Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 42
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 239
  • Ümumi hit: 15582

Müxtəlif

Təriqətlər

Müəllif: Ramazan Qafarlı

Dünyanın əsas dinlərindən biri olan islam eramızın VII əsrində yaranaraq yayılmağa başlamışdır. Çoxallahlı dini e'tiqadlardan fərqli olaraq, islam daha mütəşəkkil din sistemi idi və ilk dəfə Məkkədə Məhəmməd peyğəmbər tərəfindən meydana atılmışdır. Müsəlmanlıq Məhəmməd peyğəmbərin sağlığında Şərqdə yüksək nüfuz qazanaraq, geniş bir ərazinin adamlarını öz tə'siri altına almışdır. Məhəmməd peyğəmbərin vəfatından sonra isə islam dinində bə'zi adət, ayin və qaydaların yeniləşdirilməsinə, təkmilləşdirilməsinə aid fikirlər meydana gəldi. Və həmin fikirlər genişlənərək, bütöv dinin parçalanmasına və təriqət hərəkatının yayılmasına səbəb oldu.

Tədqiqatçılar bu parçalanmaların bir neçə səbəbini göstərsələr də, əsas səbəb ictimai münasibətlərin kəskinləşməsi idi. Belə ki, Məhəmməd peyğəmbərdən sonra hələ xəlifə Osmanın zamanında iki nəsil arasında kəskinləşən mübarizə xəlifə Əlinin hakimiyyəti dövründə daha da güclənərək siyasi xarakter alır və sonralar müsəlman aləmində mühüm yer tutan təriqət hərəkatının genişlənməsi ilə nəticələnir.

Şərqşünas Anri Masse islam dininin parçalanmasına əsasən üç məsələnin səbəb olduğunu göstərir:

«1) peyğəmbərliyə meyl göstərilməsi;
2) ali hakimiyyətin mahiyyəti barəsində meydana çıxan ixtilaflar;
3) Allah haqqında təsəvvürlə əlaqədar olan ixtilaflar»*.

*Anri Masse. «İslam», Bakı - 1992, s. 154.

İslam dinində IX əsrdə yaranan və sonrakı yüzilliklərdə daha çox nüfuz qazanan təriqət hərəkatı tarixən sufizm adı ilə daxil olmuşdur. Sufizm, demək olar ki, orta əsr müsəlman xalqlarının dünyagörüşündə aparıcı istiqamət idi.

Sufizm haqqında qısaca mə'lumat verməzdən qabaq mənbələrdən «Təriqət» sözünün mə'nası ilə bağlı mə'lumatları nəzərdən keçirək. Əsasən, iki mə'nada işlənən «təriqət» sözünün bir mə'nası – gedilən yoldur. Sufi dünyagörüşündə bu yol dini-mə'nəvi kamilləşmə yolu kimi nəzərdə tutulur ki, həmin yol insanları dərkə; Allaha yaxınlaşmağa doğru aparır. Təriqət yolunda olanlar bir neçə müsbət keyfiyyət qazanmaqla və qəbul olunmuş fəaliyyəti icra etməklə adi dindarlıqdan «əsl həqiqətə» doğru gedir ki, bu həqiqətə ancaq seçmə insanlar – sufilər nail ola bilərlər. Bu xüsusiyyətlər – tövbə etmə, dözümlülük, səmimilik, iztirab çəkmək, Allaha minnətdarlıq, yoxsulluq, Allahın birliyinə sığınıb onu qəlbən sevməkdir. Qeyd edək ki, mənbələrdə «təriqət» ifadəsinin Qur'andan götürüldüyü əsaslandırılır.

Sözün ikinci mə'nası, sufi qardaşlığı kimi şərh olunur. İlk belə qardaşlıq XII əsrdə Əbdül Qadir əl-Gilaninin başçılığı ilə yaranan Qadiriyyə təriqəti idi. Elə həmin dövrdən də sufi qardaşlıqlarının yayılması müsəlman ölkələrində geniş vüs'ət almışdır.

Təriqətlər böyük dini birliklər və kiçik cəmiyyətlər şəklində fəaliyyət göstərirdi. Hər bir təriqətə mürşid (şeyx, pir) başçılıq edirdi. Təriət üzvlüyünə qəbul olunan hər bir şəxs öz mürşidini müqəddəs hesab edərək, təriqətin mərasim və qaydalarına ciddi şəkildə əməl edirdi. Mürşid öz müridləri arasında yüksək nüfuza malik idi. Hər bir təriqətin özünəməxsus şəkildə mərasimləri olurdu və həmin mərasimlərin funksiyası Qur'anın ayələri əsasında zikr, Allahın şə‘ninə mədh deməkdən ibarət idi.

Şərq dünyasında təriqətlərin geniş yayılması islamın əsas ehkamlarına inamı, belə demək mümkünsə, zəiflədə bilərdi. Belə ki, hər bir təriqət başçısının müqəddəsləşdirilməsi, məzarının ziyarətgaha çevrilməsi və s. bu kimi adətlər istər-istəməz təriqətlərin üzvü olmayan müsəlmanlarla təriqət üzvləri arasında qarşıdurmaya gətirib çıxarırdı. Həmin şəraitdə müsəlman dünyasında ən görkəmli simalardan biri olan Qəzalinin bu işdə təşəbbüs göstərərək barışdırıcı mövqe tutduğu qeyd olunur.

Bir faktı da qeyd edək ki, təriqətçilik müsəlman ölkələri içərisində daha çox Afrikada yayılmışdır.

XVI əsrdə artıq təriqət hərəkatlarının zəifləməsi qeyd olunur. Lakin XVIII yüzillikdə yeni bir radikal təriqətin – Vəhabiliyin, XIX əsrdə isə Babilər hərəkatının meydana gəlməsi təriqətçiliyin müsəlman dünyasında hələ də davam etdiyini göstərir. Hətta sünni, şiə problemlərinin də müasir dünyamızın bə'zi müsəlman ölkələrində mövcud olması dindaxili qarşıdurmaların davam etdiyini sübut edir.

Qeyd etmişdik ki, sufizm müsəlman dinində ictimai qrum kimi daha geniş yayılmışdır. Sufizm haqqında həm Qərb, həm də Şərq alimləri müxtəlif fikirlər söyləmiş, onun mahiyyətini, əsaslarını, adət və rituallarını şərh etməyə çalışmış, müsəlman xalqlarının ədəbiyyatına, incəsənətinə tə'sirindən, tutduğu mövqedən söhbət açmışlar. Nəzərdən keçirdiyimiz mənbələrdə sufizmin mahiyyəti haqqında ziddiyyətli fikirlərə çox geniş yer verilmir, tədqiqatçıların əksəriyyətinin ümumi razılığı hiss olunur.

Sufizmin müxtəlif təriqətləri haqqında tə'lim və nəzəriyyələri aşağıdakı şəkildə ümumiləşdirmək olar.

Qeyd edək ki, Avropa alimləri sufizmi mistika ilə əlaqələndirirlər.

Mistika – gizli, bilinməz deməkdir. «Nə adi yolla, nə də intellektin yardımı ilə tam dərki mümkün olmayan» anlamını verir. Sözün kökü «mysterey» («sirr» deməkdir) yunan mnşəlidir, «gözünü yumub, ömrünü mistikaya – sirrə həsr elə» fikrindən əmələ gəlmişdir. Vaxtilə ana xətt kimi bütün dinlərdən keçən, böyük mə'nəvi axına verilən ad idi. Geniş mə'nada mistika vahid gerçəkliyin müdriklik, işıq, məhəbbət və yoxsulluğun dərkini müəyyənləşdirən yol kimi başa düşülür. Mistikanın bu xüsusiyyəti sufizmdə də özünü göstərir.

A.Məhəmmədqocayevin fikrinə görə, «bu sözün dəqiq mə'nası təxəllüsdür. Ə.Kuşeyri onu daha dəqiq şərh olunur»*.

*A.Məhəmmədqocayev. «Sufizmin kökləri» – Düşanbə.-1990.

Tədqiqatçıların bir neçəsi belə qənaətə gəlirlər ki, sufizmin ayrıca bir forpası da «türk tipi»dir.

Və həmin irəli sürülən mülahizələrdə sufizmin mənşəyindən də geniş bəhs olunmuşdur: «…İlk əvvəl iddia edirdilər ki, təsəvvüf şamanizmin qalığıdır. Tanrı və dünya haqqında spesifik təsəvvürlərə əsaslanır. Bir sıra tədqiqatçılar, hətta qədim türk eposlarının qalıqlarında da təsəvvüf konsepsiyasının köklərini tapmağa təşəbbüs göstərmiş, «sufi», «suf» sözünün isə «suv» /«sub»/ «su» tanrısının adından götürüldüyünü irəli sürmüşlər. A.Kınış belə müqayisənin absurd olduğunu qeyd edir».

