında Daşkəndli Aşıq Hacı və Aşıq Əhməd Sadaxlının adları ayrıca vurğulanmalıdır. 1950-ci illərin II yarısından Borçalıda yaşamış və çıxış edərək, 1961-ci ildə vətəninə qayıtmışdır. Şer külliyyatı indiyədək tam şəkildə toplanmayıb və görünür, böyük kəsimi itmişdir 27.

5. Yarpızlı Aşıq Vəli (Əhməd oğlu) 1854-cü ildə anadan olmuş və öz parlaq ifaçılığı ilə nəinki Göyçə, hətta Azərbaycanın uzaq bölgələrində də tanınmışdı. Səsi o dərəcədə zil və güclü imiş ki, yandırılan "otuzluq" lampaları, çıraqları belə keçirə bilirmiş. Yazıçı İlyas Əfəndiyevin "Geriyə baxma, qoca!" romanında göstərildiyi kimi, Yarpızlı Aşıq Vəli Qarabağın ən yüksək səviyyəli, ən sayımlı məclislərinə şəxsən çağırılar və onları uğurla yola verərmiş. 

Aşıq Vəli 1929-cu ildə öz doğma kəndi Yarpızlıda dünyasını dəyişib. Söz qoşsa da, şerləri bizlərə gəlib çatmayıb. Onun oğlu Aşıq Oruc (1920-1976) da öz dövrünün sayımlı saz-söz sənətkarlarından biriymiş.


Bookmark and Share


Göyçə aşıq mühiti
folklor
Noyabr 7, 2008 20:56
Baxış sayı: 22

Şərhlər(0)

AG AŞIGIN YETİRMƏLƏRİ

Aşıq Allahverdi təkcə Aşıq Alını ərsəyə gətirsəydi belə, adı mədəniyyətimizə qızıl hərflərlə yazılacaqdı. Lakin, mənim nəzərimcə, əgər o, təkcə Qızılvəngli Alıya ustadlığı ilə kifaylənsəydi, bəlkə də, Ağ Aşıq olmazdı. Və əgər nəzərə alsaq ki, arxiv sənədlərinin yoxluğunda, əski əlyazmaların 1905, 1918-1920 soyqırımlarında, 1948 və 1988-dəki zorakı köçürülmələrdə və 1930-cu illərin tuthatutlarında itib-batmasına baxmayaraq, bir sıra yetkin, dolu sənətkarın adları bizlərə gəlib çatıb, - Aşıq Allahverdiyə "qulluq edənlərin" çoxsaylı olduğunu boynumuza almalıyıq. Onlardan:Daşkəndli Şair Məmmədhüseyn el şairi kimi tanınsa da, onun aşıqlıq edib-etməməsi haqqında bilgi yoxdur. Bununla yanaşı, Şair Məmmədhüseynin aşıq şerində yeri olduqca sayımlıdır18. 1800-1880-ci illərdə yaşadığı güman edilsə də15, s. 14-15), nəzərimcə bu tarixlərə ciddi yanaşmaq çətindir Öysüzlü Aşıq Səməd (1838 yaxud 1840-1918) Tovuz aşıq məktəbinin ən azman ustadlarından olub, Qaraçıoğlu Aşıq İrvaham (1860 və 1973-cü illər arası - 1967), Əlibəyli Aşıq İsmayıl (1877-1952), Öysüzlü Aşıq Ələsgər (1891-1936), Zəyəmli Aşıq Qənbər (1870-ə yaxın - 1952), Hacıalılı Aşıq Qəhrəman (1896/97-1968) kimi sayımlı ustad aşıqlar yetişdirmişdir. Mikayıl Azaflı söyləyirdi ki, Öysüzlü Səmədlə Aşıq Alı qohum imişlər. 

İnəkdağlı Aşıq Qəhrəman da, araşdırmamıza görə, Ağ Aşığın şagirdlərindəndir. Bu həmin Aşıq Qəhrəmandır ki, Aşıq Ələsgərdən öncə hələ yeniyetmə Əsədi, - gələcəkdə səsi də, özü də dağları titrədən Aşıq Əsədi (1874-1951, Rzayev) şagirdliyə götürmək istəməyib. Lakin vurğulamaq istərdim ki, Aşıq Qəhrəmanı heç cür kiçiltmək olmaz. İslam Ələsgəroğlunun söylədiyinə görə, o, söz qoşmasa da, sənətin çox dərin bilicisi və gözəl ifaçısı imiş, Aşıq Ələsgərlə aralarında dostluq və qarşılıqlı hörmət olub. 

İnəkdağlı Aşıq Nurəddinin (1916-1994) söylədiyinə görə, Aşıq Qəhrəman 1920-1922-ci illərdə Göyçədə dünyasını dəyişib və yaşı 80-lə 85 arasında imiş. Aldığımız bilgiyə görə, onun bir neçə şagirdi olub, onlardan üçünün adı dəqiqdir:

1. İnəkdağlı Aşıq Kazım həm də ustadının qohumu imiş. Çox zil səsi varıymış, lakin yetər qədər sənəti öyrənə bilmədiyindən, 1925-ci ildə Gəncəyə köçərək, Bala Məzrəli Aşıq Qarayla (Mövlayev, 1893 - 1974) yoldaşlıq edirmiş. Daha sonra Qazaxlı Telli Məhəmmədlə məclislər keçirən Aşıq Kazım Goranboyun Faxralı kəndində yaşayıb və 1930-cu illərin sonunda orada dünyasını dəyişib. Deyilənə görə, onu zəhərləyiblərmiş. 

