İntellektual tapmacalar
Müəllif: Ramazan Qafarlı
Əksər tapmacalarda cavab təkcə yaddaşın deyil, həm də əqlin, zehnin yardımı ilə tapılır. Tədqiqatçılar (Taylor Arçir, Elli Maranda) onları «əsil tapmacalar» hesab edirlər. Azərbaycan xalqının yaratdığı tapmacaların əksəriyyətində məsələlərin qoyuluşu insanın topladığı təcrübə və biliyə əsaslanır.
Suda bitər,
Suda itər. (Buz)
Nə baltadır, nə kərki,
Bütün kəsərdən iti. (Ağıl)
Tut ağacı, üzü pərdə
Barmaq gəzir pərdə-pərdə.
Gah dərində, gah zərində
Ağlar ahu-zar dilində. (Tar)
Buzun sudan yarandığını, istidə əriyib yedən suya döndüyünü, tarın tut ağacından hazırlanıb üzərinə dəridən pərdə çəkildiyini, hər pərdənin bir səsin yaranmasına yardım etdiyini bilməyən nə qədər baş sındırsa da, gözlərini döyə-döyə qalar. Ağlın itiliyini zehni qabiliyyəti inkişaf etdirib təcrübən keçirməyən başa düşməz.
İnformativ tapmacalar. Haytala Coyko, Taylor Arçir və Elli Maranda göstərirlər ki, bir qrup tapmacalar xalq arasında «keşiş sorğuları» adı ilə tanınır. Dini ehkamlar barədə xüsusi hazırlığı olmayanlar onlara cavab verməkdə çətinlik çəkirlər. Bu qənaətləri Azərbaycan folkloruna tətbiq etsək, onda tapmacaların arasından islam tə‘limini təbliğ edən nümunələr aramalıyıq. Lakin Azərbaycan türklərinin yaratdığı tapmacalar arasında, ümumiyyətlə, dini məzmun kəsb edən əsərlər, demək olar ki, yoxdur. Əslində bütün tapmacalarda informativlik xüsusiyyəti var. Ona görə də bu qrupu təkcə dinin geniş yayılması məqsədi ilə yaradılanlarla məhdudlaşdırmaq səhv qənaətdir. Azərbaycan tapmacalarında informativlik təbiət varlıqları, insanın xasiyyəti və bədən üzvləri, məişət əşyaları, xörəklər və s. mövzularda özünü daha qabarıq göstərir.
Tapmacanın həm bədii mətni, həm də cavabı kodlaşdırılmış şəkildədir və bütün zehni cəhdlər ona yönəlir ki, açıqlamalar tez və səmərəli yerinə yetirilsin. Elli Maranda xüsusi vurğulayır ki, «cavabtapma prosesi yaradıcılıq axtarışlarından çox akademik sınağaçəkməyə (imtahana) oxşayır». Bu səbəbdən də tapmacanın araşdırılmasında struktur təhlili funksional yanaşmadan daha məhsuldar hesab edir. Çünki tapmacaların, eləcə də bütün işarəli danışıqların nüvəsində «nişanələr», tapılan cavabda isə «nişanələnən»in özü durur. Tapmacaların metaforalar kimi «nişanələrr»lə «nişanələnən» arasındakı oxşarlığı nümayiş etdirən yaradıcılıq hadisəsi olduğunu göstərir və bunu məzmun yaxınlığından çox struktur eyniliyi kimi qəbul edirlər. Tapmacalarda metaforaların müxtəlifliyi özünü iki istiqamətdə biruzə verir: 1) əgər metaforik «tullanma» nəticəsində A üzvü V ilə üst-üstə düşürsə, onda 2) tapmacada bu hal «əksinə»dir: V üzvü A ilə eyniyyət təşkil edir.
