Reklam verin!
Yuma Ailə Jurnalı

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 3
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 322
  • Bugünki hit: 3
  • Ümumi hit: 39855

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

SAVALAN TALIBLI

DILI qorumaq hər bir kəsin borcudur,dil namusdur,qeyrətdir,dili dövlətdə qorumalidir çunki dil dovlətin atributudur.....

 DILI qorumaq hər bir kəsin borcudur,dil namusdur,qeyrətdir,dili dövlətdə qorumalidir çunki dil dovlətin atributudur.....

Dil ünsiyyət vasitəsidir.Azərbaycan dili dünya xalqlarının dilləri arasında özünəməxsus yeri və mövqeyi olan bir dildir.Ən çətin fikirləri ifadə etmək gücünə malikdir.Azərbaycan dili öz tarixi inkişaf yolunda bir çox mərhələlərdən keçib.Bugün müstəqil Azərbaycanımızın dövlət dili azərbaycan dilidir.Sevindirici bir hal kimi qeyd etmək istərdim ki,ölkəmizdə fəaliyyət göstərən səfirliklərin səfirlərinin bir çoxu ana dilimizdə sərbəst danışırlar.Burada maraqlısı odurki,əcnəbililər,avropalılar bizim dilimizi öyrənməkdə maraqlıdırlar,amma biz öz tarixi keçmişimizi, dogma dilimizi yaşatmaqda yox.
Yaponiyanın,amerikanın səfirləri dogma dilimizdə sərbəst danışırlar.Fikir və düşüncələrini səlis ifadə etməyi bacarır.Ən əsasda dilimizin normalarına riayət edirlər.Yaponiyanın,amerikanın səfirlərinin dilimizdə danışmaları bizləri sevindirir.Ancaq dilimizə balta vuranlara belə bir söz demək istərdim:əcnəbiləri bizim dilimizdə danışan görəndə görən həmin azərbaycanlılar xəcalət cəkirmi?,heç olmasa həmin əcnəbilərdən utanırlarmı?Bu tip insanlar özlərini necə,nə əsasa azərbaycanlı adlandırır.Çox maraqlıdı, Azərbaycanda yaşayasan,işləyəsən ancaq azərbaycanca danışmayasan.
Belə insanlara başa salmaq lazımdır ki,bura azərbaycandır,və dövlət dilidə azərbaycan dilidir.Biz nə SSR-i dönəmində yaşamırıq,nədə ki, avropada.Hamı yaşadıqı dövlətin dilində danışmalıdır.

Dilimizi qorumaq,lügətimizdə olan sözlərdən gen-bol istifadə etmək hər bir azərbaycanlının borcudur.Məndə bir azərbaycanlı kimi dilimizə laqeyid münasibəti görüb Azərbaycan Pedoqoji universitetinin filologiya fakültəsinin dekanı,filologiya elmləri doktoru professor Buludxan Xəlilovla görüşdüm.Dilimizdə yaşanan qaranlıqlara dilçi alim geniş aydınlıq gətirdi.
Buludxan müəllim,siz APİ-nin filologiya fakültəsində dekansınız.Dilimizin keşiyində dayanan bir alim kimi sizin bugün dilimizə yad münasibət bəsləyənlərə münasibətiniz necədir?Bugün azərbaycan dilinin işlənmə səviyyəsi nə yerdədi,və yaxud tez tez icitamiyyətdə bəzi insanlar nitqlərində əcnəbi sözlərdən istifadə edirlər.Elə insanlarla qarşılaşırıq ki, azərbaycan dilindən başqa bütün dillərdə danışırlar,ancaq yarı-yarımçıq.Dilçi alim kimi bunlara münasibərinizi bilmək istərdik.