2. İnəkdağlı Aşıq Qənbərin 1988-ci ildə yaşı 90-ı keçsə də, hələ də sağ imiş. Aşıq Nurəddin 1934-35-ci illərdə ona qulluq edibmiş. 

3. İnəkdağlı Aşıq İsrail (İsmayılov) II dünya savaşından qayıtmayıb. Dünyaya gəlişi 1895-ci ilə yaxındır. Aşıq Nurəddin 1935-1941-ci illərdə ona şagirdlik edib. Deyirdi ki, ustadı havacatda ancaq Aşıq Talıb və Aşıq İslamdan (Yusifov, 1893-1968) geri qalardı.


Bookmark and Share


Göyçə aşıq mühiti
folklor
Noyabr 7, 2008 20:54
Baxış sayı: 15

Şərhlər(0)

AG AŞIQ ALLAHVERDİ

Yazıqlar olsun ki, Ağ Aşıq kimi tanınmış Aşıq Allahverdi haqqında bilgilər də biri-birinin əksidir. Miskin Abdal kimi onu da Arazın o tayına bağlamaq həvəsində olanlar var12. Şəxsən buna qarşı olmasam da, araşdırıcı üçün arxiv bilgilərinin yoxluğu durumunda sənətkarın öz nəslindən, ən yaxın qohumlarından faydalanmağı daha üstün sayıram. Ağ Aşığın kötükcəsi, hazırda Bakıda yaşayan Əhmədov Əziz, nəzərimcə və hər halda daha etibarlı bilgi qaynağıdır. Və onun söylədiklərindən sonucda aydınlaşdırdıqlarımız aşağıdakılardır :
 I. Ağ Aşığın, - Allahverdinin babası Şeyx Osman sufi-dərviş təkkəsinin mürşüdü imiş və müridləri ilə quzeydən, - çox güman, Qazax-Şəmşədil yaxud da həmin bölgəyə aid Qaraqoyunludan köçüb Şərurda, Arazın qırağındakı Kosacan kəndində yerləşibmiş. Doğrudan da, vurğulamalıyam ki, Arazın güneyində və Naxçıvanda, - qatı fanatik şiə mühitində Osman adı mümkünsüz idi və indi də belədir. 

II. Şeyx Osman və oğlu Qara Osmanoğlu, aşıq olmasalar da, gözəl saz çalıb oxuyurmuşlar. Yəni onların "... aşıqlığı...təkkə mərasimi çevrəsindən kənara çıxmayıbmış13 ". Lakin Allahverdi "coşub-daşdığından", xalq yığnaqlarına can atdığından, dindar çərçivəyə sığmadığından təkkədən, atasından, babasından üz döndərir, - bir sözlə, onların üzünə ağ olur. Və anadangəlmə saçı-saqqalı, qaşı-kipriyi ağ Allahverdinin xalq arasında Ağ Aşıq adı ilə tanınmasını "böyüyün üzünə ağ olmağı" ilə bağlamaq daha düzgün olardı. Yeri gəlmişkən deməliyəm ki, Əziz Əhmədovla tanışlıqdan çox-çox öncə, Ağ Aşığın "ata-babasının üzünə ağ olmağını" mənə dünyalarını dəyişmiş Aşıq Əkbər və Mikayıl Azaflı söyləmişdilər) . 

III. Atası Qaranın şairliyi yoxuymuş, lakin babası Şeyx Osmanın söz deməyi var imişsə də, heç bir nümunəsi bizlərə gəlib çatmayıb. hər üçü gözəl təhsil görüblərmiş. Ağ Aşığın bacısı da saz-söz sənətinin bilicisiymiş və Kosacanda gəlin olduğuna baxmayaraq, ölənədək sazı yerə qoymayıb. 

IV. Ağ Aşığın iki oğlu olub: İsmayıl və Məhərrəm. Həyat yoldaşı Arazın o biri tayından, Telli Cəfərin qızı Süsənbər xanım imiş ki, "Süsənbəri" havasını onun adıyla bağlayırlar. Məhərrəm lap gənc ikən dünyadan köçür. İsmayılın (Əziz Əhmədovun anasının babası) oğlunun adını Allahverdi qoyurlar. Onun da iki oğlu 1914-cü ildə 13-14 yaşlarında dünyalarını dəyişirlər. Beləliklə, Allahverdinin qız nəvələrinin törəmələri 1988-ci ilədək Göyçənin Qanlı və Kərkibaş kəndlərində, hətta Tiflis şəhərində yaşayırmışlar. Bacılarının törəmələri isə Bala Məzrə, Sətənəxaç kəndlərində və İrəvanda məskən salıblarmış. 

V. Aşıq Allahverdinin Göyçəyə köçməyinin iki səbəbi olub: 1) atasının ölümündən sonra üzərinə düşən ailə ağırlığı; 2) Qacarların İranda və Qafqazda tüğyan etməsi. 

VI. Allahverdiyə Allah vergisi verildiyindən, çalıb-çağırmağı xəstələri sağaldırmış. Həmin xəbər Şərqi Anadolu hakimlərindən Sərdar Hüseyn paşaya çatır. Yuxusuzluqdan əzab çəkən Sərdar Hüseyn paşa əmr edir ki, aşığı, nəyin bahasına olursa-olsun, tapıb gətirsinlər. Göndərilən silahlı dəstə onu Şərurda (Şərildə) çox axtarır, sonra Göyçəyə keçib tapır və Ruma aparırlar. 