Maks Blek göstərir ki, Metaforik fikrin əsasında iki subyekt dayanır: əsas və köməkçi. «Bu subyektlərə qlobal obyekt» kimi baxmaqdansa, «sistem» tək yanaşmaq daha sərfəlidir. Metaforanın mexanizmi ondan ibarətdir ki, koməkçi subyektin yardımı ilə əsas subyektlə «implikas» əlaqə yaradılır». Deməli, iki subyekt arasında adi halda görünməyən (yaxud görünməsi mümkünsüz) əlaqə metaforada müqayisə yolu ilə yaradılır. Və metaforik fikirdə əsasən kiçildilmiş, ixtisara salınmış müqayisə nəzərə çarpır. Lakin kiçildilmənin əksini təşkil edən müqayisəyə də rast gəlirik. Birincidə fikrin formalaşmasında analoji (oxşarlığa, eyniliyə əsaslanan) prinsipin rolunu xüsusi vurğulayırlar. İkincidə isə gerçəkliyə doğru ən qısa və qeyri-adi yol seçilir.
Başı şabalıd, quyruğu qayçı. (Qaranquş)
Nümunədə bilinməyən subyekt qaranquşdur. Müqayisəyə yardım edən köməkçi vasitələr - şabalıd və qayçıdır. Əlaqə yaradan əlamət isə başın və quyuğunun köməkçi vasitələrlə oxşarlığıdır. Tapmacanın açıqlanmış variantına diqqət yetirsək görərik ki, qapalı mətndə metonimiya rolunda çıxış edən üzvlər metaforaya çevrilir: «Qaranquşun başı şabalıd, quyruğu qayçıdır».
Metaforalar əsasən iki aspektdə təzahür edir: epifora və diafora.
«Anafora»
«Epifora» (epiphora - köçürülmə deməkdir) terminini ilk dəfə Aristotel işlətmişdir. «Poetika» əsərində göstərilir ki, metafora başqa obyektin adını öz üzərinə «köçürmə» xüsusiyyətinə malikdir. Epiforik metaforalarda sözün adi anlamı əsas götürülür, sonra həmin mə‘nə yükü hamıya tanış obyektlə müqayisədə təqim edilir. Burada semantik «hərəkət» (phora) bir qayda olaraq daha konkret və asan yada düşən obrazla bağlanaraq (epi) baş verir, lakin ilk baxışda asan və anlaşıqlı görünsə də, eyniləşdirilən obyektlər arasında müqayisə aparanda, iki obyekt arasındakı əlaqələri üzə çıxarmağa çalışanda daha çox qeyri-müəyyən, mübahisəli və qəribə tə‘sir bağışlayır. Məsələn, Filipp Uilraytın Kalderonun pyesindən gətirdiyi, həqiqi məzmun (tenor) daşıyan bir cümlədə («Həyat yuxudur») həyat haqqında təsəvvür olduqca qaranlıq və başa düşülməzdir. Əslində yuxu heç nədir. Uyğun həyat tərzi keçirənlər üçün semantik örtük (vehicle) rolunu daşıyır ki, söyləyən dinləyənlərin diqqətini özünə çəksin.
At baba, ha hut baba,
Dolan evi yat, baba. (Süpürgə)
Şəkli işıqdan,
İpi var mıxdan. (Güzgü)
Anası qundaqda yatır,
Oğlu bazara gedir. (Güllə və giliz)
İkinci nümunədə mətn açıq şəkildə veriləndə, epifora daha aydın nəzərə çarpır:
«Güllə anadır, qundaqda yatır,
Giliz oğuldur, bazara gedir».
Metafora ilə bağlanan ikinci semantik hal diaforadır. Diaforada «hərəkət»ə (phora) yeni üsullarla elə obrazlar vasitəçilik (dia) edir ki, real, yaxud təsəvvürə gətirilən təcrübədə əldə edilmiş olsun. Yeni mə‘na adi qarşı-qarşıya qoyma, tutuşdurma nəticəsində üzə çıxır. Diaforada triviallıq (bayağılıq) həmişə ön plandadır. Çünki onlarda əsas şərt uyğunlaşdırmadır, inkar etmək, birinin köməyi ilə digərini sıradan çıxartmaq deyil.
Əyri-müyrü hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən? (Tüstü və baca)
Dam üstə at kişnər. (Novdan)
Qırmızı divar üstə ağ fərələr düzülüb. (Damaq və diş)
Tapmacalar
folklor
May 19, 2008 22:46
Baxış sayı: 77
Şərhlər(1)

salam
İyun 29, 2008 14:11azeri tar 22 pərdedan təşkil olub
notlarin adini mənə yazin
azeri tar ra çox məlomat verin