Əvvala dogru qeyd etdiniz.Rusca,ingiliscə sözlərdən danışıq vaxtı istafadə edənlərlə tez-tez qarşılaşırıq.Daha dogrusu «zəngin lügətlərində» əcnəbi sözlərdən istifadə edən,bəzi azərbaycanlılarla.Dil bilmək gözəldi,ancaq ana dilini bilməmək,dogma dildə danışmamaq ən azından günahdır.Dilə hamının ehtiyacı var.Ü.Hacıbəyovun felyotonlarını,C.Məmmədquluzadənin və bir çox klassiklərimizin əsərlərini ana dilimizin vasitəsiylə oxuyub öyrənmişik.O klassiklər,dahilər ona görə sevilirlər ki,onlar azərbaycanca yazıb yaradıblar.Azərbaycan dilinin bütün imkanlarından istifadə ediblər.Bizlər ana dilimizə borcluyuq.Klassiklrəmizdə ana dilimizə borcludurlar.Onların əsərlərini azərbaycanca oxuyub həyatı,məişəti öyrənmişik dünya mədəniyyətinə qovuşmagın yollarını dərindən mənimsəmişik.Dil vacib bir sahədir,dilə hər bir kəsin təəsüfkeşliyi olmalıdır.Hamı namus,qeyrətə yanaşdıgı kimi dilədə belə münasibət bəsləməlidir.Dil dövlətin atributudur.Azərbaycan dilidə keçməkeşli bir yol keçib.Bu dilin qayda qanunlarını qorumaq,dili yaşatmaq hamımızın borcudur.
Müstəqillik dövründən sonra dilimizin statusu dahada genişlənib.Artıq azərbaycan dili dövlət dilidir.Azərbaycan dili vasitəsiylə dünyanın ayrı-ayrı ölkələrində rəsmi danışıqlar aparılır.Ticarət,iqtisadiyyat işləri qurulur.Dilimiz artıq beynəlxalq tribunadan səslənən bir dildir.Bunlar yaxşı kefiyyətlərdir.Biz dilimizin lügət tərkibinin təmizliyinədə fikir verməliyik.Siz məsələni köklü qoymusunuz.Dilimizin təmizlənməsi üçün bizə vaxt lazımdır.Birincisi mətbuatdan,televiziya kanallarından,radio efirlərindən başlamalıyiq.Yeri gəlmişkən deyim ki,sizin çalışdıgınız azərbaycan dövlət radiosunun xalq yaradıcılıgı redaksiyası.Bu redaksiyanın hazırladıgı verlişlərə fikir verək. «Bulaq», «Dastan saatı»,«Ipək yolu», «İrəvan çuxuru».Bu verlişlərdə tarixdə,mədəniyyətdə,mənəviyyatda qorunur.Həmişə tələbələrimə azərbaycanca səlis,gözəl danışmaları üçün bu verlişləri dinləməyi məsləhət bilirəm.
Dilimizdə əcnəbi sözlərlə danışanlara,tv-radio efirlərində,mətbuatda dilimizə laqeyid münasibət bəsləyənlərə isə süni dəbdən uzaq olmaqı arzulayıram.Çünki nə varsa,mahnılardı,mugamlardı,saz havalarıdı, hamısı azərbaycan dilində sevilib seviləcəkdə.Bir sözlə dili dövlət yox,xalq qorumalıdır.Bu qəzetlərdə,tv-radio efirlərində çalışanların əksəriyyətinin jurnalistikadan xəbərləri yoxdur.Həm təhsil baximdan,həmdə mədəniyyət,qanacaq baximdan.Savadsızlıq və ədəbsizlik cəm olan yerdə çox böyük fəsadlar olur.Qəzet,jurnal,radio,televiziya ondan ötürüdürki,xalqı marifləndirsin.Əgər bugün bunlara əməl olunmursa bunun qarşısı alınmalıdır.Heç kəsin dilimizdə kənar söz işlətməyə haqqı yoxdur.Dil tribunadır,güzgüdür.Təmiz və nümunəvi olmalıdır.Qaldırdıqınız bu məsələ olduqca mənalı və məzmunludur.Özünü vətandaş hiss edən hər bir kəs dilə xidmət etməlidir.Çünki biz bu dil vasitəsiylə ünsiyyət qururuq.

Buludxan müəllim növbəti sualım əlifbayla baglıdır.Bugünə kimi biz bir neçə əlifba dəyişmişik.İlk qədim əlifbamızda bildiyiniz kimi piktoqrafik əlifbadır.Soruşmaq istəyirəm əlifbadan əlifbaya keçiddə hansı itkilərimiz olub?

Çox böyük itkilər olub.Sizə deyim ki,biz qürür hissi ilə deyə bilmərik ki,tez-tez əlifba dəyişmişik.Bu fəxr olunası deyil.Əlifbanın dəyişməsi çox böyük fəsadlar törədir.Birincisi düşüncə tərzi dəyişir,dilin qayda qanunlarında hərc-mərclik yaranır.Əlifbanın bir əsrdə bir neçə dəfə dəyişməsiylə nəsillər arasında körpü əlaqəsi sınır.Məsələn,bugün biz latın əlifbasından istifadə edirik,amma kiril əlifbasından istifadə yoxdur.Kiril əlifbasında yazılan kitablar,dəyərli əsərlər itib batır.Əlifba təkcə məktəb uşaqları üçün deyil,əlifbanı hamı öyrənməlidir.Ancaq nəzərə almaq lazımdır ki,əlifbadan əlifbaya keçid olanda əlifbanı hamı öyrənə bilmir.Yaşlı,qoca,agbirçək,agsaqqalida nəzərə almaq lazımdır.Əlifba dəyişkənliyində bu məsələləri nəzərə alıb çox ehtiyatlı olmaq lazımdır.Bugün sevindirici haldır, latın əlifbasıyla bizim cənab prezidentimizin sərancamı var,ədəbiyyat çap olunur.Bu çox gözəldir.Dilə,ədəbiyyata dövlət qaygı göstərir.
1926-cı ildə Bakıda 1-ci türkoloji qurultay keçiriləndə vahid problem türk xalqlarına ortaq türk xalqlarının əlifbasıydı.Çoxlu müzakirələr aparıldı ki,ortaq türk əlifbasını necə yaradaq?Ayrı-ayrı hərflərin üzərində,və onların qrafik işarələrində müxtəlif mübahisələr yaranmışdı.Yəni əlifba elə asan məsələ deyil.Əlifbanın dəyişməsiylə iqtisadi problemləri,mədəni problemləri həll etmiş olmuruq.Əlifba dünyaya çıxış üçün bir vasitədir.Bugün latın qrafikalı əlifbadan istifadə edirik.Yenə deyirəm bu sevindiricidir,ancaq gelin biraz keçmişinə nəzər salaq.Nə qədər ədəbiyyatlarımız bugünə kimi diqqətdən kənardı.Bir sözlə insiyənə kimi çox itkilərimiz olub.
Dünyada çinlilərin,koreyalıların,yaponların əlifbalarına nəzər yetirin.Ən çətin,ən qəliz əlifba.Ancaq bunların iqtisadi inkişaflarına baxın.Əlifba həm bəzi məsələlərin həllində vasitəçidir,həmdə vasitəçi deyil.Bütün məsələləridə əlifbanın üzərinə atmaq olmaz.Bayaq qeyd etdim,tez-tez əlifbalarımız dəyişib.Ayrı-ayrı illərdəki nə qədər yazılı abidələrimiz itib batib.Əlifbanı dəyişməkdə böyük itkilərdən biridə maliyyə itkiləridir.Dərsliklər ,ədəbiyyat dəyişməli.Bunlarda vəsait tələb edir.Vəsaitdə dövlətin büdcəsindən gedir.Burdanda maliyyə itkiləri yaranır.


Buludxan müəllim bəs bugün sizin çalışdıgınız pedoqoji universitetin tələbələri necə dilimizin təmizliyindən,imkanlarından geniş istifadə edirlərmi?

Gənclik gələcəyimizdi.Təsadüfi deyilən söz deyil.Bəzən gəncliklə münasibətdə ogul ata münasibəti alınır.Ogulla ata arasında inkişaf dinamika baxımdan anlaşılmazlıq olur.Çox vaxtda şişirdib gənclik bizim arzu təkliflərimizi tam ödəmirdə deyirik.Mən bunun əlehinəyəm.Azərbaycan gəncliyi elastik bir gənclikdir.Gənclərimizi hansı istiqamətə yönəltsən,o istiqamətə gedir,uyuşur,və ugurlu nəticələr verir.Azərbaycan gəncliyi kifayət qədər potensialdır,istedadlıdır.Bilirsiniz gəncliyimiz özündən böyük nəsildən çox şey umur.Biz nəqədər düzgün faydalar versək gənclik bir o qədərdə bəhrələnəcək.Tam əminliklə deyimki bugün ki,gəncliyimiz öz tarixinidə,mədəniyyətinidə öyrənməkdə həvəslidir.Sadəcə olaraq bu həvəsə istiqamət vermək lazımdır.Bunuda deyək ki,azərbaycan gəncliyi dünyadan təcrid olunmuş şəkildə yaşaya bilməz.Dünyada bugün ciddi porseslər gedir.İnformasiya.texnologiya komunikasiya vasitələrinin həyatımıza gəlməsi.Ən əsas amildir.Gəncliyimizdə bunlardan istifadə etməyi bacarır.Bu çox gözəldir.Anca bugün ki,gənclik 10-15 il bundan qabaq ki,nəsillə müqayisə oluna bilməz.Əvvəl ki,nəsil daha çox kitaba üstünlük verirdi,bugün ki gənclik isə bayaq qeyd etdiyim kimi internetə texnologiyaya.Bugün desəkki, gənclik kitab oxumur,buda dogru olmaz.Bilirsiniz bizim müasir gənclik öyrənməyə meyillidir.Buda millətin xarakterindən irəli gəlir.Sadəcə olaraq bayaqda qeyd etdiyim ki,yönləndirmək lazımdır.
Bugün mənim tələbələrim ana dilimizdə gözəl danışırlar.Bədii ədəbiyyatlar oxuyurlar,xarici ədəbiyyatla maraqlanırlar.Mən desəm ki tələbələrimdən razıyam,bu heç kimdə şübhə dogurmamalıdır.

Buludxan müəllim bir sualada cavab almaq istəyirəm:Elə görüşmüşkən soruşum.
biz kitabi Dədə Qorqud dastanını,və bir çox əski dastanlarımızı oxuyanda müqayisə etmək istəyirik.Müqayisəyə gələn isə dastanlarımızın əski variantalıriyla bügün ki variantıdır.Qədim dastanlarımızda işlənən sözlər bugün nə dilimizdə nədə dastanlarımızda yaşayır.Sözlər yalnız fərdi adamlar arasında işlənir,belə sözlərin işlənməsidə istər oxuyanda istər istəməz insanlar arasınnda çaşqınlıq yaradır.Maraqlıdır qədim dastanlarımızda ki,sözlər bugün dilimizə,lügətimizə qayıtması mümkündürmü?,və yaxud bayaq qeyd etdiyiniz ortaq türk dilindən söhbət gedə bilərmi?

Mən deyim ki,bugün elmi ictimaiyyətdə ortaq türk dili məsələsi müzakirə olunur.Suallarda yaranır kı,türk dilinin lügət tərkibi hansı sözlərdən ibarət olacaq.Müxtəlif versiyalar,fərqli münasibətlər var.Sualınızda həqiqət var,bunuda qəbul etməliyik.Ortaq türk dili yaranarkən onun lügət tərkibi ortaq abidələrimizin lügətiylə qurulmalıdır.Ortaq yazılı abidələrimizdən biridə kitabi Dədə Qorquddur.Kitabi Dədə Qorqud dastanı və bir çox ortaq dastanlarımızda kı,sözlər türk xalqları tərəfindən yaxşı başa düşülür.Ortaq türk dilindən söhbət gedirsə ortaq türk xalqlarının dəyərlərindən istifadə olunmalıdır.Sualınızın ikinci hissəsinə cavab vermək istərdim.Qədim dastanlarımızda kı,sözlərin bugün dilimizdə işlənməməsini qeyd etdiniz.Bununla tam razıyam,ancaq razılaşaq ədəbi dildə işləmir.Bu cür sözlər xalqın dilindədir.Dialekt şivələrimizdədir.Bu ləhcələrimizdəki dialekt sözlərdəki kəlmələrimizi bir yerə yıgsaq bütün qədim sözlərimiz yaşayar.Sadəcə olaraq bu sözlər ədəbi dilimizdə işləmir.

Buludxan müəllim sonuncu sualımdan sonra sizə təşəkkürümü bildirmək istəyirəm.Bir gənc kimi sizdən bugün çox şey öyrəndim.Özünüz demişkən gəncliyə istiqamət vermək lazımdır.Sizin kimi ziyalıyla söhbət mənə xoş təsir bagışladı.
Sizdə çox sagolun.Dogurdanda bugünün aktual məsələsi üzərində söhbət etdik.Mənim özümədə sizin kimi bir gənclə söhbət çox xoş oldu.
Yazımın kuliminasiyası isə belə olacaq.Azərbaycan dilinin gözəlliyindən,geniş imkanlarından sizləri istifadə etməyə çagırıram.


