Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 42
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 238
  • Ümumi hit: 15581

Müxtəlif

Xalq mahnilari

Xalq mahnıları (mətn)
Müəllif: Toplayanı R.Qafarlı

1

Üca dağlar başında
Topa-topa qar idim,
Qar olsam da, var idim,
Uca dağlar başında.
Gün dəydikcə əridim,
Su olsam da, ər idim.
Yad yanında xar oldum.
Sel kimi axar oldum,
Dostun, yarın mən idim,
Uzaqdan baxar oldum.
Qaradır qaşların,
Kirpiyindir almaz.
İstəkli istədiyin
Belə dərdə salmaz.
Gedər bu gözəllik, ay aman,
Sənə də qalmaz.
Dəryada balığam mən.
Yatsam da ayığam mən.
Yadın qolu boynunda,
Görürəm, sayığam mən.

Dağlarda maralsan,
Düzlərdə ceyran.
Ala gözlərinə
Olmuşam heyran.
Şəkinin ətrafı dağlardı,
Mənə güc gəlmələri qabaqlardı.
Küllü aləm yığıla,
Vermərəm səni.
Dünyalar dağıla
Vermərəm səni.

2

Mən gələndə yaz idi,
Çəmən dolu qaz idi.
İstədim məktub yazam,
Mürəkkəbim az idi.

Alma-almaya bənzər,
Alma sizdə nə gəzər?
Bu diyarın qızları
Dəli ceyrana bənzər.

Köynəyi yaşıl oğlan,
Geyin, yaraşır, oğlan.
Gəlmə bizim məhləyə,
Anam savaşır, oğlan.

Dağlarda əkin olmaz,
Əkməsən, əkin olmaz.
Qəlb qapımı açmışam,
Sən kimi sakin olmaz.

Sözüm yara yetirdim,
Bağda ağac bitirdim.
Kölgəsində yatmışdıq,
Nədən yarı itirdim?

3

Ağacda həsir,
Ürəyim əsir,
Oğlan evlənir,
Qız da tələsir.

Bağçadan gələn nə səsdi,
Bülbüləm, yerim qəfəsdi.
Oynadıq, güldük bəsdi.

Qələdən-qələyə nar yemək olmaz
Bu gələn sonaya söz demək olmaz.
Əyləndin, əyləndin, günün keçirdin.
Dağlardan, daşlardan ünün keçirdin.

Bağçadan girən səs eyləməz,
Başqa gülə həvəs eyləməz.
Oynadığımız sənə bəs eyləməz.

4

Şəkidən gəlirəm, yüküm ərikdir,
Şəkinin yolları dəlik-dəlikdir,
Bir oğlan sevmişəm adı Məlikdir.

Qış gəlir, havalar yaman sıcaqdır,
Yolda at oynadan quldur-qaçaqdır,
Bir oğlan görmüşəm yaman qoçaqdır.

Evləri var şəhərdə,
Yük üstə yaşıl pərdə.
Oğlanın ala gözü
Məni salıbdı dərdə

5

Evdən düşən işıqdı,
Süfrə dolu qaşıqdı.
Bizim oğlan neyləsin,
Sizin qıza aşiqdi.

Evləri köndələn yar,
Bizə gül göndərən yar.
Gülün yarpıza dönsün,
Küsən, üz döndərən yar.

Evləri səkil oğlan,
Qırmızı kəkil oğlan.
İndi anam gələcək,
Dur, burdan əkil, oğlan.

Bu gələn yar özüdür,
Gözü ceyran gözüdür.
Bir baxdım, tanımadım,
Bir baxdım, yar özüdür.

Suya gedən ikidi,
Tükü ceyran tüküdü.
Allah, məni su elə,
Su yarımın yüküdü.

At oynar, tökər nalı,
Örtmüşəm Şəki şalı.
Dağların ağ daşıyam,
Üç igidin qardaşı.

