Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 27
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 215
  • Ümumi hit: 15558

Müxtəlif

Tahir Taliblidan şerlər

Yazı-haqq təala ilə öz arasındakı

məsafəni,vaxtı görə bilməkdi

Ay,Tanrı,məni quş elə

Bagla bir quş qanadına

 Təzədən birdə quş elə

Bir gözəl qız inadına

 

Dünya məni əndirsin qoy,

sonra köntöy dindirsin qoy

sonra,yenə mindirsin qoy,

bir dəlisoy cin atına 

 

Sular dəyə-dəyə gedir,

daşı döyə-dəyə gedir,

hamı gizlənməyə gedir,

bəlkədə torpaq altına 

21.05.2008 


Tahir Talıblı

Enidbi tanrıdan,haqdan

Dərddi yenə bizə gəlir,

Gedən aldanışa gedir,

Gələn hələ duza gəlir.



Mayası qudurub nəfdən

Kefcili bayılıb kefdən,

Əzrayılla hər tərəfdə

Adamlar üz-üzə gəlir



Beləcə dogub törəyib

Qurdu qəmgin,quşu qərib

Bizi yiyəsizmi görüb

Ölüm üstümüzə gəlir

07-08 mart 2008





Tahir Talıblı



Dünya min ilki dünyadı

Elə bildirki dünyadı

Bir üzdə iki dünyadı

Yoxdandımı,haqdandımı



İçimdə yollar yorulub,

Gözümdə göylər yumulub,

Qırılan haqdan qırılıb

Azdandımı,çoxdandımı





Agırı quşlar götürmür,

Qurunu yaşlar bitirmir,

Mənimki başdan gətirmir,

Bəxtdəndimi,vaxtdandımı.

2005



Tahir Talıblı



Haqsız qaldım,muzdsuz gəzdim

Əlim haqqa yetər eylə

Axırda canımdan bezdim

Yadı mənnən betər eylə



Yetim quzutək teyləndim,

Bəxtə,yigvala söykəndim

Gəldim,qapında əyləndim

Ya sat,ya da nökər eylə



Gəlmişdim ki,haqqı bulum,

Ədəb görüm,ərkən bilim,

Gördüm min yol yeydi ölüm

Apar lap təzə tər eylə

2005

Tahir Talıblı



Hər adam dərdi tanımaz,

Dərd tanımaz hər adamı

Dərdlər var ki,qəbirdə də,

Gəlib yoxlayar adamı



Ürəyimə düşən çatlar,

Içimi yüz yerdən odlar

Bir-birindən yeyik dərdlər

Diri saxlayar adamı



Bir gün məni də duyallar

Duyub şeytanı söyəllər

Elə belə də deyəllər

-bu ruhuymuz.qar adamı?







Tahir Talıblı

Bu tale dediyin nədi

Bir əlcə varaqdı yoxsa?!

Bir üzü qara yazılı

O bir üzü agdı yoxsa?!



Gedən yollar uzaqdımı,

Gələn günlər sazaqdımı

Mənimki yaşamaqdımı

Adıcə maraqdı yoxsa?!



Ömürdə bir ömür deyil,

Səbirdə bir,dəmir deyil,

Son yerimiz qəbir deyil,

Bir qızıl otaqdı yoxsa?!



Tahir Talıblı

Bir kimsə bilməz necəsən,

Xəbər yox halınnan sənin

Yarandı küllü-kainat,

Bir kəlmə olunnan sənin.



