“Ar-ar-at” burdan açıq-aşkar görürük ki, “Ararat” sözünün indiki, ermənilərə, yəni indiki haylara heç bir aidiyyəti yoxdur
Demək belə, mən kişiyəm, mən ərəm, mən igidəm terminləri olan yerdə indiki özlərini erməni adlandıran haylara aid heç nə yoxdur, ola da bilməz.
Mənfur haylar adımızı özəlləşdirdikdən, XVIII əsrin sonlarından, başlayaraq yəni Qafqaza ayaq açdıqdan sonra Ermənistanın (Qərbi Azərbaycanın) əksər yer adlarını dəyişməyə müyəssər olmuşlar. Lakin dəyişdikləri adları başqası ilə əvəz edərkən, çətinliklərlə üzləşdiklərindən, yenidən bu yerlərə daha qədim türk adlarını verək məcburiyyətində qalıblar. Məsələn, “Ar-ar-at” burdan açıq-aşkar görürük ki, “Ararat” sözünün indiki, ermənilərə, yəni indiki haylara heç bir aidiyyəti yoxdur. Çünki Ararat sözünü təkhecalı sözlərlə oxuduqda görürük ki, “ər-ər-at” igidin ərən atı mənasını verir
Daha doğrusu, “ər ata minən ər”. “Ərənin ərən atı”. Digər özəlləşdirilmiş adlarından daha biri Artaşatdır. Buradan da görürük ki, üç hecalı sözdən ibarət “Artaşat” sözüdə tərtəmiz Türk sözüdür. Ər-ərən igidi; taş-daş; at- isə məlumdur. Türklərin dünyaya bəxş etdiyi müasir sivilizasiyanın inkişafının təməlini qoyan “at” sözüdür.
Əcəba sual oluna bilər ki, bu hayların heç öz dillərində ad qoymaq üçün sözləri yoxdur.
Əlbəttə ki, yox, çünki müasir “haylar” hamısı erməniləşib, yəni bizdən dönmə olub. Onun üçün hansı tərəfə fırlansalar da, hansı adı qoysalar da bu adın kökü türk sözü olmalıdır.
Təbii ki, hayları da qınamaq olmur. Axı dünyanın hər köşəsinə öz adlarını qoymuş, möhürünü vurmuş Türklərin torpağına başqalarının ad qoyması absurddur.
Bu yerdə yenidən İslama dönüb, Türklərin İslama bəxş etdikləri müqəddəs kitabımız sayılan Quranın nə demək olduğuna nəzər salaq.
“Quran” - bu sözü yəqin ki, açmağa və hecalara ayırmağa ehtiyac yoxdur, çünki “Quran” - elə qurmaq, yaratmaq, təməl deməkdir ki, Quranda islamı quran, yaradan onun “anayasası ”-dır. Əlbəttə qurana ad verən Qureşilər müqəddəs kitaba başqa ad verə bilməzdilər, çünki onlar özləri türk mənşəli olduqlarından öz tayfalarının adını müqəddəs Qurana vermişlər. Qureşilər – yəni iş quranlar, təməl qoyanlar, başqa cür də edə bilməzdilər. Onlar öz müqəddəs kitablarına onun layiqli adını verərək Quran- yəni yardan, təməl, kök, tikən, kimi asan anlamlı ad qoymuşlar.
Beləliklə, Azər (s.ə.s) Peyğəmbərin başladığı Təkallahlılıq ideyası, Quranın nazil olması ilə tam qələbəsini qazandı. Vəhşi halında həyət tərzi sürən ərəbləri haqq, ədalət, insanlıq, mədəniyyət, elm kimi sivil dəyərlərə qovuşdurdu.
Hal-hazırda dünyanın az qala yarısının sevə-sevə qəbul etdiyi, bəşəriyyətin ən mütərəqqi dini sayılan islam türklərin insanlara bəxş etdiyi ən böyük nemət sayılır. İslam və Türk - bunlar bir-birinə ayrılmaz tellərlə bağlı vahid candır, desək yanılmarıq.
Bu gün bir çoxlarının (dilimizdən anlamayanlar) iddia etdiyi kimi dilimizə yanaşsaq, onda deyilənlərin tam əksini görmüş oluruq. Belə ki, az qala Azəri türkcəsinin yarıdan çoxunun alınma sözlərdən ibarət olduğunu deyənlərə sübut edirik ki, əksinə, bizdən alınıb sonradan bizə qaytarılan sözlər heç də dilimizə gəlmə deyil, elə öz doğma sözlərimizdir. Əgər bu gün “Quran” sözünün dilimizə keçmə olmasını söyləyənlər varsa, demək onlar dilimizdən xəbərsizdilər.
Ötən yazılarımızda türkün məkanının Alyaskadan başlayaraq Qərbi Avropada bitdiyini qeyd etmişik. Belə olan halda nəhəng millətin digər dillərdən sözlər qəbul etməsi ən azından ağıla sığmazdır. Əksinə, bizimlə yaxın və uzaq qonşular, o cümlədən əsarətimizdə yaşayan digər xalqlar dilimizdən bəhrələnib sözlərimizi özəlləşdirərək sonradan bizim sözlərə sahib çıxmışlar. Kimin kimdən sözlər mənimsədiyi göz qabağındadır.