Ağ Aşıq 5 ilə yaxın Rumda qalır. Deyilənlərə görə, ilk çalıb-çağırmağı ilə Sərdar Hüseyn yuxuya gedibmiş. Yaxın adamları onu ölmüş bilib, Allahverdini öldürmək istəyirlər, lakin çağrılan həkim paşanın nəbzini yoxlayıb, yuxuya getdiyini bildirir. Sərdar Hüseyn 2 gün 2 gecə yatıb oyanır və həmin andan Ağ Aşığı yanından buraxmır; hara getsə, onu da özüynən aparırmış. 

Günlərin birində Sərdar Hüseyn paşa böyük bir məclis yığır. Qonaqlar soruşurlar ki, "bu aşığı haradan tapmısan?" Sərdar Hüseyn deyir: "Mən onu Göyçə mahalından gətirtmişəm. Yuxum tamam çəkilmişdi, o isə sağaldıb. İndi 5 ilə yaxındır ki, yanımdadır". Qonaqlar deyirlər: "Yazıqdır, onun da ailəsi var. Burax getsin". Sərdar Hüseyn Allahverdiyə qızıl yəhər-yüyənli at və çoxlu pul bağışlayıb, yola salır. Ağ Aşıq Göyçəyə üz tutur. Onun yolda dediyi:

"Durnam, gedər olsan bizim ellərə,
Qatıq söylə, qaymaq söylə, yağ söylə.
Əgər soruşsalar Ağ Aşığın halını,
Boynu armud saplaq, canın sağ söylə"

- bəndi ilə başlanan şeri bizlərə gəlib çatıb. 

VII. Əziz Əhmədov Kərkibaşda yaşı 100-ü haqlamış ağsaqqalları öz ulu babası haqqında çox-çox sorğu-suala tutub. Onların söylədiyinə görə, "Ağ Aşıq başdan ayağadək ağ tük rəngində idi. Papağı gözünün üstünə çəkərdi. Tük, sifət, barmaqlar, - hamısı ağappaq idi. Çuxa, buxara papaq və İran məsti ("əcəmi çarıq" da deyərdilər o zaman!) geyərdi. Geydiyi çuxa həmişə şabalıdı rəngdəydi. Kim olursa-olsun, heç zaman hərcayı-hədyan sözlərə baş qoşmazdı. Çox ağır dolanan, "şair yolu gözləyən, usta yanında hərəkət eləyəndi". Ağzından bircə ağır söz belə qaçırmazdı. Heç kim və heç nə qarşısında əyilməzdi. Çox zilnən oxuyardı". Ağ Aşıq ömrünün son 15 ilini çalıb-oxumazmış, lakin söz qoşurmuş. Əziz Əhmədovun ata-babası onu beləcə görüb. 

VIII. Yaşadığı illər haqqında əks fikirlər var. Məsələn, tanınmış filoloq-araşdırıcı Mürsəl Həkimov onun ömrünü 1754-1860 arası(14), Ziyəddin Məhərrəmov isə XVIII yüzilliyin sonu - XIX yüzilliyin əvvəli (15) kimi göstərirlər. Mənim araşdırmama görə, Ağ Aşığın ömrünü 20 il öncəyə çəkiblər və bu sonuca onun kötükcəsinin verdiyi bilgilər əsasında gəlmişəm. Həmin bilgilərə üz tutaq:

a) Ağ Aşıq Alını 17 yaşında, özü də Türkiyədən qayıtdıqdan sonra şagirdliyə götürüb. Deməli, Aşıq Alının şagirdliyə başlaması, haradasa, 1818-ci ilə düşür. Digər tərəfdən, Ağ Aşıq doğma yurd-yuvasına 40-45 yaşlarında qayıdıb. Deməli, o, haradasa, 1770-1775-ci illərdə dünyaya göz açıb. 

b) Əziz Əhmədovun 1977-ci ildə dünyadan köçmüş ata babası Babaşov Əhməd söyləyirmiş ki, "mən 1870-ci ildə dünyaya göz açmışam və öz gözümlə Ağ Aşığı görmüşəm. O, bir sinirli kişiydi, artıq saz çalmırdı. 10 yaşım olanda həmin kişi rəhmətə getdi". 

c) Nəhayət, əldə olan bilgiyə görə, tanınmış Tovuz-Şəmşədil ustadı Öysüzlü Səməd 7 il Ağ Aşığa "qulluq" edibmiş. Əgər Aşıq Səmədin 1918-ci ildə 70, yaxud bir qədər artıq yaşında dünyadan köçdüyünü nəzərə alsaq, onun şagirdliyinin haradasa 1865-1870-ci illərə düşdüyü aşkarlanacaq. Lakin bircə çətinliyimiz ondadır ki, Ağ Aşıq son 10-15 ilini çalıb-çağırmırmış. Bəlkə də, ancaq öyrədirmiş?!

Hər halda Ağ Aşığın 1775-1880-ci illərdə yaşaması daha ağlabatandır. 

IX. Əziz Əhmədovun söylədiyinə görə, Keşişoğlu adlı üç aşıq yaxud şair Ağ Aşığın çağdaşı olub və hətta onunla deyişib: I - Borçalıdakı Keşişoğlu; II Naxçıvanlı Keşişoğlu və III Bala Məzrəli Keşişoğlu. Deyişmələrdən ancaq biri bizlərə gəlib çatıb16. 

X. Ağ Aşığın gəzib-dolaşdığı, çalıb-çağırdığı coğrafi çevrə özündən sonrakılarla tutuşdurula bilməz. Misirdən Şərqi Türküstana kimi gəzib dolaşdığı güman olunur və bir təcnisində özü buna işarə edir17. Lakin Məkkəni ziyarət etdiyi haqda heç bir bilgi yoxdur. 