Biz kimik,heçik gedirik,

Zamannan keçib gedirik,

Beləcə,köçüb gedirik

Sagınnan solunnan sənin



Olanlar,Mövlam,xoş oldu

Mənim də peymanım doldu

Tahir bir xatasız quldu

Nə gələr qulunnan sənin

2006





Tahir Talibli

Qorxu

Gedirsən yoluna çıxır,

Durursan qarşına gəlir,

Qorxudu,qorxduqlarındı

Hamısı başına gəlir



Dagına daşına gələnlər,

Qurduna quşuna gələnlər,

Sonda başına gələnlər,

Əvvəldə tuşuna gəlir



Azında çoxun qurtarır,

Gözündə yuxun qurtarır,

Elə ki,qorxun qurtarır,

Ölümdə xoşuna gəlir

2007



Tahir Talibli

Gedən Süleymanlar,şahlar,

Dönən,taxtdı,taxtdı

Sənə güvəndiyim daglar,

Sənə də gümanım yoxdu



Gəldi də yaşımız çatdı,

Pisimiz,yaxşımız çatdı,

Insanı yaşadan baxtdı

Qəhr edən də baxtdı,baxtdı



Torpaq altda itəsiyik

Haqdan birdə bitəsiyik

Bir də çıxıb gedəsiyik

Desələr ki,vaxtdı,vaxtdı

2007

Tahir Talibli



Öz içimnən başladıgım

Sona çatıb yürüş daha

Butalamaz ayrılıqlar,

Kama yetməz görüş daha



Öz-özünə kim qocalıb,

Daha əllərim qocalıb

Içimdə içim qocalıb

Gətirəmmir duruş daha



Içibdi eşqin camını,

Dadıbdı dərdin tamını

Tanrının bu adamını

Göy üzünnən soruş,- daha

2007



Tahir Talibli

Yerin tanrının yanımı

Beləcə ucadı bilmədim,

Istədim açım qapını

Halın necədi bilmədim



Yeddi qat sirrər oyatdı

Yeddi dag,bələn oynatdı,

Sözün içimi göynətdi

Könlün incədi bilmədim



Çixmaqnan bitməz hər yoxuş

Bitməz,saqqalı agarmış

Bizdən öncə ölüm varmış

Ölüm öncədi bilmədim

2007







Qəmnən dogulacaq şairlər hələ,

nə qədər dünya var,pərti olacaq

bəlkədə dünyada sonuncu şair,

dünyanın sonuncu dərdi olacaq

2002



Gündə sərdənər sürünər,
anasız quzular mələr
köç qalxar,yurdu görünər
sinəm bir arxac yeridi

bitdim yolların boyunca
getdim bir xəyal olunca
könlüm köç eylər dalınca
yönüm mövlanə piridi

hər sevdada ayrılıq var
ayrılıqda sarılıq var
bu çəkdiyim ayrılıqlar
mənnən qəribdi,diridi
2000

Sirr
(Atillanın kiçik toyunda söylənən şer)
Bir sirr gəlir içimiznən
kökdə kökümüznən gəlir,
yerdə suyumuznan axır
göydə göyümüznən gəlir

sürür,südnən,sümüknən
çərtir,qannan iliknən,
yol gəlir elnən,elliknən
gələn,hamımıznan gəlir,

açılmır neçə qat söznən,
görünmür ikicə göznən,
ölən ölür ölümüznən,
qalan dirimiznən gəlir,

nədisə şirin duygudu,
pirrər yozdugu yuxudu,
sirr olan,sirrər oxunmur-
biznən gedir,siznən gəlir

30.12.2002


Bu tale dediyin….

Bu tale dediyin nədi,
bir əlcə varagdı,yoxsa?!
bir üzü qara yazılı,
o bir üzü agdı,yoxsa?!

gedən yollar uzaqdımı,
gələn günlər sazaqdımı,
mənimki yaşamaqdımı,
adicə maraqdı yoxsa?!

ömürdə bir ömür deyil,
səbirdə bir səbir deyil,
son yerimiz qəbir deyil,
bir qızıl otaqdı yoxsa?!

iyun 2002

Dərd tək gizlincə gəlirsən
gəlirsən dəmin yerinə
bəxtdi girov saxlamışam,
yüz bəxti kəmin yerinə

ya ömrə,ya ya yaşa köçsən,
ya gözə,ya qaşa kəçsən
ürəyimdə başa köçsən,
buyur,keç qəmin yerinə,

insan olmagımnan bezdim,
tanrım,yellerinnən gəzdir,
atıb sularında üzdür,
bir taxta gəmin yerinə,

öldüyüm günü bilirəm,
ölümün üstə gəlirəm,
yoxsa əcəlsiz ölürəm,
görəsən kimin yerinə,
01.02.2001


Dərbənd
Uzaqdı özümüz qədər,
yaxın da dərbənddi bizə
könül qarabaqdan keçər
dərbənd də bir dərddi bizə

gözümüz odu yandırar,
agzımız dadı yandırar,
çölümüz yadı yandırar,
içimiz qürbətdi bizə

gəldik, gedirik,yürüdük,
gəldik özümüzü gördük,
yarı agrı,yarı dərdik,
dərd olan şöhrətdi bizə
2001

Gəzirsən təkcə,tənhaca
bütün hamılardan uca,
baxışım üstündən uçar,
bürüncəyin şalın olsun

neçə dildə adın hallanır,
arxanca gölgəm səslənir,
gülürsən yanagın allanır,
o allanan xalın olsun,

şalı salıb geyinirsən,
gözəlsən haqqı öyünürsən
bilmirəm gecələr neynirsən,?
neynirsən halalın olsun

Bilgəh,iyun 2002


Agrı təlaşdı çəkdiyin,
deyirsən necə,bilmirəm
sən elə keçə bilmirsən,
mən belə keçə bilmirəm,

hər gələn yaz da qismətdi
pay bir də, yüz də qismətdi,
beş arşın bez də qismətdi,
sovqatdı seçə bilmirəm,?

sevgidi,dərddi,nahaqdı,
nahaqda özü bir haqdı,
dərddisə üzü boyaqdı,
nədisə,içi bilmirəm
2002


(Akif Səmədə)

Köhnə yurdlara bənzəyir,
dag aşır,düzü gəzdirir,
çölündə tufanlar gəzir,
içində sözü gəzdirir,

yosma kişidi yapagı
can bilir ana torpaqi,
qaragüldəndi papaqi,
başında quzu gəzdirir,

daglara sarıdı yönü
bir yol tutub,yoxdu sonu,
ürək gəzdirmir,ha bunu
ürəyini özü gəzdirir

birimiz deyirik çəkmə,
birimiz deyirik içmə,
orda durma,burdan keçmə
dalınca bizi gəzdirir

hər gün axtarır neçəsi,
dördcə balaca qönçəsi,
güldü,ləçəkdi İncəsi,
Bakıda tozu gəzdirir,

heç vaxt.,heç zaman nədi,
əsirgərməz al qan nədi,
fərqinə varmaz can nədi,
candı da,yüzü gəzdirir
2002

(saz üstündə)
Nə canı cannan ayırır,
nədə ki,cana doyurur,
külək qalxir,qar sovurur,
gur yagışlar yagır sənnən

dərd beləcə sözdümü ki,
birdimi ki,yüzdümü ki,
təkcə bir cüt gözdümü ki,
əzrayıldı baxır sənnən

bil mövlam haqqı işiyəm
yerin,göyün gərdişiyəm
mən könüllər dərvişiyəm
gedəsiyəm axır sənnən
2001


M ə n yenə səni sevirəm

Həsrətin yasıdı gulən,
Omrumun qısıdı gələn
Kimin qargısıdı gorən
Mən yenə səni sevirəm

Sacımda dəni sevmirsən
Gozumdə çəni sevmirsən
Sən yenə məni sevmirsən
Mən yenə səni sevirəm

Kimə varsan, kimə yoxsan
Nə qədər sevgisən, haqsan
Nə qədər məndən uzaqsan
O qədər səni sevirəm
2002


(saz üstündə)
Butalıdı yar yuxusu
yastıgın ənbər qoxusu
mənim həsrətim oxusun,
sənin hicranın var olsun,

buludlar uddu tüstümü,
yagışlar aldı üstümü,
gəlsədə əcəlim kimi,
gəlsin, o anın var olsun,

olacaqlar önə gəlsin,
gələcəklər yenə gəlsin,
yüz qanmazın dinə gəlsin,
bircə qananın var olsun
2001


AYRılıqlar tanrılıqdı

gözünnən aydın görürəm,
qəmin-göyərən yeridi,
deməsəndə mən bilirəm,
dərdin-dərdindən yeyindi

nə buludsan,nə yagırsan
nə axan selnən axırsan,
de niyə belə baxırsan,
bu uçuq sənin evindi,

sevdalar bir yara yeri,
yarı göyün,yarı yerin,
ürəyimiz ura yeri,
əllərimiz kösöv yeri,

bu nə sondu,ayrılıqdı,
ayrılıqlar tanrılıqdı,
içim şüşədi,sınıqdı
məni qarga,söy indi
2000


BİR yalquzaq təki sınan təklənən,
hövsələm,mən səni saxlayammıram,
yaşaya bilmirəm yorgun ürəknən,
bu çixiq gözlərnən aglayammıram

kimdədi dolaşıq ucu kələfin,
hardadı,tapmaga ümid yox az-maz
gedib o dünyanı görüb gələnin,
daha bu dünyada qorxusu olmur,

bu qədər təzadlar,bu qeylu qallar,
Allahın özünü başdan çıxarır,
mənim bu qılıqsız,köntöy inadım,
bir parça çörəyi daşdan çıxarır,

sən uzaq ulduzum,yovuş mənimlə
daha kimsənəyə yovuşammıram,
sən cırnıq taleyim,barış mənimlə
yox,daha səninlə barışammıram

bu sinəm bir qara arxac yeridi,
ürəyim qəfildən atlana bilər,
nə yalvara bilər kösöv əllərim,
nə sınıq dizlərim,qatlana bilər

kimdədi dolaşıq ucu kələfin,
hardadı,tapmaga ümid yox az-maz
gedib o dünyanı görüb gələnin,
daha bu dünyada qorxusu olmur,
1992




Heç kəs öz dərdini götürə bilmir
Heç kəs öz dərdini,vallah dünyada
hələ əlləriylə üzəngi basan,
hələ ayaqları sallaq dünyada

mürgülü başlarla ayılmır bəşər,
özünü aldadır,başını qatır
insan ipəkləşir yuxularında
insan yuxularda tanrıya çatır

elə ki,elə ki,qarnına yeyir
elə ki,elə ki,əyninə geyir
dönü başqalaşır,özünün olmur,
dönüb qaşqalaşır,özünün olmur

eldən çıxannarda
çıxmaz yolundan
yol tutar qolunnan yolunu azsa
dünya peygəmbərlər dünyası olar
oturub hər şair özünü yazsa

dünyanı pay kimi dartın özünə
bir bəxti kəm oglu özünü dartır
özünə bənzəyir hər kəs qəbirdə
ölülər qəbirdə özünü yatır

diriynən diridi qəbirstanlıqlar
fikir çözələyir hüzur yerləri
allah,and yeridi qəbirstanlıqlar
ən təmiz yerlərdi məzar yerləri


hərə öz dərdini götürüb gedir,
hərə öz dərdini vallah dünyada
hələ əlləriylə üzəngi basan,
hələ ayaqları sallaq dünyada
1990


Şamaxı qızları şair sevəndi
(M.Ə.Sabirin ruhuna)
Dünən bir məşədi bogaz yırtırdı,
bogaz yırtırdı ki, qəzet alamyın,
qəzetdə kitabda çoxlu yalan var,
şairə,şeirə heç inanmayın
şairdən millətə ancaq ziyan var,
çoxda ki,qızların şair sevəndi,
şamaxı,şairə allergiyan var,

bir cansız böcəyə can isindirir,
sıgınır bir çimdik ota,əncərə
dünya Şamaxıya yıgışa bilir,
Sabir Şamaxıya sıgışa bilmir,

tacirlər,karvanlar,Şamdan qayıdır,
Nəsimi soyulur,gedib Hələbdə
Şamaxı qurtarmır şair əlindən,
şairlər qurtarmır şərdən,kələkdən

bir dəli maraga gedib ölən var,
fərqi nə,qarşıda dumandı,çəndi
Vallah yuxusunda şair görən var,
Şamaxı qızları şair sevəndi.
1992


Əlli yaşıma
Hardan yol gəlirsən,hardan bilinmir,
qəbrin düşəcəyi yer bəllidimi?!
gəlib əlli yaşa çatdın birtəhər,
çatdıgın əlli də,bir əllidimi,

Tanrım,bu necə ömürdü?
yaşadım kirayə kimi,
yürüdüm cəsədim üstə
çatım bir ürəyə kimi,

ölümsə son ucu ömrün,
çoxdan keçdim bu son ucu,
bir yoldu tutub gəlirəm,
uzun,əzablı,yorucu

İti sellərnən gurlaşan,
dəli yellərnən kürləşən,
qat-qat dərdlərnən dilləşən
agrılarnan bışən canım

yuvası uçuq quşlarnan
göz üstə çatıq qaşlarnan,
itib qarışıq başlarnan,
qurdlarnan ulaşan canım,
öz-özünə yoxuş olub,
əzablardan bihuş olub,
gecələri bayquş olub,
yurdları dolaşan canım
2000



Yenə o daglar başında
lalə,nərgiz bitərmi ola?
mənim həsrətlərim ola,
ömrüm başa yetərmi ola?

şimşəkləri,gurşadları,
qılınc yerinə qurşadım,
sevdim,köhnəldim,korşaldım,
sevdalar bir xətərmi ola?
2000


DÜNYA UCUZUNA GEDIR

öMüR –BIR BAgLI SANDIQCA
QIYMəTDə QARA FINDIQCA
SAgIM,SOLUM BULANDIQCA
ICIMDə UçUNMA GEDIR

MəNIMKI SöZ SöYLəMəKDI,
SöZDəN-SöZə BəYLəNMəKDI
BU NECə NəF ELəMəKDI?
ZIYANIN ICINNəN GEDIR

KEçMIR KIMSəNIN SUçUNNAN
QALMIR öZ KöHNə KöCüNNəN
DüNYA ELE BIR UCUNNAN
TUTUB UCUZUNA GEDIR
1991


Bu nə köçhaköçdü,a Talıf oglu

Kimə çörək verib,kələk görübsən,
neçə diz qatlayıb,bilək görübsən,
hər qarış torpaga kürək veribsən,
Bu nə köçhaköçdü,a Talıf oglu?

geyib ayagına dəmir çarıgı,
çatıb bir-birinə aranı-dagı,
axirət əyyamı,ixtiyar cagı,
Bu nə köçhaköçdü,a Talıf oglu?

yaxşıdan keçirsən,pisdən keçirsən,
keçilməz yolları,hirsnən keçirsən,
Altaydan adlayıb,Qarsdan keçirsən,
Bu nə köçhaköçdü,a Talıf oglu?


nə əvvəlin bəlli,nə sonun bəlli,
sürülü yaylaqlı,naxırlı,kəlli,
zəmili,xırmanlı,sünbüllü,vəlli
Bu nə köçhaköçdü,a Talıf oglu



bir yurd Canbaxcadı,bir yurdda Şıxlı,
alnın düyünlüdü,yolun açıqmı?
zurna-balabanlı,toylu-aşıqlı
Bu nə köçhaköçdü,a Talıf oglu

comərd yaşayıbsan,mərd dolanıbsan,
elə yurd deyibsən,yurd dolanıbsan
nədi,bu dünyanı dörd dolanıbsan,
Bu nə köçhaköçdü,a Talıf oglu


gör necə bürüdü duman dagları,
yaman daglanıbdı şaman dagları
Vallah əridəcək güman dagları
Bu nə köçhaköçdü,a Talıf oglu
Bu nə köçhaköçdü,
Bu nə köçhaköç
1989




Ay Usuf dayı
(Saraclı Usuf aganın ruhuna
oxunan şer)

Ömür dognaqda ikən
doganaqdan keçmr örkən,
daha «Molleyvə» göy ürgən
burulmur,ay Usuf dayı,

haqqın çəpəri kələkdən
ələdi,keçdik ələkdən,
fələk pislik eləməkdən,
yorulmur ay Usuf dayı,

nə deyr sözün qərəzi,
əyrinin,düzün qərəzi,
qurulmur mizan-tərəzi,
qurulmur,ay Usuf dayı,

Canbaxcanın baxtı yatıb,
baxtsız yatıb,baxttı yatıb,
sosorulmur nə vaxtdı yatıb,
sorulmur,ay Usuf dayı

yol itib arannan daga,
daglar qalıb baxa-baxa
ag sürülər göy yaylaga
sürülmür ay Usuf dayı,

Qəflə karvanlar boşalıb,
iti qılınclar korşalıb,
gərilən simdi Borçalı,
qırılmır,ay Usuf dayı,

gedər-gəlməzdimi yollar?
qurdnan qalıb yurdlar ular,
elə bulanıb ki,sular,
durulmur,ay Usuf dayı

xəyalım didərgin quşdu,
başımda huşum dolaşdı,
Saraclısız da Saraclı,
olurmu,ay Usuf dayı,?!

