Avesta: «Coğrafi poema»nın Azərbaycanca mətni və şərhlər

Müəllif: Çevirəni və şərhlərin müəllifi Ramazan Qafarlıdır.
Ahur-Mazd Spitam-Zaratuştra dedi:
«Ey Spitam-Zaratuştra, Mən məskunlaşma yerini əbədi dinclik bağışlanan məkana çevirdim, orada sevincin azalmamasına çalışdım. Əgər Mən, ey Spitam-Zaratuştr, məskunlaşma yerini əbədi dinclik bağışlayan etməsəydim, orada sevinc az olduqca, bütün canlı aləm Arian-Vayca istiqamətlənərdi.
Qeyd: İ.S. Braginski «əbədi dinclik bağışlayan»ı «sevincsiz yerin asudə, dinc ölkəyə çevrilməsi» kimi, İ.M.Oranski isə «xoşbəxtlik gətirməyən yer»i d»inc məkan»la əvəzləmiş və «canlı aləmi» «əşyavi aləm» şəklində vermişdir. Bizə elə gəlir ki, atəşpərəstlik inancının asas müddəasından – xeyir-şər qarşılaşmasından «Coğrafi poema»da poetik forma tək istifadə edilir. Yaranışlar, fəaliyyətlər də əks tərəflə müqayisədə təqdim edilir. Ona görə də Ahur-Mazd yaratdığı «sevincsiz», yaxud «xoşbəxtlik gətirməyən» yeri «sevincli»-«xoşbəxt» ölkəyə çevirməyə can atırdı ki, «canlı aləm» sevinc-xoşbəxtlik tapmaq üçün Arian Vayca doğru axışmasın. İ.M.Oranskinin «canlı aləmi» əşyaviləşdirməsi məntiqi cəhətdən «Avesta»dakı strukturlara uyğun deyil. Belə ki, cansız əşyalar («Avesta»da təbiət hadisələri canlandırılsa da, əşyalar cansız təsvir edilir) Arian Vayca necə axışa bilərdi? Çünki Xeyir-şər davasında hər iki tərəfin əhatəsində canlılar toplaşır, cansız varlıqlara – əşyavi qüvvələrə rast gəlmirik.
Mən – Ahur Mazd, ilk ən yaxşı yer və ölkə kimi gözəl (xeyirxah) Vahv Dat çayının yanında Arian-Vaycı yaratdım. Onda ölümgətirən, vəhşilikyayan Anqro-Manyu bunun əksinə məhvedici sarı-qırmızı ilanı və devlərə məxsus Qışı meydana gətirdi.
Qeyd: İ.S. Braginskidə «gürən ilan ölkənin başı üstündə duran qamçı, şallaq, qırmac şəkildə təsvir edilir və devlərin yeraltı dünyada yaşadığına işarə edilir.
S.P.Vinoqradov Dat çayının qarşısında «Vahv» kəlməsini əlavə edir. İ.M.Oranski bu sözü «xeyirxah» kimi tərcümə edir. Eləcə də ilanı qırmızı çayın əjdahası kimi verir. «Coğrafi poema»dakı yer adlarının şərhinin «Midiya nəzəriyyə»sinə görə, Arian-Vayc Araz sahilində yerləşir. Əgər əjdahanın, yaxud ilanın sularla bağlılığını nəzərə alsaq (əjdaha suların qabağını kəsir), onda çay şərin mənbəyinə çevrilir və qoşalaşmış adında ancaq mənfi keyfiyyətlər əks olunur. Məsələn «Dəli Kür» adında olduğu kimi.
Belə ehtimal edirlər ki, mifin ilkin variantında qış Yim hökmdarlığına fəlakətlər gətirən şər qüvvə kimi başa düşülürdü (“Videvdat” 2.22-24). İlan-«Aji-Dahak» isə Yimin qatili və taxt-tacın məhvedicisi sayılırdı. Bu ehtimal düz olsa belə, «Videvdat»ın yazıya alınmasında öz əhəmiyyətini itirdiyindən Anqro-Manyunun «əksyaradılışları» atəşpərəstliyin ümumi idelogiyasına – dual konsepsiyaya uyğunlaşdırılmış şəklində anlaşılacaqdı: Ahur-Mazd yaratdığı gözəl , mülayim təbiətin əksini təşkil edən sərt, dağıdıcı qış anlamında.
