Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 37
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 264
  • Ümumi hit: 15607

Müxtəlif

Yunis İmrə sufi şairdir, yoxsa aşiq?.

Müəllif: Ramazan Qafarlı

Bütün məs‘uliyyəti ilə demək olar ki, sayanın aşıqla birbaşa heç bir əlaqəsi yoxdur. M.Allahmanov öz ustadının səhv fikirlərinə bəraət qazandırmaqdan ötrü dəridən-qabıqdan çıxıraq yazır: «Bu araşdırmaların bir ucunda prof. M.Həkimovun daha inandırıcı və fikrimizcə, daha uğurlu qənaətləri dayanır. Bu da müəllifin sayanı qədim azərbaycanlıların təfəkküründə allah, peyğəmbər, çobanlar ilahəsi (?), məclislər aparan sənətkar aşıq olması(?) qənaətində durmasıdır və bizim fikrimizə müqabil duran da budur» (səh. 37, Ozan, Aşıq və Aşiq). Özümüzü oda-közə vurmasaq da saya nəğmələrinin funksiyası bəllidir. İlkin əmək peşələrindən biri - çobanlıqla bağlı yaranan poetik sənət nümunələridir. Və sayanı müasir aşıqla eyniləşdirənlər aşıq sənətinin spesifikliyini bilmədiklərini nümayiş etdirirlər.
Azərbaycan xalqı aşığadək təkcə çobanlıqla deyil, maldarlıq, ovçuluq, ipəkçilik və başqa peşələrlə də əlaqədar nəğmələr düzüb-qoşmuşdur. Həmin əmək nəğmələrinin aşıq sənəti ilə əlaqəsi nə dərəcədədirsə, sayaçı sözlərinin də rolu o qədərdir. Nə az, nə çox. Elə isə aşığın sələflərindən danışanda niyə təkcə sayaçılardan yapışır, holavarları yaradıb oxuyan maldarı, mahnısı ilə «quş quşlamaqdan» dəm vuran ovçunu, baramanı, ipək qurdunu vəsf edən ipəkçini «aşıqlıq» saymırlar? Axı aşığı meydanı gətirən tarixi şəraitdə çobanlıqla birbaşa əlaqə görünmür və bir sənət kimi onu şərtləndirən amillərin mayasında sayalar durmur. Onları bir-birinə yaxınlaşdıran hər ikisinin mahnı kimi ifa olunması və musiqi ilə müşaiyyətidir. Elədirsə onda layla və oxşamaları da aşıqlıq saymalayıq. Aşıq sənətini tədqiq edən tədqiqatçıların əksəriyyəti çox hallarda «mahnı folkloru» ilə spesifik xüsusiyyətlərə məxsus xalq sənətkarlarını qarışdırırlar. Bütün sənətlər və yaradıcılıq hadisələrinin bir-birinin üzərində qurulması təbiidir və ən‘ərnəviliklə bağlıdır. Ümumiyyətlə, folklorun ayrı-ayrı qolları və janrları arasında əlaqə çoxkeçidlidir. Çox zaman qarşılıqlıdır. Lakin meydana gəldiyi zaman ardıcııllığında obyektiv və subyektiv səbəblər üzündən bə‘zən biri digərini tamamlayır, lakin çox hallarda isə biri o birini əvəz edir. Yeni yaranan əvvçlkinin təkrarı olmur. Zahiri oxşarlıqlara görə yaradıcılıq sənətlərini bir-birinin içərisində əritmək səhv qənaətdir. Azərbaycan folklorunu tarixilik nöqteyi-nəzərindən xronoloji ardıcıllıqla öyrənilməsini

Müəllifin M.Həkimovun topladığı nümunələri misal gətirməsi isə saxtakarlığın başqa formasıdır. Çünki özü də yaxşı bilir ki, həmin şe‘rlərin xalqa məxsusluğu şübhəlidir. Nəhayət, saz musiqi alətinin qədimliyini göstərən fakt kimi Nizaminin «İskəndərnamə» əsərinə üz tutması ilə tutuquşu kimi ustadlarını (M.Həkimov, P.Əfəndiyev və T.Xalisbəyli) yamsılamayaq elmə «yenilik» gətirir. Bu, gülünc olduğu qədər primitiv və əsassız mülahizədir. Bu boş cəfəngiyata birdəfəlik son qoymaq lazımdır. Hər şeydən qabaq onu anlamaq lazımdır ki, «saz» fars sözüdür və qədim dövrlərdə simli musiqi alətinə verilən addır. İkincisi, unudulmamalıdır ki, Əflatun yunandır, hələ ki, onun azərbaycanlıların ulu babaları olması barədə fərziyə mrəli sürülməyib. Üçüncüsü, ozan və aşıq sənətləorinə məxsus musiqi alətlərinin – qopuzun və sazın üstünə dəri çəkmirlər. Şair əsərində açıq-aydın tara oxşar musiqi alətinin yaranmasından bəhs açır:

«(Səmadan gələn) o səsin nisbətini rudda tapdığı üçün

Saz düzəldən o pərdələri quru bağırsaqdan bağladı.
Musiqi yaratmaq üçün boş kudunun üstünə
Dəri çəkdi və bağırsaqla bağladı.
Ahu dərisinə müşk çəkdikdən sonra
Quru ruddan təravətli musiqi səsi çıxartdı*.