Molleyvə-
(Ermənistanda Molla Eyyublu
kəndi)
1990

Allah vergisi
(Sona bülbüllər,Qıdirin səsi)

Oy,məni bu səsin qargışı tutub,
dikələ bilmirəm,belim əyildi
yoxsa ki,bir qızın qargışı tutub,
işim düz gətirmir iyirmi ildi,

bülbül fəryadımı,şir qəzəbimi,
can qurtara bilmir qəfəsdən Allah!
de,durub çırpımmı özümü yerə,
asımmı özümü bu səsdən Allah?!

kim qıyar canına,günah götürüb,
kim qıyar canına öz xoşluguyla,
bir yaşıl budaga pənah gətirib,
dərdini oxuyur quş quşluguyla,

yara işləyirsə,dərd hoylanıbsa,
səsin nə günahı,allah bəndəsi?
mənim dərdlərimlə bir boydadısa,
bir buxundadısa,elə bilirsən,
Allah vergisidi Qədirin səsi,

nə deyim,nə deyim,nə deyim indi
bir verib,beş qırtıb,beş aparanlar,
mənim gözlərimi yaş aparanda,
nə çoxdu oxuyub baş aparanlar,

agız dinazından,söz dinazından,
sən özün hifz elə mərdləri,tanrım!
bir yurd daşı üstə tənha,kimsəsiz,
oturub aglayan bir kor qocanın
Allah vergisidi dərdləri,tanrım

1989



Bir kəndin üstünə payız enirdi,

Yarpaqlar yaralı əsgərlər kimi,
səngərə yatırdı,yerə sinirdi,
ixtiyar dagları,qübar alırdı
Bir kəndin üstünə payız enirdi,

bəlkə də qızılı rəngdən qızınıb,
qəlbimdə qəriblik gümüldənirdi,
sevincdən yazınıb,qəmnən yazınıb,
Bir kəndin üstünə payız enirdi,

şır-şır bulaqların gözü yol çəkər,
bir də ki,borclunu,borclu sag istər,
ürəyim bu payız bir vaqon təki,
ötən qatarlara qoşulmaq istər,

keçirdi gözlərim önündən bu an,
neçə burulganlar,neçə axınlar,
yadıma düşürdü yaxın uzaqlar,
yadımdan çıxmırdı,uzaq yaxınlar

…Toruna düşmüşdü söyüd küləyin,
asıla qalmışdı gur saçlarından,
bir kəndin üstünə payız enirdi,
yapışa-yapışa agaclarından
1974

Bakının yazı

Bakının bahara çıxan cagıydı,
qızların yndırıb yaxan çagıydı,
sevgimin kükrəyib agan çagıydı,
məni dəli etdi Bakının yazı,

dünyada hamının birdi umudu,
qış öz gözlərini yaza yumurdu,
qızlar söz umurdu,sevgi umurdu
məni silkələdi,Bakının yazı,

qəlbimdə bir ilıq yaz havasıydı,
söyüd tumurcugu çırtdayasıydı,
ürəyim sevincdən partdayasıydı,
məni xumarlandırdı Bakının yazı,

Ünvan Üzeyirbəy küçəsi idi,
enişdən-yoxuşdan keçəsi idim,
mən də milyonlardan bircəsi idim,
get,hec qorxma,- dedi Bakının yazı….
1975

Ürək bilər
(saz üstündə)
Baglayıb açanı sənsən,
kilidi,açarı sənsən,
bilmirəm haçandı sənsən,
bu həyatın başbiləni,

yüz biləni çaşdırıbdı,
söz biləni çaşdırıbdı,
düz biləni çaşdırıbdı,
bir xəlvətin çaş biləni,

meh titrədər,yarpaq bilməz,
ildırımı hər dag bilməz,
səma duymaz,torpaq bilməz,
bu yollarda daş biləni,

kimi tapar,kimi dilər,
kimi sızlar,kimi gülər,
bilsə təkcə ürək bilər,
gözdə bilməz,yaş biləni
1980



Niyə belə tozlu oldu bu yollar
(saz üstündə)
Ömür-gündü,gündən-günə azalan,
xatirələr çözəyində çözələn,
anam,sən də öz-özünə ozalan
Niyə belə tozlu oldu bu yollar?

dərdlərimi özüm çəkdim içimə,
bənzəmək də istəmədim heç kimə
ömrüm-günüm,sərt taledən incimə,
demə: Niyə belə tozlu oldu bu yollar?