Orada doqquz ay qışdır, iki ay – yay və həmin qış aylarında sular soyuqdur, torpaq soyuqdur. Bu qışın ortasında, qışın ürəyində belə olur; o zaman ki, qış sona doğru addımlayır, onda böyük daşqınlar başlayır.
Qeyd:İ.S. Braginski və İ.M.Oranskidə su, torpaqla yanaşı bitkilərə də soyuğun tə‘siri qeyd olunur.
Bə‘zi əlyazmalarında qış və yay aylarının sayı 7-5 nisbətində göstərilir.
Daşqınla bağlı “Videvdat”da verilən mə‘lumata (1.1-3) «Menoq və Hrat» fraqmentində (44.17-23) mübahisəsiz narazılıq bildirilir: «Eranvejdə dev ən çox qışla hökmranlıq edir – «Avesta»dan mə‘lumdur ki, doqquz ay qış, iki ay yaydır. İki ay yay aylarında da orada sular soyuqdur, torpaq soyuqdur, bitkilər soyuqdur və yenə də qış – onlara düşməndir. Oralarda çoxlu ilanlar yaşayır və başqa düşmən qüvvələr «azdır». Sonra təsvir belə davam edir(44.24-35): «Eranvec «həsrəti çəkilən ölkədir». Mə‘lumdur ki, Ormazd Eranveci başqa yer və vilayətlərdan daha yaxşı yaratmışdır və Eranvecin ən qiymətli xüsusiyyəti odur ki, orada insanların ömrü 300 il, inəyin mal-qaranın ömrü isə 150 ildir.
Ağrı və xəstəliklərə çox az təsadüf edilir. İnsanlar yalan danışmırlar, ağlamırlar və Az devin hökmranlığı onların üzərində azdır.
Əgər on nəfər bir çörəyi bölüb yeyirsə, tox olur və 40 ildən bir kişi və qadınların uşağı doğulur. Onların Qanunu – Xeyirdir, inamları isə – məzdəkilikdir. Və onlar dünyadan köçəndə ədalətli, pak və dindardırlar»
Bu fraqment Eranveci Var daxilində müqəddəs Yimın hakim olduğu ölkə ilə eyniləşdirmək meylinin nəticəsi olaraq qurulmuşdur (bax. “Videvdat” 2.41). Müəyyən səbəblərdən hətta zaman e‘tibarı ilə də Eranveci «cənnət məkan» kimi İimin ölkəsi olduğunu nəzərə çarpdırmağa çalışmışlar (bax. “Yasna” 9.4-5),
Var təsvirlərində, «Menoq və Hrat»da (62.15-19) deyilir ki, Yimkardın sığınacağı Eranvecdə, torpağın altında tikildi. Tanrı Ormazd nə yaratmışdısa, hamısından bir ailə – insan, mal-qara, quşun... - ən yaxşıları ora aparıldı. Hər 40 ildən bir orada olan kişi və qadından uşaq doğuldu, onların ömrü 300 ilə bərabər idi, xəstəlik və bədbəxtlik onlarda çox az idi».
Azərbaycan türklərinin ilin zaman bölgülərinə həsr olunan xalq mərasim nəğmələrində «Avesta» ilə səsləşən maraqlı bir nümunəyə rast gəlirik:
Üç ay toylu-bayramlı,
Doqquz ay yaslı dağlar…
Eləcə də
Üçü bizə yacıdır,
Üçü cənnət bağıdır,
Üçü yığıb gətirir,
Üçü vurub dağıdır.
İkinci nümunədə il 6-6 nisbətində ikiyə bölünür, birincilər yağıdır, vurub-dağıdandır, ikincilər cənnət bağıdır, yığıb-gətirəndir.
Mən - Ahur-Mazd ikinci ən yaxşı ölkə və məskən kimi soqdeylərin yerləşdiyi Qavunu yaratdım.