*Nizami. İsgəndərnamə. (Filoji tərcümə).- Bakı,1 983, s. 482.

Nizami əslində yunan alimi Əflatunun (Platonun) ruda oxşar ilk simli musiqi alətini düzəltməsindən söhbət açır və «saz» sözünü çalğı aləti mə‘nasında işlədir. Tərcümə mətnindən fərqli olaraq orijinalda həmin alətin «rud» kimi yazılması poemanın rusca çevrilmiş aşağıdakı parçasından da açıq – aylın görünür.

«Rud on sozdal iz tıkvı s qazelevoy kojey»*.

*Nizami. İskender-name. Baku, 1983, s. 66

Həqiqəti ortaya qoymaq əvəzinə, görün M.Allahmanov necə boşboğazlıq danışır: «N.Gəncəvinin «İsgəndərnamə» poemasında Əflatunun musiqi aləti düzəltməsi səhnəsi sazın çox qədim çağlarla bağlılığını və o dövrdə saz haqqında bütöv təsəvvürlərin olduğunu (?), əfsanələşmə istiqamətində özünə yer tapdığını (? - əgər saz əvvəldən mövcud idisə, niyə əfsanələşmə istiqamətində özünə yer tapırdı?) –R.Q.) da göstərir. Əgər Nizami dövründə belə bir əfsanə mövcud idisə və bu şairin poemalarında (axı təkcə bir poemasındadır) özünə yer tapırdısa deməli onun kökü daha qədimlərlə bağlıdı» Son cümlənin əvvəlində yazır ki, əfsanələşmə istiqamətində özünə yenicə yer tapır, axırında isə isə qədimliyindən dəm vurur, eləcə də faktiki olaraq şairin əsərində yerləşən motivə şübhə ilə yanaşaraq «mövcud idisə», «şairin poemalarında özünə yer tapırdısa» kimi dolaşıq fikirlər irəli sürür. (səh.42)

Müəllif yazır: «Aşıq adı ilə tapınmadan sonrakı dövr tarix e‘tibarilə az olan zaman müddəti deyil, aşıq yaradıcılığı da bu müddət içərisində müxtəlif istiqamətli, ziqzaqlı bir inkişaf yolu keçmişdir... Bu böyük zaman mərhələsi (aşığın inkişaf zamanı nəzərdə tutulur) hələ mə‘lum olanı XII əsrlə XX əsrin son astanasında mövcud olan aşıq yaradıcılığını əhatə edir»* Maraqlıdır o, sənətinin tarixini dəlilsiz, sübutsuz bir neçə yüz il əvvəllə atmaqla elmə yenilik gətirdiyinimi zənn edir? Əvvəlki kitabında Əhməd Yasəvini və Molla Qasımı aşıq saymadığını, ancaq yenə də əsassız olaraq ikincinin bu sənətə bələdliyini irəli sürmüşdü. Burada isə, XII və XIII yüzillikdə aşıq tapmadığı görüb, fikrini dəyişir və hər ikisini aşıq kimi təqdim edir: «Ümumi xətt isə Əhməd Yasəvidən (XII), Molla Qasımdan (XIII) ta İncəli Sadığa (XX) qədər bütöv bir dövrü, yə‘ni XII əsrlə XXI əsrinqovuşacağı arasında dayanan bir zamanı əhatə edir»**. Yaxud özündən əvvəlki tədqiqatçıların (P.Əfəndiyev, M.Həkimov və b.) səhvlərini eynilə təkrarlamaqla görəsən nəyə isə nail olurmu? Kitabda oxuyuruq: «XII əsrdə yaşamış Əhməd Yasəvinin aşıq adını işlətməsi (?) də bu adla tapınmanın (?) ilkin mövcud olanıdı.

