Günəş və Ay haqqında miflər
Günəş və Ay haqqında miflər
Müəllif: Toplayanı Ramazan Qafarlı
1. GÜNƏŞ VƏ AY
Deyirlər, Günəş və Ay bacı-qardaş idilər. Onlar mehriban dolanır, həmişə dünyanı bir yerdə səyahət edirdilər.
Bir gün Günəş və Ayı anaları Göy yanına çağırıb deyir:
-Balalarım, hər sizi səfərə yola salannan sonra təklik məni boğur. Belə qərara gəlmişəm ki, sizi növbə ilə evdən buraxım. Ay oğul, sən səhərlər yanımda qal, qoy bacın Günəş gəzsin. O, axşam qayıdan kimi sən səfərə çıx.
Ay razılaşmır:
-Mən gündüz gəzmək istəyirəm, - deyir.
Göy ana oğluna başa salır:
-Axı Günəş qızdır, gecə qaranlıqda yola çıxsa qorxar.
Ay tərsliyindən qalmır:
-Yox, mən səhər gedəcəyəm.
Göy ana hirslənib oğlunun üzünə şillə vurur.
Deyirlər o vaxdan Ayın üzünə ləkə düşür. O, utundığından səfərə ancaq gecələr çıxır. Günəş isə səhər açılan kimi uzun saçlarını açıb onun qabağına tutur, qardaşının üzündəki ləkələri gizlədir.
2. GÜNƏŞ NECƏ YARANIB
Lap qədimlərdə, dünya təzə yaranan çağlarda adamlar günəşin, dağların, yağışın, göllərin, çayların nə olduğunu bilmirdilər. Ondan ötrü ki, hələ günəş əmələ gəlməmişdi. Gündüz də, gecə də yerə ay və ulduzlar baxırdı. Adamlar mağaralardan çıxıb uzağa getməyə qorxurdular. Elə zənn edirdilər ki, ulduzlar buludlarnı arxasında yaşayan nəhəng divlərin, ay isə onların ən nəhənginin - göylərin padşahının gözləridir. Bu elə bir çağ idi ki, hələ adamların nə oxu, nə nizəsi var idi, vəhşi heyvanlar, quşlar da onlardan qorxub eləmirdilər. Uşaqları tək görəndə götürüb qaçırdılar.
Bir gün durnayla Dəvəquşu düzənlikdə gəzməyə çıxırlar. Dəvə quşunun ayaqları durnanın ayaqlarından iki dəfə uzun olduğundan durna rəfiqəsinin dalınca qaçmalı olur. Amma yenə ona çatammır. Durnanın Dəvəquşunnan acığı gəlir, onun üstünə qışqırır ki,
-Hayındı sən nə insafsız dostsan, qaranlıqda məni qoyub bərk-bərk qaçırsan! Nəfəsim kəsildi.
Dəvəquşu cavab vermir, ha istəyir durnadan geri qalsın, bir şey alınmır. Çünki onun bir yavaş addımı, rəfiqəsinin iki addımına bərabər idi.
Durna bərk əsəbləşib Dəvəquşunu qarğamağa başlayır:
-Görüm qıçların qırılıb boynaa dolansın.
Dəvəquşu qəzəblənir, geri dönüb durnanın başını dimdikləyir. Durna canını qurtaran kimi qaçıb Dəvəquşunun yuvasına girir, onun təzə yumurtasını götürüb var gücüylə yuxarı atır.
Yumurta qalxır, qalxır, gedib göydə yaşayan divlərin yanına çatır, atlar üçün toplanan ot tayasının üstünə düşür. Yerdəki adamlar bir də baxırlar ki. qaranlıqda göyün üzündə nəsə partladı. Hər tərəf işıqlandı. Sən demə, Dəvəquşunun yumurtası sınıb, sarısı axıb otların üstünə, göydə hər şey od tutub yanmağa başlayıb. Yer-göy elə işıqlaşır ki, bütün canlılar az qalır kor olsunlar.
Dəvə quşu tez gölə cumur, suyu boğazına çəkib göyə püskürür. Amma yumurta elə yuxarı qalxmışdı ki, sular ora çatmır. Təzədən yerə səpələnib yağış əmələ gətirir.
Göylərin padşahı nəhəng div yuxudan oyanır. O, yerə baxıb çox sevinir, yanan tonqalın gur işığında yer üzü daha gözəl görünür.
Div deyir ki, mən yatana kimi bu ocağı sonməyə qoymayın.
Beləcə nəhəng div nə qədər ki, oyaq qalır, ocağa ağac, ot töküb yandırırlar. Yorulub yatanda isə söndürürlər. Bu vaxt yenə yer üzünə gecə düşür, adamlar, heyvanlar da mağaralara çəkilib yuxuya gedirlər.
Bunnan sonra göydəki bütün nəhəng varlıqlar çör-çöp yığıb ocağı sönməyə qoymurlar.
Hər tərəf göydəki böyük tonqalın işığına qərq olanda canlı varlıqlar durub yer üzünü gəzirlər, iş-güclə məşğul olurlar.
O vaxtan bəri göy üzünün gözə görünməz sakinləri bütün gecə ağac, ot toplayırlar. Baş divin tapşırığı ilə göy sakinlərinnən biri ocaqda qalan kösövləri səhərə kimi füləyir ki, sönməsin,
Bax, Günəş, yağış, külək belə yaranıb.
3. AYIN GÜNƏŞƏ XƏYANƏTİ
Günəşlə Ay yaxın dost idilər. Bir dəfə Ay Günəşə deyir:
-Gəl, uşaqlarımızı göydən yerə ataq.
Günəş razılaşır.
Sözləşdikləri gün Ay uşaqlarını gizlədir, bir kisə götürüb içərisini daşla doldurur, Günəşin yanına gəlir.
Günəş isə uşaqlarını başına toplayıb hamısını kisəyə doldurur.
Ayla Günəş kisələrini çiyinlərinə atıb yerə enirlər. Onlar yer üzü ilə xeyli yol gedirlər. Gəlib iri bir çaya çatırlar. Ay fürsəti əldən verməyib çiynindəki kisəni çaya boşaldır. Günəş də bunu görüb öz kisəsini ora boşaldır. Sonra ikilikdə öz evlərinə qayıdırlar.
Gecə düşəndə Günəş pəncərədən baxıb görür ki, Ay göydədi, uşaqları ulduzlar da ətrafında gəzir. Başa düşür ki, dostu onu aldadıb. Günəşin bərk acığı tutur. Ayı göydən dartıb yanına gətirir, yaxasından yapışıb soruşur:
-Niyə sən mənim uşaqlarımı çaya atdırdın?
Ay Günəşə deyir:
-Görürdüm ki, təkcə sənin istinlə düzü dünyanı yandırıb yaxmaq olar. Bu yannan da uşaqların böyüyür. Onlar sən yaşa çatanda hərəsinə bir dünya lazımdı ki, başına dolansınlar. Dünya da ki, bir dənədi. Aralarında qırğın düşəcək. Arada dünyanı yandırıb kül eləyəcəklər. Fikirləşdim ki, ondansa, suya atdırım, sönüb balığa çevrilsinlər. Adamlar da bu balıqları tutub yesinlər.
O vaxtdan Günəş Aydan üz döndərir, bir də onunla gəzmir, Ay göydə görünən kimi acıq edib dağların dalındakı evinə gedir.
Söyləyəni Mahmudov Həsən, 87 yaşında, Şəkinin Aşağı Şabalıd kənd sakini.
Miflər
folklor
May 19, 2008 16:03
Baxış sayı: 70
Şərhlər(0)