Anqro Manyu bunun əksinə olaraq çoxlu məhvedici «skait», çosayda inəklərin ölümünə bais olan «day» meydana gətirdi.
Qeyd: Skait sözünün mə‘nası mə‘lum deyil.. Ehtimal edilir ki, zəhərli alaq otları, ağcanadlar, ziyanverici milçəklər nəzərdə tutulur və onların sancması mal-qaranın yanıb gül olmasına səbəb olur. V.İ. Abayevin qənaətinə görə, bu söz Orta Asiyada yaşayan köçəri «sak» tayfasından götürülüb və «skifçilik» deməkdir, yə‘ni köçəri atlı hücumçular».
Bu fərziyə ilə osetin V.İ.Abayevin hansı məzhəbə və məqsədə qulluq etdiyini deyə bilmərik, ancaq Orta Asiyadan çıxan «sak»ların – müasir türk xalqları – özbəklərin, qırqızların, qazaxların, karakalpakların, uyğurların, xakasların və, türkmənlərin ulu babalarının «Avesta»da «ziyanverici həşəratlar» mə‘nası verən sözlə adlandırılması ən azı savadsızlıq və soylarına qarşı düşmənçilikdir. Əgər sakların hücumları zamanı dağıntılara işarə olunsaydı, bu ağcaqanad, yaxud başqa böcək dişləməsi kimi kiçildilməzdi, dəhşətli təbii fəlakətlərlə, ildırım çaxıb yeri yandırması, tufan qopması, qasırğa və s. şəklində verilərdi. İkincisi, «soqdey»lərin ölkəsi deyəndə, birinci sözü yunan Soqdianası kimi qələmə vermək düz deyil. «Avesta»da bütün adlar iki hissəlidir. Elə olanda həmin söz Soq – dey şəklində olmalıdır. Və aydınlaşır ki, Ahur-Mazd məhz Soq/saq/saklardan öz tərəfdavrları kimi bəhs açır, Anqro-Manyunun yaratdığı «skait» və «day» isə «Soq-dey»in əks qarşılığıdır.
Bir çox tədqiqatçılar (Q.Beyli, E.Benvenist, İ.M.Oranski) «Coğrafi poema»da işlənən «Qav» terminini yerli hesab edir, daha doğrusu, «Soqda // Soqdian»nın bir bölgəsinə verilən ad kimi götürürlər. Başqaları is onu ümumiləşmiş ad - «mal-qara ölkəsi» kimi götürürlər. İ.M.Oranskiyə görə, rusların «inək» kəlməsini bildirən «korova»dakı «ov» hissəsi «qav»dan keçmədir. Qavın mə‘nasını yaşayış məntəqəsi tək yozanlar da var.
Onlar müqayisə üçün osetinlərin dilində işlənən «yau» sözünü misal gətirirlər ki, anlamı –«məskən»dir. Belə fantastik və primitiv müqayisələrlə «Avesta»dakı adın şərhini tapmaq mümkündürsə, Azərbaycan ərazisindəki çoxsaylı kəlmələrin də müəyyən hecasında qav, av, ovvə uva rast gəlmək olar.
Mən - Ahur-Mazd üçüncü ən yaxşı ölkə və məskən kimi Artla birbaşa əlaqəli Mouru yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anhra Manyu «marıd» və «vıtuş»u meydana gətirdi.
Qeyd: «Marıd» və «vıtuş» sözlərinin mə‘nası mə‘lum deyil. Ehtimal edirlər ki, günaha səbəb olan qeyri-insani şəhvət və ehtiraslardır. Ola bilsin ki, «murdar» sözündən götürülmüşdür.
Mən - Ahur-Mazd dördüncü ən yaxşı ölkə və məskən kimi uca, gözəl bayraqlı Bahtini yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anqro Manyu «bravar» və «usad»ı meydana gətirdi.