Sufizmdə səciyyəvi olan adət və mərasimlər vardır. Allaha yaxınlaşmağa can atmaq sufilərin əsas amalıdır. Sevgi sufi yolunun başlanğıcıdır. Allahı sevənləri sufilər iki qrupa bölürlər:

1) Allahı mükafata görə sevənlər;

2) Allahı dini feyziyaba görə sevənlər.

Sufilərə görə, bə'zi adamlar (sufilər) həyatın tacı sayılan vəcdə gəlmə vasitəsi ilə Allahın mərhəmətini qazanmağa, hətta onun özünə yaxınlaşmağa və onu dərk etməyə belə nail ola bilərlər. Bu adi qaydalardan fərqli olaraq mö'minlik, tərkidünyalıq kimi fəaliyyət göstərməklə mümkündür. Bunun üçün hər bir sufi

A. şəriət,
B. təriqət,
V. mə'rifət mərhələlərini keçərək həqiqətə çatır.

Sufilikdə «Vəhdəti əl-Vücud» tə'limi xüsusi yer tutur. Bu tə'limə görə, insan «Vücudun» (yaradıcının) bir zərrəsidir. Həyatda mövcud olan hər şey vəhdətdədir, insan özünü kamilləşdirərək «vücuda – Allaha» qovuşa bilər, bu da bütövlükdə «Vəhdəti-vücud» yaradır.

Sufilər mistik ayinlərin (zikr, musiqi və s.) köməyi ilə vəcdə gəlmə və özünüidarəyə nail olmaq üçün poeziyadan, musiqidən istifRdə edilməsi qaydalarının mürəkkəb sistemi yaradılmışdır. Sufizmin nüfuzlu simaları yetişmiş, ən'ənələri meydana gəlmişdir. Sufi birliklərində siri, təcrübəni nüfuzlu müəllimlərdən öyrənib, mənimsənilməsi çox vacib şərt sayılırdı.

Sufizmin tərəfdarları müxtəlif qardaşlıqlara bölünərək, hər biri öz dövrünün məşhur təriqətlərindən birini formalaşdırırdı. Belə hesab edirdilər ki, hər bir təriqətin yaradıcısının biik və təsəvvərlə bağlı sirli duyumları onun davamçılarına keçir. Hər bir təriqət üzvünə onun mürşidi, təriqət başçısı cavabdehdir. Məşhur sufilər xalq arasında mö'cüzə göstərənlər kimi şöhrət qazanırdılar.Çox zaman sufilərin məzarları müqəddəs ziyarətgahlara çevrilirdi. Sufizmin daxilində müxtəlif məktəb və qrupların əmələ gəlməsi X-XI əsrdə daha da genişlənmişdi. İran, Suriya, Xorasan və s. bir çox ərazilərdə sufizm nüfuzlu bir mövqeyə malik idi.

Müsəlman ölkələri içərisində ən məşhur sufi qardaşlıqları aşağadakılar hesad olunur:

1. Qadiriyyə,
2. Nəqşbəndiyyə,
3. Şazimiyyə,
4. Bəktaşiyyə,
5. Mövləviyyə,
6. İşqariyyə və s.

İndi isə həmin təriqətlərin bir neçəsi haqqında qısa mə'lumat verək.

NƏQŞBƏNDİYYƏ 1318-1389-cu illərdə yaşamış Bəqiyyəddin Nəqşbənd tərəfindən yaradılıb. İlk vaxtlar dörd yüz üzvü var idi. Əmir Teymurun onlara rəğbəti olduğunu qeyd edirlər.

B.Nəqşbəndi sufizmin səkkiz prinsipini göstərib:

- hər nəfsdə nəzarət;
- hər addımda izləmə
- vətəndə səfər
- cəmiyyətdə xəlvət
- xatırlama
- qayıtma
- mühafizə
- yaddaş.

Bu təriqətə görə, sufi «həqiqəti» öz-özünə axtarmalı, xaricdə adamlarla, batində Allahla olmalıdır.

Nəqşbəndin moizəsi digər sufi qaydalarından fərqlənir. Onlara görə, sənətkarlar da əməklə məşğul olmalıdırlar. Onların sənətlə məşğul olmalarına sufi həyat tərzini qəbul etmələri çətinlik törətməməlidir.