Burada bir incə məqamı qeyd etmək yerinə düşərdi. Tarixlər yaratmış Türklər hardan-hara getməsindən asılı olmayaraq, zəbt etdikləri yerlərdə xalqların mədəniyyətinə, dilinə və dininə müdaxilə etməmişlər. Əksinə, Türklər bütün xalqların millətlərin dilinə və dininə sayğı və hörmətlə yanaşmış, onların milli heysiyyatlarına toxunmamışlar. Bu gün, hal-hazırda qərbin bizdən oğurlayıb bizə sırımaq istədiyi “millətlərin öz müqəddəratının təyini”, “milli duyğulara hörmət” “demokratik azad fikir” və “tolerantlıq” biz Türklərdən dünya üçün yadigardır. Məhz Türklər böyük alicənablığa qadir idilər və bu gün də qadirdirlər.
Buna bariz sübut üçün bir neçə misal gətirək və bugünkü, “Qərb demokratiyası” tolerantlığı ilə Türklərin vaxtı ilə etdiyi, bu gün də davam etdirdiyi dəstixəttə nəzər salaq.
Ani olaraq Şimali və Cənubi Amerikaya xəyalı səyahət edək. Vaxtı ilə ingilislərin, ispanların, fransızların, portuqalların işğala məruz qoyduqları ölkələrə bir daha nəzər salaq. Yuxarıda adları çəkilən ölkələr haranı işğal ediblərsə orada onların dili və dini yerli xalqlara məcburi sürətdə qəbul etdirilib və bu proses bu gün də davam etməkdədir. Baxmayaraq ki, adları çəkilən ölkələrin yaxın və uzaq tarixdə işğala məruz qoyduqları ölkələrdə artıq yerli xalqlardan əsər-əlamət belə yoxdur. Varsa da yox olmaq üzrədir. Ancaq bunu Türklərə aid etmək olmaz. Heç uzağa belə getmədən, yaxın ətrafımıza nəzər yetirək. Bütövlükdə Qafqaz regionu daima Türklərin nəzarəti altında olmuş, bu yerlərin köklü xalqı olaraq, çoxluq təşkil etməklərinə baxmayaraq, Qafqazda məskunlaşmış heç bir xalqın, heç bir millətin nə dilinə, nə də ki, dininə toxunmamışlar. Əksinə, bu yerlərə pənah gətirmiş, yerli türklərə sığınmış xalqlara, türklər bacardıqları qədər köməklik etmiş, onları öz ağuşuna alaraq bu xalqlara hamilik etmişlər. Belə bir türk humanistliyi sayəsində həmin xalqlar günü bu gün də öz dillərində danışır, öz dinlərinə sitayiş edirlər.
Bax budur türk mədəniyyəti, bax buna deyərlər humanizm. Yoxsa bəşəri dəyərləri bəhanə gətirərək, öz işğalçı siyasətlərini davam etdirən, xalqların milli mənəvi dəyərlərini məhv edib özünün və ya özününküləşdirmiş saxta humanizmi, tolerantlığı, demokratiya kimi “bəşəri” dəyərlərini özgələrə sırımaq kimə və nəyə lazımdır? Yazdıqlarımızın bir çoxu mövzumuzdan uzaq olsa da bu məsələlərə toxunmadan əsl həqiqətləri ortaya çıxarmaq olmur. Baxmayaraq ki, “sonunda həqiqət qələbə çalır”, “minlərlə əyrini, bir düz kəsir”, ancaq müasir dövr tələb edir ki, sən haqlı olsan da ədalət və həqiqət sənin tərəfində olsa da, bunları sübut etmək məcburiyyətindəsən.
Bəşər yarandığı gündən ilk əvvəl Şərqdən (Qədim Şumerlər) qərbə hərəkət edərək Sakit okean sahillərinə qədər gedib çıxan türklər, sonradan geriyə dönmüş, öz qədimi torpaqlarına qayıtmışlar. Bəşəriyyətə əvəzsiz töhfələr verərək özlərindən törəmə xalqlara daima hörmət və sayğı ilə yanaşmışlar. Hal-hazırda böyük Türk xalqı bu humanisliyini çətin də olsa davam etdir, böyüklüyünü qoruyur.
Dünya sivilizasiyasının banisi türklərdir. Bu, danılmaz və inkar edilməzdir.
Tanrı türkü və ondan törəyib bunu unutmayanları qorusun!!!
Məhərrəm ZAMAN
İdeal DEMOKRATİYA QƏZETİNİN BAŞ REDAKTORU
sizlərdən gələn məktublar
folklor
Noyabr 30, 2008 1:52
Baxış sayı: 2
Şərhlər(0)
sizlərdən gələn məktublar
folklor
Noyabr 30, 2008 1:52
Baxış sayı: 2
Şərhlər(0)