Bookmark and Share


ƏMƏKDAŞLARIMIZIN HƏYATI
folklor
May 7, 2008 1:01
Baxış sayı: 155

Şərhlər(11)


1
Şəbnəm yazıb:

Çox sağ olun, maraqlı yazı, maraqlı müsahibə oxudum. Birinci dil məsələsinə fikrimi bildirim ki, sizinlə tamamilə razıyam rolleyes. Niyə özümüzünkilər tərəfindən dilimizə qiymət verilmir? Nə üçün tapdalanır. Başa düşürəm, Azərbaycan Sovet hakimiyyətinin əsarətində olub və bu ölkəmizdə rusların və rus dilinin daha çox yayılması səbəblərdin biridir. Amma, indi ki, bizi kim məcbur edir ki, fəxrlə, lovğalana-lovğalana rus dilində danışırıq? Özü də düz danışsaq dərd yarı - bərbad. Məyər dilimiz pisdirmi? Bu millət gələcəyi düşünmür. Dil bizim milli qürurumuzdur, amma, nə hala salınır bu qürur? Çox üzülürəm.

İkincisi, əlifbamız.. Axundzadənin o vaxtı əlifba dəyişimi barısində səyləri haqqında oxuyanda, razılaşırdım. Yəni mən də istəyirəm ki, əlifba elə olsun ki, məsələn türk dövlətləri anlaya bilsin. Ona görə də o vaxt çalışılan əlifba dəyişimini alqışlayıram Hərçənd ki, Axundzadə bu işi başa çatdıra bilməmişdi. Amma, sonralar əlifbanın dəyişilməsinə sevinirəm. Elə indi də əlifbamızın latın əlifbası olması məni sevindirir. Öz əlifbamızın öz xüsusi hərfləri var ki, sırf bizim özümüzə məxsusdur )). Düzdür, başa düşürəm, kirildən latına keçməklə müxtəlif problemlər törəndi, amma, dəyişilməyi çox yaxşı oldu məncə.
Bir blogçumuz (hasanalizade.azeriblog.com) "1920-30-cu illərdə Azərbaycan tipoqrafikası" barədə maraqlı yazı yazıb və o vaxt nəşr olunan kitabların şəkilllərini yerləşdirib bloga (http://hasanalizade.azeriblog.com/2008/05/01/7). O kitabların üstündə yazılan yazılar da çox maraqlı görünür. Baxmağı məsləhət görürəm. O vaxt ki, hərflərimiz necə idi, yəqin sizə də maraqlı olar.

Çox sağ olun..

May 7, 2008 17:36
2
Savalan yazıb:

salamlar,yazini diqqetle oxuyub fikrinizi bildirdiyinize gore minnetdaram
doqru qeyd etmisiniz rusca danisanlarin elihine deyilem once ana dilimiz sonra rus dili.Dil bilmek gozeldir gerek oz dilini kamil bilesen.Gurculere ruslara fikir verin ozlerine nece hormet edirler.Amma biz ingilis gorende ingilisi oluruq,rus gorende rus turkiye turku gorendede turkiyeli
bunlar xalqin dar dusunceli olmaqindan ireli gelir
hami dile hormet etmelidir
dili qoruyaq ki dilde bizi qorusun

May 8, 2008 11:35
3

Savalan Bey,
İstanbul'da yaşayan bir Azerbaycanlı olarak sizinle gurur duydum. 1998 yılında "Azerbaycan Eğitim Sistemi" üzerine bir tez hazırlamak için Bakü'ye gelmiştim. Gittiğim bazı devlet dairelerindeki kişilerin Rus'ça konuşmaları beni çok üzmüştü. Hem de merak etmiştim. Azerbaycan Dili çok güzel ve kulağa hoş gelen bir dil olmasına rağmen o insanların Rus'ça konuşmalarını anlayamamıştım. Senin gibi genç arkadaşlarımız diline, vatanına, bayrağına sahip çıktıkça, Azerbaycan'ın Bayrağı hiç bir zaman aşağı inmeyecektir. Elinize, gönlünüze sağlık.
Iğdır Haber