MÖVLƏVİYYƏ – (ərəbcədir, türkcə, farsca «mövləvi» deyirlər) Avropada «rəqs edən dərvişlər» cəmiyyəti adlandırılan sufi cəmiyyətidir. Onun adı Mövlanə, yə'ni «bizim ağamız» sözündən götürülmüşdür. Sufi şair Camaləddin Rumini (1207-1277) Mövlana adlandırırdılar. Cəmiyyətin Avropadakı adı sufilərin xüsusi zikr mərasimi ilə bağlıdır. Həmin mərasim zamanı sufilər musiqi alətlərinin təranələri altında bədənlərini müxtəlif şəkildə hərəkət etdirir, o cümlədən sağ ayaqlarını yerə dayayaraq hərlənirlər. Cəmiyyətin mərkəzi Konya şəhərində idi. Mövləvilərin fəaliyyəti əsasən Kiçik Asiya hüdudlarında olmuşdur. Mövləvi sufilərinin Türkiyədə öz təkkələri vardı. 1925-ci ildə Türkiyədə bütün təkkələr bağlandı. Son illərdə isə cəmiyyətin fəaliyyətinin bərpa olduğunu qeyd edirlər.

BƏKTAŞİYYƏ - Sufi qardaşlıq (tarik) təşkilatına verilən addır. Qələndər Hacı Bəktaş Nişapuri Xorasaninin (1208-1270) adını daşıyan təriqətdir. “Bəktaşiyyə”nin əsası Bəlim Sultan (1516-cı ildə ölmüşdür) tərəfindən qoyulmuşudur. O, özünü Hacı Bəktaşın - Nur Babanın nəslindən e’lan etmişdi. Ona “Piri-i sani” - “ikinci baba, ağsaqqal” da deyirdilər. “Piri-i sani”dən sonra təkkələrin “Pir evi”nin başında çələbilər dayanırdılar. XVI əsrin ikinci yarısında Sərsəm Əlibaba qardaşlığın başçısının “Dədə-baba” adlandırılmasını irəli sürmüşdü.

Bəktaşi Fəriştəoğlu Fəzlullah Nəiminin (Astrabadinin) “Cavidannamə”sini türk dilinə “Aşiqnamə” adı ilə tərcümə etmişdi. Bəktaşilər hürufilərin rəqəmlərin sakral gücünə inama söykənən fikirlərini mənimsəmişdilər. Onlar ən çox “dörd”, “on iki” və “otuz iki” rəqəmlərinin üzərində dayanırdılar.

“DÖRD” rəqəmi 4 qapını (mə’nəvi yolun istiqamətlərini) bildirir: şari’, tarik, ma’rif, hakik. Bu qapılardan (yollardan) keçənlər müvafiq olaraq dörd insan qrupuna ayrılırlar: ‘abid, zahid, ‘arif, muhibb.

ON İKİ - imanmların sayı, OTUZ İKİ isə - fars əlifbasının miqdarıdır.
Alnın qırışları insanın taleyini əks etdirir. Bu qənaət sonralar “Alın yazısını pozmaq olmaz” şəklində onlarla atalar sözünə də öz işığını salmışdır.
Həmin rəqəmlər və rəmzlər aşıq poeziyasında da özünə çox geniş yer tapır.

Bəktaşilərin ayrı-ayrı icmalarına çələbilər rəhbərlik edirdi. Onların divanı ana təkədə yerləşir və “Pir evi” adlanırdı. XVI yüzillikdə Hacı Bəktaş köyü tikilir və ora “həzrət” (müqəddəs) sayılır. Əvvəl ana təkkə on iki bölmədən (meydan, xana) ibarət idi, sonra bu rəqəm səkkizə endirilir.

Bəktaşiyyə ocağinın başına toplaşanlar altı əsas mərhələdəy kecməli idilər:

1.Aşıq - əlaqəsi olan, ancaq hələ iştirakçıya çevrilməyən üzv.
2.Muhibb - aşıq, iştirak etmə mərasimini keçən və Bəktaşiyyənin bə’zi rituallarının üzvü-iştirakçısı olmaq hüququ qazanan şəxs.
3.Dərviş-muhib.
4.Baba.
5.Dərviş-mücərrəd.
6. Xəlfə.