XI. Əziz Əhmədovun söylədiyinə görə, Aşıq Alı da öz ustadı kimi, savadlı imiş və Ağ Aşığın qoşduğu bütün sözləri bir əlyazmaya toplayıbmış. Kəlbəcərə köçərkən həm öz sözləri, həm ustadı qoşduqları əlyazmaları yerli şagirdlərdən birinə bağışlayır. 1937-ci ildə əski ərəb əlifbası ilə yazılmış əlyazmalar (oxuya bilmirlərmiş!) cəzalanma qorxusu altında yandırılır. 

XII. Kötükcəsinin dediyinə görə, Babacanlı Aşıq Qədir (onun haqqında sonra söhbət açacağıq!) dünyasını dəyişənədək Ağ Aşıqdan bildiklərini M. Həkimova tam şəkildə verməyib və qalanları onun oğlanlarındadır. Aşıq Alının törəmələrində, məsələn, Gədəbəyin Slavyanka kəndində Qaytaran adlı iqtisadçıda və vaxtı ilə Kəsəmən kəndində yaşamış Molla Muxtarın oğlanlarında Ağ Aşığın şerləri və hekayətləri toplanıb. Kötükcəsinin özü də az-çox topladığını qoruyub saxlayır. 

Ağ Aşıqdan əldə etdiyim bilgilərin çoxunu açıqlasam da, araşdırmanın ən başlıca məqsədinə yaxınlaşıram. Ulu Göyçə yüzilliklər boyu onlarla, yüzlərlə saz-söz sənətkarı yetişdirib ki, onların sayəsində öz ənənələrini XX yüzilliyin sonunadək, çox böyük çətinliklər və qurbanlar hesabına qoruyub saxlasa da, bütöv Azərbaycan çevrəsində ən tanınmış, ən öncül ustadın xalqımıza verdiyi ən ölçüyəgəlməz faydaya, - onun ləyaqətli yetirmələrinə üz tuturuq. Çünki Ağ Aşıq nə dərəcədə Ağ olsa da və hətta bütün bəşəriyyətin üzünə ağ olsa da (əlbəttə, əfsanələrdə!) onun üzünü tariximiz və milli mədəniyyətimiz qarşısında daim ağardan yetişdirdiyi sənətkarlar olub. Burada "İman Əlisi" kimi tanınmış Zərzibilli Aşıq Əlinin dediklərini (maqnit lentə yazılıb!) olduğu kimi çatdırmağı özümə borc bilirəm:

"Sən bir Aşıq Allahverdinin böyüklüyünə bax ki, ustadlar Ustadı Ələsgər kimi nəhəngin Ustadı Aşıq Alını ərsəyə çatdırıb".


Bookmark and Share


Göyçə aşıq mühiti
folklor
Noyabr 7, 2008 20:52
Baxış sayı: 17

Şərhlər(0)

MİSKİN ABDAL

Miskin Abdal tarixdə azman ruhlu şəxsiyyət və sufi-dərviş ocağının mürşüdü kimi yaşasa da, haqqında yayılan əfsanələr və yayımlanan uydurmaqondarmalar da, demək olar ki, sonsuz saydadır. Ən acınacaqlısı odur ki, hələ 30-cu illərdən başlayaraq Göyçəyə ayaq açan ədəbiyyatçı-folklorçular, oradan bol-bol materiallarla, - söz inciləri ilə qayıdaraq, topladıqlarından bol-bol faydalandıqları halda, Göyçə şöhrətinin, o cümlədən Miskin Abdal şöhrətinin qeyrətini, az da olsa, çəkməmişlər. Bunu mənim öz gözlərimlə gördüyüm azman oğuz qəbirlərinin araşdırılmamış yazıları deyirdi.  Göyçə şöhrətinə belə saymazyanalıq Miskin Abdalı "özəlləşdirmək" istəyənləri, gec-tez, şirnikləşdirməli idi. Və bu şirniklənmənin gedişində Göyçə ziyalılarının pərakəndəliyi, "əl-qollarının bağlılığı", öz sözünü geniş yayımlamaq imkanlarının, demək olar ki, yoxluğu sayəsində ustadlar ustadı, Miskin Abdal adı ilə tanınan Hüseyn Məhəmməd oğlu Zərgərli gah qazaxlı, gah gədəbəyli, nəhayət ərdəbilli, ən nəhayət isə, Şah İsmayıl Xətainin əmisi oğlu kimi hallanmağa başladı. Bir sözlə, haralı və kim olursansa ol, təki Ulu Göyçəli olmayasan!

Lakin dəridən-qabıqdan çıxanlar bircə şeyi anlamaq istəmirlər ki, əlimizdə olan sənədlərin, hətta, tam yoxluğunda belə, hər bir insanın, özü də şəxsiyyətin, - o ki, olsun Miskin Abdal! - soykökü, törəmələri var. Və onların verdiyi bilgiləri danmaq heç bir əxlaqa sığmır. Son söz onlarındır. 

