Reklam verin!
Yuma Ailə Jurnalı

Azərbaycan radiosu

bizi böyük Azərbaycan dinləyir


Blog Haqqında

folklor

Axtarış

Sorğu

Hansı verlislərimizi bəyənirsiniz???









Açar sözlər

Sayqaç

  • İndi blogda: 6
  • Keçən ayın hiti: 7516
  • Dünənki hit: 233
  • Bugünki hit: 150
  • Ümumi hit: 40560

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

QƏNİ CAMALZADƏ

Yaşı yüz otuzu haxlayanda, pasportunda belə yazılmışdı, Ehsan babanı əcəl girlədi, ona  daha aman vermək istəmədi. Əcəlin göndərdiyi azar kişinin yaxasından zəli kimi yapışmışdı, qopmaq bilmirdi. Yazdan bəri qocanın gün-diriliyi yönü sərvaxtlıqla qibləyə salınmış yorğan-döşəkdə keçirdi. Amma hər dəfə nəfəsi gedəndə ehsanat həvəsi ilə tökülüşüb gələn kənd ağsaqqal-ağbirçəyinin arzu-murazı gözündə qalırdı. Ehsan baba yenidən dirilirdi. O, dərvişlikdən qalma xırıltılı səslə: « - Ya huu! Ya Həqq! Ya Mədət!» - deyə çığıraraq gözünü açırdı:            - Oğlanlarımı  görmək  istəyirəm!          Üzü-üzlər görmüş əcəl qocanın çoxbilmişliyinə heyran qalmışdı. Miruri-zamandı can alırdı, amma beləsinə rast gəlməmişdi. İnsanlar səksəni ötəndən sonra ölümü Allahın böyük hədiyyəsi  kimi qarşılayırdı.Bu qoca isə ölürdü, yenə dirilirdi, ölürdü, yenə dirilirdi.., əcələ can tapşırmaq istəmirdi. Vaxtı çatmış iş isə görülməli idi. Odur ki, əcəl daha möhləti  uzatmaq fikrində deyildi, Ehsan babanın yaşamaq arzusuna heç cürə qol qoya bilmirdi. Anlayırdı ki, oğlanlarının yanında ona bata bilməyəcək. Yenə gözləməli olacaq. Bəs necə?! Bu adamı yaxşı tanıyırdı. Əlli ildi Ehsan babanı marıtlayıb dalınca fırlanırdı. Ha əlləşirdi, ha çalışırdı  kişinin  kürəyini yerə vura bilmirdi. Düzü, əvvəllər  qocadan xoşu gəlirdi. Onu çox da sıxma-boğmaya salmırdı. Hərdən yanından ötsə də bərkindən yapışmırdı. Yetmiş yaşında övlad arzulayan qocanın həvəsinə mat qalmışdı. Məzələnə-məzələnə gözləyirdi ki, Ehsan baba istəyinə çatsın, daha bir bəhanısi qalmasın. Qoca sinni yaşında üç oğul, bir  qız atası oldu. Gözü doymadı. Onları ərsəyə çatdırdı, böyük-böyük şəhərlərə göndərdi, oxutdurdu, evləndirdi. Amma yenə gözü doymadı. Nəvə sahibi oldu! Yenə gözü dünyada idi. Əcəl gördü ki, bu kişi usanana oxşamır. Hələ də yaşamaq istəyir. Əcəl yanıb töküldü. Az qala Ehsan babaya yalvaracaqdı ki, məni əldən salma, bu cındır dünyadan ikiəlli yapışma, sümüklərin əpriyib, qəlbin şan-şandır, bəşər övladının əbədi olmadığını qana-qana cığallıq eləmə, uzan, canını alım. Amma bunları babaya deyə bilmirdi. Əcəl insan yaranandan oynanılan əbədi  oynun dəyişilməz qaydalarını pozmaqda acizdi. İndi macal tapmışdı, fəndgir şikarını üstələyəcəkdi ki, Ehsan babanın oğlanlarının üçü də özünü yetirdi. Əcəl mırtıldana-mırtıldana geri çəkilməli oldu.       İldə-əyyamda bir dəfə kəndə baş çəkən oğlanlarının gəlişi bayrama çevrildi. Kişiyə elə bir təpər gəldi ki, gəl görəsən. O, rahat nəfəs aldı, durub yerinin içində oturdu.  Elə bil ölən bu adam deyildi.       Cəmo ilə Cümü çox qalmadılır. Gilə nənəni qırağa çəkib xeyli sorğu-suala tutdular. Həmişəki kimi öz aralarında deyişdilər. Əkizlər bir-biri ilə uşaqlıqdan yola getmirdilər. Kişinin halını yaxşı görüb gəldikləri günün səhəri Bakıya döndülər.       Böyük qardaşlarından həmişə aralı gəzən Əbi isə geri dönməyə tələsmirdi. Elə uşqlıqdan az danışan olduğundan heç indi də səsi çıxmırdı. Gilə nənə bu əfəl və maymaq oğlunu sevmirdi. Bekarçılıqdan həyəti-evi addım-addım dolanan Əbiyə acıqlanda:       -   Ədə, nə meydan suluyursan! Keç kişinin yanında otur da!  - dedi və deyindi – Qardaşlarınca da olmadın! Onlar oxudu alim oldu, sən isə o boyda şəhərdə fəhləlik eləməkdən başqa bir iş tapmadın…        Əbi könülsüz güldü:        - Neynək, ay nənə, mənim də alnıma belə yazılıb! – dedi və cibindən bir metrə çıxartdı.         Gilə nənə şübhə ilə:        - Neynəmək istəyirsən?        Əbi mızıldandı:        - Evi təmir eləmək istəyirəm. Allah eləməsin, kişi ölər, gələn-gedən olar,bizə sərki vurarlar. Buraları sahmana salmaq lazımdır. Əvvəl çürük pərdiləri, sonra damın kirəmidlərini dəyişəcəyəm.         Gilə barmağını dişlədi:         - Səndə o qədər pul haradandı?           Əbi istehza ilə:        - Sənin sevimli əkizlərindən mən çox qazanırım, ay nənə! – dedi – Puluma nə gəlib?! İstəsəm Cümü və Cəmo kimi on alimi cibimdə gəzdirərəm.          O, səhər rayon mərkəzinə getdi.Günorta bir yekə yük maşını tikinti materialı ilə qayıtdı. Kənddən özünə iki-üç köməkçi seçdi. On-on beş günə qədim həyət sahmana düşdü. Dəmirdən dam salındı, divarlara əl gəzdirildi, döşəmə-tavan rəngləndi. Əbi təndirin yanında hamam tikdi. Daş dayaqların üstünə yekə çən qaldırdı. Bulaq başına qoyduğu əl nasosu ilə ora su vurdu.           Əbinin belə əl-ayağa düşməsi Ehsan babanı heç açmırdı. Hərdən ayaq üstə qalxsa da bərk ağrıyırdı, dünya gözündə deyildi. Yaraşığa minmiş həyət-baca onu hirsləndirirdi. Eyvanda salınmış xalçanın üstündə mütəkkəyə söykənmişdi. Qarşısında oturmuş Əbini danlayırdı:           - Ay maymaq, özünü niyə həlak eləyirsən?1 Canına yazığın gəlmir, gəlmir, barı puluna hayfın gəlsin. Bu nə həngamədir açmısan?             Əbi xoşluqla izah elədi:             -  Baba, isətəyirəm siz şəhər rahatlığında yaşayasınız. Pul üçün özünü darıxdırma, yenə varımdır. Kef elə, baba!           Ehsan baba nıqqıldadı. Yanında bardaş qurub oturmuş, hər gün ona baş çəkməyə gələn Qardi əmiyə çevrildi:          -   Görəsən, bu qırışmal hansı kefdən danışır? – dedi – Bir ayağım gordadır.            Kəndin əcəl ilə çilincağac oynayanlarından biri də Qardi əmi idi. Onun da yaşı səksəni ötmüşdü, amma ayağını torpağa elə dirəmişdi ki, heç «ÇTZ» traktoru da onu bu  işıqlı dünyadan ayıra bilməzdi. Xəstənin sözünə gülümsədi:            - Ayağının gorda olmağından söhbət getmir, baba, - dedi – Mənə elə gəlir ki, onun başqa fikri var…. Kəndə qayıdacaq….  – dedi.            Baba şübhə ilə oğluna baxdı.  Əbi utana-utana boynuna aldı:          -   Hə, belə bir fikrim var! Amma hələ qərara gəlməmişəm, baba!            Qardi əmi fəxrlə ona baxdı:          - Beləsə Ehsan babanın çörəyi halal olsun sənə! – dedi -  Əlbəttə ata yurdu boş qalmamalıdır…..            Ehsan baba əlini yellətdi:            - Boş-boş danışma, Qardi. Onun yayda belə deməyinə baxma, qış gəldi, qaçacaq. Palçığı-zığı gördü,  şəhər yadına düşəcək, çıxacaq aradan.          Əbi etiraz elədi:          - Palçığın-zığın bura nə dəxli var, ay baba!        Qardi əmi də babanın sözünə vagirə tutdu:         - Düz deyir, oğlum, nə qədər qış qapını döyməyib qayıt şəhərə!  Sonra çaydan keçə bilməzsən. Bir mələxə körpümüz var, keçənləri əsmə tutur. Çürük taxtaları cırıldıyır. Bu il dovşan da çoxdur – deyə ona söz atdı.        Əbi inamla:         - Qardi əmi, çox da  qorxutma məni! Mən uşaqlıqda gördüyün adam deyiləm, dovşandan qorxam!Yol da eynimə deyil, lazım gəlsə körpü tikərəm...           Qardi əmi yenə nəsə deyəcəkdi ki, Ehsan babanın halı xarablaşdı. Köməkləşib onu evə apardılır, yerinə uzatdılar.           Əbi bir-iki gün də qaldı. Kişini üzübəri görüb arxayınlaşdı, şəhərə qayıtdı. - 2 -            Soyuq-çiskinli payızdan sonra qış girdi. Böyük Çilə boran-tufanla başladı. O qədər qar yağdı ki, dağlar hamarlandı , yol-riz bağlandı. Kəndin telefonu susdu. Dirəkləri çovğun aşırmışdı. Gündə bir saatlıq verilən elektrik enerjisi kəsildi. İndi rayon mərkəzi nədir, qonşu kəndə gedib-gəlmək olmurdu.       Azuqə sarıdan qocaların narahatlığı yox idi. Vay xəbərinə gələn oğlanları o qədər ərzaq gətirmişdilər ki, yekə ailəni bir il dolandırmaq olardı. Əbi isə gedən ayaq cibindən bir dəstə əlliminlik çıxarıb Gilə nənənin döşlüyünün cibinə basmışdı. Pul görməmiş qarı elə bilmişdi  min manatlıqdır, dinməmişdi. Səhvini gec anladı, yoxsa bu qədər pulu götürməzdi.             Gah ölən, gah dirilən Ehsan babaya qulluq eləyən vardı. Qız nəvəsi Gülnaz Gilə nənənin buyruqlarına həmişə hazır idi. Özgə iki nəfər də xəstənin yastığından aralanmırdı. Kişiyə qulaq yoldaşı idilər. Bunlardan biri adlı-sanlı Qardi əmi idi.Rəhmətlik atasının siğə qardaşlığını yaman ayaqda tək qoymurdu. Gününü yanında keçirirdi.Bir bundan məlum olurdu  ki, Qardi əmi dostluqda möhkəm  adamdı.              O birisi ağsaq bir kişi idi. İrandan gəlmişdi. Bu yay kənddə peyda olmuşdu. Belə baxanda yad adam deyildi, Qızyurdu dağının o biri tərəfindən idi. Şura hökuməti onları ayırmışdı. Havaxtsa bir el, bir oba idilər. Bənd-bərə bağlanandan sonra yadlaşmışdılar.  İndi o  tərəf İran, bu tərəf isə Azərbaycandı. Ağsaq kişi yaxşı Quran oxuyur, gündə beş dəfə namaz qılırdı. Məhərrəmlik ayı girəndə, o, xoş avazı ilə kəndi fəth eləmişdi. Rozaxanlığı, mərsiyələri Aşurə günlərinin rövnəqi idi. Adı Balamirza olsa da, Qardi əminin xoş niyyəti ilə hamı onu molla Bala çağırırdı. Əvvəl o, çəkinə-çəkinə etiraz eləmişdi:              -  Ağsaqqal, bu rütbəni qəbul eləyə bilmərəm! Təbrizdə bilsələr məni daş-qalaq eləyərlər.             Köhnə bolşevik olan Qardi əmi belə şeyləri vecinə almırdı. Hiylə ilə ona ürək-dirək verirdi:              - Ağ ciyər olma, molla Bala! Özünə gəl, bura İran deyil, Azərbaycandır! Hələ də kiril əlifbası ilə Yasin oxuyan mollalarımız var!  Sən onların yanında lap üləmasan!              Molla Bala təzə adı qəbul etməli oldu.             Ehsan baba Əzrayıl kənara çəkiləndən sonra daha yanına gəlib-gedənlə maraqlanırdı. Molla Balanın kimliyini soruşdu. Biləndə ki, bu adam dərviş Pişanın nəvəsidir,  dünyanın gərdişinə valeh oldu. Əminlik üçün onu xeyli sorğu-suala tutdu.          Əbi gedəndən sonra molla Bala Gilə nənənin sağ əli oldu. O, babanı pəşəkarlıqla çimdirir, təmizliyinə baxırdı. Otlardan dava-dərman hazırlayırdı. Türkəçarədən, deyəsən, başı çıxırdı. Müalicəsi babaya yaxşı təsir eləyirdi. Ehsan baba onun bu qulluqdarlğına heyran qalmışdı, halı üstündə olan vaxt soruşdu:         - Ədə, molla Bala, nə umacağın var ki, belə canfəşanlıq eləyirsən?         Həmin gün Qardi əmi gözə dəymirdi. Molla Bala aranı xəlvət görüb, nəhayət, ürəyini açdı:          - Baba dərviş, İrandan bura səfərimin məqsədi var! – dedi.            Aylarla canı ilə əlləşən Ehsan baba marağını gizlədə bilmədi. Ağrıdan nıqqıldasa da zarafatından qalmadı:          - Qırımından bəllidir! – dedi. – Sözünü de!           Molla Bala tərəddüdlə:          - Bəlkə sonraya qalsın?! – dedi – Canın-başın tamam sağalsın....           Ehsan baba söz atdı:         -  Mən yaşda adamın tamam sağalmağını gözləmək ağılsızlıqdır, bala! – dedi – Sən isə axmaq adama oxşamırsan. Sözünü de!         Molla Bala qərara gəldi:          - Yaxşı, baba dərviş! Mən bura babam dərviş Pişanın vəsiyyətinə görə gəlmişəm. Mənə sənin köməyin lazımdır, baba dərviş…        Ehsan baba yerində dikəldi:        -   Belə de! – dedi – Neynək, bala, əlimdən gələni əsirgəmərəm.  Düzdür, Pişan yoldaşlıqda naxələf çıxdı, amma mən çörək itirən adam deyiləm.           Molla Bala belə başladı:          - Allaha çox şükür ki, baba dərviş, indi üzü bərisən! Səni sağ-salamat görməyimə çox şadam. Axı, mən sənin sorağına gəlmişəm. Allahın məsləhəti ili Təbrizdə Qardi əminin nəvəsi  ilə tanış oldum. Bilirsən ki, onun işi ticarətdir. Burda alır, orda satır, orda alır, burda xırıd eləyir. Söz sözü çəkdi, elə ki, öyrəndim əsli Talış mahalındandır, çox sevindim. Soruşdum ki, Ehsan baba adında bir dərviş var, tanıyırsan? Qardi əminin nəvəsinin barmağı ağzına getdi. Dedi ki, sən hara, Ehsan baba hara? Mən onun marağını təmin elədim. Hələ də diri olduğunu biləndə şadlandım. Qardi əminin nəvəsi ilə dostlaşdıq. O, işini qurtarıb Bakıya dönəndə, mən də ona qoşuldum, Azərbaycana gəldim. Qardi əminin nəvəsi dedi ki, işim çoxdur, kəndə gedə bilməyəcəyəm. Bir kağız yazdı, verdi mənə. Dedi ki, kəndimizə getsən Qardi babamın evində qalarsan....        Ehsan baba hövsələsiz halda:          - Ay zalım, bunları bilirəm..., mətləbə keç! – dedi – Bir də gördün halım qarışdı. Dərviş Pişandan danış...            Molla Bala isə müsahibinin marağından məmnun halda davam elədi:             - Babam, söyləyirdi: «Məşrutədən sonra üç yoldaşımla dərbədər düşdük. Səttar xanla yaxın idik. Düşmənlərimiz hər yerdə bizii axtarırdılar. Qorxudan dərviş libası geyindik, cəlayi-vətən olduq. Gah Talış dağlarının o tərəfinə keçirdik, gah bu tərəfinə. Qızyurdunun ətəyində bir mağarada gizlənirdik. Bir gün yoldaşlarımı aşağı kəndlərə göndərdim. Azuqəmiz qurtarırdı. Mağarada tək qalmışdım. Narahatlıqdan boş yerə var-gəl eləyirdim. Mağaranın ortasında ayağıma ilişən daş məni maraqlandırdı. Onu çıxarmaq fikrinə düşdüm. Qazdım, qazdım, gördüm daşdan yonulmuş qoşa qoç heykəlidir. Üstündə də qəribə yazılar vardı. Qəbirə oxşayırdı. Sonra sinə daşının üstünü açdım. Ayaq tərəfdə bir saxsı at heykəli dururdu.Sinə daşını  kənara çəkənə qədər qan-tərə batdım. Nə görsəm yaxşıdır.!? Allah, Allah, ağzım açıla qaldı. Burada nələr yox idi. Qalxan, qılınc, xəncər, sərkərdə qolçağı, sinəbənd, zinət əşyaları, boşqab, kasa, sürahı, kuzə, avtafa, maşa, sini, ləyən…, Hamısı da qızıldandı! Bala, tamah mənə güc gəldi, tez üstünü örtdüm. Bir azdan yoldaşlarım lov xəbəri ilə gəldilər. Demə, ajanlar yerimizi bələdləyiblər. Can şirin şeydir, aradan çıxmaq lazımdı. Ələ keçsəydik asacaqdılar…  Tez tərpəndik. Meşədən keçən cığırda bir cavan uşağa rast gəldik. Söhbətimiz xoşuna gəldi,   bizə qoşulmaq istədi. Etiraz eləmədik. Cavanın adı Ehsan idi. Qısa müddətdə anladım ki, bu uşaq çoxbilmişdir, hər şeylə maraqlanır. Fələk bizi haralara atmadı! Dincliyimiz yox idi.  Amma mənim fikrim xəzinənin yanında idi. Yoldaşlarımın başını əkib geri qayıtmaq istəyirdim. Onlardan birini Əfqanıstanda quldurlara satdım, birini Hindistanda ingilislər dar ağacından asdı, birin də Hind dənizində öz əlimlə boğdum. Ehsana dəymədim, cavanlığına bağışladım, öldürmədim. İt kimi vəfalı idi. Yatalağa tutulanda hamı məndən üz döndərdi, bircə Ehsan qorxmadı, qulluğumda durdu, məni ölümdən qurtardı. Düz bir həftə qızdırmadan yanırdım, huşumu itirirdim, çabalayırdım. Ehsan olmasaydı, ölmüşdüm. Amma mənə şahid lazım deyildi. Ehsanı yolda azdırdım. Geri qayıtdım. Özümü dağlara verdim. Əfsus ki, Şura hökuməti bənd-bərəni bağlamışdı, keçmək olmurdu. İşdi, yolun o tərəflərə düşsə Ehsanı axtararsan. Əgər sağdırsa, adımı verərsən, sirri ona açarsan. Qoy səni Qızyurduna aparsın. Xəzinə ikinizə də bəs eləyər. Dünyanın ən varlı kişiləri  olarsınız. Məni yada salıb bir Yasin oxuyarsınız! Əgər, işdi Ehsan xəzinəni tapıbsa payıma düşəni alarsan. Qorxuram ki, yatalaqdan huşsuz düşəndə sayıqlıyıb sirri ona açmışam. Amma Ehsan düz adamdır, səni aldatmaz…»       Söhbətin bu yerində Ehsan baba özünü saxlaya bilmədi, xısın-xısın güldü. İstehza ilə:        -  Ay sənin nənənin xoruzu ölsün, molla Bala! Könlüm açıldı, - dedi.        Molla Bala ondan gözlənilməyən bir dikbaşlıqla:        - Baba dərviş, babamın vəsiyyətində gülməli nə var ki?  - soruşdu.          Ehsan baba gözünü əlinin dalı ilə sildi:        - Bala, o gopçu Pişan səninlə zarafat eləyib! – dedi –  Bu dağlardakı bütün mağaraları beş barmağım kimi tanıyıram. Hətta dediyin qoşa qoç heykəlli məzarı da tapmışam. Düzdür, silah-əsləhə olub, amma hamısı dəmirdəndi, tuncdandı, qızıldan deyildi.         Molla Balanın üzü tutuldu. Şübhə ilə soruşdu:        - Deyirsən, ölüm ayağında olan babam yalan deyib?! – dedi – Ola  bilməz!         Qoca kişi bir az fikrə getdi, sonra özündən çıxdı:         - Ədə, Pişanı mənə tanıdacaqsan?! O rəhmətliklə on il bir yerdə dərvişlik eləmişəm.  Nağılbazlığına söz ola bilməzdi! Amma xisləti çirkindi. Tamahkar idi. Ay-hay! Mağarada qızıl ola, Pişan onu orada saxlaya?! İnanan daşa dönsün! Onun bircə düz sözü də yox idi. Nəfəsi yalanla gəlirdi. Hesabını ondan götür ki, nə Əfqanıstanda öldürülənimiz oldu, nə Hindistanda asılanımız! Hamımız sağ-salamat geri döndük. Onu da deyim ki, Hindistanın Heydərabad şəhərində Pişan başımıza bəla açdı. Budda məbədini ziyarət eləyirdik. Onun əli dinc durmadı, heykəlin boynundakı boyunbağını çırpışdırdı. Şüşə muncuqları ləl-cəvahir bilmişdi.  Xəbər tutdular, aləm qarışdı. Hamımızı yaxaladılar. Tonqala atacaqdılar, sonra yazıqları gəldi, yaxşıca kötəkləyib buraxdılar. Biz də canımızı qurtarandan sonra Pişanı dəstəmizdən qovduq. Söylədiyindən, bircə yatalığa tutulmağı həqiqətdir. Yoldaşlarımız onu atıb gedirdilər. Mənim ürəyim dözmədi, yazığım gəldi, Pişan sağalana qədər əziyyətini çəkdim. Hey sayıqlayırdı: « - Qızyurdu! Qızyurdu!  Mağara! Hamısı mənimdir! Xəzinə mənimdir!» Amma onu yaxşı tanıdığımdan, inanmadım. Doğrusu budur, molla Bala!            Molla Bala gözünü yayındıraraq astadan dedi:            - Baba dərviş, bəlkəm tapdığın mağara bir başqasıdır?! Heç Pişan babamın dediyi mağara deyil?!            Ehsan baba dinmədi, handan-hana pıçıldadı:            - Bəlkə də! Amma məzarın üstündəki qoşa qoç heykəldən, ayaq tərəfində saxsı at heykəlindən belə məlum olur ki, Pişan da həmin mağara da olub.             - Bəlkə…             Ehsan baba müsahibinin sözünü kəsdi:            - Bəlkəsi-məlkəsi yoxdur, bala! Orada qızıl yox idi. Olubsa da məndən qabaq aparıblar. Sərdabədəki şeylərin pərakəndəliyindən belə anladım ki, bura çox adam burnunu soxub, məzarı ələk-vələk eləmişdilər. – dedi. – Qəbrin bu kökə düşməsi məni qəmləndirdi…                 Molla Bala köksünü ötürüb zarafat elədi:            - Baba dərviş, qızıldan əlin çıxdığına kədərlənirdin?             Qoca yerindən dikəldi, müsahibinə mükəddər baxdı:            - Mən səni ağıllı adam bilirdim, molla Bala… - dedi. – Özün fikirləş, dünya malı bu yaşımda mənə lazımdırmı? Yox, bala, yox! Cavanlıqda da ondan qaçmışam.Qızıl həmişə bədbəxtlik gətirir... Kədərimə səbəb başqa şeydir.Deyərəm sənə… Açığı, mağaranı tapmağım belə oldu. Yonmağa pəmbək daş axtarırdım. Daş-qayanı çəkiclə döyəcləyirdim. Ustalıqla gizlədilmiş girişlə rastlaşdım. İçərini bir neçə məşəl işığında tədqiq elədim, gördüm, zi-qiymət xəzinəyə düşmüşəm. Əhvalatı vəzifə sahiblərinə çatdırdım. Heç kimin tükü də tərpənmədi. Güdə Bağıya gənəşdim. O, atası ilə dostluğumuzu müdarə elədi. Rayondan iki nəfər çağırdı. Onlar məni dinləyib Qızyurduna qalxmağa razı oldular. Amma yarı yolda fikirlərini dəyişdilər. Sıldırımlardan keçən cığıra ayaq basmağa ürək eləmədilər. Güdə Bağı ilə ikimiz qalxdıq. Mağaradan gücümüz çatanı aşağı endirdik. Ulaqlara çatdıq, rayondan gələnlərə təhvil verdik. Dedilər, bir-iki günə qayıdacaq, qalanlarını aparacaqlar. Amma heç kim gəlmədi. Zəmanə xarab olub, bala, heç kim keçmişinə məhəl qoymur. Hamını pul, qızıl maraqlandırır.Kədərimə səbəb budur, bala.            Molla Bala həqiqi maraqla:            - Sonra nə oldu?! – soruşdu.             - Sonra gördüm maraqlanan yoxdur, özüm tək getdim. Gücüm çatanı aşağı daşıdım, ulağa yükləyib rayona apardım, müzeyə verdim. Bir yol da qəbirdəki saxsı heykəlcikləri,  xəncər-qılıncı torbaya yığdım, apardım. Rayon mərkəzində mənə güldülər, dedilər ki, baba, deyəsən, qızılların dalına keçmisən, bizim də başımızı saxsı oyuncaqlarla aldadırsan. Nahaq söz adamı yandırır. «Lənətullahu əla-əl qövmi-kafərin» - deyib aralandım. Bu işdən əl çəkməyəcəkdim. Amma axırıncı dəfə mağaradan təzə aralanmışdım ki, yer tərpəndi, dağlar oyuncaq kimi cünbüşə gəldi. Kömürgöydən tökülən daşlar yolu-rizi bağladı. Mağara daş qalağının altında qaldı. Fəhmlə yerini tapa bilərəm, amma mağaraya düşmək üçün bir aləm daş torpaq eşmək lazımdır.             - Baba dərviş, qəbrə heykəlcik niyə qoyurmuşlar?  - deyə molla Bala soruşdu.            - Bala, mən dünyanı gəşt eləmişəm. Belə şeylər görmüşəm. Yəqin qədimdə qayda imiş, ölənin əqrabasının, əyyan-əşrəfinin, nökər-naibinin, hətta heyvanatının heykəlini qayırıb yanına qoyurmuşlar. Belə çıxır ki, onlar axirətə inanırmışlar. Hə, mən bildiyimi sənə danışdım…            Molla Balanın daha şübhəsi qalmadı. Üzürxahlıqla:            - İnandım, baba dərviş! – dedi. – Gərək ki, doqqazın böyründəki qoç heykəllərini də mağaradan gətirmisən?             - Yox, ay bala, özüm yonmuşam. Mağaradakı qoçları gətirməyə hünər lazımdır. Ağırdırlar. Amma saxsı atı xurcuna qoyub gətirdim. Sən deyən bir yaraşığı yoxdur, amma qədim sənətdir, dedim, payimal olar. Baxmaq istəyirsənsə, tövlədədir…            Molla Bala laqeyd halda:            - Baba, qədim qəbirlərin üstündə belə heykəllər çoxdur. Nəyinə gərəkdi ki?             - Nə bilim, ay bala, fikirləşdim surətini daşdan yonaram.  – deyə baba da könülsüz cavab verdi. – Baxmaq istəyirsənsə tövlədə axurun içindədir.             Moll Bala həvəssiz halda başını buladı:            -   Nəyimə gərəkdir, baba dərviş! – dedi və gülümsədi. – Amma sağalandan sonra məni o dağlara apararsan. Qoy, babamın ruhu şad olsun.                      Soyuq sobaya söykənmiş molla Bala ümüdləri puç olmuş adamlar kimi danışırdı. Ehsan baba onun ürəyini kitab kimi oxudu. Dodağı qaçdı, başdansovdu cavab verdi:

            - Əcəl macal versə… - dedi və sorğu-sualdan yayınmaq üçün gözlərini yumdu.                                 

              - Baba dərviş, yatdın?! – deyə molla Bala soruşdu.             Qocadan cavab çıxmadı. Qonaq bir az oturdu, sonra otağı tərk elədi. Ehsan baba gözünü açdı, dikəlib yerində oturdu. Çubuğunu tənbəki ilə doldurdu. Yandırıb bir-iki qullab vurdu. Nəhrə kimi çalxalanan fikirləri tədricən sahmana düşdü.             Beş-altı il bundan öncə mağaradakı məzarın üstünü açan Ehsan baba özü də təəccüblənmişdi. Bir neçə gün hazırlıq görmüşdü. Məşəllərin işığında böyük sərdabəni qarış-qarış gəzmişdi. Məzardakı əşyaları səliqə ilə yığmışdı, toz-torpaqdan ayırmışdı, gətirib mağaranın ağzına toplamışdı. Sərdabənin kasıblığına mat qalmışdı. Görünür, sümüyü sürmə olmuş mərhumun axirət evi çoxdan yağmalanmışdı. Qiymətli heç nə saxlamamışdılar.            Ehsan babadan savayı bu dağları bir-neçə adam yaxşı tanıyırdı. Onların da sağ qalanı azdı. O vaxtlar şübhələr qocanı narahat eləsə də gümanı heç kimə getməmişdi. Dərviş Pişanın törəməsinin peyda olması hər şeyi yerinə qoydu. Yarım əsr qabaqkı olayları xatırlayan Ehsan baba çubuğa dəm verdi. Onda baba ikinci dəfə evlənmişdi. Bu qəribə nikah dillərdə dastan olacaqdı kı , Talış mahalına İkinci Cahan müharibəsindən də betər bəla gəldi. Camaatın başı özünə qarışdı. Şura hökuməti sərhəd kəndlərini bir-bir boşaldır, əhalisini zorla köçürürdü. Dağlardan payi-piyada rayon mərkəzinə gətirilmiş adamları arabalara, yük maşınlarına doldururdular. Əyin-başdan, yatacaqdan başqa heç nə aparmağa icazə vermirdilər. Xalqın şəxsi mal-qarası, qoyun-quzusu, toyuq-cücəsi, müxəlləfatı əlindən alınmışdı. Əmrə dinməz boyun əyənləri qızmar Muğan düzünə, səsini çıxaranları xalq düşməni kimi Qazaxıstan çöllərinə sürürdülər. Sovet hökuməti İrandan bu tərəfə adlayan imperializm agentlərinin qabağını bu yolla almaq istəyirdi.             Həmin il rayon ərazisində əskər-milis əlindən tərpənmək olmurdu. Bu qoşunkeşlik pədərşahlıq dövründən çox da uzaqlşmamış mahalı vahiməyə salmışdı. Camaat milisdən çox «mən ölüm, sən ölüm» qanmayan rus əskərlərindən qorxurdu. Kafir uşağı boşalan evləri sahiblərinin gözü qabağında odlayırdı. Adamların geri qayıtma ümidi birdəfəlik kəsilirdi.             Dağlarda qaçaqlar peyda oldu. Zülmə dözməyən bu dəliqanlıları dənləmək üçün qonşu rayonlardan da milis dəstələri çağrıldı.             Qardi müharibədən qayıdandan sonra da milisdə işləyirdi. Xırda dəstələrdən birinə başçılıq eləyirdi. Dağlara bələd idi. Uşaqlıqda tez-tez Ehsan babaya qoşulardu. Ondan çox şey öyrənmişdi. Qardinin tabeliyinə iki əskər, bir milis vermişdilər. Onun suvari dəstəsi burdan vurub, ordan çıxırdı. Qısa vaxtda iki qaçağı tərkisilah elədi, Lənkəran Qalasına göndərdi. O, sərhədçilərin sağ əlinə çevrildi. Zastava komandiri ilə bərk dostlaşdı. Bu rus zabiti Qardidən məsləhətsiz bir addım da atmırdı. Arada dincəlmək üçün kəndə enən dəstəyə qoşulan zastava komandiri Qardinin hörmətli qonağı idi. Rus dilində anlaşıqlı danışan ev sahibi isə etibarlı adam idi.             Həmin vaxtlar Ehsan baba bir ağaclıq məsafədə, qəlbidə yerləşən qonşu obaya yolanda. Uzunqulağına bir tay buğda yükləmişdi, kartofa dəyişəcəkdi. Nədənsə, bu bitki Zuvandda bol məhsul verirdi. Dadına da söz ola bilməzdi, doymaq olmurdu. Ehsan baba çoxdan rəhmətə getmiş dostunun nəvəsinə  qonaq oldu. Mahalın adlı-sanlı ağsaqqalının xoşgəldisinə obanan ağsaqqal-qarasaqqalı gəldi.Şadyanalıqdan söhbət ola bilməzdi, hamı narahat idi. Köçürmənin onlardan yan ötməyəcəyini bilirdilər. Kənd sərhədə yaxın idi. Heç dərdləşməyə macal eləmədilər. Milis-əskər dəstələri obanı həlqə-mərəkəyə aldı. Dörd-beş kəl arabısının cırıltısına camaat komalarından bayıra tökülüşdü. Bu bəlanı çoxdan gözləyirdilər. Kənd hərəkətə gəldi. Əli avtomatlı əskərlər evlərə soxulur, hamını arabalara tərəf qovurdular.            Ehsan baba dostunun qoca qarısını gözünün qabağında arabaya zorla mindirən milis nəfərinə acıqlandı:            - Bala, heç yəcuc-məcuc da belə eləməz! Heç nemsə də belə eləməz,…             Amma qoca sözünü bitirmədi, dərhal iki əskər avtomatın lüləsini onun böyrünə dirədi. Dürtməliyə-dürtməliyə başqa bir arabaya tərəf apardılar. Arxadan eşitdi ki, dostunun qarısı zil səslə nifrin deyir:            - Ay xanimanınız başınıza uçsun! Niyə ocağımızı dağıdırsınız?! Biz nə günahın sahibiyik?! Bu zülmü Allah qəbul eləməz, axı!             Milis nəfəri onu dilə tuturdu:            - Ay nənə, qarğıma, hökumət əmridir! Vallah, sizi bundan da yaxşı yerə köçürürlər.             Qarı ağlar səslə:            - Haradır o yaxşı yer? – deyə soruşdu.             - Sizi Muğana, Puşkin rayonuna göndərirlər            Avam qadın « Puşkin» sözünü başa düşmədi, üzünü cırdı:            - Allah cəzanızı versin! Hökumətə neyləmişik ki, bizi «pis günə» yollayır?             Ehsan babanın köçürülənlərə qatıb aparacaqdılar. Qardi gəlib çıxdı, qanının arasına girdi. Əskərlərə bir-iki kəlmə dedi,dərhal onu azad elədilər. Qardi Ehsan babanı ulağına mindirdi, kəndin qırağına qədər ötürdü. Sarsılmış qoca ayrılanda mızıldandı:            - Niyə urusa qoşulub Talışın evini yıxırsan, bala?! Sən ki, belə deyildin?1            Müharibənin mərhumiyyətlərindən, aldığı kontuziyalardan codlaşmış Qardi babanın danlağından uşaq kimi kövrəldi:            - Dərdimi təzələmə, baba! Mən hökumətlə hökumətlik eləyə bilmərəm! Gücüm çatmaz. Gücüm ona çatır ki, bir neçə kəndi, o cümlədən, bizim kəndi urus dostumun köməyi ilə köçürmə siyahısından çıxartmışam, - dedi və tez geri döndü.            Bir-neçə ay keçdi, köçürmə başa çatdı. Bir gün xəbər gəldi ki, Qardini tutublar. Məlum oldu ki, dəstəsindəki adamları qaçaqlar qırıb. Rəisləri də bu səhlənkarlığı ona bağışlaya bilmirdilər. Qardini çox çək-çevirə saldılar, amma axırı yaxşı qurtardı. Zastava komandirinin köməyi ilə işini  xitam  elədilər, hətta ona zabit rütbəsi verdilər. Daha sonra baş verən vaqeyələr artıq ağla sığmırdı. Qardinin rus dostunun da rütbəsi artdı, bir azdan vəzifəsini böyüdüb Bakıya göndərdilər. O, Qardini də özü ilə apardı. Beş-altı il keçdi. Qardi mayor rütbəsində rayona qayıtdı. Milis rəisi təyin olundu. Bu vəzifədə xeyli işlədi. Kənddə gen-bol mülk tikdi. Qonaq-qaralı olduğundan süfrəsi həmişə açıq idi. Bu adamın həyatı bağlı boğça idi. Öküz qüyruğu övkələyən bir rəncbərin sürətli yüksəlişi, rayonda hökmfərma sahibinə çevrilməsi sirri-xuda idi. Rütbəli adamlarla durub-oturan Qardinin kənddə yaşaması yerlilərini riqqətə gətirirdi. İldə bir neçə dəfə Bakıdan gələn rus dostu ilə məclis qurur, yeyir-içir, ova çıxırdı. Artıq general olan rus zabitinin qəzaya düşüb ölməsi Qardinin belini əydi. Təsirləndiyindən istefaya çıxdi. Özünə qapıldı, xanənişin oldu. Bir də kəndi tərk eləmədi.             Qardinin ailəsi böyük idi. Arvadı bir sürü qız doğmuşdu. O, ailəsini vəzifədə olanda nə Bakıya, nə rayon mərkəzinə aparmadı. Kənddə saxlayırdı. Qızları üzə çıxarılmalı deyildilər. Hamısı kifir və qüsurlu idilər. Qarıyıb evdə qalmışdılar. Yalnız azca gözəgəlimli kiçik qızı bir dul kişiyə ərə getdi. Bu da çox çəkmədi. Əri öləndən sonra ərinin birinci arvadından qalmış oğlunu da özü ilə götürüb dədəsi evinə qayıtdı. Qardi bu fərasətli uşağa mehrini salmışdı. Oğlan oxudu, məktəbi qurtarıb əskərliyə getdi,daha kəndə qayıtmadı. Bakıda məskən saldı. Sovet hökuməti dağılandan sonra Qardinin köməyi ilə biznez aləminə atıldı. Qısa zamanda var-dövlət sahibinə çevrildi. İndi sorağı gah İrandan, gah Türkiyədən, gah da Ərəb Əmirliklərindən gəlirdi. Bu neçə vaxtda bircə dəfə kəndə gəlmişdi. Ögey anasını başa çıxmışdı. Amma həmişə əzizləndiyi evdə çox qalmamışdı. Qan qana qaynamırdı. Qardinin sanballı düyünçəsindən isə imtina eləməmişdi. Qızılları həvəslə cibinə qoyub Bakıya üz tutmuşdu.             Qardinin oturub-durduğu yeganə adam Ehsan baba idi. Düzdür, xeyir-şərdən qalmırdı, özünü sakit aparırdı, amma kənddə hamı ondan əvvəlki kimi çəkinirdi. Camaat arasında bir sözü iki deyildi. Həmişə özünü tox tutan Qardi hərdən Ehsan babaya şikayətlənirdi:            - Baba, bir sürü zənən xeylağı ilə bir damın altında qalmışam. Allah məni belə qarğıyıb. Çırağımı yandıran tapılmayacaq.              Ehsan baba Qardinin cah-cəlalına həmişə mat qalırdı. Əvvəl məvacib, indi təqaüd alan kişinin pulu qurtarmaq bilmirdi. Milis rəisi olanda rüşvət də almamışdı. Qardi gözütoxluğu ilə məhşur idi.             Ehsan baba ona ürək-dirək verirdi:            - Elə demə, Allah sənə o cür oğul əvəzi nəvə göndərib.             Qardi razılaşmırdı:            - Sən bilmirsən, baba, mən günahlarımın cəzasını çəkirəm. Sən bilmirsən… - deyirdi.            … Ehsan baba bunları yada salıb dərindən nəfəs aldı. Mızıldana-mızıldana gözünü yumdu:             - Ölmədim, bunu da bildim! – deyə arxayınlıqla yuxuya getdi.                  Belə qışı heç Ehsan baba da yadına sala bilmirdi. Qar adama boy verirdi. Qarışqa kimi hərəkətdə olan kənd camaatı evlərinə çəkilmişdi. Ehsan babanı ağsaqqallar arabir yada salırdı, baş çəkirdilər. Xeyli yaxşılaşmış xəstənin halı arada yenə də qarışırdı. Bu gün də elə oldu, kişinin rəngi birdən-birə kömür kimi qaraldı. Cavan gllin kimi babanın qulluğunda dayanan Gilə nənə təşvişə düşdü. Avazla «Quran» oxuyan molla Bala susdu.         - Görəsən Bakıya nə təhər xəbər eləmək olar?  A Qardi?         Ehsan baba gözünü açdı, zorla dikəldi, əlini uzatdı:        -  Xamuş otur, a Gilə! – dedi – Uşaqları dəng eləmə, yenə aləmi bura yığma. Sənə bunu neçə kərəm demişəm?! Gördün canım boğazımdan çıxıb, yenə tələsmə! Bir-iki saat səbr elə, sonra haray sal ki, Ehsan baba öldü!        Gilə nənə yalvarışla:        - Ay baba, oğlanların gəlsə yaxşıdır, vəsiyyətini eləyərsən…        Ehsan baba nəfəsi dirəşə-dirəşə onun sözünü kəsdi:        -  Səfsət-səfsət danışma! Yetmişi adlayandan sonra mən hər gün vəsiyyətimi eləyirəm. – dedi – Uşaqları dinc qoy...        -  Elə danışma, baba, - dedi Gilə nənə onun üstünü düzəltdi. – Övladın borcu valideynlərinin qulluğunda durmaqdır…            Bu yerdə Ehsan babanın ağ saqqalının tükləri dim-dik durdu. Arvadını acıladı:            - Ay durdular ha! – dedi – Ay yetim, doğduqlarında  bir kəramət yoxdur, mən neyləyim! Gəlirlər, dit eləyib qaçırlar şəhərə…            Döşəyin ayaq tərəfində gəbənin üstündə qərar tutmuş Gilə nənənin «yetim» müraciətindən heç xoşu gəlmədi.  Bu ona qəmli keçmişini xatırladırdı. Babanın üzünə qayıtdı:                    - Öz əkdiklərindir də, gözümə niyə torpaq atırsan?! – dedi  və yanğı ilə – Bir də onlar neyləsinlər?! Günah özündə deyilmi?             Ehsan baba ağır-ağır soruşdu:            - Nədi mənim günahım,  ay Gilə?             Gilə nənə hikkə ilə çımxırdı:             - Adam kimi ölə bilmirsən! Budur sənin günahın! Yaşıdlarının sümüyü çoxdan sürmə olub, sənsə  hələ də nəfəs alırsan! Haçan öləcəksən, ay tünbətün nəvəsi?           İpək kimi arvadın birdən-birə coşması molla Balanı çaşdırdı. Qardi əmi ilə Xudu kişi heyrətlənmədi. Yaşlı adamlar Gilə nənəni yaxşı tanıyırdılar. O elə cavanlıqdan belə idi. Tutması vardı, birdən özündən çıxır, ağzına gələni deyir, qışqır-bığır salır, sonra sakitləşirdi, elə bil heç həmin adam deyildi. İndi isə qocalmışdı. Yəqin olan-qalan ağlını da itirmişdi. Qardi əmi Xudu kişi ilə gözləşib  mülayim halda dedi             - Katta qızı, elə demə, günahdır! İnsanın öldü-qaldısını bir Allahdan başqa  kim bilə bilər?!              Qardi əmi onun zəif damarını tutmuşdu. Gilə nənə bir zamanlar, doğrudan da, kəndin kəndxudası olmuş atasını yada salıb göz yaşı tökdü, mum kimi yumşaldı, astadan mızıldandı:             -  Mən babanın ölümünü heç istəyərəmmi?! Qoy, nə qədər könlü istəyir yaşasın…            Ehsan baba birdən alnına yeriyən tərdən xeyli yüngünləşdi, qaim səslə çağırdı:             -  Ya huu! Ya həqq! Ya Mədət! – dedi – Heç ölmək fikrim də yoxdur…            Sobanın sağ tərəfində oturmuş Qardi əmi babanın yanında uşaq da olsa, hərdən onunla zarafat eləyirdi. İndi də üsür təsbehini çevirərək söz atdı:             - Sənin gözünə dönüm, baba, kimdi ölümünü istəyən?! Yaşa nə qədər istəyirsən! Amma vaxtın çatanda daha şitlik eləmə! Allaha naxoş gedər. Macal ver, yazıq Əzrayıl işini görsün…            Ehsan baba saqqalını altdan yuxarı sığalladı, qımışan Qardi əmiyə gözünü ağartdı:             - Oğlum Qardi, elə dədən kimi çuğulçusan ha! – dedi və dodaqları qaçdı. – Allah onu rəhmət eləsin, bir vaxtlar çekistləri kəndə yaman dadandırmışdı. Gündə bir hampanı güdaza verirdi. Sən də onun yolu ilə gedirsən, indi məni Əzrayıla çuğullayırsan?             Molla bala «Quran»ı bağladı, öpüb yanına qoydu. Ağsaqqalların deyişməyindən məmnun halda boğazını arıtladı, söz üçün rüsxət istədi. Ehsan baba istehza ilə:             - Buyur, molla, buyur! – dedi –  Həlbət ki, Əzr
Bookmark and Share


Bölməsiz
folklor
Dekabr 5, 2008 18:30
Baxış sayı: 2

Şərhlər(0)

QƏNİ CAMALZADƏ

Yaşı yüz otuzu haxlayanda, pasportunda belə yazılmışdı, Ehsan babanı əcəl girlədi, ona  daha aman vermək istəmədi. Əcəlin göndərdiyi azar kişinin yaxasından zəli kimi yapışmışdı, qopmaq bilmirdi. Yazdan bəri qocanın gün-diriliyi yönü sərvaxtlıqla qibləyə salınmış yorğan-döşəkdə keçirdi. Amma hər dəfə nəfəsi gedəndə ehsanat həvəsi ilə tökülüşüb gələn kənd ağsaqqal-ağbirçəyinin arzu-murazı gözündə qalırdı. Ehsan baba yenidən dirilirdi. O, dərvişlikdən qalma xırıltılı səslə: « - Ya huu! Ya Həqq! Ya Mədət!» - deyə çığıraraq gözünü açırdı:            - Oğlanlarımı  görmək  istəyirəm!          Üzü-üzlər görmüş əcəl qocanın çoxbilmişliyinə heyran qalmışdı. Miruri-zamandı can alırdı, amma beləsinə rast gəlməmişdi. İnsanlar səksəni ötəndən sonra ölümü Allahın böyük hədiyyəsi  kimi qarşılayırdı.Bu qoca isə ölürdü, yenə dirilirdi, ölürdü, yenə dirilirdi.., əcələ can tapşırmaq istəmirdi. Vaxtı çatmış iş isə görülməli idi.
Bookmark and Share


Bölməsiz
folklor
Dekabr 5, 2008 18:20
Baxış sayı: 0

Şərhlər(0)

Ramili unutduqmu?!


2004-cü ildə Budapeştdə erməni zabiti Qurqen Marqaryanı qətlə yetirən Azərbaycan ordusunun baş leytenantı Ramil Səfərova ömürlük hökm oxunduqdan sonra, ona olan xalq sevgisi birə min artaraq, Ramili xalq qəhrəmanı səviyyəsinə qaldırdı.
Belə ki, məktəblərdə, universitetlərdə, müəssisələrdə, idarələrdə, mağazalarda, nəqliyyatda və hətta mobil telefonlarda Ramil Səfərovun şəkilləri, görüntüləri hər yanı “bəzəyirdi”. Bu müddətlər ərzində fikirləşmək olardı ki, xalqımız nəhayət ki, qeyrətli oğullarına qiymət verməyə başlayıb. Bu cür təbliğatla fikirləşmək olardı ki, Ramili xalqımız əbədi olaraq bütləşdirəcək. Lakin yenə də zaman öz işini gördü...

“Bunt” formasında olan təbliğat yavaş-yavaş səngidi. Unutqan xalqın tarixi kimi növbəti unutqanlığına çevrildi. Hamımıza bəllidir ki, bu unutqanlıq sayəsində vaxtilə təxminən 400 mln. kv. km.-dən çox sahəsi olan Bütöv Azərbaycan bu gün 86,6 mln kv. km-dir ki, bunun da 20 %-i işğal altındadır.
Macarıstanda məhkəmənin yekun hökmündən sonra xalqımız macarların əslində özləri üçün obyektiv, bizim üçün qeyri-obyektiv qərarı ilə razılaşmadığımızı dildə bildirsək də əməldə bunu göstərə bilmədik.
O, ermənini baltaladı. Bəli, daha məntiqi mənada bu məsələyə yanaşsaq əslində bu qəddarlıq, cinayətkarlıqdır. Lakin ermənilərin xalqımızın başına gətirdiyi, dünyada heç bir qarşıdurmada analoqu olmayan Xocalı soyqırımında törədilən vəhşiliklərin, qəddarlıqların yanında Ramilin baltası tikiş iynəsi qədər kiçilir. Məhz Ramil kimi xaricdə təhsil almış, intellektual səviyyəli bir vətənpərvər hər halda ermənilərin qəddarlıqlarını nəzərə alaraq yaxşı bilirdi ki, onu bu cinayətdən sonra nələr gözləyir. Bəli, bilirdi və bilə-bilə də etdi. Etdi onun üçün ki, vətən sevgisi, torpağa bağlılıq, düşmənə nifrət, kin hər şeydən üstün gəldi. Mənliyi, qeyrəti ona bu cür, bir azərbaycanlı kimi hərəkət etməyə vadar etdi. Bu cür vətənpərvər bir azərbaycanlı zabitini xalqımız necə unutdu?
Bəlkə də erməni zabiti “rəhmətlik” (cəhənnəmlik) Qurqen Marqaryanın etdiyi bu “obyektiv” hərəkətin özü də bir siyasət, Azərbaycana qarşı qurulmuş növbəti “tələ” idi. Bu “tələ”nin də qurbanı Ramil oldu. Bəli, biz ermənilərin gözlərindəki “tiri” dünyanın “sülhməramlılarının” gözünə soxa bilməsək də, onlar bizim gözümüzdəki “qılı” “Qitələr Arası Raket”lər qədər böyüdərək bizim “qəddarlığımızı” dünyaya bəyan edirlər. Çünki onların xülyaları olan “dənizdən dənizə Böyük Ermənistan” ideyası onları bu ideya ətrafında birləşdirə bildi və bu xülyanı gerçəyə çevirməyə qismən də olsa nail oldular. Bu məqsədləri naminə hər cür iyrəncliklərə əl atan ermənilərin hiylə və məkrləri öz işini görür, onların qarşısında hətta nəhəng dövlətlər belə erməni uydurmasını həqiqət kimi qəbul etməkdən çəkinmirlər. Lakin tarixə nəzər saldıqda yuxarıda qeyd etdiyimiz kimi bizim həqiqətimiz, tarixdə xüsusi çəkisi olan Bütöv Azərbaycan dövlətimiz olub, amma bu gün ondan varis qalmış indiki Azərbaycan dövlətinin də 20 %-i işğala məruz qalıb. İşğalçı Ermənistan isə özünü dünya ictimaiyyəti qarşısında məzlum xalq kimi göstərmək, işğala məruz qaldığımız halda bizi günahkar edə biliblər. Bax Ramil də eyni ilə belə məkrli erməni siyasətinin qurbanı oldu. Onun doğma vətəni kimi məğrurluğu, mətnliyi, zabit şərəfini hər şeydən üstün tutması Ramilə ömrünün sonunacan şərəfli həyat yaşamağa üstünlük verməyə vadar etdi. O, şərəfi üstün tutdu. 
İstər istəməz qəlbən Ramil sevərlər adından hayqırmaq istəyirik ki, vətənin şərəfli oğlu öz zabit şərəfini qorumaqla həm də hər bir azərbaycanlının şərəfini uca tutdu. Şərəfimizi qorudu, özü də ləyaqətlə. Ancaq çox təəssüf ki, onu qorumağa, müdafiə etməyə ona dayaq olmağa iradəmiz, gücümüz yetmədi. Necə deyərlər, “bir atımlıq barıtımız varmış”.
Sonda hələ Ramili öz qəlbində yaşadanlara, onun nə vaxtısa azadlığa qovuşmasına inananlara şair Etibar Qəribin Ramil Səfərova həsr etdiyi şerindən iki bəndini sizlərə təqdim edirik:

Qılıncından selə döndü düşmən qanı,
Göz yaşına sevinc qatdın o ananın.
Min illərdən çağıraraq od babanı,
Məğlub etdin hünərinlə o “dığanı”.

Tanrım özü agahdır ki, sən haqlısan,
Bu günümə, sabahıma “ağ atlısan”.
Əyilməzsən polad kimi, qurd qanlısan,
Xalqımızın unudulmaz övladısan!


İdeal DEmokratiya qəzetinin əməkdaşı
Afiya Abdal-Gülablı


Bookmark and Share


sizlərdən gələn məktublar
folklor
Dekabr 5, 2008 17:53
Baxış sayı: 0

Şərhlər(0)

Qəni Camalzadə

QIZIL XOTUĞ”
(Roman və hekayələr) 
Bu kitab yazıçının oxucularla beşınci görüşüdür. Onun əvvəlki dörd kitabında toplanan hekayələri həyatımızın aynasıdır , oxucunu həm düşündürür, həm də güldürür. Müəllif incə yumor, kəskin sarkazmla real həyat həqiqətlərini təsvir edir. İndi isə yazıçı oxucuların görüşünə yalnız hekayələrilə deyil, həm də tarixi-satirik romanılə gəlib. Yazıçının hekayələri ilə müqayisədə bu iri həcmli yazıdır. Roman ölkənin yüz illik tarixinə qısa bir nəzərdir.  
Qəni Camalzadə bir yazıçı kimi sovet dövründə püxtələşmişdir. 1976-cı ildə, hələ tələbə ikən “Ədəbiyyat və İncəsənət” qəzetində ilk hekayələri dərc olunmuşdur. Daha sonra “Kirpi”, “Azərbaycan”, “Literaturnı Azərbaycan” jurnallarında yazıları işıq üzü görmüşdür. O vaxtlar hər çıxan hekayə böyük ədəbiyyata verilən vəsiqə idi. İndiki oxuculara bu heç nə demir. Hazırda ölkədə çıxan qəzet və jurnalların sayı hədsiz-hesabsızdır. Dərc olunmaq böyük hünər deyil. Heç bir senzura yoxdur. İdeoloji, bədii, mənəvi məhdudiyyətlər aradan çıxıb. Saf-çürük eləmək imkanından məhrum oxucu isə bütün bu ədəbi həftbecərə qarşı laqeyddir. 
Sovet dövründə isə vəziyyət başqa cür idi. Yazı xəlbirlənir, az-çox seçilirdi. Bir sözlə , yuxarıda adı çəkilən mətbu orqanlarında dərc olunmaq ədəbi hadisə idi, yazıçının istedadına etimad idi. 


Qəni Camalzadənin müxtəlif illərdə işıq üzü görmüş “Yeni səslər”almanaxı, “Yaxşı oglanın dayısı”, “ Sonuncu yeznə”, “Qohumların əsiri” hekayələr toplusu bu etibarı dogrultdu.
Diqqətinizə çatdırılan kitabda dərc olunan “Fosforlu ekizlər” romanı və hekayələr həmin etimadın nəticəsidir. 

   
Müəllifdən
Bülbül gülsüz, aşiq məşuqsuz, dağlar qarsız, torpaq susuz, bəşəriyyət gülüşsüz və yumorsuz yaşaya bilməz. İnsan öz hərəkətlərinə tənqidi yanaşmasaydı qalan bioloji varlıqlardan az fərqlənərdi. Otuz ildi satira və yumorla məşğul oluram. Elə ilk gündən ədəbiyyatdan bəhrələnmək məqsədim olmayıb. Satira və yumorla ülfət bağlayanda gözümün altına çox şey almışdım, amma səhv elədim.Demə ,
hər şeyi nəzərə almamışam.
  Bu bir həqiqətdir ki, hər kitab ,hətta dəyərsiz yumor kitabı da el yolunda əkilmiş meyvə ağacıdır. Qaydadır , yolçu ellik ağacının kölgəsinə sığınır, meyvəsini yeyir, bəzən budağlarını sındırır. Satira və yumorun taleyi isə daha məxşuş olurmuş. Barı acı olduğundan meyvəsini yemirlər, ağacını isə oduncağa doğrayırlar.Bu da bir taledir , o da satira və yumor yazanların püşkünə düşüb. Hər ehtimala qarşı gərək «sabun bişirmək» elminə vaqif olasan. Mirzə Ələkbər Sabir, Allah ona rəhmət eləsin, bariz nümunədir.
  Məlumdur ki , kitab oxucunun ixtiyarına buraxılandan sonra müəlliflik bir iş qalmır.Son söz oxucunundur. Könlünə yatsa oxuyacaq, yatmasa oxumayacaq, bu işdə orta məxrəc yoxdur. Əsas oxucu tapmaqdır, yazmağa nə var ki! Elə bir dövran gəlib ki, camaat kitab oxumağı tərgidib. Hamının başı pula qarışıb. Alır-satır, satır-alır. Rüşvət verir, rüşvət alır, ev yıxır , ev tikir. Ədəbiyyat lap yetim qalıb. Kitab oxuyan yoxdur. Bu boyda ölkədə bir oxucu tapdım, bütün gümanım ona idi.Zalımı çıxmış əvvəl razı olmadı: 
  - Düzü, yazıların məhəbbətdən-filandan olsaydı oxuyardım. Satira-filanı sevmirəm .Yəqin ki,qəhrəmanların yəcuc-məcuc sifətindədir. Belə kitabları oxuyanda adam gecələr yuxusunu qarışdırır. Məndən uzaq elə…
  Mən onu hürkütməmək üçün hövsələ elədim:
  - İnsanın naqisliklərini mən yaratmamışam.Mən onları ancaq təsvir edirəm.
  Oxucu istehza ilə:
  - İnsan təkcə naqislikdən ibarət olsaydı dünya məhvərindən çıxardı ki!-dedi.
  Mən onunla razılaşmalı oldum:
  - Razıyam –dedim- Amma satira və yumor da ədəbiyyatın bir övladıdır.Onun da yaşamaq haqqı var.
  Oxucu candərdi başını tərpətidi :
  - Elə olmağına elədir ey, ağa yazıçı, amma ədəbiyyatın şikəst övladını sevməyə kim məni məcbur edə bilər?-dedi və qəribə bir hiyləgərliklə əlavə elədi- Bir də kitab almağa pulum yoxdur. Maliyyə durumum ağırdır…
  Kitabı ona müftə verməklə işi yoluna qoydum. Oxucu dərhal razılıqla:
  - Bu başqa məsələ!- dedi və işgüzarlıqla əlavə elədi – Bəri başdan deyirəm ha, kitabın adı xoşuma gəlmir ,adamın qulağını deşir. Bəlkə dəyişəsən?
  Mən onun ağzından vurdum:
  - Nə olsun? Yazıçı hər oxucunun istəyilə durub-otura bilməz ki! Xoşuna gəldi, ya gəlmədi, budur, istəyirsən oxu, istəmirsən oxuma…
  Oxucu mısmırığını sallayıb kitabı qabağına çəkdi.
  Nə qədər ki, hökm elan edilməyib hər bir müttəhimin ürəyində bir ümid işartısı qalır. Bəlkə?.. Müttəhim həmişə son sözdədən suda boğulan saman çöpündən yapışan kimi yapışır.Guya bu nəyisə dəyişə bilər! Yazıçı da müttəhim günündədir. Ön sözün ətəyindən son söz kimi yapışır.  
  Heç nəyi dəyişə bilməsəm belə mən də bu hüquqdan istifadə edəcəyəm. Nə olar olar! Qoymuram Oxucu kitabı açsın: 
  - Hələ qurtarmamışam, macal ver, ön söz qalıb…
  Oxucu bunu dinləyib başını buladı:
  - Boşla, ay kişi, işin-gücün qurtarıb? Sənə üz verdikcə astar da istəyirsən. Deyiləni deyilmiş, nöqtəsi qoyulmuş bir işə nə əlavə eləyə bilərsən? –dedi.- Şura hökuməti vaxtı deyil ki, bəzi yazıçılar kimi cild-cild zəvzəyəsən, biz də səsimizi çıxarmayaq. İndi zəmanə başqadır…
  Onu dilə tuturam:
  - Oxucu qardaş, mənim bu xırda kitabımı oxumağ çox vaxt aparmaz. Maşallah, sən ustasan! Rəflərdəki əcnəbi kitablarının sayından məlum olur ki, sən əsil oxucusan. Macal versən görərsən ki, biz də əldə-ayaqda qalmamışıq…
  Oxucu istehza ilə:
  - Bəli də! Bir neçə varaqlıq on sözlə Azərbaycan ədəbiyyatını Nobel mükafatçısı eləyəcəksən…  
  Əl çəkmirəm:
  - İndii hər nə, kasıbın olanından! –dedim – Başa düşmürəm, səndən nə gedir axı? Bir varaq artıq oxusan canın çıxar?
  - Canım çıxmağına çıxmaz, amma romanı oxuyanda fikrim ön sözün yanında qalacaq, mənə qərar qəbul eləməyə mane olacaq. Kim bilir sən nə yuvanın quşusan, ön sözdə nədən danışacaqsan. Birdən siyasətə burnunu soxdun?…Onda ölünü qoy, dirini ağla.
  - Oxucu qardaş, mən müxtəsər olacağam. Janr haqqında, ədəbiyyat barəsində, dünyanın övzayından danışacağam. Siyasətlə isə işim yoxdur…
  - Baho! Yazıçı olasan, siyasətdən kənar qalasan? Təəccüblüdür! Həmkarların haqqında bunu deməzdim…Millət vəkili olanı var, məmur olanı var. İqtidardan vəzifə uman, və onu almayanlar isə müxalifətdədir.
  - Mən nə ondanam, nə də bundan.
  - Bəs hansılardansan? Yoxsa …?- deyə Oxucu sevinclə hırıldadı.
  Mən onun hara işarə elədiyini anlayıb acıqlandım:
  - Nə arsız adamsan! Gör ağlına nələr gəlir! Bu hamısı sənin əcnəbi ədəbiyyatından bəhrələnməyinin nəticəsidir… – dedim.
  Oxucu barışdırıcı tərzdə:
  - Yaxşı, incimə!-dedi- Dedin hansılardansan? 
  - Bil və agah ol, mən sabun bişirənlərdənəm…
  - Həə! –deyə Oxucu uzatdı və qətiyyətlə – Çox da vacib yazıçı deyilsən.Eləsə Allahına şükür elə, ön sözsüz də keçinərsən.
  - Üzgördülük eləmə. Yaxşı - pis, mən də yazıçıyam. Ön söz yazmaq mənim hüququmdur. Razı omasan şikayyət eləyəcəyəm…
  Oxucu pis - pis mənə baxır:
  - Deyəsən demaqoqluğa keçirsən…- deyir və incik halda – Heç səndən gözləməzdim! Mən elə bilirdim sən tıxsız balıqsan, gündüzləri kəsbkarlığını, gecələri də cızmaqaraçılığını eləyirsən. Heç demə, buynuzların içəridə imiş.Yox, yox, mən sənin kitabını oxumaqdan imtina eləyirəm…
  Cin atına mindim:
  - Adə, minnət niyə qoyursan ? Oxudun, ya oxumadın mənə nə isti-soyuğu var! Dünya qaramı geyinəcək? Bəlkə bankdakı hesabımı bağlayacaqsan? Güya cibimə pul qoyacaq! Əh…! Xalqın oxucusuna bax!
  Oxucu özünü itirdi;
  - Mən elə bilirdim oxucu sənə vacib lazımdır! 
  Hirslə : 
  - Mən onsuz da özüm üçün yazıram.- dedim və əlavə elədim – O fransız yazıçısı kimi… Adı nədir? 
  Çoxbilmiş Oxucu heyrətlə:
  - Kimi nəzərdə tutursan? Floberimi deyirsən?  
  Başımı tərpətdikdə Oxucu şənləndi:
  - Ha ha ha! Afərin! Necə də özündən razısan! Elə deyilmişkən varsan!- dedi və razılaşdı – Yaxşı, mən sənə ön söz deməyə icazə verəcəyəm. Amma bir şərtlə…
  Dərhal hirsim yatdı:
  - Yaşa! –dedim- Şərtini de.
  Oxucu hiylə ilə:
  - Ön sözünü kitabın axırına salarıq…İstəyən oxusun, istəməyən oxumasın. Necədir?
  Mən kədərlə:
  - Onda bu ön söz yox, son söz olur, axı…Oxucu kitabı oxuyandan sonra bu əlavəyə ehtiyyac qalmayacaq. Bəlkə…
  Oxucu laqeydliklə:
  - Kefinə bax! Bu mənim son qərarımdır. Sənin isə axırıncı şansındır. Fikirləş…
  Mən çox düşündüm, oxucunun dediyinə tabe olmaqdan başqa əlac tapmadım. Razılaşdım:
  - Yaxşı…
  Oxucu hökm elədi :
  - Eləsə başla, amma uzunçuluq eləmə . İndi vaxt qızıldır…  
  Mən də oxucunun qızıl ehtiyyatına hörmətlə bu müxtəsər ön sözü yazdım.


Bookmark and Share


sizlərdən gələn məktublar
folklor
Dekabr 5, 2008 17:41
Baxış sayı: 0

Şərhlər(0)

“Ar-ar-at” burdan açıq-aşkar görürük ki, “Ararat” sözünün indiki, ermənilərə, yəni indiki haylara heç bir aidiyyəti yoxdur

Demək belə, mən kişiyəm, mən ərəm, mən igidəm terminləri olan yerdə indiki özlərini erməni adlandıran haylara aid heç nə yoxdur, ola da bilməz. Mənfur haylar adımızı özəlləşdirdikdən, XVIII əsrin sonlarından, başlayaraq yəni Qafqaza ayaq açdıqdan sonra Ermənistanın (Qərbi Azərbaycanın) əksər yer adlarını dəyişməyə müyəssər olmuşlar. Lakin dəyişdikləri adları başqası ilə əvəz edərkən, çətinliklərlə üzləşdiklərindən, yenidən bu yerlərə daha qədim türk adlarını verək məcburiyyətində qalıblar. Məsələn, “Ar-ar-at” burdan açıq-aşkar görürük ki, “Ararat” sözünün indiki, ermənilərə, yəni indiki haylara heç bir aidiyyəti yoxdur. Çünki Ararat sözünü təkhecalı sözlərlə oxuduqda görürük ki, “ər-ər-at” igidin ərən atı mənasını verir Daha doğrusu, “ər ata minən ər”. “Ərənin ərən atı”. Digər özəlləşdirilmiş adlarından daha biri Artaşatdır. Buradan da görürük ki, üç hecalı sözdən ibarət “Artaşat” sözüdə tərtəmiz Türk sözüdür. Ər-ərən igidi; taş-daş; at- isə məlumdur. Türklərin dünyaya bəxş etdiyi müasir sivilizasiyanın inkişafının təməlini qoyan “at” sözüdür. Əcəba sual oluna bilər ki, bu hayların heç öz dillərində ad qoymaq üçün sözləri yoxdur. Əlbəttə ki, yox, çünki müasir “haylar” hamısı erməniləşib, yəni bizdən dönmə olub. Onun üçün hansı tərəfə fırlansalar da, hansı adı qoysalar da bu adın kökü türk sözü olmalıdır. Təbii ki, hayları da qınamaq olmur. Axı dünyanın hər köşəsinə öz adlarını qoymuş, möhürünü vurmuş Türklərin torpağına başqalarının ad qoyması absurddur. Bu yerdə yenidən İslama dönüb, Türklərin İslama bəxş etdikləri müqəddəs kitabımız sayılan Quranın nə demək olduğuna nəzər salaq. “Quran” - bu sözü yəqin ki, açmağa və hecalara ayırmağa ehtiyac yoxdur, çünki “Quran” - elə qurmaq, yaratmaq, təməl deməkdir ki, Quranda islamı quran, yaradan onun “anayasası ”-dır. Əlbəttə qurana ad verən Qureşilər müqəddəs kitaba başqa ad verə bilməzdilər, çünki onlar özləri türk mənşəli olduqlarından öz tayfalarının adını müqəddəs Qurana vermişlər. Qureşilər – yəni iş quranlar, təməl qoyanlar, başqa cür də edə bilməzdilər. Onlar öz müqəddəs kitablarına onun layiqli adını verərək Quran- yəni yardan, təməl, kök, tikən, kimi asan anlamlı ad qoymuşlar. Beləliklə, Azər (s.ə.s) Peyğəmbərin başladığı Təkallahlılıq ideyası, Quranın nazil olması ilə tam qələbəsini qazandı. Vəhşi halında həyət tərzi sürən ərəbləri haqq, ədalət, insanlıq, mədəniyyət, elm kimi sivil dəyərlərə qovuşdurdu. Hal-hazırda dünyanın az qala yarısının sevə-sevə qəbul etdiyi, bəşəriyyətin ən mütərəqqi dini sayılan islam türklərin insanlara bəxş etdiyi ən böyük nemət sayılır. İslam və Türk - bunlar bir-birinə ayrılmaz tellərlə bağlı vahid candır, desək yanılmarıq. Bu gün bir çoxlarının (dilimizdən anlamayanlar) iddia etdiyi kimi dilimizə yanaşsaq, onda deyilənlərin tam əksini görmüş oluruq. Belə ki, az qala Azəri türkcəsinin yarıdan çoxunun alınma sözlərdən ibarət olduğunu deyənlərə sübut edirik ki, əksinə, bizdən alınıb sonradan bizə qaytarılan sözlər heç də dilimizə gəlmə deyil, elə öz doğma sözlərimizdir. Əgər bu gün “Quran” sözünün dilimizə keçmə olmasını söyləyənlər varsa, demək onlar dilimizdən xəbərsizdilər. Ötən yazılarımızda türkün məkanının Alyaskadan başlayaraq Qərbi Avropada bitdiyini qeyd etmişik. Belə olan halda nəhəng millətin digər dillərdən sözlər qəbul etməsi ən azından ağıla sığmazdır. Əksinə, bizimlə yaxın və uzaq qonşular, o cümlədən əsarətimizdə yaşayan digər xalqlar dilimizdən bəhrələnib sözlərimizi özəlləşdirərək sonradan bizim sözlərə sahib çıxmışlar. Kimin kimdən sözlər mənimsədiyi göz qabağındadır. Burada bir incə məqamı qeyd etmək yerinə düşərdi. Tarixlər yaratmış Türklər hardan-hara getməsindən asılı olmayaraq, zəbt etdikləri yerlərdə xalqların mədəniyyətinə, dilinə və dininə müdaxilə etməmişlər. Əksinə, Türklər bütün xalqların millətlərin dilinə və dininə sayğı və hörmətlə yanaşmış, onların milli heysiyyatlarına toxunmamışlar. Bu gün, hal-hazırda qərbin bizdən oğurlayıb bizə sırımaq istədiyi “millətlərin öz müqəddəratının təyini”, “milli duyğulara hörmət” “demokratik azad fikir” və “tolerantlıq” biz Türklərdən dünya üçün yadigardır. Məhz Türklər böyük alicənablığa qadir idilər və bu gün də qadirdirlər. Buna bariz sübut üçün bir neçə misal gətirək və bugünkü, “Qərb demokratiyası” tolerantlığı ilə Türklərin vaxtı ilə etdiyi, bu gün də davam etdirdiyi dəstixəttə nəzər salaq. Ani olaraq Şimali və Cənubi Amerikaya xəyalı səyahət edək. Vaxtı ilə ingilislərin, ispanların, fransızların, portuqalların işğala məruz qoyduqları ölkələrə bir daha nəzər salaq. Yuxarıda adları çəkilən ölkələr haranı işğal ediblərsə orada onların dili və dini yerli xalqlara məcburi sürətdə qəbul etdirilib və bu proses bu gün də davam etməkdədir. Baxmayaraq ki, adları çəkilən ölkələrin yaxın və uzaq tarixdə işğala məruz qoyduqları ölkələrdə artıq yerli xalqlardan əsər-əlamət belə yoxdur. Varsa da yox olmaq üzrədir. Ancaq bunu Türklərə aid etmək olmaz. Heç uzağa belə getmədən, yaxın ətrafımıza nəzər yetirək. Bütövlükdə Qafqaz regionu daima Türklərin nəzarəti altında olmuş, bu yerlərin köklü xalqı olaraq, çoxluq təşkil etməklərinə baxmayaraq, Qafqazda məskunlaşmış heç bir xalqın, heç bir millətin nə dilinə, nə də ki, dininə toxunmamışlar. Əksinə, bu yerlərə pənah gətirmiş, yerli türklərə sığınmış xalqlara, türklər bacardıqları qədər köməklik etmiş, onları öz ağuşuna alaraq bu xalqlara hamilik etmişlər. Belə bir türk humanistliyi sayəsində həmin xalqlar günü bu gün də öz dillərində danışır, öz dinlərinə sitayiş edirlər. Bax budur türk mədəniyyəti, bax buna deyərlər humanizm. Yoxsa bəşəri dəyərləri bəhanə gətirərək, öz işğalçı siyasətlərini davam etdirən, xalqların milli mənəvi dəyərlərini məhv edib özünün və ya özününküləşdirmiş saxta humanizmi, tolerantlığı, demokratiya kimi “bəşəri” dəyərlərini özgələrə sırımaq kimə və nəyə lazımdır? Yazdıqlarımızın bir çoxu mövzumuzdan uzaq olsa da bu məsələlərə toxunmadan əsl həqiqətləri ortaya çıxarmaq olmur. Baxmayaraq ki, “sonunda həqiqət qələbə çalır”, “minlərlə əyrini, bir düz kəsir”, ancaq müasir dövr tələb edir ki, sən haqlı olsan da ədalət və həqiqət sənin tərəfində olsa da, bunları sübut etmək məcburiyyətindəsən. Bəşər yarandığı gündən ilk əvvəl Şərqdən (Qədim Şumerlər) qərbə hərəkət edərək Sakit okean sahillərinə qədər gedib çıxan türklər, sonradan geriyə dönmüş, öz qədimi torpaqlarına qayıtmışlar. Bəşəriyyətə əvəzsiz töhfələr verərək özlərindən törəmə xalqlara daima hörmət və sayğı ilə yanaşmışlar. Hal-hazırda böyük Türk xalqı bu humanisliyini çətin də olsa davam etdir, böyüklüyünü qoruyur. Dünya sivilizasiyasının banisi türklərdir. Bu, danılmaz və inkar edilməzdir. Tanrı türkü və ondan törəyib bunu unutmayanları qorusun!!! Məhərrəm ZAMAN İdeal DEMOKRATİYA QƏZETİNİN BAŞ REDAKTORU
Bookmark and Share


sizlərdən gələn məktublar
folklor
Noyabr 30, 2008 1:52
Baxış sayı: 6

Şərhlər(0)

İbrahim Peyğəmbər (s.ə.s) əslən türkdür

Dünyaya əvəzolunmaz, dəyərli töhfələr verən türk xalqı var olduqları hər zaman dünyada söz sahibi olmuş və bu gün də olmaqda davam edir. Baxmayaraq ki, qocaman dünyanın görünən və görünməyən, özünəməxsus qanunları bu xalqı parçalamış, ayırmış və nəhəngliyini azaltmışdır. Dünya yarandığı gündən Amerika qitəsindən başlayaraq Uzaq və yaxın Şərqdə, Qərbi Avropada hegemonluq etmiş türklər olduqları yerlərdə istər coğrafi yer adlarına, istərsə də xalqların, qəbilələrin, kəndlərin, şəhərlərin adlarına layiq olduqları adları vermişlər. Yəni türklər heç vaxt ötəri, səthi, özünü tamamlamayan adlar verməmişlər. Onların adlandırdıqları istər yer adları olsun, istərsə də bütöv millətin adı, bu adlar öz tərifini tam əks etdirmişdir. Bu adlar içərisində təbii olaraq adının mənası və yaranması ilə daim mübahisələrə səbəb olmuş Azərbaycan adıdır. Bir çox elm adamları ölkəmizin adını gah yunan mənbələrində, gah da ki, ərəb mənbələrində axtarırlar. Ancaq nədənsə bu adı öz dilimizdə axtaran yoxdur. Qəribədir, dünyanın az qala özünə ad verən türklər öz məmləkətlərinə ad verməmiş və ya vermişlər, lakin sadəcə olaraq bu adı araşdıranlar nə yazıq ki, başqaları və yadlar olmuş və onlar özlərinə sərf edən formada ölkəmizin adına dilimizə yad mənada ad vermişlər. Gəlin birlikdə bunun nə qədər məntiqli olub olmadığına nəzər salaq. Azərbaycanın adı haqqında verilən şərhlərdə və izahlarda son məqamda ölkəmizin adının Odlar ölkəsi olduğu qeyd edilir. İstər ərəb dilində, istəsə də yunan dilində Azərbaycan – “Odlar yurdu” mənasını verir və bu hal sanki bizi qane edir və biz böyük məmnuniyyətlə bununla razılaşırıq. Böyük qürurla “Odlar ölkəsi” olmağımızla fəxr edirik. Əlbəttə ki, məntiqi baxımdan bizə verilən bu adda hər hansı qeyri-adilik yoxdur. Çünki həqiqətdə də Azərbaycan Odlar ölkəsidir. Hətta vaxtilə bu ölkənin sakinləri odu Allah kimi qəbul etmiş və ona sitayiş etmişlər. Burda qeyri-adilik axtarmaq və bu amilin həqiqətdən uzaq olduğunu demək olmaz və bu həqiqətən də belə olub. Çünki neçə yüz illər bundan əvvəl Azərbaycanda yaşayan türklər və digər xalqlar islamı qəbul edib təkallahlılığı birmənalı qəbul etsələr də, günü bu gün də oda bəslədikləri sevgini, məhəbbəti itirmirlər və ona olan inamlarını saxlayırlar. Hətta oda and içmək, odu müqəddəs saymaq da dəbdən düşməyib. Məhz bu amilləri nəzərə alıb bu ölkədə yaşayanların “Odlar yurdu” nun övladı olduğuna şübhə ilə yanaşmaq ən azından ədalətsizlik olar. Lakin yuxarıda qeyd etdiyimiz kimi hamıya, hər yerə adları biz verdiyimiz halda necə olub ki, öz adımızı bizə başqaları verib. Bəs nədən biz özümüz dilimizdə çox gözəl səslənən “Odlar yurdu” adını Azərbaycanla əvəzləmişik və başqalarına bu ada müdaxilə etməyə imkan vermişik? Axı dünyanın heç bir yerində belə məntiqsiz ad vermək “mərasimi” baş verməyib. Bu yerdə kiçik haşiyəyə çıxaraq qeyd edək ki, bəzi bizi sevməyən, varlığımızı qəbul etməyib, hətta öz millətinin adlarını dilimizdən götürən yaxın və uzaq düşmənlərimiz iddia edirdilər ki, dilimizin az qala 70%-i özgə dillərdən keçmə sözlərdən təşkil olunub. Əlbəttə ki, hal-hazırda məqsədimiz bu nankorlara dilimiz haqqında danışdıqları və yazdıqları sərsəri fikirlərə cavab vermək deyil, mətləb başqadır. Məhz bizi sevməyənlər və onlarla yanaşı özümüzün “dilçilərimiz” tam əminliklə deyirlər ki, dilimizdəki saylar, fellər, bir hecalı sözlər bizim özümüzə məxsusdur. Bu isə bizə kifayət edir ki, bir hecalı sözlərimizdən istifadə edib, doğma Azərbaycan adının nə demək olduğunu isbat edək. Yəni Azərbaycan sözünü öz doğma dilimizdə çox hecalıdan tək hecalıya çevirək. Beləliklə bütöv yazılmış Azərbaycanı hecalara ayıraq. Az...ər...bay...can. Gördüyümüz kimi Azərbaycan sözü dörd hecalıdır və dörd sözdən ibarətdir. Əlbəttə ki, zaman keçdikcə dilimizdə baş vermiş təbii dəyişikliklər müəyyən mənada tələffüz dəyişikliyinə məruz qalıb, deyiliş formasını bəlkə də dəyişib, ancaq istənilən halda məna baxımından köklü dəyişikliyin baş verdiyinə inanmaq olmur. Beləliklə dörd hecalı sözdən nə alındı? “Az” və ya “As”, istənilən halda hər iki söz bizə doğmadır. Lakin biz daha doğmaya nəzər salıb, bu gün dilimizdə öz mənasını tam saxlayan “az” sözü üzərində duracağıq. “Az” yəni çox olmayan, “ər” sözünün isə izaha ehtiyacı olduğuna inanmaq mümkün deyil və bu hər iki sözün sırf türk sözü olduğuna da kiminsə etirazı olacağını düşünmək olmaz. Yəqin ki, hər kəs bu yanaşma ilə tam razı olaca