Qeyd: Ola bilsin ki, «bayraq» sözü altında Bahri atəşpərəsmtlərinin döyüş ruhunu əks etdirən talisman, simvolik əşya nəzərdə tutulur. Diqqət yetirin, bayraqlı Bahti ölkəsinin əksinə yaranan əks varlıq da «b» samiti ilə başlanır. Ola bilsin ki, bahti elə türklərin bayraq sözüdən törəyib. Təsadüfi deyil ki, türklər dünyada ilkin bayraqlı xalqlardan sayılırlar. Onların ucalan bayraqlarının endirilməsi ən böyük həqarət idi. Bayraq qan bahasına qorunurdu. Bayrağı təhqir edənin yaşamaq haqqı əlindən alınırdı.
«Bravar» və «usad» sözlərinin də mə‘nası avestaşünaslar üçün namə‘lumdur. Ehtimal edirlər ki, buğdanı yeyən milçək, yaxud həşaratdır.
Mən - Ahur-Mazd beşinci ən yaxşı ölkə və məskən kimi Mour və Bahti arasında yerləşən Nasayı (qoyulmuş, yerləşmiş, səhman) yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anqro Manyu Mour və Bahti arasında tərədüdü, ağılın laxlamasını («ağlın oxunması» şəklində də tərcümə olunur), axmaq niyyətləri meydana gətirdi.
Qeyd: Əgər Anqro Manyu tərəddüdü, axmaq niyyətləri meydana gətirmişdisə, Ahur-Mazdın yaratdığı ölkədə əksinə xoş məramlar, iradəlilik, cəsarət hökm sürməliydi. Deməli, «Nasay» sözünün mə‘na tutumunda da həmin anlayışlar dayanmaladır.
Mən - Ahur-Mazd altıncı ən yaxşı ölkə və məskən kimi evləri boş qalan Horavı yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anqro Manyu «sarask» və «drivik»i, ağlamağı, ah-zarı meydana gətirdi.
Qeyd: Pəhləvi mənbələrindəki şərhə görə, ancaq sakinləri öləndən sonra evlər boş qalırdı.
Başqa oxunuşda həmin ifadələr «suları ayıran Horav» şəklindədir. Mənbəyini Ariandan (Arandan) götürən sular iki istiqamətə axırdı – şərqə və qərbə.
Üçüncü oxunuşda isə həmin ifadə «bolluq olan yaşayış məskəni» anlamındadır.
«Drivik» və «sarask» - «ağı, ah-zar, vay-şivən» mə‘nasındadır. «Avesta»da bu ifadələrin arxasında böyük fəlakətlər, müsibətlər gizlənir.
«Moskitlər» haqqında İ.M.Oranski yazır: «Avesta»nın birinci fraqardını araşdıran A.Kristen olduqca maraqlı fərziyə irəli sürərək bildirir ki, 4,5,6 və 8-ci sətirlərdəki izahı mümkün olmayan terminlər (onun qənaətinə görə, bu misralar həmin fraqatın ən qədim ölçülü-vəznli hissəsidir) etnik və dini birləşmələrin, İrandakı atəşpərst tayfaların bir-biri arasındakı qanlı müharibələri göstərir. Skait sakları, marıd –mardları, drivik isə derbikləri əks etdirir»
Diqqət yetirin, A.Kristenin qənaətləri də bir məqsədə xidmət edir. Təki Anqro-Manyunun yaratdıqları pisliklər, şər qədim türk tayfalarına aid edilsin.
Bir cəhətə fikir verilsə, «horav» sözünün mə‘na tutumunda da məhz fəryad anlamının olduğu aydınlaşar. Bu Ahur-Mazd tərəfindən elə bir ölkə kimi müəyyənləşir ki, orada Anqro-Manyusuz evlər boş qalmışdır. Belə çıxır ki, «horav» - «haray» sözündən törəmişdir. Yə‘ni tanrı özü əvvəldən haray salıb, peyğəmbərə ocaqları yandırmağı, boş qalan evləri doldurmağı tövsiyə edir. Bu halda «sak»laşdırılan, «mard»laşdırılan və «derbik»ləşdirilən şər qüvvələrin islahından söhbət gedə bilməz. Çünki «Harav»da evlər ölümsüz də boşdur, oraya Anqro Manyu tərəfindən göndərilənlər, hər kim olsalar da, fəlakətə səbəb olmurlar. Əksinə, fəlakətli məkanı canlılarla tə‘min edirlər.
Mən - Ahur-Mazd yeddinci ən yaxşı ölkə və məskən kimi dujakın (kirpinin) yerləşdiyi Vekerti yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anqro Manyu Kersaspı yoldan çıxarıb özünə ram edən sehirbaz Hnafaiti meydana gətirdi.
Qeyd: İ.M.Oranski sonuncu hadisəni «Hnafaitinin Kersaspla birləşməsi» şəklində təqdim edir. Belə anlaşılır ki, Kersasp da Anqro Manyunun «e‘malatxanası»na məxsusdur.
F.Volf «Vekert» sözünü «Kirpilərin vətəni» kimi təqdim edir.
Mən - Ahur-Mazd səkkizinci ən yaxşı ölkə və məskən kimi otların bollaşdığı Urvu yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anqro Manyu ən qəddar gəlmə hökmdarları, lovğalığı meydana gətirdi.
Qeyd: İ.M.Oranskiyə görə qəddar hökmdarlar gəlmədirlər. Söhbət başlanğıcdan gedirsə, ilk xeyirli varlıqları Ahur-Mazd, şər, fəlakət və pislikləri Anqro-Manyu icad edib yer üzünün müxtəlif bölgələrində yerləşdirir. Əslində, on altı ölkənin hamısında birinci (biri istisna edilməklə, orada evlər boş qalır) xeyir varlıq ora ayaq basır, deməli, onlar yerli – ilk məskunlaşan sakinlərdirlər. Qışla, qaranlıqla ölkələrə soxulanlar isə bütün ərazilərdə gəlmədirlər. Ümumiyyətlə, «Avesta»nın ilkin mətnində bu cür ayırma hallarına təsadüf edilməsi inandırıcı görünmür. Ona görə ki, atəşpərəstlik inancına görə, qaranlıqsız işıq, işıqsız qaranlıq olmadığı kimi, xeyirin də xeyirliyini təsdiqləyən şərin olması əsas şərtdir. Sonralar pəhləvi variantlarında, əlbəttə, turanlılar, saklar şərləşdiyi - əfrasiyablaşdığı kimi İranı uzun müddət qul vəziyyətində saxlayan Midiyanın əsil sakinləri də «gəlməyə», yada çevrilmişdi.
Mən - Ahur-Mazd doqquzuncu ən yaxşı ölkə və məskən kimi girqansların oturduğu Vəhrkanı yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anqo Manyu mənfur, iyrənc, xəbis, yuyulmayan günahı meydana gətirdi.
Mən - Ahur-Mazd onuncu ən yaxşı ölkə və məskən kimi gözəl Harahvatı yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anqro Manyu mənfur, iyrənc, xəbis, yuyulmayan günaha batmağı – meyidləri torpağa basdırmaq adətini - nasuspayı meydana gətirdi.
Qeyd: Nasuspay – «meyidləri tullamaq, atmaq, yə‘ni ölən üçün dəfn mərasimi keçirməmək, onu başlı-başına buraxmaq şəklində şərh edilir.
Mən - Ahur-Mazd on birinci ən yaxşı ölkə və məskən kimi şüa saçan, Hvarnodan qayrılmış Hatumantı yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anhra Manyu ölümyayan qəddar cadugərləri meydana gətirdi.
Mən - Ahur-Mazd on ikinci ən yaxşı ölkə və məskən kimi üçtayfalı Raqı yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anqro Manyu ağıldankənar fikirləri meydana gətirdi.
Qeyd: Tədqiqatçılar belə hesab edirlər ki, «üçtayfalı» - eyni kökə malik olmayan üç xalq deməkdir
«Ağıldan kənar fikirlər» deyəndə dinə qarşı çıxanların söylədikləri nəzərdə tutulur. Əslində, Anqro Manyu üç millətli ölkəyə dinsizləri göndərir ki, insanlar arasında nifaq salsınlar.