belə gediş,gülünc gələr çoxuna,
boş söz söhbət ürəyimə toxunar,
baxışından çox gileylər oxunar:
Niyə belə tozlu oldu bu yollar?
1981




(saz üstündə)
Kövrəkdimi,ya sərtdimi,bilmirəm
incikdimi,ya pərtdimi bilmirəm,
bir arzumu cücərtdimi bilmirəm,
yüz arzumu heç eləyən dünyadı,

at işləməz agır yollar yorandı,
işıgı gur,boranıda borandı,
birdə gördün mərd qolunu burandı,
haqlı-haqsız güc eləyən dünyadı,

agbirçəyin,birçəyindən çəkinməz,
cavanından,göyçəyindən çəkinməz,
təzə açan çiçəyindən çəkinməz,
vaxtlı-vaxtsız köç eləyən dünyadı
1988


Mən belə olmazdım..
(saz üstündə)
Səni məndən elədilər,
qəlbimə qor ələdilər
hisslərimi taladılar,
yoxsa mən belə olmazdım,

o alqışlar,bu qargışlar,
taleyimə,nə bagışlar?
quraqlıqda gur yagışlar,
yagsa,mən belə olmazdım

deyilməsə söz vaxtında
agrısına döz vaxtında
ildırımlar öz vaxtında,
çaxsa,mən belə olmazdım
1980


Daglar
(saz üstündə)
Şimşəyinin çaxışına,
buludunun yagışına,
sellərinin axışına,
könlüm darılmaz,darılmaz

odun mənim din-imanım,
hər daşına qaynar qanım,
yüz illər keçsə peymanım,
əhdim qırılmaz-qırılmaz,

o gözəlin,yaraşıgı,
mat eləyib hər aşıgı…
ilk sevgimin gur işigı,
burda qaralmaz-qaralmaz.
1981



Qarışdım suyuna büllur bulagın,
durulub axmagı öyrətdi mənə,
çinar,ucalardan uca durmagı,
göylərə baxmagı öyrətdi mənə

yolçusu oldugum çox səfərlərin,
şeh damıb gözündən al səhərlərin,
daglar,qoca daglar gur şəhərlərin,
yoluna çıxmagı öyrətdi mənə

palıdın meşədə duydum yaşını:
sevdim çadar-çadar qaya daşını,
vətən bu torpagın hər qarışıgını,
sinəmə sıxmagı öyrətdin mənə
1980



VƏTƏN SİLSİLƏSİNDƏN
(saz üstündə)
Boyat-boyat hicranınla,
qarıdasan,Vətən məni,
bir gün Araz qurumasa,
qurudasan,Vətən məni

kotanınam,hodagınam,
hər dərdinə ortagınam
görsən quru budagınam,
arıdasan,Vətən məni,

bagında gülşən olmaga,
dagında yovşan olmaga,
çölündə kövşən olmaga,
yaradasan,Vətən məni
1985




Didik-didik torpagınam,
külək deşmiş papagınam,
güllə deşmiş bayragınam,
vətən,vətən,vətən,sənin

hər parçan bir bayraq boyda,
Aran hayda,yaylaq hoyda,
dogransam da qulaq boyda,
ötəninəm,vətən sənin,

nə gördün yad gəlmələrdə,
köntöy,pəltək kəlmələrdə,
dolu gedən,gəmilərdə
itəninəm,vətən sənin
1986


(saz üstündə)
Ürək sınan şüşəmi oldu?
yerim oldu,guşəm oldu
yol gözləmək peşəm oldu
qəfil gələnim olmadı

uzagımdan soy hayladım
söz söylədim,boy boyladım,
sevincimi pay-payladım,
dərdi bölənim olmadı

təkləndimmi tək qurd kimi,
tüstüm keçdi bulud kimi,
unuduldum bu yurd kimi,
görüb bilənim olmadı,

duruldummu,kövrək olub,
coşdummu heç külək olub,
dik başına çiçək olub
vətən,ələnim olmadı
1986

Qışı,yazı yollar yoran,
durnalardan xəbər alan,
arasında sərhəd duran,
ulusum, elim qarışıq

göyümdən baxan ulduzum,
salxım-salxım,düzüm-düzüm,
daglarında qarım,buzum
dərəmdə selim qarışıq