Azreyil gəlir yan-yana
Çəngəli çalır, cana
Ay ana, cismim batır qızıl qana
Aman, tanrı, səndən çarə
Canım, tanrı, səndən çarə.
Çay qırağında xırda-xırda gəmiçilər.
Yağış-yağar, külək vurar
dörd bir qırağa nəm çilər.
Şabalıda, Şahbulağa
gedib-gələn elçilər,
O qəribə de gəlsin.

Həmdəmin məhləsində cərgə-cərgə söyüdlər,
Həmdənin anası verdi qızını öyüdlər
Ay ana, Həmdən gedən 15 ilidlər.

Nədən oldu hamı gəldi,
Həmdəmim gəlmədi?
Həmdəmi çəkdilər quyu başına,
Qanrıldı-baxdı tay- tuşuna
Gözü doldu qanlı yaş ilə
Ay ana, nə oldu hamı gəldi
Həmdəmim gəlmədi.

Xocaların-xocası,
Başında var qızıldan sadağası
Bu amanatı aparsan,
Elə billəm o yavanı yaparsan.
Nə Ələfdə, nə Misirdə taparsan.

Ələfdə verdilər çeşməni bizə
Günorta namazı qarışınam düzə
İlkindi namazı, bəylər Tiflisinə.
Axşam namazı gəldim çıxdım evimizə
Ərzurumun dağlarını aşdım da gəldim,
Düllü-düllü yraqlarım deşdim də gəldim,
Mölam qənəd verdi,
quş kimi uçdum da gəldim.

Gecə keçdi qərəldən
Səni seçməmişəm, bir ağ üzlü maraldan
Sən deyilsənmi, a dərdin alım
Məni öldürməyib saraldan.

Dilimdə layla qaldı,
Çalmadım, vayla qaldı.
Ürəyimdə dərdlərim
Ox olub yayla qaldı.

Qızı qoydum beşiyə,
Qıçı çıxdı eşigə.
Kişim aldığı əti
Verdim qara pişiyə.

Qızım sular sonası,
Hamı baxıb yanası.
Qızıma elçi gəlib
Yeddi oğul anası.

Mənim balam, az ağla,
Payız ağla, yaz ağla.
Al qələmi əlinə,
Dərdim deyim, yaz, ağla.

Susuz yerdə bağ olmaz,
Qara salxım ağ olmaz.
Balası tək olanın
Ürəyində yağ olmaz.

DEYİŞMƏ

Oğlan:

Süfrəni salacaqdın, ay qız,
Məni qoynuna alacaqdın, ay qız.
Deyirdin, gecə gəlsəm, ay qız,
Yanımda qalacaqdın, ay qız.

Qız:

Gir bağımnan, oğlan, bağımnan,
Şamamanı dər tağımdan.
Can gülüm, can-can.
Bir öpüş al yanağımdan.

Oğlan:

Can gülüm, can, can! Can gülüm.
Can, gülüm, cüt dayan, gülüm.
Özün şəkili, əslin xan qızı,
Yerin çiçəyi, göyün ulduzu.

Qız:

Çardaxta oturmaram,
Yaman söz götürmərəm.
İlan vursa, dağ uçsa,
Sənnən əl götürmərəm.

Oğlan:

Dağlarda qaldım yalqız,
Qolun boynuma sal, qız.
Hamı cüt-cüt yyatallar,
Mən necə yatım yalqız?

Qız:

Arxalığın iki qat,
Birin saxla, birin sat.
Əyər mənim yarımsan,
Gecə gəl qoynumda yat.

Oğlan:

Bulağın başı mənəm,
İçində daşı mənəm.
A suya gələn tər qızlar,
Gecə yoldaşı mənəm

Qız:

Oturubsan daş üstə, oğlan,
Qoşa xalım qaş üstə, oğlan,
Sən havaxt göz eylədin, oğlan,
Mən demədim, «baş üstə», oğlan.



Mahni ve usaq folkloru
folklor
May 19, 2008 22:52
Baxış sayı: 77

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com