Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 38
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 273
  • Ümumi hit: 15616

Müxtəlif

Nəğmələr

Çəltik

Taxılların başıyam,
Dögülməmiş naşıyam,
Pullunun plovuyam,
Kasıbların aşıyam.

Buğda

Mənə buğda deyərlər,
Çörək yapıb yeyərlər.
Hər gün məni uşaqlar
Halva tək istəyərlər.
Darı

Darıyam xaş-xaş kimi,
Buğdaya qardaş kimi,
Buğdasız, təkcə mənnən
Çörək bişər daş kimi.

(R.Əfəndiyev. Uşaq bağçası, Tiflis, 1912, /dördüncü nəşri/, səh. 122).

Buğda

Yastı-yastı yatarsan,
Gül dibində bitərsən.
Məndən sənə qarışmasa,
Palıddan bərk bitərsən.

Darı

Mənə darıcan deyirlər,
Yağ-bal ilə yeyirlər.
Allah-allahnan götürüb,
Gücnən saca yetirirlər.

Sağın nəğməsi

Nənəm, nənəm,
Səni sağan,
Mənəm, mənəm.
Ay inək, ho ho…

Hamıya çatar.
Südü apar,
Pendir gətir.
Malın başın
Döndər, gətir.
Südü qaba
Əndər, gətir.
Nənəm, nənəm,
Səni sağan,
Mənəm, mənəm.

Buzovun olub.
Südün dolub,
Nənəm, nənəm,
Səni sağan,
Mənəm, mənəm.

SAYAÇI NƏĞMƏSM

Nənəm, a şişək qoyun,
Yunu bir döşək qoyun.
Bulamanı bol elə,
Qırıldı uşaq qoyun!

Nənəm a narış qoyun,
Yunu bir qarış qoyun.
Çoban səndən küsübdür,
Südü ver, barış, qoyun.

Nənəm qoyunun ağı,
Gedib, dolanır dağı,
Biçir qaya qiyağı,
İçir sərin bulağı,
Qızlara cehiz ağı,
Uşağa bələk bağı.
Qarı tutanda yağı,

Gəlin yeyir qaymağı,
Çobana vurur dağı.
Yeyər-yeyər gərnəşər,
Alnın vurar, döyüşər,

Buynuzu burma-burma.
Yunu var yerlə sürünmə,
Zinhar qoyunu vurma,
Qoyunsuz yerdə durma.



Bölməsiz
folklor
May 19, 2008 22:58
Baxış sayı: 85

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com