Miskin Abdalın oğul törəməsi Tofiq Hüzeynzadənin dərin, qeyrətli çalışmaları və filoloji elmlər namizədi Hüseyn İsmayılovun "Miskin Abdalın şəxsiyyəti və taleyi" başlıqlı araşdırması9, nəhayət ki, siyasi və saz-söz mədəniyyəti tariximizdə ən böyük qondarmaçılıqlardan birinə son qoydu. Bu yöndə Hacı Zəki İslamın "Yeni sənəd və yeni rəsm" başlıqlı araşdırma yazısını ("Günaydın" qəzeti, N126(222), 15-17/XII-1999, c. 5)10 və Abbas Mazanovun "Sarıyaqubdan başlanan yol məqaləsini (Abbas Vəfadağlı. "Göyçə kimi intizarda elim var. "Bakı, Gənclik, 1999, s. 108-114) vurğulamaqla yanaşı, adı çəkilən ilk araşdırmadakılar haqqında öz araşdırıcı düşüncələrimi və araşdırmalarımı açıqlamağı lazım bilirəm. Və lap sondan başlamağı daha məqsədəuyğun sayıram:

1. H. İsmayılov yazır: "Miskin Abdal ömrünün ahıl çağlarını məktəbdarlıqla keçirir. Onun Sarıyaqubda açdığı ilk məktəb Göyçənin elm, irfan və sənət dünyasında qazandığı uğurlarda çox mühüm və həlledici rol oynamışdır" 9.,s. 118) . 

Bəli, bu ən böyük həqiqətlərdən biridir! Hazırda "Ermənistan" adlandırılan Qərbi Azərbaycanda xalqın savadlılıq səviyyəsi 1920-ci ilədək Şərqi Azərbaycandakından daha yüksək olub. Və ilk növbədə də Göyçədə! Şəxsən özümün araşdırmalarıma görə, əgər başqa aşıq bölgələrində saz-söz sənətkarlarının çoxluğu ancaq öz yaddaşlarına güvənmişlərsə, Göyçəli ustadların çoxluğu, bəlkə də, Allah vergili Dədə Ələsgəri çıxmaq şərtilə, hamılıqla öz iti yaddaşları ilə kifayətlənməyərək, həmişə az-çox savadlanmağa çalışırmışlar. Əski mədəni irsi toplayıb yazıya almaq dini-fəlsəfi kitabları öyrənib gözəl xəttlə göçürmək Göyçədə təkcə aşıqların və din xadimlərinin işi deyildi. Həmin şərəfli işin sadə xalq arasından çıxmış çoxsaylı həvəskarları varıydı. Məgər belə sayımlı olay, özülü Miskin Abdal tərəfindən biçimlənən ənənənin davamı deyildimi?! Məgər Aşıq Ələsgərə qulluq etmiş Dərəçiçəkli Aşıq Alının bacısı oğlu və şagirdi, təkcə azman sənətkarlığı ilə deyil, Quranın və hədislərin biliciliyi ilə də bütün Borçalı və Tiflis aşıqlarından seçilən Aşıq Sadıq (Sultanov, ) öz özəlliyi ilə Miskin-Abdal-Göyçə ənənələri daşıyıcılığını aşkarlamırdımı?!

2. Miskin Abdalın havacat yaradıcılığına gəlincə, deyə bilərəm ki, "Baş divanı" yaxud da "Şah Xətai divanısı", eləcə də "Şah Xətai gəraylısı"nın onun adı ilə bağlamaq məntiqə uyğundur. "Baş divanı"nın bir sıra özəl şəklidəyişmələri də var. Məsələn, "Çıldır divanısı". Lakin həmin havanın dastana giriş şəklində, şövqlə xunması ancaq Göyçə ifaçılığının özəlliyidir. "Şah Xətai gəraylısı" sovet dövründə "Şaqayı gəraylı" adlandırılırdı ki, bu qondarmaçılıqdan başqa bir şey deyil. Yeri gəlmişkən, bildirməliyəm ki, həmin havanın hər bir bəndini "qaytarma" ilə bitirmək də Göyçə ifaçılıq ənənələrindən irəli gəlir. Başlıca elmi məntiqə görə, sinkretik sənətdə şer quruluşunun yaranması üçün havacatın varlığı əsas şərt idi. Və, əgər Miskin Abdal divanı şeri qoşurdusa, deməli artıq "Baş divanı"nı öncədən yaratmalıydı. 

H. İsmayılovun araşdırmasında adı çəkilən "Şahqalxdı" havası haqqında mən tərəfdən heç bir bilgi yoxdur. Lakin, çox güman ki, burada "Şahsarayı" nəzərdə tutulur. Həmin hava 1920-ci-1930-cu illərdə Gəncəbasara köçmüş Göyçə aşıqları tərəfindən yayımlanmışdı. Hazırda çox az ifa olunur. 

3. Miskin Abdalın göyçəli olmasına başlıca tutalqa Göyçə yaşamını özəlliyidir. Tez-tez çap olunan yazılarda Göyçə vaxtı ilə, Qazax, Tovuz və başqa bölgələrin yaylaq yeri kimi hallandırılır. Lakin həmin yaylaqlar ancaq 3 yay aylarını, özü də ancaq dağların yüksəkliklərini çevrələyirdi. Yaylağa gələn 

Sarıyaqubda, Ağkilsədə, Zodda, Cildə, Ağbulaqda yaşaya bilməzdi. Göyçə elatlarının lap əskidən yarıköçəri həyatı onun "pir" elan olunması9, s. 114) və məktəbdardlığı ilə heç cür uyuşmur. 

Yuxarıda sadalanan araşdırma və publisist yazılarda Miskin Abdal haqqında bilgilər yetərincədir. Göyçə aşıq məktəbi üçün ən gərəkli bilgiləri isə qısa şəkildə oxucuya çatdırmaq istərdim:

O, 1430-cu ildə Göyçənin Sarıyaqub kəndində Zərgərli tayfasından Cəfər oğlu Məhəmmədin ailəsində dünyaya göz açıb, çox gözəl və hərtərəfli təhsil görüb. Sonralar Ərdəbilli Şeyx Heydərin mürşidi və yaxın dostu olmuşdur. 1500-cü ildə Miskin Abdal gənc Şah İsmayılı Göyçədə böyük hörmətlə qarşılayıb, ona saz bağışlayır. Həmin andan onların ömürlük dostluğu başlayır. 1501-ci ildə Miskin Abdal Şah Xətainin dəvəti ilə Təbrizə gəlir və gənc hökmdarın müşaviri vəzifəsini yerinə yetirməyə başlayır. Eyni zamanda onun sarayda aşıqlar məclisinə başçılıq etməsi, Şah Xətai ilə deyişmələri haqqında bilgilər də var. 

Miskin Abdal 1514-cü ilədək qonşu ölkələrdə çoxsaylı diplomatik tapşırıqlar yerinə yetirmiş, Çaldıran döyüşündə Şah İsmayılla çiyin-çiyinə vuruşmuşdur. Şah Xətai Sarıyaqub kəndini vergidən azad edərək, daha beş kəndin vergisinin Miskin Abdal nəslinə çatacağı haqqında fərman imzalayır.9.,s. 109) 

Miskin Abdal Şah İsmayıl dünyasını dəyişdikdən sonra birdəfəlik Göyçəyə qayıdaraq, 1535-ci ildə Sarıyaqubda 105 yaşında dünyadan köçmüşdür. "Miskin Abdal ocağı" isə ən sınanmış pir kimi indiyədək göyçəlilərin and və inam yeridir. 1988-ci ildə azərbaycanlılar "Ermənistan" adlanan Qərbi Azərbaycandan zorla qovulduqdan sonra, həmin ocaq Goranboy rayonunun Qaradağlı kəndinə köçürülüb. 

Miskin Abdal tariximizdə Dədə Qorqud səviyyəli azman şəxsiyyətlərdən biridir. Və, bəlkə də, ondan üstündür. Çünki haqqında yayılan əfsanələrə baxmayaraq, kimliyini, haralılığını, əslini-soyunu, yaşadığı illəri dəqiq-düzgün bilirik. Çünki o, saz-söz yaradıcılığından, lap az olsa belə, bizə öz adı ilə möhürlədiyi pay qoyub gedib. Onun haqqında araşdırmalar, sözsüz ki, yetərincə deyil. Lakin, hər balda biz Miskin Abdalı çağdaş anlamda professional, yüksək səviyyəli Göyçə aşıq məktəbinin (Göyçə saz-söz sənətinin yox!) ilki, bir növ mürşüdü, xeyir-dua verəni, ustadlar ustadı saya bilərik. Və əgər 9 qabırğalı, 9 telli və 9 pərdəli sazım, eləcə də başlıca havacat saxlancının Şah İsmayıl dövrünə yaxın başlıca əsas, prinsip kimi götürsək, gəldi bu sonucda yanılmarıq


Bookmark and Share


Göyçə aşıq mühiti
folklor
Noyabr 7, 2008 20:51
Baxış sayı: 21

Şərhlər(0)

Göyçə aşıq məktəbi haqqında genis məlumat

Azərbaycan xalqının aşıq sənəti və ədəbiyyatçılar sarıdan bəxti gətirib. Birincisi sarıdan ona görə ki, II-III minilliklər keçidində öz əski mədəniyyətinin qaynaqlarını da deyil, hətta qalıqlarını, - daha doğrusu, milli sinkretizmi artıq tamamilə itirən, - xərcləyən, əldən verən və sıradan çıxaran xalqların, millətlərin mütləq çoxluğunda milli saz-söz sənətimizin dayaqları laxlasa da, özü korşalsa da və hazırda aparılan mədəni siyasət, imperiyaçılıqla tutuşduranda, daha məkrli və qorxunc görünsə də, yaşamını davam etdirməkdədir. Saz-söz sənəti bu günkü yarıac və hüquqsuz, ayaqlarını güclə çəkən, lakin heç cür ölmək istəməyən, Dəli Domrultək Ölümə boyun əyməyən, onunla razılaşmayan Azərbaycan xalqının kiçildilmiş şəklidir. Məcazi mənada, ideomatik modelidir Lakin bunu da ayrıca yada salıb unutmamalıyıq ki, həm saz-söz sənətimizin və onun doğma qardaşı muğamın, həm də Azərbaycan xalqının ən çətin və ən faciəli anlarda belə ümidsizliyə qapılmağa haqqı yoxdur. Ölçüyəgəlməz itkilərə baxmayaraq. Çünki Böyük Yaradanın gözü üstümüzdədir və II minilliyin son onilliklərində insan düşüncəsinin gərgin əməyi öncədən maqnit lent yazısı, daha sonra isə pozulmayan lazer disklərinin, bərpa texnikasının yaranışı və geniş yayımı ilə sonuclanıb. Və bu ümumbəşəri qazanclar, hər zaman olduğu kimi, bizlərə bir qədər gec gəlib çatsa da, ondan faydagötürməyin işartıları artıq görünməkdədirlər. 

İndi isə keçək ədəbiyyatçılar sarıdan bəxtimizə. Türk-islam dünyamızda yazı-pozunu özünə "çörək ağacı" edənlərin sayı heç zaman az olmayıb, indi isə bol-boldur. Çoxçeşidlilik və çoxçalarlılıq da öz yerində. Hələ lap əskidən Yusif Balasaqunlu, Mahmud Kaşğari kimi söz azmanları, Nəsimi və Yunus İmrə kimi haqq aşiqləri, Şah İsmayıl Xətai, Məhəməd Füzuli, H. Cavid, Ə. Cavad və Xəlil Rza kimi öncəgörücülər və bilicilərlə yanaşı, Nizami və Xaqanidən tutmuş M. Şəhriyaradək özgə ocağını alovlandıran, fars (amma "fors" desək, daha düzgün olar!) və başqa dillərə üz tutmuş söz ustalarınadək ucu-bucağı görünməyən, Gülüstan-İrəm bağını xatırladan sənət xalısı da bizim bəxtimizə düşüb. Və bu əvəzsiz xalıya yiyə durmaq heç də pis deyil, əksinə, böyük xoşbəxtlikdir. 

