Reklam verin!

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Qabaqki yazılar

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 5
  • Keçən ayın hiti: 4622
  • Dünənki hit: 196
  • Bugünki hit: 191
  • Ümumi hit: 15534

Müxtəlif

Bayatılar

Müəllif: Toplayanı Ramazan Qafarlı

1

Axşamlar, ay axşamlar,
Şamlar yanar axşamlar.
evli evinə gedər,
Qərib harda axşamlar.



2

Saqqalıma dən düşüf,
Bilmirəm nədən düşüf?
Aləmə qız paylanır,
Mənəsə nənəm düşüf.

3

O da yandırır məni,
Bu da yandırır məni.
Deyirlər ki sərindir,
Su da yandırır məni.

4

Əlifnazam mən-mən
Topuxbazam mən-mən.
On iki kişiyə getdim,
Yenə də qızam mən- mən

5

Şirinlərin şiriniyəm,
Acıların acısıyam.
Kimin bacısı yoxsa,
Mən onun bacısıyam.

6

Şöftəliyəm, dəyməmişəm,
Baş budağım əyməmişəm.
Quran gətir əl basım,
O qıza mən dəyməmişəm.

7

Göydən uçan quşa bax
Əyağında müşə bax
Hamıya gələn yaza,
Mənə gələn qışa bax.

8

Çisgi yağış yağırdı,
Bir qız ordan çağırdı.
Əllərinə əl vurdum,
Ana deyib çağırdı.

9

Papurusum yana-yana -
Od düşür şirin cana.
Vallah qoyub gedərəm
Qalarsan yana-yana.

10

Ay daş atan baxdəvər -
Daşın da bir vaxtı var.
Qapı döyür elçilər,
Anam deyir: «Gəl verək».
Atam deyir: «Qoy görək».

11

Yataram mən, ya Allah,
Duraram mən, inşallah.
Əyər dura bilməsəm,
La ilahə illəllah.

12

Bir qar yağır tozanaq,
Bir yer göstər uzanax.
Bəlkə biz də bir dənə
Körpə cocux qazanax.

13

Qız idim, soltan idim,
Nişanlandım xan oldum
Ərə getdim eşşəyə
Palan oldum, çul oldum.

14

Bulağa gedən dörd gəlin,
Dart balağoo ort gəlin.
Qırmızı tuman içində
Bəslənmisooz pört gəlin.

15

Tərəkəmə, ay tərəkəmə,
Gəlmə mənim mərəkəmə.
Adamdan adam törür,
Tərəkəmədən tərəkəmə.

16

Almanı alma gəlin,
Xərəyə salma gəlin.
Öylərdə çox söz olar,
Ürəyaa salma gəlin.

17

Kağızın ağına bax,
Çevir sağ-soluna bax.
Əyər yadına düşsəm,
Şəkinin dağına bax.

18

Ağacın adamı var,
Yedikcə badamı var.
Hərə bir ağız desin,
Desinlər adamı var.

19

A qaynana, qaynana
Gözaa piçaq qaynana
Oğlo əlindən aldım,
Çatıda boğul qaynana .

20

Bağça məndə, bar məndə,
Heyva məndə - nar məndə.
Sinəm ətdər tükənib,
Hər nə desən var məndə.

21

Ya bərrai Xuda
Mənə yetir Noxuda
Salma məni o Xuda
Ya Kişə, ya Oxuda.

22

Üzüm sarı, üzüm sarı,
Dönəydi üzüm sarı.
Tutaydım ağ biləkdən
Çəkəydim özüm sarı.

23

Qızlar gəlir əl-ələ,
Qoyubdular əl belə.
Oğlanların əlindən
Adım düşübdü dilə.

24

Bayquş mənəm, bayquş mən,
Hər quşlardan say quş mən.
Viran bağ bağçalarda
Sızıldaram yay-qış mən.

25

Dəvə gördüm kərvansız,
Bağça gördüm bağbansız.
Hamıya dərman verdim,
Özüm qaldım dərmansız.

26

Qarabağda talan var,
Zülfün üzə salan var.
Gedirsən, tez qayıt gəl,
Gözü yolda qalan var.

27

Qaradır qaşın ördək,
Yaşıldır başın ördək.
Həmişə cüt gəzirdin,
Hanı yoldaşın ördək?

28

Şap deyir ki, şupdadır
Şup deyir ki, şapdadır
Nə şapda, nə şupdadır,
Demə şarap-şupdadır.

29

Qızıl üzük laxladı,
Verdim anam saxladı.
Anama qurban olum,
Mənə qız adaxladı.

30

Əzizim sini-sini
Doldur ver sini-sini
Yarım mənə həyatdır,
Neynirəm özgəsini.

31

A gəlin, nazlı gəlin,
Ördəkli-qazlı gəlin.
Top-tüfəngin yaxşıdı,
Barıtı azdı gəlin.

32

Bir quş gəlir Ağdaşdan,
Xəbər verir qardaşdan.
Qardaş doysa bacıdan,
Bacı doymaz qardaşdan.

33

Allah, məni xar eləmə
Qulağımı kar eləmə
İnkir-Minkir gələndə
Dilimi lal eləmə .

34

Əzizim, ay şəkərsən,
Həm qəndsən, həm şəkərsən.
Bir quru canım qalıf,
Alarsan, əl çəkərsən.


Bayatilar
folklor
May 19, 2008 22:42
Baxış sayı: 102

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com