May 8, 2008 12:32
4
Şəbnəm yazıb:

Bilirsiniz Savalan bəy, mən özüm də müxtəlif dillərə yiyələnmək, çoxlu sayda dil bilmək istəyirəm. Bu mənim qarşıma qoyduğum məqsədlərdən biridir. İnşallah, nə qədər alınar-alınmaz bilmirəm. Amma, hər halda çalışacağam. Ancaq, mütləq ki, bunlar hamısı ikinci plandadır. Mütləqdir ki, öz dilimizi bilək, ona hörmət edək və onu qoruyub, saxlayaq. Bir-birimizlə öz dilimizdə ünsiyyət yaradaq. Axı, belə etməsək, dilimizi uçuruma aparırıq. Gələcəyimizi də yad dillərlə özümüzə doğmalaşdırıb, özümüz özümüzə yad olacağıq. Bundan çox qorxuram. Amma, sizin kimi, vətənpərvər, elinə, dilinə sadiq gənclər də az deyil. Sizlərin yazılarını oxuyanda çox sevinirəm ki, dəyərlərimizə həqiqətən də ürəkdən dəyər verənlər var.

May 8, 2008 14:51
5
Savalan yazıb:

Şəbnəm xanim Allah rəhmət eləsin dahi Lermontova,vaxti ilə deyirdiki azərbaycan diliylə qafqazı fransiz diliylə avropanı dolasmaq olar.Adama belə bir sual verərlər.Yaxsi Lermantov dəli zad idi azərbaycan dilini belə qiymətləndiridi,?xeyr əsla elə deyil,dogrudanda bizim ana dilimiz dünyanın ən zəngin dilidir,ən çətin fikirləri ana dilimizdə ifadə etmək olar.Məndə sizə ilk növbədə ugurlar diləyirəm,hər bir islərinizdə türkün dostu allahdan kömək arzulayıram.Nə yaxşıkı siz varsınız,sizin kimi xanımlar ən azından dilimizə balta çalanlara örnək olmalıdır.İşləriniz ugurlu olsun,bir daha fikriniz üçün minnətdarlıq hissimi bildirirəm

May 9, 2008 12:46
6
Cemale yazıb:

Gozel aktual movzudur.Buna gore Savalan bey size minnetdaram.Siz bele movzulara tez-tez aydinliq getirirsiniz.Doqrudanda biz nedense oz dilimizden basqa butun dillerde danisiriq ozude yari yarimciq.
Gelin ozumuze oz dilimize hormet edek

May 12, 2008 23:36
7
Nadir yazıb:

doqurdanda realliqi Savalan oz musahibesinde isiqlandirib.Sene ugurlar arzu edirem,sizi tanimasamda yaziniza gore minnetdarliq hiissimi bildirirem,bu danilmaz faktdir azerbaycanli azerbaycanca danismir

May 15, 2008 12:18
8
bergutay yazıb:

Savalan Bey men İstanbul' dan yazıram. Türkiyede doğub böyümüş bir Azeri Türküyem. Türklüğümle de dilimlede her daim qurur duymuşam. Yazdıxlarınızın hamsına qatılıram. Dil bir milleti millet eden en önemli unsurdu. Eşq olsun bu uğurda emek veren insanlara.Türkiyeden yazdığım için Azerbaycan elifbasına göre bazı sehvler olur. Bağışlamanızı diliyirem.Özellikle e herfi bizde tek di. Ona göre yazılarda bazı sehvler var. Özür isdiyirem. Başarılarınızın devamını dileyirem. Allah yar ve yardımcınız olsun.