XX yüzillikdə, sovet icbari təhsil sistemi sayəsində Qüzey Azərbaycanda yazı-pozu yiyələrindən sayca bütöv ordunun biçimlənməsi "ən sayımlı" olaylarımızdan biri kimi yozula bilər. Və sonucda saz-söz sənətinin, - daha doğrusu, onun "Söz" kəsiminin toplanıb araşdırılması kimi çox gərəkli bir iş çevrəsinin, maraq dairəsinin yaranması özünü böyük bir sıçrayışda aşkarlayır. Lakin bu aşkarlanmanın özəllikləri arasında naşılıqların da yeri görünməkdədir. Sual oluna bilər ki, "niyə?", "nə üçün?". 

Şəxsən, mənim nəzərimcə, ədəbiyyatçı folklorçuların (jurnalistlər haqqında heç danışılası deyil!) ən böyük çatışmazlığı sinkretik sənətin mahiyyətini lazımınca dərk etməmələrindədir. Əski sinkretik sənətdə, o cümlədən ən əski ozan sənətində özünün ilk yaranışından musiqi və plastikanın (rəqsin) aparıcı, poeziyanın (sözün, şerin) isə birincilərdən asılı ünsür kimi biçimlənməsi artıq danılmaz elmi həqiqətdir1 . Tam yəqinliklə demək olar ki, məhz musiqi və plastikanın ritmi (yaxud vəzni) çoxçeşidli şer vəzni və ölçülərinin yaranması ilə sonuclanıb. Və musiqiylə plastikada ayrı-ayrı ünsürlərin təkrarı, - o cümlədən, çoxçeşidli, şəklidəyişmiş təkrarı (variantlılığı), - sonucda şerdə qafiyə və rədifin yaranmasına, onun quruluş və estetik çevrələrdə gərəkli amil və ünsür kimi təsdiqlənməsinə imkan verib2 . 

Musiqi, təsviri sənət və plastikaya saymazyanalıq, qısqanclıq artıq düşüncə tərzinə çevrilib desək, yanılmarıq. Məhz həmin baxımdan çox dayaz "aşıq mühiti" anlamı ayaq açıb yeriyir və "aşıq məktəbi" anlamı bəyənilmir. Halbuki mühit anlamı çox genişdir və təkcə sənətkarları deyil, onlarla birlikdə dinləyici-tamaşaçı kütləsini də çevrələyir. Digər tərəfdən, poeziya və eposun geniş yayımı onun bölgə özəlliyində yaxud ayrıca təlimdən asılı olmadığına başlıca tutalqadır. Aşıq saz-söz sənəti nə dərəcədə əski olursa-olsun, onun musiqi kəsimi ümumbəşəri musiqi təlim-tədrisi qayda-qanunları ilə sıx bağlıdır. Əsil, yetkin sənətkar hazırlığı üçün yetkin ustad, gərgin əmək və uzun zaman lazımdır. Və belə musiqi ifaçılığı "məktəb" adlanır. Bütün dünyada belədir və velosipedi yenidən kəşf etmək gərək deyil. Əgər ensiklopedik bilgilər baxımından yanaşsaq, "məktəb" üç anlamda işlədilir:

1) Tədris-təlim müəssisəsi yaxud təhsil ocağı;

2) Təhsil (və təlim) sistemi, öyrənmə, qazanılan bacarıq;

3) Elm, ədəbiyyat və incəsənətdə, eləcə də fəlsəfə və idmanda başlıca peşəkar görüşlərin eyniliyi, əsasların və üsulların (yolların) ümumiliyi yaxud ardıcıl ötürülməsi (vərəsəliyi) ilə çevrələnən cərəyan (axar)3. 

Birinci anlamda müəssisə yaxud təhsil ocağı heç kimi çaşdırmasın. Əgər əski baxımdan yanaşsaq, onların özülündə "mürid-mürşid" yaxud "ustad-şagird" münasibətləri durur. Daha doğrusu, hər bir böyük ustadla şagirdləri və onların çoxsaylı, şaxələnmiş davamçıları qırılmaz, zəncirvari ənənələrə söykənən tədris-təlim ocağını xatırladır və eyni zamanda "məktəb"in həm 2-ci, həm də 3-cü anlamlarında da öz əksini tapır4. 

Əlbəttə, yerli ənənələrə söykənən aşıq məktəbləri siyasi tarixi gəlişmə ilə sıx bağlı olub, eyni zamanda sənət yaşamının tarixi özəlliklərindən biridirlər. Məhz yerli ifaçılıq ənənələri sayəsində saz havacatı saxlancı (repertuarı) çoxdönümlü gəlişmə yolu keçmiş, istər çalğı və oxumada, istərsə də yerli şəklidəyişmələrdə yaradıcılıq qazancları əldə edilmişdir. Havacat saxlancının yerli ifaçılıq ənənələri - aşıq məktəbləri baxımından öyrənilməsi ümumazərbaycan havacat saxlancı, ənənələrin özəllikləri, ifaçılıq ünsürlərinin vəzifədaşıyıcılığı, aşıq ifaçılığı gedişatında yaradıcılığın arasıkəsilməzliyinin mahiyyəti və qanunauyğunluqları kimi özül problemlərin həllinə kömək edərdi. 