Heydərbabam,Savalanım,
gəlim başına dolanım,
bir qıy çəkim havalanım,
öləndə ölüm qarışıq
1983


İçim dərdimnən gözənib,
gözümdə tufan gizlənib,
ulusum,yurdum düzdənib
deyirsən ki,arxayınam

nə yorub bezdirəsidi,
nə də ki,göz görəsidi,
nə dərviş gəzdirəsidi,
bir daşlaşmış barxanayam,

qurtarmaz gümanım mənim,
əl çəkməz yamanım mənim,
aman ver,amanım mənim
agır yollar yorgunuyam
1988
Cəlili üstündə

Yuxularda yurd
(saz üstündə)
Gedəmmirəm,gələmmirəm,ay Allah,
nə ugrunda öləmmirəm ay Allah,
gennənsədə görəmmirəm ay Allah,
mən nə qədər yuxularda yurd görüm

heç bilmirəm azmı çoxmu günahın ,
yoxsa paksan,yoxsa yoxmu günahın,
olacaqlar olacaqmı günahın?
qoca dünya,günahını ört görüm

ayılmıram bu nə agır yuxudu,
bu qargışı ömrümə kim oxudu?
bu fələyin atdıgı yay oxudu,
qaldır görüm,tuşla görüm,dart görüm,

dərviş ruhlar yalquzaq tək ulayar,
yollar məni öz başına dolayar,
daglar gennən dinazını yollayar,
inanmıram,bunnan agır dərd görüm
1980






Dərd dərdə bənzəməz
(saz üstündə)
Dar ürəyə sıgınmaram,
şen yurd qoyub darda,bala
əl uzatma sarı simə
aglayırsa pərdə,bala

bir itgin gümanım yanıb,
yanıb,din-imanım yanıb
neçə arzumanım yanıb,
axşamda səhərdə bala

nə deyim aslan çaşanda,
duru çaylar bulaşanda
namərdin börkü başında
olan oldu mərdə bala,

çiynimdə bir yurd tükü var,
nə mizan var,nə çəki var,
bu dərdin dərin kökü var,
dərd bənzəməz dərdə bala
1989


bizi yurd saxlayar
(saz üstündə)
Kimsə nagdı bəyənmirsə,
sözü söznən deyəmmirsə
söyməlini sğyəmmirsən
çaglaya,çaglaya könlüm

köşə çəkib uzatdılar,
şişə çəkib közərtdilər,
dişə çəkib qocaltdılar,
yoxlaya,yoxlaya, könlüm

cana doyub yetərsənmi,
əl yelləyib gedərsənmi
de bərkiyib bitərsənmi,
laxlaya-laxlaya könlüm,

asanca sənnən keçərlər,
əzabından gen keçərlər,
bir gün üstündən keçərlər
aglaya-aglaya könlüm

bir gün bədxahın haqlasa,
daş üstə daşın qalmasa,
sənnən bir nişan saxalasa
yenə yurd saxlayar,könlüm
bizi yurd saxlayar könlüm
1988



(saz üstündə)
Qolum ocaq kösüyüdü,
yanıq əlimi neyləyim,
torpagım daşım daşınıb,
qırıb,belimi neyləyim

darda bir küsülüm qalıb,
ürəyim bükülü qalıb
odum keçib,külüm qalıb,
soyuq külümü neyləyim

gözümün biri gülməmiş,
gözümün bir aglayır,
qəribin göyü hönkürər,
qəribin yeri aglayar,
qərib elimi neyləyim
1989




ƏMƏKDAŞLARIMIZIN YARADICILIĞI
folklor
May 22, 2008 23:37
Baxış sayı: 74

Şərhlər(2)


1
Rasim yazıb:

Gozel şerdir
Tahir Taliblinin serleri oxudum internetde yayimlanmasina cox sevindim
azerbaycan radiosunun bu blogu ise lap ureyimce oldu
TAHİR BEY SİZE UGURLAR DİLEYİYLE DAİMİ OXUCUNUZ
RASİM

May 23, 2008 1:26
2
Gulnar yazıb:

Tahir Taliblinin serleri cox maraqlidir.Semimi soyleyirem cox gozeldir.

Avqust 12, 2008 11:38

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com