Mən - Ahur-Mazd on üçüncü ən yaxşı ölkə və məskən kimi Arta aid güclü Çahrı yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anqro Manyu yuyulmaz günahı - meyitləri oda atmağı meydana gətirdi.
Qeyd: Başqa şərhdə «meyidləri bişirilməsi» şəklində təqdim olunur. «Videvdat»ın 8.73-74 fraqatlarında da menyitlərin bişirilməsindən bəhs açılır. Bu, yə’qin ki, atəşpərəstlərin şər kimi qəbul etdikləri ölümü yandırmaq adətinə işarədir.
Mən - Ahur-Mazd on dördüncü ən yaxşı ölkə və məskən kimi Aji-Dahakı öldürən Traytaonun doğulduğu Varnı yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anqro Manyu fəaliyyətdən kənar requlu və arian olmayanların hakimlik etdiyi ölkələri meydana gətirdi.
Qeyd: Requl (Menstruasiya) – qadınların pozulma halları - menstruasiya dövrü, ola bilsin ki, ümumilikdə bütün ginekoloji xəstəliklər kimi götürülürdü. Əgər qadının doğuş orqanındakı pozuntular fəlakət sayılırdısa, yadların hakimiyyəti «Avesta»da ən qorxunc və qəddar şər qüvvəni - Aji-Dahaqı öldürən qəhrəmanın vətəninə qarşı qoyulurdusa, deməli, «Varn» «var olmaq» deməkdir, qadın-analar tutulan xəstəliyi göndərməklə Anqro-Manyu Traytaon (bu ola bilsin ki, «türk» sözündən törəmişdir) tək qəhrəmanların kökünü kəsmək istəyir.
Mən - Ahur-Mazd on beşinci ən yaxşı ölkə və məskən kimi Həpt-Hindi yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anqro Manyu quraqlığı və torpağın bərəkətsizliyini meydana gətirdi.
Qeyd: «Həpt-Hind – yeddi çay deməkdir. Başqa şərhə görə, «köhnəlmiş» mə‘nasındadır.
Mən - Ahur-Mazd on altıncı ən yaxşı ölkə və məskən kimi başsız (hökmdarlarsız) idarə olunan* Ranhi mənbəyini yaratdım. Onda buna qarşı çox canlıları məhv edən Anhra Manyu devlərə məxsus «Taoj»u - yad gökmdarları meydana gətirdi.
Qeyd: *Hərfi tərcümədə «O yer ki, orada yaşayanların başı yoxdur, başsızlar ölkəsidir» alınır. Başı olmamaq, əslində, məcazi mə‘nada ağılsız anlamındadır. S.P. Vinoqradov «baş olmamağı» ölkədə hökmdarın yoxluğu kimi qəbul etmiişdir. Lakin qədim yazılı mənbələrdə «başı olmayan» məxluqların təsvirlərinə də təsadüf olunur
a) Böyük Pliniemin «Həqiqi tarix» kitabında (V.8 i VII.2) «Başsız adamların gözləri çiyinlərində olar» fikrinə rast gəlirik.
b) Orta fars yazılı abidəsi «Bundahişn»də (15.31) «gözü sinəsində yerləşən insanlar», yaxud «qulabı döşündə olan insanlar»dan bəhs açılır.
v) Orta dövr fars poeması (III-IV əsrlərə aid itmiş parfiya orijinalından çevirilmişdir) «Vavilyon ağacı»nda yazılır: «Mən [keçi] dağlarda dolaşıram, <...> Hindistan sərhədlərindən Varkaş gölünədək. Bu torpaqlarda müxtəlif adamlar yaşayırlar, boyları bir qarışdı [12 barmaq məsafəsi boyda], döşü gözlüdürlər, elədirlər ki, gözləri sinələrində yerləşir, başları it başına oxşayır – insanlar kimi qaşları var <...>»
Başqa ölkələr və məskunlaşma yerləri də var, gözəldir, heyranedicidir, məhşurdur, dəbdəbəlidir, gözqamaşdırıcıdır.
Bölməsiz
folklor
May 19, 2008 16:00
Baxış sayı: 64
Şərhlər(0)