İTİRİLMİŞ OCAQ

Əgər məndən bir araşdırıcı kimi soruşsalar ki, "XX yüzillikdə Azərbaycan mədəniyyətinin ən böyük, ən dəyərli qazancları və itkiləri hansılardır?", mən sualın birinci yarasına cavab verməkdə, bəlkə də, çətinlik çəkərdim. Lakin "Azərbaycan mədəniyyətinin, Azərbaycan tarixi coğrafiyasının, Azərbaycan yaşamının ən böyük itkisi Göyçədir!" - deməkdə heç bir çətinliyim ola da bilməz. Çünki Göyçə mühiti, Göyçə yaşamı Oğuz ənənələrinin bizə gəlib çatan, bəlkə də, sonuncu yadigarları idilər. Çünki Göyçə aşıq mühiti özü-özlüyündə Göyçə aşıq məktəbi və onun özəl ifaçılıq ənənələri ilə söz, dastan və havacatda digər bölgələrin orta səviyyəli aşıqları qədər, onlara bərabər, bəlkə də artıq savadı, biliyi olan göyçəli tamaşaçı-dinləyici kütləsinin bütövlüyünü bölünməz şəkildə çevrələyirdi. Çünki Göyçə əməkçiliyi, Göyçə torpaqsevərliyi, Göyçə maldarlığı bütün Azərbaycan xalqı üçün örnək ola bilərdi və olmalıydı da. Çünki Göyçə xalq təbabəti, göyçəlilərin təbiətə qayğısı əsrlərin qan yaddaşıydı, bu bilgilər yerli insanların mənəviyyatı ilə sıx bağlıydı: daha gedib ekoloji təhsil almaq da gərəksizdi. Nəhayət, Göyçə qonaqsevərliyi hamımıza yaxşı görk idi və gələcəkdə də görüb-götürməyə dəyərdi. 

Göyçə təbiətinin gözəlliyi haqqında çox təriflər-gözəlləmələr yazılıb. Ancaq, - bu mənim şəxsi düşüncəmdir, - nə Göyçənin oxşarsız, sərt gözəlliyi; nə başı qarlı Ağmanqan, Ağzıbir və Şişpilləkən dağları; nə bu dağların incisi, üzük qaşı olan Göyçə gölü; nə dişgöynədən bulaqları; nə xalq təbabətinin ən dəyərli saxlancı, - bitki aləmi o diyarın ən qiymətli, ölçüyəgəlməz varlığı, ən əski Oğuz ruhunun daşıyıcıları, - göyçəlilərsiz xülyadır, nağıldır, ən cansız əfsanədir. Bu haqda saatlarla, günlərlə, illərlə danışmaq olar, amma Göyçəni göyçəlisiz anlamaq, duymaq və yozmaq mümkünsüzdür. Və dediklərimə başlıca tutalqa kimi Göyçə gözəlləmələrində həmin Oğuz yurdu saz-söz sənətkarlarının əvəzsizliyini gətirə bilərəm. Ağ Aşıqdan, Aşıq Alı və Aşıq Ələsgərdən bizim günlərədək Göyçə göyçəlilərin söz yaradıcılığında tükənməz çalarlarda yaşayıb və yaşadılıb. Və Ulu Göyçənin coğrafiyası haqqında bilgi üçün mən kitaba-dərsliyə yox, çağdaş göyçəli şair Hacı Zəki İslama üz tuturam5 :

"Sən Göyçənin ellərinə
Zimistanı çıxanda gəl.
Yamacda tütək səsinə
Maral dönüb baxanda gəl.

Təkağacdan, Toğlucadan
Ləzzət alır sökülən dan.
Yaşıl çəmən Ağbulaqdan
Döşlərə gül taxanda gəl.

Ensən Şorcanın başına,
Asta sürət ver maşına.
Ürəkaçan Üçdaşına
Gecikmə, gün çıxanda gəl.

Adatəpə, Uca yalnan,
Doyunca gəz, ləzzət alnan.
Təzə işqın kababınnan
Çəkib şişə taxanda gəl.

Göyçə gözəllik diyarı,
Ardanışda dayan barı.
Addımlasan Cilə sarı
Söz sinənə axanda gəl.

Arxa verib Şah dağına
Nəzər sal bağça-bağına
Cilin Pəri bulağına
Duman dağdan qalxanda gəl.

En aşağı Babacana,
Bax qonağa canhacana.
Pəmbək, Dərə hər zamana
Dost əlini sıxanda gəl.

Keç Güneydən Sarınərə,
Şişqayadı xoş mənzərə.
Səcdə qılnan Ələsgərə,
Ustad Kamal baxanda gəl.
İnəkdağı, Məzrələri
Göysu, Kəsəmənnən bəri.
Şorcalarda gəzən pəri,
El yaylağa çıxanda gəl. 

Qaraiman, Qoşabulaq,
Daşkənddə gəz soraq-soraq.
Qanlı, Kərkibaş, Qırxbulaq
Bu yerlərə axanda gəl. 

Könül istər şirin dili
Dər Keytidə hər bir gülü.
Zod, Nərmanlı, Göyçə gölü
Bəzən şimşək çaxanda gəl.

Sarıyaqub, Qaraqoyun,
Bu diyardan öyrən oyun.
Bulaqlardan su iç, yuyun
Aran səni sıxanda gəl.

Asta keçnən Ağkilsədən,
Sazın səsi gəlir hərdən.
İsmixannan Haqverdidən
Şer şölə saçanda gəl.

Burda olmuş Növrəs İman
Nərmanlıda Şair Bəhman.
Aşıqlardan ilham alsan,
Şirin layla çalanda gə