Bir məqama diqqət yetirək. Bəktaşiyyə təşkilatının üzvülüyünə qəbula həsr olunan təntəli ritualda mahnı və musiqi sədaları altında and içmə keçirilir, sonra şərbət və pendir verilir. Yalnız bu halda bir-iki qurtum üzümdən hazırlanan şərbətdən ağzına alandan sonra sıravi aşıq muhib-aşıq (məhəbbətə tutulan aşıq - haqqq aşığı) statusunu alırdı. Məhz həmin ritual sonralar dastanlarımızdakı butada dərvişdən, yaxud Xızırdan şərbət alıb içmək şəklinə salınaraq yaşadılmışdır.

Bəktaşiyyənin əsas mərasimləri hamının bir çörəkdən, pendirdən yeməsi müəllimin qarşısında tövbə edilməsi, subay qalmaq haqqında və'd və s. göstərmək olar.

Deyilənlərdən görünür ki, islam dinində yaranan sufi təriqətlərinin XIV-XV əsrlərdə geniş kütlələr arasında özünə dayaqlar tapması, xüsusilə yaradıcı adamların – xalq şairlərin, musiqiçilərin bu işə qoşulması ozanlığın (qılıncla qopuzun birliyinə sığınmaq haqq yolunu tapmağa mane olurdu) sönməsinə səbəb olmuşdu. Təsəvvüf xalq sənətinin də yeniləşməsi tələbini meydana çıxarmışdı. Ozanlar qəhrəmanlığı, baş kəsib qan tökməyi təbliğ edirdi. Müharibələrdən yorulan xalq haqqa tapınmağı sevgidə, eşqdə görən sufiləri dəstəkləyirdi. Məhz aşıq sənəti bu tələbatdan formalaşmışdı. Daha çox türk dünyasında yayılan Mövləvilərin və bəktaşilərin musiqini, şe'ri Allaha qovuşmaq vasitələrindən biri sayması sonralar məhz Azərbaycan və Osmanlıda geniş yayılan müstəqil saz-söz sənətinin meydana gəlib sür‘ətlə inkişafına münbit şərait yaratmışdır.

Müəsəlmanlırın bir ili – ay ili 12 aydan (29-30 gündən ibarət) və 354 gündən ibarətdir. Müsəlman ilinin başlanğıcı – doğuluşu (Hicri) Məhəmməd peyğəmbərin 662-ci ildə Məkkədən Mədinəyə köçməsi sayılır. Bu səbəbdən də müsəlmanların 300-cü ili xristianların 912-913-cü, hicri 600-cü il xristianların 1203-1204, hicri 1000-ci il – xristianların 1591-1592, hicri 1300-cü il – 1822-1823, nəhayət, hicri 1458 – xristianların 2000-2001-ci ili sayılır. Hal hazırda dünya müsəlman hicri tarixinin 1460-cı ilini yaşayırıq.

ƏLAVƏ. Müsəlman ayları və bayramları aşağıdakılardır:
Məhərrəm: 10-cu gün aşuradır – Hüseyn ibn Əlinin Kərbalada ölüm günü (hadisə 680-ci ildə baş vermişdir).

1. Səfər

2. Rəbi‘ əl-əvvəl: 12 - peyğəmbərin anadan olduğu gündür.

3. Rəbi‘ əs-sani: 11 - Abd əl-Qədir Gilaninin yubiley günüdür.

4. Cumada əl-üla

5. Cumada əl-axira

6. Rəcəb: ayın başlanğıcı – rədc‘ib gecəsi, zaçatanie Peyğəmbərin,

7. 27 – mi‘rac – peyğəmbərin göydə qəbul olunması (voznesenie)

8. Şa‘ban: 14-15 şəb-i barat – gələn il üçün taleyin müəyyənləşməsi,

9. Ramazan: Orucluq, ibadət ayı. Son üç tək gecələrdən biri (bir qayda olaraq 27-si sayılır) – laylat əl-qədrdir. Həmin gecə Qur‘anın ilk açılışı baş verib.

10. Şəvval: ‘id əl-fitrlə başlanırp, Oruclun başa çatması bayramı.

11. Zu-l-Ka‘da

12. Zu-l-Hicca: Məkkəyə ziyarətə getmə ayı (Həccə), 10-dan 20-nə kimi Qurban bayramı.


Asiq yaradiciligi
folklor
May 19, 2008 22:04
Baxış sayı: 59

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com