Noyabr 12, 2008 18:11
9
Veten yazıb:

savalan salam.men sizi sexsen taniyiram.nece bir insan oldugunuzu da cox yaxsi bilirem.siz hemise bu olkenin ve bu xalqin problemleri ile maraqlanan bir gencsiniz.cox teessuf ki,indiki zamanda bele genclere rast gelmek cox cetindir.hemiseki kimi bu yazinizda da cox hessas bir meqama toxunmusunuz.evvala cox tesekkur edirem ki,yazinizda bele bir meqama toxunmusunuz.bizim xalq koklu,mediniyyeti ve tarixi ile secilen bir xalqdir.dilimizde cox qedimdir.bizim xalq cox humanistdir,umumiyyetle cox dil bilmekde qebahetli bir sey yoxdur.tam eksine insan oglu ne qeder cox dil bilse bir o qeder yaxsidir.ona gore ki,qlobal dunyada mence bu coxvacibir.amma xarici dili bilme o deme deyilki oz diline saymazyana yanasmalisan.eksine daha da oz dilini teblig etmelisen.amma bizim genclerin ekseriyyeti ise bu sozu demekden acigi men ozum utaniram.sanki oz dillerinde danismaqda untanirlar.bu belke de indi oz tesirini biruze vermir,amma inaninki bele getse cox demirem 30-40 il sonra oz menfi tesirini mutleq gosterecek.Bizim dil cox gozel,cox qedim ve koklu dildir.hem de asanliqla dile yatimlidir.diger xalqlarin numayendeleri,hemcinin xarici lkelrin Azerbaycandaki sefirlerinin bizim dilde danismagi,en azindan buna calismaqlar meni qururlandirir,fexr hissi kecirirem.raziyam ki SSRI-nin dilimze tesiri kecib.Amma o qeder de inandirici deyilde.indiki o zaman deyil.Bes ne olub?Mence bu insanlarin daxilinden gelen lovgaliq hissi ile elqedardir.sanki cumlelerinin icinde 1-2 xarici soz isletmekle,bu yolla cumlelerine karrekte etmekle ne olur?ozlerini sanki dahi insan hesab edirler.Eslinde ise tebiki bu bele deyil.dile hormet etmek,oz dilini qorumq,yasatmaq,neinki kecmisini,bugununu,hetta sabahini daqorumaq lazimdir.mence esas problem ailelerden gelir.usaqlar milli ruhda boyudulmur,calisilirki usaq ilkin yaslarindan xarici dilde danissin.mence bu tamamile sehvdi.Usaqlari milli ruhda boyutmek lazimdir.Veten<dovlet,bayraq sevgisile beraber dil sevgisini de asilamaq lazimdir.dusunurem ki,o meselelerde de bosluqlar var.aileler bir ferd kimi cox is dusur.her seyi dovletin ustune atmaq laimdir.unutmamaliyiq ki dovlet,xalqdir.her kes bir ferd kimi diline sahib durmalidi ve kenar tesirleri dilimize yaxin buraxmamalidir.anlayram ki,qlobal dunyda umum-beseri sozler cox yayilib.yeqin anayarsiniz ki bu sozlerin qarsiligi oz zengin dilimzde qarsiligini cox gozel sekilde tapib.hem de yeqin bda dsdunuz ki,men bunu nezerde tutmurdum.eger yaziimda herf sehvine yada ki,sifr sehvine yol vermisemse hamiminizdan uzr isteyirem.savalan size de bele meseleler de hessas oldugunu ucun bir daha tessekkur edirem.ugurlarinizin davamiini arzulayiram.Hormetle Haciyev Veten

Noyabr 14, 2008 13:33
10
Sebine yazıb:

Savalan bey bu yazin ucun sene xususi minnetdaram.Tam semimi soyleyirem lap ureyimden xeber verdin.Dehsetlisi doqrudan odurki biz azerbaycanlilar osmanli turku goren kimi oluruq osmanli,yehudi goren kimi oluruq yehudi ve saire.Ay qurban olum dil bilmek doqurdanda yaxsidir.Dili zay elemek ise bedbaxtciliqdir.Danisa bilmirikse niye yari yarimciq danisib ozumuzu biabir ediriK?
Doqurdanda dunyada en gozel dil bizim dildir.Bizim dilde neler yoxdu>?bayatilar,tesnifler,dodaqdeymezler,dastanlar neler neler.Kime hansi xalqa mexsusdur bunlar?
Gelin hamiimiz boyukden kiciye hormet edek ozumuze.

Noyabr 16, 2008 21:49
11

Bu yazini oxuyub fikir bildirdikleriniz ucun her birinize derin tesekkurumu bildirirem/Eslinde bu yazi bir yoxlanisdir.Ona goreki haminin fikiri mene cox maraqlidir

Noyabr 16, 2008 21:52

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog