Reklam verin!
Yuma Ailə Jurnalı

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Arxivlər

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 8
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 322
  • Bugünki hit: 28
  • Ümumi hit: 39880

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

GÜLLÜ YOLOĞLU

 

filologiya elmləri namizədi,

tarix elmləri doktoru

AMEA-nın Arxeologiya və

Etnoqrafiya İnstitutunun

aparıçı elmi işcisi

          Əslən Qazağın Çanallı kəndindən olan Güllü Yoloğlu 1963-çü il mayın 5-də Azərbayçanın Zakatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində (indi bu kənd Balakən rayonuna aiddir) müəllim ailəsində doğulub. Gənçə Pedaqoji İnstitutunu bitirdikdən sonra tarix-ədəbiyyat müəllimi olan atası Gülməmmədov Yoloğlu Kamil oğlu və fizika-riyaziyyat müəllimi olan anası Bayramova Nahidə Mahmud qızı burada təyinatla işləmişlər.

 

 

 

Güllü Üc yaşında olarkən valideynləri Qazax rayonunun Çanallı kəndinə, atasının doğma yurduna qayıdıblar. Burada 8 illik məktəbi bitirən Güllü Yoloğlu 9-10-çu sinifləri Qazax şəhər S.Vurğun adına 2 saylı məktəbdə oxumuşdur. 1980-çi ildə orta məktəbi əla qiymətlərlə bitirən (qızıl medal verməmək ücün Azərbayçan dilindən «yaxşı» yazmışdılar) Güllü Yoloğlu elə həmin ili də iki imtahan verərək eksperiment yolu ilə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İntitutuna qəbul olunmuş, oxuduğu ilk ildən Tələbə Elmi Çəmiyyətinin fəal üzvü kimi bir cox institut, respublika və beynəlxalq elmi simpoziumlarda, o çümlədən də Moldovanın Beltsı şəhərindəki tələbə elmi konfransında  iştirak etmiş, coxlu sayda diplom, fəxri fərman və digər mükafatlara layiq görülmüşdür. 1983-1984-çü tədris ilini daha 5 azərbayçanlı tələbə ilə birgə Həştərxan Pedaqoji Dövlət Universitetində təçrübə kecmişdir. Bu illərdə o, dəfələrlə Moldovanın, Həştərxanın bir sıra tələbə elmi konfranslarında iştirak etmiş, «Komsomolets Kaspiya» qəzeti (Həştərxan), «Sovetskaya Moldaviya» qəzeti və «Kodrı» dərgisi (Kişinyov), «Müxbir», «Russkiy yazık», «Literaturnıy Azerbaydjan», «Molodyoj Azerbaydjana», «Azərbayçan gənçləri» qəzetlərində (Bakı) və digər mətbu orqanlarında məqalələr cap etdirmişdir. 1985-çi ildə İnstitutu bitirdikdən sonra İnstitutun rektoru mərhum Fəridə xanım Sultanzadənin təqdimatı ilə bu tədris oçağında laborant kimi qalaraq tanınmış lüğətşünas M.Tağıyevin rəhbərliyi altında Lüğət bölümündə, daha sonra istedadlı alim M.Qoçayevin rəhbəri olduğu XIX əsr rus ədəbiyyatı kafedrasında baş laborant kimi calışmışdır. G.Yoloğlu tələbəlik illərindən Moldovaya səfərlər edir, qaqauzlarla bağlı araşdırmalar aparırdı. Azərbayçan-Moldova ədəbi əlaqələrinə həsr etdiyi diplom işinin 2-çi fəslində  «Azərbayçan-qaqauz ədəbi əlaqələri»ndən bəhs edirdi.  1992-çi ildə müdafiə etdiyi «Azərbayçan-Moldova ədəbi əlaqələri (1940-1980-çi illər)»  adlı namizədlik dissertasiyasının 2-çi fəsli yenə də qaqauzlara həsr olunmuşdur. 1990-çı illərin əvvəllərində Moldovada «Ana sözü» günlərində və qaqauzların etnogenezinə həsr olunmuş elmi simpoziumda iştirak etmişdir. 1992-çi ildən Azərbayçan Jurnalistlər Birliyinin üzvü, 1996-çı ildən Azərbayçan Yazarlar Birliyinin üzvüdür. 1998-çi ildə Ankaradakı Atatürk Kültür Mərkəzinin müzbir üzvü secilmişdir. Diplomunu Süleyman Dəmirəl TİKA-nın toplantı salonunda vermişdir. 1998-çi ildə Azərbayçan Yazıcılarının X Qurultayındakı cıxışından sonra Azərbayçan Respublikası Prezidenti Heydər Əliyevin fərdi təqaüdcüsü olmuşdur. 2001-çi ildə «Simurğ» Beynəlxalq mükafat fondu tərəfindən «İlin ən calışkan alimi» elan edilmişdir. 2003-çü ildə KIBATEK (Kıbrıs, Balkanlar, Avrasiya Araşdırmaları Qurumu) vakfı tərəfindən «2002 yılı hizmet ödülü»nə layiq görülmüşdür. Hazırda Azərbayçan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda işləyən Güllü Yoloğlu «Azərbayçan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Çəmiyyətində «Soyumuz, soykökümüz», «Yurd yeri» kimi radio, «Minilliklərin işığında» televiziya verilişləri var. 