On səkkiz bin aləmdə,
Heyran bulğan aşiqlər.
Tapmaq mə‘şuq soraği
Sərsəm bulğan aşiqlər»***

*Ozan, Aşiq və Aşıq, - Bakı, 1997, s.72
** Yenə orada, s. 73
*** Yenə orada, s.75

Şe‘rdə sənətkar aşıqlardan deyil, eşqə tutulanlardan bəhs açılır. Bu nümunəyə və Nizaminin «İsgəndərnamə» əsərində yunan Platonun (Əflatunun) guya saz düzəldib Azərbaycan aşıqlarına babalıq etməsi faktına görə sənətin mövcudluğunu XII yüzildən başlamaq nə qədər gülünc görünür.

M.Allahmanov bir məsələdə M.Qasımlıya e‘tiraz edir: «Təkcə onu deyək ki, M.P.Vaqif hadisəsindən sonra demək olar bütün sənətkarlar, hətta ömrü boyu klassik üslubda yazanlar da xalq şe‘ri tərzində bədii nümunələr yaratmağa başladı, daha doğrusu e‘tirafa gəldilər. Məktəb bu idi, hadisə də bu idi». İki cümlədə müəllif ədəbiyyat tariximizi orta məktəb səviyyəsində belə bilmədiyini nümayiş etdirir. Birincisi, «M.P.Vaqif hadisəsindən» çox-çox əvvəllər də Xətai, Məhəmməd Əmani kimi sənətkarlarımız xalq şe‘ri tərzində bədii əsərlər yazmışdılar. İkincisi, «ömrü böyu klassik üslubda yazanlardan kimləri göstərə bilər ki, e‘tirafa gəlib Vaqif hadisəsindən sonra xalq şe‘ri tərzində bədii nümunələr yaratmış olsun? M.V.Vidadini nəzərdə tutursa, o, M.P.Vaqifdən əvvəl həm xalq şe‘ri tərzində, həm də klassik üslubda əsərlər yazmışıdıir. Bu ən‘ənə Vaqifdən deyil, ondan çox-çox əvvəllərdən gəlirdi. Üçüncüsü, Vaqif ədəbi məktəbi tamam başqa məsələyə, daha doğrusu, birbaşa M.Allahmanov tədqiq etdiyi sahəyə – aşıq sənətinə, saza bağlılığına görə səciyyələnirdi.

Onun «aşıq mühiti» termini də yerində işlənməmişdir. Ümumiyyətlə, ədəbi proses, ədəbi məktəb terminləri ilə yanaşı Azərbaycan ədəbiyyatşünaslığında «ədəbi mühit» terminin də işlədirlər. «Mühit» söz hərfi mə‘nada anlamı coğrafi anlamda başa düşülür. Onun məcazi mə‘nandan bəhs edəndə iki cəhətə diqqət yetirmək lazımdır: birinci, insanın yaşadığı ictimai məişət şəraitini bildirməsini, məsələn, Nizaminin dövrü və mühiti; ikinci, ictimai şərait ümumiliyi ilə bağlı olan adamlar kimi başa düşülməsi, prof. A.Hacıyevin bəhs açdığı «Tiflis ədəbi mühiti», yə‘ni tarixin müəyyən dövründə eyni şəraitlə əlaqədar yaradıcı insanların Tiflisdə birləşməsi. Bəs aşıq mühitləri termini yerinə düşürmü. Əgər Göyçədə eyni məişət şəraiti ümiliyində Aşıq Ələsgərlə bağlı aşıqları nəzərdə tutsaq «Göyçə aşıq mühitini» qəbul etmək olar. Lakin Aşıq ələsgər aşıq sənətində yeni məktəb yaratmışdı. «Aşıq Ələsgər məktəbi» istilahından imtina edib, onu «mühitlə» əvəzləməklə bu nəhəng el sənətkarının ədəbi fəaliyyət dairəsini kiçiltmiş oluruq. Eləcə də «mühit» sözündə konkretlik var, yə‘ni müəyyən qısa tarixi dövrlə əlaqəlilik mövcuddur. M.Allahmanovun təklif etdiyi onlarla aşıq mühitlərində hər bir regiona aid aşıqların bütöv tarixi nəzərdən keçirilir. Eləcə də kiçik bölgələr daha böyük regionda Şərq, Qərb, Cənub, Şimal ist iqamətğlərində ümumiləşdirilir. «Tiflis ədəbi mühiti» deyəndə, eyni məkan və zaman çərçivəsində yaranan ədəbiyyat və incəsənət nəzərdə tutulur. Lakin aşıq sənəti oturaq deyil, səyyardır. Göyçədə boya başa-çatan Aşıq Ələsgər və şəkili Molla Cümə, demək olar ki, yurdumuzun əksər yaşayış məskənlərində məclislər aparmışlar.



Asiq yaradiciligi
folklor
May 19, 2008 22:07
Baxış sayı: 71

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com