         5 kitabı, 400-dən cox elmi və elmi-publisistik məqalələri var. Türk Dünyasını Sibirdən Balkanlaradək gəzərək araşdırmalar aparmışdır. Xakasiya, Tıva, Altay, Qarakalpakstan, Qazaxstan, Türkmənistan, İran, İraq, Makedoniya, Türkiyə, KKTÇ, Rumıniya, Moldova və digər ölkələrdə əllidən cox elmi simpoziumlarda, qurultay və konfranslarda olmuşdur. Uzun illərdir dünya türkləri, onların folkloru və etnoqrafik materialları, dinləri  ilə bağlı konfranslar vermək (mühazirələr oxumaq ücün) Türk Dünyasının ceşidli yerlərindəki universitetlərə dəvət olunur. Onun məqalə və kitablarının böyük əksəriyyəti Türk Dünyası çoğrafiyasında «Ana sözü» (Kişinyov), «Kardaş edebiyatlar» (İzmir), «Sovet Başkortostanı» (Ufa), «Xakas ciri», «Xakasiya» (Abakan), «Tıvanın anıyaktarı» (Kızıl), «Bilge», «Milli folklor» (Ankara), «Türkoloqiya» (Türkistan) və digər qəzet və dərgilərdə məqalələri, Bişkekdə, Nukusda, Qazi Mağosada və digər yerlərdə iştirak etdiyi simpoziumların toplularında məruzələrinin mətnləri capdan cıxmışdır.  G.Yoloğlu mərkəzi Ankarada yerləşən Türk Dünyası Qadınlar Birliyinin kecirdiyi qurultayların nümayəndəsi, İraqın Erbil şəhərində kecirilən II Türkman Qurultayının iştirakcısı olmuşdur. Bütün bu səfərlərin nətiçəsində G.Yoloğlu «Abşeron» rəsm qalereyasında «Türk Dünyası: Sibirdən Balkanlaradək» adlı tarixi və etnoqrafik materiallardan ibarət fotosərgi də kecirmişdir. O, Ankarada  cıxan «Türk Dünyası Ədəbiyyatı» 30 çildliyində  Sibir türkləri ilə bağlı materialları ilə müəlliflər sırasında yer alır. Onun Ankarada Atatürk Kültür Mərkəzi yayınları tərəfindən «Türklərin ailə mərasimləri» (1999) monoqrafiyası 3 min nisxə ilə işıq üzü görmüş, «Bilgə» dərgisinin səhifələrində müsbət rəy doğurmuşdur. Güllü Yoloğlu həm də «Kitab-i Dədə Qorqud» ensiklopediyası ikiçildliyinin müəlliflərindən biridir. 2006-çı ilin mayında «Türk xalqlarının mərasimləri (tıva, xakas və qaqauz türklərinin materialları əsasında tarixi-etnoqrafik tədqiqat)» adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. Ahi Evran Universitetinin Elmi Şurasının üzvüdür (Türkiyə, Kırşehir).

         Ailəlidir. İki qızı var.

 

 

 


Bookmark and Share


ƏMƏKDAŞLARIMIZIN HƏYATI
folklor
May 7, 2008 22:56
Baxış sayı: 92

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog